"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
NATO-Rusiya münasibətləri yenidən gərginləşməyə başlayıb. Belə ki, bu iki beynəlxalq siyasi iradə mərkəzi arasında kifayət qədər ciddi ziddiyyətlərin olduğu açıq-aşkar nəzərə çarpır. Həm də, mövcud ziddiyyətlərin nizamlanması istiqamətində, demək olar ki, hər hansı əhəmiyyətli irəliləyişlərin olması da qətiyyən sezilmir. Əksinə, NATO-Rusiya münasibətlərinin daha da gərginləşməsinə yönəlik meyllərin daha da önə çıxmaqda olduğu müşahidə edilir. Bu baxımdan, NATO-Rusiya münasibətlərinin hələ uzunmüddət gərgin olaraq qalacağı qətiyyən istisna olunmur. NATO-Rusiya ziddiyyətlərinin nizamlanmasına yönəlik müəyyən cəhdlərin göstərilməkdə olduğu da diqqətdən yayınmır. Belə ki, NATO-ya daxil olan dövlətlərin xarici işlər nazirlərinin Bürisseldə keçirilən son zirvə toplantısında bu qurumun Rusiya ilə münasibətlərinə yenidən baxılmasıyla bağlı müxtəlif təkliflər səsləndirilib. Həmin təkliflər əsasən, son vaxtlar son həddə qədər gərginləşmiş NATO-Rusiya münasibətlərinin mümkün qədər yumşaldılmasına nail olunmasını özündə əks etdirir. Xatırladaq ki, NATO-Rusiya münasibətlərində gərginləşmə meylləri hələ 2008-ci ilin ilk yarısından etibarən ortaya çıxmağa başlayıb. Belə ki, NATO-nun bu ilin əvvəllərində keçirilmiş son zirvə toplantısı bu qurumla Rusiya arasında qarşıdurmanın yaranmasına səbəb olub. Çünki həmin zirvə toplantısında ABŞ başda olmaqla, bir sıra nüfuzlu Qərb dövlətləri NATO-nun Şərqə doğru genişlənməsiylə bağlı proqram çərçivəsində konkret addımların atılmasını təklif ediblər. Hətta həmin addımlarla bağlı konkret qərarlar da qəbul olunub. Bu isə, təbii ki, Rusiyanı ciddi şəkildə narazı salıb. Məsələ ondadır ki, sözügedən sammitdə bəzi NATO dövlətləri MDB məkanına daxil olan bəzi ölkələrin bu qurumun sıralarına qəbul edilməsi istiqamətində xüsusi canfəşanlıq göstəriblər. Xüsusilə də, bu dövlətlər Ukrayna və Gürcüstanın NATO sıralarına daxil edilməsi məsələsində qəti mövqedən çıxış ediblər. Nəticədə, Ukrayna və Gürcüstanın NATO-ya üzvlüklə bağlı fəaliyyət planının məhz bu qurumun dekabr sammitində müzakirə edilməsi qərara alınıb. Hətta bəzi NATO rəsmiləri həmin müzakirələrin məhz bu iki dövlətin xeyrinə həll edilə biləcəyi barədə açıq mesajlar verməkdən belə çəkinməyiblər. Təbii ki, belə vəziyyət Kremli razı sala bilməzdi. Ona görə də, Rusiyanın avqust ayında, rəsmi Tiflisin siyasi avantüraları hesabına qazandığı bəhanəyə dayanaraq Gürcüstana qarşı hərbi əməliyyatlara başlaması Qərb siyasi dairələrində bir çoxları üçün o qədər də gözlənilməz olmadı. Əksinə, bəzi Qərb ekspertləri ABŞ-ı və NATO-nu vaxtından əvvəl qıcıqlandırıcı açıqlamalar verməklə Ukrayna və Gürcüstanı zərbə altında buraxmaqda qınadılar. Onların fikrincə, NATO və ABŞ bu məsələdə mümkün qədər ehtiyatlı davranmağa borcluydu. Ən azından ona görə ki, hələ reallaşması tam qətiləşməmiş bir ssenariyə görə iki MDB dövlətinin real hərbi təhlükəyə doğru sürüklənməsi yolverilməz davranış sayılırdı. Ancaq bu qınaqlar gündəmə gətirilərkən artıq geciydi və iş-işdən keçmişdi. Hər halda, avqust ayında Gürcüstan bir neçə gün ərzində Rusiyanın hərbi qüdrəti qarşısında əzilmiş vəziyyətə düşmüşdü. ABŞ və Qərb isə, Gürcüstanı saldığı bu durumdan çıxartmaq imkanlarına sahib deyildi. Düzdür, həmin dövrdə NATO Rusiyanın Gürcüstana qarşı hərbi müdaxiləsini mümkün qədər neytrallaşdırmaq istiqamətində müəyyən addımlar atmağa çalışdı. Xüsusilə də, NATO Qara dənizə hərbi donanma göndərməklə Gürcüstanın taleyin ümidinə buraxılmadığını sezdirməyə çalışdı. Ancaq buna baxmayaraq, NATO öz istəyinə çata bilmədi. Hər halda, Kreml NATO-nun bu hərbi güc nümayişi qarşısında özünü qətiyyən itirmədi. Əksinə, ABŞ və Qərbdən çəkinmədiyini açıq-aşkar sezdirmək məqsədilə NATO-ya meydan oxumağa üstünlük verdi. Nəticədə, avqust ayından etibarən NATO-Rusiya münasibətlərində böhranlı situasiya yaranmış oldu. Hər iki tərəf bir-birinə qarşı təzyiq göstərməyə çalışdı. Ancaq çox qısa zaman içərisində aydınlaşdı ki, qarşıduran tərəflərin bir-birinə qarşı təzyiq mexanizmləri o qədər də qənaətbəxş deyil. Və bu qarşılıqlı təzyiqlərdən elə bir ciddi nəticə çıxmayacaq. Bu isə, o anlama gəlirdi ki, qarşıduran tərəflərdən hansısa mütləq geri çəkilmək məcburiyyətində qalacaq. Maraqlıdır ki, son dövrlərdə baş verənlər məhz NATO-nun geri çəkilməyə meyl göstərdiyini sezdirməkdədir. Belə ki, NATO Ukrayna və Gürcüstanın bu quruma üzvlük məsələsinə artıq daha ehtiyatlı yanaşmağa başlayıb. Hətta NATO rəsmilərinin bu məsələni müvəqqəti də olsa, arxa plana keçirtməyə üstünlük verdikləri də qətiyyən diqqətdən yayınmır. ABŞ-ın isə, Gürcüstan və Ukraynaya görə Rusiya ilə qarşı-qarşıya gəlməyə maraqlı olmadığı açıq-aşkar nəzərə çarpır. Hər halda, yüksək rütbəli Ağ Ev təmsilçilərindən olan Daniel Fridin "Ukrayna və Gürcüstanın NATO-ya üzv qəbul edilməsi üçün uzun illər lazım gələcək" məzmunlu açıqlaması hələ o qədər də unudulmayıb. Bu isə, o deməkdir ki, hazırda təşəbbüs müəyyən mənada, Rusiyanın əlinə keçib. Ona görə də, NATO dövlətlərinin xarici işlər nazirlərinin hansı qərarlar qəbul edəcəkləri böyük maraq doğurmaqdadır. Hələlik vəziyyət tam aydınlaşmasa da, NATO rəhbərliyinin indiki mərhələdə Rusiya ilə avqust ayından üzübəri dondurulmuş münasibətlərin yenidən bərpasına daha çox həvəs göstərməsi açıq-aşkar sezilməkdədir. Hətta ABŞ-ın dövlət katibi Kondaliza Rays NATO-Rusiya münasibətlərinin normallaşdırılmasının bu hərbi-siyasi alyans üçün böyük əhəmiyyət daşıdığını şəxsən bəyanlayıb. Halbuki bu açıqlamanın NATO-Rusiya münasibətlərinin bərpasına hər hansı müsbət təsir göstərib-göstərməyəcəyi hələlik qaranlıq qalsa da, xanım Raysın öz bəyanatıyla ilk növbədə Ukrayna və Gürcüstanın ümidlərinin üzərindən çarpaz xətlər çəkdiyi qətiyyən şübhə doğurmur. Hər halda, bütün bunlardan sonra adıçəkilən bu iki MDB dövlətinin yaxın vaxtlarda NATO-nun "təhlükəsizlik çətiri" altında özünü rahat hiss edə biləcəyi real görünmür. Üstəlik, Kremlin NATO-dakı təmsilçisi Dmitri Roqozinin diliylə "Ukrayna NATO-ya üzv qəbul edilərsə, bu dövləti parçalanma təhlükəsi gözləyir" məzmunlu xəbərdarlıq göndərdiyi bir vaxtda ABŞ və Qərbin Rusiyanı daha da qıcıqlandıra biləcək addımlar atmağa həvəs göstərcəyi o qədər də inandırıcı deyil. Bu baxımdan, NATO-Rusiya qarşıdurmasının bu mərhələsinin məhz Kremlin maraqlarına uyğun yekunlaşdığı artıq elə də ciddi şübhə doğurmur. Elçin XALİDBƏYLİ
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi