"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Rauf Mirqədirov: "İqtisadi böhranın yaşandığı bir vaxtda beynəlxalq münasibətlərdə avantürist meyllər artır" Pentaqon 2011-ci ilə qədər ABŞ ərazisinə kütləvi qırğın silahları ilə edilən mümkün hücumlara qarşı 20 min nəfərlik hərbi kontingent formalaşdırır. Pentaqon nümayəndəsi general Viktor Renuar deyib ki, bununla bağlı üç çevik qruplaşma yaradılacaq. Onlardan biri artıq hazırdır və Corciya ərazisində yerləşdirilib. Məlumata görə, ötən həftə müdafiə naziri Robert Geyts tabeçiliyindəki şəxslərə ölkənin silahlı qüvvələrinin ABŞ daxilində fəlakətli nəticələrə səbəb olacaq mümkün hücumlara qarşı hazırlığını yoxlamağı tapşırıb. Nazir deyib ki, konqresin ötən il yaratdığı komissiyanın gəldiyi nəticəyə görə, milli qvardiyanın və rezervistlərin sayı ABŞ-a qarşı mümkün nüvə, kimyəvi və bakteroloji hücumun nəticələrini aradan qaldırmağa kifayət deyil. Tural Qeyts tapşırıb ki, təcili olaraq ölkənin kütləvi qırğın silahlarından qorunması üçün tədbirlər planı hazırlansın. Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz politoloq Rauf Mirqədirov ABŞ-ın belə addım atmasını təbii saydı. O, bu ölkənin nüvə müharibəsinə hazırlaşmadığını da bildirdi. Pentaqonun ABŞ-da xüsusi kontingenti yerləşdirməsi planı ehtiyat tədbirləridir və bu kimi addımlar çoxdan atılmalı idi: "Ümumiyyətlə, dünyada nüvə silahının mövcudluğu təhlükədir. Son hadisələr göstərdi ki, bu cür silahlara malik ölkələr öz məsuliyyətlərini kifayət qədər dərk etmirlər. Bir sıra hallarda bu dövlətlər hərbi avantüralara baş qoşurlar və bu da dünya üçün ciddi təhlükədir. Hər hansı hərbi avantüra zamanı heç də həmişə vaxtında dayanmaq mümkün olmur. Müharibənin özünün məntiqi var. Bu isə cavab və əks-cavab məntiqidir. Müharibə başlayanda cavab və əks-cavab prinsipi işə düşür və nəticə etibarilə doğrudan da münaqişəyə cəlb olunmuş dövlətlər bütün arsenallarından istifadə etmək məcburiyyətində qalır. Yəni bir anlıq təsəvvür edək ki, nüvə silahına malik ölkəyə hücum olur və o da bu təcavüzə cavab vermək məcburiyyətində qalır. Amma həmin ölkə artıq gözləmədiyi "qonağı" qapıda deyil, evinin içində qarşılayıb. Bu zamana həmin dövlət tamam məhv olmamaq üçün nüvə silahından istifadə etmək məcburiyyətində qalacaq ki, bu da faciədir. Əgər hücum edən dövlətin də nüvə silahı varsa onun əks-cavabı dünyanın məhvi ola bilər. Bu mənada nə qədər ki, nüvə silahı var bu silahdan istifadə təhlükəsi də qalacaq". Rauf Mirqədirovun sözlərinə görə, hətta nüvə dövlətləri onu da gözəl anlayırlar ki, bu silahdan istənilmədən də istifadə oluna bilər. Çünki mürəkkəb kompüter sistemlərilə işləyən bu silahların yerləşdiyi obyektlər adi texniki səhvdən böyük fəsadlar yaradar. Məsələnin digər tərəfi isə odur ki, müasir elmi texnologiyalar kifayət qədər ciddi inkişaf edir. Bunun nəticəsində də artıq daha çox dövlətlər nüvə silahına malik olmağa çalışırlar. Digər tərəfdən, bu silah təkcə dövlətlərin deyil, qeyri-dövlət qurumlarının da əlinə keçə bilər. Hətta terror təşkilatlarının əlinə keçən bu silahdan istifadə qlobal nüvə müharibəsinə də gətirib çıxarar: "Ümumiyyətlə, son dövrlərdə ABŞ-ın fəaliyyətinə və siyasətinə nəzər salsaq görərik ki, onlar məhz nüvə başlıqlı raketlərin hücumundan müdafiə sistemlərinin yerləşdirilməsindən geniş istifadə edirlər. Üçüncü mövqe rayonunun Avropada yerləşdirilməsi və onun ətrafında olan müdafiə sistemləri də bunun göstəricisidir. Bu mənada Pentaqonun 2001-ci ildən ABŞ ərazisində xüsusi kontingent formalaşdırması təəccüb doğurmamalıdır və bu nüvə müharibəsinə hazırlıq kimi qiymətləndirilməməlidir. Dünya dəyişir, nüvə silahlarına malik olmaq indi əvvəlkindən daha asan görünür. Ona görə də ABŞ gələcəkdə ciddi faciələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlərə əl atır. Kim deyə bilər ki, hansısa terror təşkilatı nüvə silahına malik ola bilməz və bunu Vaşinqtona yönəltməz? Nə qədər ki, bu silah ləğv olunmayıb və dünyada olan nüvə silahları üzərində tam nəzarət yoxdur sözsüz ki, ABŞ nüvə hücumu təhlükəsi ilə yaşayacaq. Xüsusən də indiki vəziyyəti nəzərə alsaq ABŞ-ın atdığı addımlarda haqlı olduğunu görərik. Yəni dünyanın siyasi arenasında ölkələr sanki etibarsızlıq, inamsızlıq və gözlənilməz addımlar atırlarmış kimi görünürlər". Politoloq kimsənin Pakistan və Hindistan kimi daxili və qarşılıqlı konfliktlər yaşayan dövlətlərin də nə vaxtsa nüvə silahına əl atmayacaqlarına təminat verə bilməyəcəyini dedi. Bu kimi proseslər də nəinki ABŞ-ı, digər ölkələri də nüvə hücumundan müdafiə sistemlərini quraşdırmağa vadar edir. İsrail nüvə silahına malik olduğunu rəsmən təsdiqləməsə də, bu ölkədə belə kütləvi qırğın silahının olduğu hamıya məlumdur. Nəzərə alsaq ki, Təl-Əvivin ərəb ölkələrilə işləri qaydasında getmir, o zaman nə vaxtsa yəhudilərin də bu silahın düyməsini basacağını demək olar. Hətta bir sıra terror təşkilatlarının zaman-zaman bu cür silahları əldə etməyə çalışması yaxın tariximizdə görünüb. Yaponiyada zəhərli qazlardan istifadə edən belə təşkilatlardan biri bu ölkədə metroda xeyli sayda insanın həyatına son qoydu. Digər tərəfdən, iqtisadi böhranın yaşandığı bir vaxtda beynəlxalq münasibətlərdə avantürist meyllər artır. Bəzi dövlətlər öz daxili problemlərini arxa plana çəkmək üçün partnyorları ilə münasibətləri kəskinləşdirməkdən belə çəkinmirlər. Bununla da həmin ölkələr xarici düşmən obrazını yaratmağa çalışır. Bunu ABŞ və Rusiyanın xarici siyasətində gördük. Bir sözlə, ABŞ dünyanın yeni düzənində olan siyasi hadisələrə baxıb özü üçün nəticələr çıxarır".
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi