"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
S.SƏDRƏDDİN Barak Obama prezident olacağı halda İrandakı Azərbaycan türklərinin vəziyyətini diqqətdə saxlayacağını, uyğun qərarlar qəbul etdikdə bu məsələ ilə bağlı müraciətləri nəzərə alacağını söyləmişdi. Baş verənlərə əsasən demək olar ki, bunu son illər güneyli-quzeyli Azərbaycan türklərinin ABŞ-ın siyasi həyatına inteqrasiya səviyyəsini artırmasının nəticəsi kimi də dəyərləndirmək mümkündür. Əslində, ABŞ-da və dünyanın çeşidli ölkələrindəki diaspor təşkilatlarımızın başlıca işlərindən biri Azərbaycan torpaqlarının işğalıdırsa, o biri Güney Azərbaycan türklərinin tapdanan milli haqlarının təmin edilməsidir. Bu baxımdan Güney Azərbaycan türklərinin haqqına dair məsələnin ABŞ siyasilərinin gündəliyinə gəlməsi az önəmli deyil. Elə B.Obamanın bəyanatı da buna xidmət edir. "Frans press" agentliyinin yaydığı xəbərə görə, İran prezidenti Mahmud Əhmədinijat prezident seçilməsi münasibətilə Barak Obamanı təbrik edərkən bildirmişdi: "Seçicilərin çoxunun səsini qazana bildiyiniz üçün sizi təbrik edirəm. Bildiyiniz kimi, Allahın insanlara verdikləri əbədi deyil. Ümid edirəm ki, siz yaranmış imkanları insanların gerçək maraqları naminə dəyərləndirəcəksiniz". Müşahidəçilər Əhmədinijatın bu təbrikinin "həddindən artıq dostcasına" olduğunu bildiriblər. Məlum olduğu kimi, Corc Buşla İran hökumətinin başçısı bir neçə dəfə bir-birinin ünvanına kəskin ifadələr işlədiblər. Bununla belə, mütəxəssislərin fikrincə, Obamanın prezidentliyi dövründə iki ölkə arasında münasibətlərin normallaşacağı istisna edilmir. İran prezidentinin məktubuna cavab verəcəyini bildirən Obama İslam Respublikasının nüvə proqramına yiyələnməsinin yolverilməz olduğunu da bəribaşdan bəyan edib. Xatırladaq ki, 1979-cu ilin fevral inqilabından sonra ayətulla Xomeyninin tərəfdarları ABŞ-ın Tehrandakı səfirliyinin binasına hücum edərək diplomatik missiyanın əməkdaşlarını əsir almış, onları 444 gün girovluqda saxlamışdılar. İndiki prezident Mahmud Əhmədinijatın da qatıldığı bu aksiya "İrana qarşı casuslar yuvasına hücum" adı altında keçirilmişdi. Ölkənin tanınmış siyasilərindən biri, parlamentin üzvü Həmidrza Babai bildirib ki, yeni prezidentin dövründə iki dövlət arasında danışıqların bərpasına ümidvardır. Onun sözlərinə görə, dövlətlərarası dialoq yalnız İranın atom-nüvə proqramı ətrafında deyil, həm də başqa məsələlər, o cümlədən bölgənin təhlükəsizliyinə həsr oluna bilər: "Corc Buş son səkkiz ildə dünyada hərbi siyasət yürüdüb. Bu isə qlobal iqtisadi böhrana səbəb olub. Belə siyasət Amerikanın dünyadakı nüfuzuna xələl gətirib. Onun partiyadaşı Con Makkeyn prezident seçilsəydi, vəziyyət daha ağır olacaqdı". İranın baş prokuroru isə Barak Obamanı İslam Respublikasına qarşı tətbiq olunan sanksiyaları ləğv etməyə çağırıb: "Ağ evin yeni sahibi İran xalqına münasibətdə xoşməramlı olduğunu göstərmək üçün ABŞ-ın əvvəlki iqtidarları tərəfindən yeridilmiş sanksiyaları ləğv etməlidir". Tehran hakimiyyəti hesab edir ki, respublikaçıların məğlub olmasının başlıca səbəbi Ağ evin İraq və Əfqanıstana yönəlik siyasətinin nəticəsidir. ABŞ tarixində bir partiyanın 30 il hakimiyyətdə qalması faktı yoxdur. Çünki İrandakı kimi mürtəce rejimlərdən fərqli olaraq ABŞ-da seçki azad və ədalətli keçirildiyindən aparıcı partiyalardan hansının hakimiyyətdə qalması qərarını ştatların seçiciləri verirlər. Amma İran kimi dövlətlərdə bu qərar vətəndaşların iradəsinin əksinə olur, iqtidara gəlmiş siyasi qrup seçkinin nəticələrini yaxud bütövlükdə seçki prosesini saxtalaşdıraraq hakimiyyətdən əl çəkmək istəmir. Başqa sözlə, ictimai baxımdan azlıqda qalan belələri bir qayda olaraq düşünür ki, ölkədə islahatların keçirilməsini vacib sayan çoxluqdan daha "ağıllıdırlar" . İranın ali rəhbəri ayətulla Xamneyinin Qum şəhərindəki təmsilçisi, höccətülislam Məhəmməd Səidi bu günlərdəki Cümə namazı xütbəsində Barak Obamanın prezident seçilməsinə münasibətinin açıqlayıb: "ABŞ-ı əsasən sionistlər idarə edirlər. Seçkidə onların 80 faizi Obamaya səs verib. Bizim üçün Buşla Obamanın heç bir fərqi yoxdur. Amerikanın islama, islam müqəddəslərinə və İrana qarşı siyasəti dəyişməyincə biz əvvəllər olduğu kimi yenə də "Amerikaya ölüm!" şüarını söyləyəcəyik". Ölkə parlamentinin sədri Əli Laricaninin məsələyə dair çıxışları isə daha təzadlı olub. Hələ ABŞ-da seçki keçirilməsinə iki həftəyə yaxın vaxt qalarkən o bildirmişdi ki, Barak Obama namizədlərin arasında daha "sərfəli"sidir. "Respublikaçı Con Makkeyndənsə, Obama daha məqsədəuyğun"udur, - deyə Laricani söyləmişdi. Seçkidən sonrakı ilk mətbuat konfransında Obamanın İrana dair verdiyi bəyanatı dəyərləndirən parlament sədri belə demişdi: "O da yanlış yoldan başlayıb". Onun sözlərinə görə, belə başlanğıc ABŞ hakimiyyətinin Tehrana münasibətinin dəyişəcəyi perspektivini alt-üst edir. Xatırladaq ki, Barak Obama bunu da deyib: "İranın terrorçu təşkilatları dəstəkləməsinə son vermək lazımdır". Bununla belə, o, məsələnin güc yolu ilə həllinə tərəfdar olmadığını da bildirib. Barak Obamanın prezident seçilməsi ilə hər hansı dəyişiklik gözləntisi, təbii ki, təkcə İran rəsmilərinin deyil, müxalif düşüncəlilərin də diqqət mərkəzindədir. Bu sırada İranda çoxluq təşkil edən soydaşlarımızın da müəyyən gözləntiləri var. Güney Azərbaycan Milli Birlik Şurasının "Barak Obama və Güney Azərbaycan" başlıqlı dəyərləndirməsini diqqətinizə çatdırırıq: "Bütün dərdlərin dərmanı demokratiyadır, ancaq İranda bunun gerçəkləşməsinə ən böyük əngəl fars şovinizmidir. Başqa sözlə, Rza şahın hitlersayağı yaratdığı farsçılıq siyasəti davam etdikcə ölkədə demokratiyadan və ya millətlərin hüququndan danışmaq Azərbaycan Milli Hərəkatını təhrif etməkdən savayı bir işə yaramaz. Çünki biz Milli Hərəkatda demokratiyadan danışarkən yalnız Azərbaycan mərkəzli düşüncə sistemində milli müqəddəratın təmini siyasətini güdürük. Bütün irticaçı baxışlar kimi fars şovinizminin də kartondan düzəldilmiş, kişiləşdikcə əyilib yıxılan, içiboş qaplan olduğuna inanırıq. Amerikada bir afro-amerikalının prezident seçilməsi çağımızın tarixdə altı cızılaraq yazılması gərəkən mühüm bir hadisəsidir. 85 faizini ağ dərililərin təşkil etdiyi ABŞ seçicilərinin 70 faizindən çoxunun bu qara dəriliyə səs verməsi bu ölkə insanlarının irq və ya dinindən asılı olmayaraq dünyaya yeni bir baxış açdıqlarının göstəricisidir. Barak Obamanın söz verdiyi dəyişiklikləri edib-etməyəcəyi və ya edə bilib-bilməyəcəyi məsələsinə zaman aydınlıq gətirəcək. Bu günlərdə Amerika və İraq arasında "qarşılıqlı təhlükəsizliyə dair" müqavilə də diqqətdən qaçmamalıdır. Bu da aydındır ki, ABŞ kimi bir nəhəng ölkənin yürütdüyü siyasətdəki böyük dəyişiklik dünyanın çalxalanmasına yol aça bilər. Təbii ki, bu da Amerika siyasətçilərinin gözündən qaçmayacaq. Bununla yanaşı, bütün siyasi təhlilçilərin mülahizələrinə baxmayaraq ölkədə keçirilmiş seçki iki məsələyə aydınlıq gətirdi: - Demokratik üsullarla ən çətin, qarışıq və mürəkkəb siyasi problemlərin həlli qansız-qadasız mümkündür; - Məzlum millətlərin davamlı, ağıllı və yorulub-usanmadan demokratik mübarizələri, nəhayət, öz səmərəsini verəcək. Bu yolda mübarizədə zindandan, ölümdən, işgəncə və təhdidlərdən çəkinməyən milli qəhrəmanların vacibliyi inkaredilməzdir. ABŞ-da Martin Lüter Kinq, Cənubi Afrikada Nelson Mandela buna əyani sübutdur. Ağ-qara ayrıseçkiliyinə 1965-ci ildə son qoyan demokratlar 43 il sonra Barak Obamanı seçməklə tarixin təkamül qanunlarını təsdiqlədilər. Təbii olaraq hər kəs öz təfəkkür dairəsində formalaşdırdığı dünyagörüşü çərçivəsində yaxud siyasi maraqları ilə bu seçkini dəyərləndirə, ona istədiyi donu geyindirə bilər. Ancaq məsələyə hansı yöndən yanaşmaqdan asılı olmayaraq dünyada irqçilik təfəkkürünün sona çatması, əsir millətlərin azadlığa qovuşması fars şovinizminə ibrət dərsi olmaqla yanaşı, Azərbaycan Milli Hərəkatının gələcəyinin aydınlığından xəbər verməkdədir. Nə İranda 90 ildir hakim olan fars şovinistlərini Amerika xalqı ilə yanaşı tutmaq, nə bu ölkədəki demokratiyanı İran faşizmi ilə bir tərəziyə qoymaq, nə də Barak Obamanın Güney Azərbaycana nicat verəcəyinə bel bağlamaq düzgündür. Ancaq seçkiqabağı təbliğat kampaniyası zamanı onun Güney Azərbaycandakı ədalətsizliyə toxunduğunu nəzərə alaraq azərbaycanlıların Demokrat Partiyasına yaxınlaşıb verilən vədləri xatırlatması faydalı ola bilər. Bütün bunları göz önündə tutmaqla birlikdə, Azərbaycan Milli Hərəkatı 30 milyonluq Güney Azərbaycan türkünün potensialına arxalanaraq dünyada yaranmaqda olan yeni siyasi vəziyyətdən istifadə etməyi bacarmalıdır. Bu potensialı işə salıb BMT-nin bəyannamələri əsasında "milli müqəddəratın təyin edilməsi" bugünkü şəraitdə gələcəyə pəncərə aça bilər. "Hadisələr həmişə bir sayaq baş verməz" fəlsəfəsinə inanaraq Amerikanın demokrat prezidenti Cimmi Karterin Tehrana səfərindən bir il sonra Məhəmmədrza şahın qaçdığını da unutmaq olmaz. Bir sözlə, "açıq siyasi atmosferin bütün gedişatı dəyişəcəyi" günə hazır olmalıyıq. Hazırda həbsxanada yatanlar, işgəncəyə məruz qalanlar, maddi sıxıntı çəkməyə məcbur edilənlər, ümumiyyətlə, bütün millətimiz öz dirənişini daha da gücləndirməli, fars şovinizmini diz çökdürməlidir. Əslində, o günə çox qalmayıb. Bu şovinizm Amerika irqçilərindən güclü olmadığı kimi bizim mübarizəmizin də əyilməzliyi inkaredilməzdir. Ötən 5-6 il ərzində yürüdülən bütün zorakılıq siyasətinə baxmayaraq göstərilən milli müqavimət və gəlişməkdə olan hərəkatımız - ümid qaynağımız, millətimizin ruh yüksəkliyi, gələcəyimizin aydınlıq çırağıdır".
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi