"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Azərbaycan türkcəsi üslub imkanları etibarilə türk dilindən son dərəcə genişdir Türk xalqları, dövlətləri arasında mənəvi yaxınlığa, birliyə indiki kimi ciddi ehtiyac yaranmayıb: Türk Birliyi ideyasının bütün sahələrdə gerçəkləşdirilməsi son dərəcə gərəklidir. Artıq bu ideya türkdilli dövlətləri dərindən düşündürməyə başlayıb. Şübhəsiz, dünyada bu istəyə qarşı əngəllər həmişə olub, bundan sonra daha da çox olacaq. Bu mənada araşdırmaçı Aydın Abi Aydının qənaətləri çox maraqlıdır. O, bu yaxınlarda Türkiyədə yaradıcılıq səfərində olub: "Ankarada keçirilən 6-cı Uluslararası Türk Dil qurultayından bir müddət keçsə də, hələ də həmin tədbirin təəssüratı məni tərk etməyib". Qurultayın türk xalqlarının mənəvi yaxınlaşmasında mühüm əhəmiyyəti olduğunu qeyd edən A.Aydın bildirir ki, bu qurultayda türk dillərinin biri-birinə yaxınlaşması və ortaq əlifbanın yaradılması məsələləri müzakirə edildi: "Qurultayda Mahmud Kaşğarlının 1000 illiyinə və Çingiz Aytmatovun xatirəsinin yad olunmasına həsr olunmuş tədbirlər keçirildi, ayrıca filmlər nümayiş etdirildi". A.Aydın qurultayın türk dilərinin biri-birilə əlaqəsinin daha da yaxınlaşdırılması yönündə əhəmiyyətli bir mərhələ olduğunu bildirir: "Qurultayda qeyd edildi ki, türk dilləri arasında yaxınlaşma artır. Artıq türk dilləri arasında birləşdirici dil olaraq Anadolu türkcəsində danışıq üstünlük təşkil edir. Təsadüfi deyil ki, qurultayın əksər çıxışçılarını başa düşürdük". Azərbaycan-Türk mədəniyyətinin yaradıcı, özünəməxsus fikrinin daha çox poeziyada və musiqidə ifadə olunması qədim mədəniyyətimizin halı barədə müəyyən təsəvvürə gəlməyə bizə imkan verir. Professor Gülnaz Abdullazadə Azərbaycan mənəvi mədəniyyət tarixinin zənginliyi, bu mənəvi sərvətə tam mənasıyla sahib durmağımızın gərəkliyini vurğulayır: "Hazırda türkdilli xalqları birləşdirən amillər içərisində dil xüsusi rol oynayır. Təəssüf ki, türk dili sonrakı dövrlərdə öz ifadəsini türk əlifbasında tapmayıb. Bizim bir xalq olaraq həyatımızın ən kədərli gerçəklərindən biri dəfələrlə əlifbamızın dəyişdirilməsidir. Xüsusən 20-ci yüzildə bu məsələ dəfələrlə acı gerçəkliyini tapdı. Əlifbanın bir neçə dəfə dəyişdirilməsi bütün Türk Dünyasına vurulan ən böyük zərbələrdən biri idi. Qeyd etmək yerinə düşər ki, yapon heç vaxt öz əlifbasını dəyişməyib. Həmçinin çinlilər də əlifbalarını dəyişməyiblər. Çinlilər neçə minillərdir ki, çox çətin, mürəkkəb heroqliflərdən istifadə edirlər. Amma onlar daha asan əlifba yaratmaq barədə düşünməyiblər. Hər halda yaponların və çinlilərin bu hərəkəti onların qədim mədəniyyətlərinə, milliliklərinə qoruyuculuq səviyyəsində böyük sayğı və sevgilərindən irəli gəlir. Amma təəssüf ki, biz konkret olaraq Orxon-Yenisey abidələrini yaradıcı şəkildə qoruya, artıra, inkişaf etdirə bilmədik". Bu, şübhəsiz, türklərin həyatında sonrakı mərhələlərdə xeyli milli problemlər yaradıb: "Bizi sevməyənlər belə məqamlardan istifadə edə biliblər. Maraqlıdır ki, bu tipli bəlaların çoxu həmişə türklərin başına gəlib. Biz həmişə qıraqdan nəsə "təzəliklər" gözləmişik. Hər halda qıraqdan gələn təzəliklərin cazibəsi mümkün qədər bizi aldatmamalıdır. Amma dilimiz nə yaxşı ki, bütün çətinliklərə, təhlükələrə baxmayaraq özünü qoruyub-saxlayıb. Hazırda Türk Dünyası coğrafiyasına daxil olan dövlətlərin, xalqların bir-birlərini daha yaxşı tanımaları üçün imkan yaranıb. Bu, bütün türk xalqlarının, soylarının daxili ehtiyacıdır. Şəxsən mən inanmıram ki, bu yöndəki istəklərin arxasında siyasi məqsədlər dursun. Hər şeydən əvvəl bu cür istəkləri mənəvi birliyimiz yönündə atılmış addımlar kimi dəyərləndirmək gərəklidir. İlk növbədə türk xalqları biri-birlərini daha dərindən tanımalıdırlar. Türk xalqları biri-birlərindən müəyyən məsələlərdə fərqlənirlər. Bu fərqləri öyrənməyimiz, bilməyimiz lazımdır". AMEA Əlyazmalar İnstitutunun farsdilli əlyazmalar şöbəsinin əməkdaşı Nəsib Cümşüdlü hesab edir ki, türk dili yüzillər boyunca özünəməxsusluğunu, möhtəşəmliyini saxlasa da, bu sahədə də itkilərimiz az olmayıb. Amma o, Azərbaycan türklərinin yüzillər boyunca başqa dillərdə əsərlər yaratmasını da xüsusi hadisə sayır: "Bu, başqa dildə əsər yaradan xalqın təfəkkürünün nə dərəcədə yüksək olduğunu göstərir. Türklər islam mədəniyyətinin yaranmasında və yayılmasında böyük qüvvə olublar". Bəs görəsən soydaşlarımızın ana dilində yazmaq imkanları doğrudanmı bu dərəcədə mümkünsüz idi? N.Cümşüdlü deyir: "Deyirlər ki, o dövrdə yaradıcılarımıza ana dilimizdə yazmağa ciddi maneçiliklər olub; məsələyə elmi baxımdan yanaşmalıyıq: orta yüzillərdə latın, yunan dilləri dəb olub. Başqa xalqlar da əsərlərini əsasən bu dillərdə yazıblar. İlk mənbələr, fəlsəfi əsərlər ərəb-fars dillərinə tərcümə olunub; bu dillərdə terminlər çox olduğuna görə bizdə də dövrün tələbinə uyğun ona üstünlük verilib. Amma tədricən bizdə anadilli ədəbiyyatın gözəl nümunələri yaranmağa başladı. Düzdür, Nizaminin dövründə şifahi ədəbiyyat nümunələrindən fərqli olaraq anadilli ədəbiyyat nümunələrinə rast gəlmirik. Amma sonrakı dövrlərdə anadilli ədəbiyyatın üstünlüyü xüsusi sezilməyə başlandı. Bununla belə farsca yazmaq uzun müddət dəb olaraq qaldı. Osmanlı hökmdarı Sultan Səlim farsca şeirlər yazırmış. Hətta o, Şah İsmayıla məktubunu farsca yazdığı halda Xətayi ona ana dilində-Azərbaycan türkcəsində cavab yazmışdı. Osmanlı imperatorluğunun ərazisindəki şairlər də iki dildə yazırdılar. Nəsimi dövründə anadilli ədəbiyyatın davamlı və gözəl nümunələri yarandı". Acı gerçəklikdir ki, yüzillər boyunca ana dilimizə ərəb-fars sözləri daxil olduqca təbii, doğma sözlərimiz "dialektlər" adıyla küncə sıxışdırıldı. Əvəzində isə ərəb-fars sözlərinin ana dilimizdə demək olar, hökmranlığı başlandı, bu gün də həmin təsir xüsusi şəkildə hiss olunmaqdadır. Türk xalqlarının qədim özünəməxsus soraqlarının öyrənilib araşdırılmasında Mahmud Kaşğarlının "Kitabi-divani-lüğət-it-türk" əsəri əhəmiyyətli rol oynayır. Bu gün türk xalqları arasında ortaq türk dilinin yaradılması yönündə kövrək də olsa, addımlar atılmaqdadır. Təbiidir ki, belə bir çətin işin araya-ərsəyə gəlməsi birdən-birə olmayacaq, bəhrəsini tədricən verəcək. Bu gərəkli axtarışlar prosesində türk dillərinin mövcud vəziyyətinin müqayisəli şəkildə araşdırılması ilə yanaşı həmçinin türk dillərinin qədimdə mövcud olmuş durumunu da müqayisəli şəkildə nəzərdən keçirmək yaxşı olar. "Altun Bitig" ("Qızıl Kitab") adlı kitabın müəllifi Əkbər Qoşalı bu gün türk birliyinin yaranması yönündə gərəkli addım kimi ilk öncə balalarımıza milli adlar qoyulmasında görür: "Hər ulusçu ad ən azı bir xatırlatma, bir yenilik, türk soyuna sayğı göstəricisidir. Ulusal adlar ruhu oyadan nəsnələrin birincilərindəndir. Dilimizi təmizləmək bu işlərdən biridir". Türkiyəli araşdırmaçı Yaşar Kalafatın ortaq türkcə ilə bağlı qənaətləri maraqlıdır: "Ortaq türkcənin yaranması üçün hər bir türkdilli ölkə ilk növbədə özünün belə demək mümkünsə, ortaq dilini yaratmalıdır. Türkiyə türkləri ilə dil yönündə ortaq anlaşma tapmazdan öncə Azərbaycan türklərinin biri-biri ilə tam şəkildə, problemsiz anlaşması zəruridir. Bu sırada Güney Azərbaycanla Quzey Azərbaycan türklərinin tam anlaşma, yəni dil birliyi zəruriliyini önə çəkmək olar. Həmçinin də Türkiyə özünün daxilində dil birliyi problemini həll etməlidir. Bu proses başqa türkdilli ölkələrdə də getməlidir. O zaman türk xalqları arasında ortaq türk dili ideyasının gerçəkləşməsi ilə bağlı uğurlu addımlar atıla və bəhrəsini verə bilər". O, bu gün türkdilli xalqların xeyli nümayəndəsinin rusca danışmasını böyük bir kədərlə qeyd edir: "Bu gün Güney Azərbaycandakı soydaşlarımızın ilk növbədə milli kimlikləri uğrunda mübarizə aparmaları təqdirəlayiqdir". Gecikmədən bütün Türk Dünyası üçün ortaq türkcənin yaradılaraq işlədilməsi son dərəcə gərəklidir. Necə olur ki, Çin kimi ölkə öz əlifbasını yaşadır, amma nədən Türklərin öz yaşarı əlifbası olmasın? Tanınmış mifoloq-alim Seyfəddin Rzasoy isə hesab edir ki, Azərbaycan Türkcəsi bütün parametrlərilə ortaq türkcə rolunu oynamaq qüdrətindədir: "Ana dilimizin göstəriciləri buna imkan verir. Lakin reallıq bizə başqa şey deyir. Reallıq ondan ibarətdir ki, dilin arxasında həmişə onun dövləti durmalıdır. Ötən bir neçə yüzildə bu şansları itirdik. Bu gün Azərbaycanın quzeyində müstəqil dövlətimiz qurulub. Bir millət olaraq bu, böyük sərvətimizdir. Anadolu türkcəsinin türk xalqlarının qarşısında dominant üstün rolundan yox, məsuliyyətindən danışmaq istərdim. Bu gün Türkiyə Respublikası bütün Türk Dünyasının mədəniyyət flaqmanı rolunu oynayır. Türkiyədə tez-tez elmi simpoziumlar, konfranslar keçirilir. Artıq dünyanın bütün mədəniyyət soraqları demək olar ki, türkcəyə tərcümə edilir. Şəxsən mən Anadolu türkcəsinin ortaq türkcə kimi perspektivini müşahidə edirəm. Lakin bu, bizim ana dilimizin Anadolu türkcəsindən funksional zəifliyinə dəlalət etmir. Azərbaycan türkcəsi Şərq türkcəsinə və Qərb türkcəsinə bağlılığı baxımından üslub imkanları etibarilə türk dilindən son dərəcə genişdir. Lakin reallıq bizə başqa şeyi deyir. Bu, ilk növbədə dünyada Türkiyənin siyasi mövqeyi ilə bağlıdır".Elçin Qaliboğlu
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi