"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Budaq Budaqov: "Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar elmi mərkəz yaradılmalıdır" "Belə bir məsələ irəli sürmüşdük ki, Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar elmi mərkəz yaradılsın, baş verən hər bir hadisə sənədləşdirilsin, bilinsin ki, nələr olunub. Nədənsə, mərkəz hələ yaradılmayıb. Bu mərkəz bizdə mütləq olmalıdır, yaradılmalıdır. Ümumiyyətlə, yaradıcı adamlar hərəsi əlindən gələni edir, bacardığı qədər yazır, car çəkir. Mənim "Vətən yanğısı" adlı kitabım var, bacardığımı etmişəm. Amma ayrı-ayrı yazmaqdansa, bir olub yaratmaq gərəkdir". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Budaq Budaqov Yeni Azərbaycan Partiyasının internet saytına müsahibəsində deyib. Azərbaycanlıların indiki Ermənistandan deportasiyasının 20 ilinin tamam olduğunu xatırladan B.Budaqov əlavə edib ki, XX əsrdə Azərbaycan xalqının başına gələn bəla və müsibətlərin, ermənilərin törətdiyi konfliktlərin dərin kökləri var və bu köklər XVIII-XIX əsrlərə gedib çıxır. Ermənilərin açıq və gizli şəkildə bir çox havadarı olub və onlar da elə bu havadarların sayəsində bu qədər cinayət edə biliblər. Ermənilərin Azərbaycana xəyanəti isə xeyli əvvəllərdən başlayır: "Ötən əsrin əvvəllərində isə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın hesabına Ermənistan dövləti yaradıldı. Həmin vaxtdan etibarən azərbaycanlıların dədə-baba torpaqlarından deportasiyası başladı. Sovet hökuməti zamanı, Böyük Oktyabr İnqilabından sonra da ermənilərin ekspansiya siyasəti davam edirdi və bunun yerinə yetirilməsi Sovet İttifaqı Kommunist Partiyasının və İttifaq rəhbərlərinin gündəmində idi. O zamanlar SSRİ-nin rəhbəri Stalinin imzası ilə Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycana köçürülməsi qərara alındı. Bir məsələni də qeyd edim ki, bu qərardan əvvəl belə bir plan var idi ki, ümumiyyətlə, azərbaycanlıları Azərbaycandan köçürsünlər və nəticə etibarı ilə boş qalan ərazilərimizi erməni və gürcülər arasında bölüşdürsünlər. Bu, birbaşa Stalinin və onun arxasında durduğu ermənilərin xain siyasəti idi". B.Budaqovun sözlərinə görə, Ermənistanda yaşayan azərbaycanlıların köçürülməsini sovet hökuməti belə əsaslandırmışdı ki, Mingəçevir su anbarının tikilməsi ilə əlaqədar Kür-Araz ovalığında geniş suvarma əkinçiliyi ilə məşğul olmaq üçün işçi qüvvəsinə ehtiyac var. "Əvvəla, dağlıq ərazidə yaşayan azərbaycanlıların düzənlik əraziyə köçürülməsinin özü cinayət idi. Çünki dağlıq iqlimə uyğunlaşmış insanların qəfildən aran ərazisində məskunlaşması olduqca problemli məsələdir. Sonra Zəngibasar mahalının iki kəndinin sakinlərini zorla Ağcabədi rayonuna gətirdilər. İqlim şəraiti ilə əlaqədar olaraq azərbaycanlıların çoxu dünyasını dəyişdi, qalanları isə çətinliklə də olsa tədricən iqlimə uyğunlaşaraq kənd təsərrüfatı ilə məşğul olmağa başladı. Hələ 1958-ci ildə Qərbi Azərbaycanda azərbaycanlıların sayı yarım milyona çatırdı. Ermənilər ora gedən azərbaycanlılara iş vermirdilər, işsiz qoyurdular. İşləyənlərə də min cür qara yaxıb şər atırdılar. Yəni demək istəyirəm ki, bəhanə axtarırdılar ki, bizi yox eləsinlər. Ümumiyyətlə, deportasiya XIX əsrin sonlarından başlayaraq mərhələlərlə XX əsrin sonlarına qədər davam edib. Bunu dəqiq rəqəmlə demək çətin olar, amma təxmini hesablamalara görə, indiyədək qədim torpaqlarımız olan indiki Ermənistandan qovulan azərbaycanlıların sayı milyondan yuxarıdır. Əgər bu deportasiyalar olmasaydı, indi Ermənistanda ermənilər əhalinin heç 10-15 faizini belə təşkil etməzdi. Biz bütün bunları faktlarla, sənədlərlə dünyaya çıxarmalıyıq və qəbul etdirməliyik"-deyə o vurğulayıb. Akademik bildirib ki, Azərbaycanın ikinci böyük bəlası 1988-ci ildə baş verib. Ermənilərin gizli istəyinə aparan yol bu deportasiyadan keçib gedirdi. Məhz bu hadisədən sonra münaqişə alovlandı və Azərbaycanın rayonları bir-bir düşmən tərəfindən işğal olunmağa başlandı. Ermənilər nəyin bahasına olursa-olsun, Dağlıq Qarabağı Ermənistana qatmaq fikrində idilər. Azərbaycanlıların deportasiya olunması böyük bir fəlakətin açarı oldu: "Nə sovet hökuməti, nə Azərbaycanın rəhbərləri bu məsələyə siyasi qiymət vermədilər. Ulu öndərimiz ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra soydaşlarımızın doğma torpağı olan Qərbi Azərbaycandan deportasiya olunmasına siyasi qiymət verildi. Ümumiyyətlə, milli liderimiz Heydər Əliyev daim xalqımızın tarixinə həssaslıqla yanaşaraq vaxtilə yol verilmiş tarixi ədalətsizliyə, haqsızlığa siyasi qiymət verilməsi təşəbbüsü ilə çıxış edib. Heydər Əliyev məlum deportasiya və soyqırımı məsələsinin tarixi köklərinin axtarılıb tapılmasında və haqqın yerini tutmasında əvəzsiz xidmət göstərmişdi. O bizi dəfələrlə bir araya yığıb iclaslar keçirirdi və bu iclasların əsas məğzi ondan ibarət idi ki, Azərbaycanda soyqırımı günü təsis edilsin. Uzun məsləhətləşmələrdən sonra qərara alındı ki, 1918-ci ildə azərbaycanlıların ermənilər tərəfindən qırğına məruz qaldığı gün soyqırımı günü elan edilsin". Deportasiyaya beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsi üçün hansı addımların atılmalı olduğuna gəldikdə isə akademik qeyd edib ki, dünya ölkələrindən bir çoxu, o cümlədən ABŞ, Rusiya, Fransa Ermənistanı həmişə müdafiə ediblər və indi də müdafiə edirlər: "Bu ilin mart ayında BMT-nin Baş Məclisində işğal olunmuş ərazilərimizlə bağlı məsələ səsə qoyulanda sözügedən ölkələr bizim lehimizə səs vermədilər. Rusiya deyir ki, Qarabağı almaq istəsə, Azərbaycana mənəvi cəhətdən dəstək olacaq. Amma faktiki olaraq, Ermənistana milyardlarla dollar qiyməti olan silahlar verir. Amerika deyir ki, Azərbaycan Ermənistana hücum etsə, bizi müdafiə etməyəcək. İndiyə qədər çoxsaylı qurumun nümayəndələri bu məsələ ilə bağlı həm Ermənistana, həm də Azərbaycana dəfələrlə səfər ediblər, ancaq təəssüflər olsun ki, illər keçməsinə baxmayaraq, hələ də bir nəticə əldə edilməyib". Onun sözlərinə görə, münaqişəni bu qədər uzatmaqla yəqin ki, beynəlxalq güclərin nəsə gizli siyasətləri var. Amma Azərbaycan öz əzmini, inamını itirmir, hüquqlarını bilir, torpaqlarımızın alınması üçün lazım gələni edir: "Bu münaqişənin həll olunması üçün prezident İlham Əliyevin zəhməti danılmazdır və inanıram ki, məhz dövlətimizin başçısının uzaqgörənliyi sayəsində bu problem öz həllini tapacaq". B.Budaqov hesab edir ki, beynəlxalq hüquqdan istifadə edərək Azərbaycanın Ermənistandan təzminat tələb etməsi mümkündür. Lakin bunun üçün görülməli olan işlər vaxtında həyata keçirilməyib: "Hər bir məsələni vaxtında həll etmək lazımdır. Qeyd etdiyiniz məsələ ilə bağlı da işlər əvvəldən həyata keçirilməliydi. Artıq ermənilər burada da qabağa düşüblər. Ermənilər buradan köçənlərin siyahısını tutublar, nə qədər mal itkisi olub, birə on yazıb qeyd ediblər və bunu kitab kimi buraxırlar və dünyada yayırlar. Bizdən qabaq onlar təzminat tələb edəcəklər. Biz nə etmişik, hansı işlər görmüşük? Çox az! Məsələn, indi deyirlər ki, bütün Azərbaycan kulinariyasını ermənilər öz adlarına çıxırlar. Bu yaxında da bir kitab buraxmışdılar və orada da bizim xörəkləri özlərininki kimi təqdim etmişdilər. Bunun günahının bir tərəfi də bizdədir. Biz niyə xarici dillərdə bunları yazıb təqdim etmirik ki, sonra da pis vəziyyətdə qalırıq? Haqlı olduğumuz halda bəzən erməni tərəfi təbliğatın gücünə haqlı çıxır". Yer adlarının tədqiqi ilə məşğul olduqları deyən B.Budaqov onu da nəzərə çatdırıb ki, ermənilər Qərbi Azərbaycanda yer adlarını hələ ötən əsrin 30-40-cı illərindən dəyişdirməyə başlamışdılar. Məqsəd o idi ki, bu torpaqların türklərə məxsus olması faktını məhv etsinlər: "Biz bu məsələ ilə bağlı kitab nəşr etmişik. Təxminən 5000 toponim ermənilər tərəfindən dəyişdirilib. Bu kitablar xarici dillərə tərcümə edilib dünyaya yayılmalı, məşhur kitabxanalara verilməlidir. Əslində, onların sonradan qoyduqları adların çoxunun kökü də türk mənşəlidir. Ermənistanda ayrı-ayrı bölgələr var ki, onların hər birinin adı var. Şərur, Sürməli, Dərəkənd, Qırxbulaq, Zəngibasar kimi adlarımızı özəlləşdiriblər. Sizə bir fakt danışım: sovet hakimiyyəti dövründə çinlilər deyirdi ki, 22 milyon kv.km. ərazimiz başqa dövlətlərin ərazisindədir. Sonra da deyirdilər ki, 7 milyona qədəri də ruslardadır. Rusiya da cavab üçün komissiya yaratdı və həmin komissiya Sibir və Uzaq Şərqin kitabını yazdı və sübut etdilər ki, bu ərazilər nə çinlilərə, nə də ruslara məxsusdur. Əslində, bu ərazilər türkdilli xalqlara aiddir". K.HACIYEV
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi