"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Son zamanlar Türkiyənin Ermənistanla apardığı danışıqlarda Qarabağ məsələsinin arxa plana keçdiyi barədə narahatçılıq yaradan məlumatlar yayılır. Qardaş ölkənin Azərbaycanın maraqlarını rəsmi İrəvanla təmaslarında prioritetlər sırasından çıxarması təbii ki, sakit qarşılana bilməzdi. Bəzi məlumatlara görə, Türkiyənin xarici işlər naziri Əli Babacanın Bakıya səfəri də Ankaranın siyasətindəki dəyişikliklərin zəruriliyinə Azərbaycan hökumətini inandırmaqdır. Ə.Babacan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonrakı brifinqdə Türkiyənin Ermənistanla sərhədlərini açma perspektivləri ilə bağlı suala cavab olaraq deyib ki, bu, Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşmasından asılıdır: “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistanla bağlı siyasətimizdə təməl prinsipi olaraq qalır. Ancaq bütün məsələlər diplomatik yolla tənzimlənməlidir”. E.Məmmədyarov öz növbəsində türkiyəli həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını geniş müzakirə etdiyini desə də, detalları açıqlamayıb. “Qafqazda əməkdaşlıq platformasını irəli sürməklə biz region ölkələrini bir masa ətrafına əməkdaşlığa dəvət edirik”, - deyən Ə.Babacan qeyd edib ki, Türkiyə regiondakı münaqişələrin - Dağlıq Qarabağ probleminin, Rusiya ilə Gürcüstan, Türkiyə ilə Ermənistan arasındakı problemlərin diplomatik yolla həll edilməsinin çox önəmli olduğunu anlayır: “Bütün cəhdlərimizdə əsas məqsədimiz əlaqələrin normallaşmasıdır. Çünki regionda bu problemlər qaldıqca, davamlı sülhə və sabitliyə nail olmaq mümkün deyil. Arzu edirik ki, bu problemlər gələcək nəsillərə qalmasın, nəsildən-nəslə davam etməsin”. Nazir vurğulayıb ki, son dövrlər regionda artan diplomatik fəallıqda Azərbaycan-Türkiyə əlaqələrinin mühüm yeri var: “Azərbaycanla Türkiyə arasında son bir il ərzində prezidentlər və baş nazirlər səviyyəsində 10 dəfə, nazirlər səviyyəsində isə 30 dəfə qarşılıqlı səfərlər olub”. Ancaq bütün bunlara baxmayaraq, hesab olunur ki, Ərdoğan hökuməti artıq dövlət siyasətində Azərbaycanın taleyüklü məsələsini arxa plana keçirmək kursunu yeridir. Azərbaycanın ana müxalifət partiyası da Azərbaycan cəmiyyətindəki narahatçılıqların əsassız olmadığı qənaətindədir. İsa Qəmbər: “Türkiyəyə münasibətdə yersiz, sərt ifadələrin əleyhinəyəm” Müsavat Partiyasının başqanı İsa Qəmbər öncə bildirdi ki, Müsavat Partiyası Türkiyənin Cənubi Qafqazda daha fəal siyasət yeritməsinin tərəfdarıdır: “Türkiyənin Azərbaycan və Gürcüstanla kifayət qədər sıx əməkdaşlığı var. Rəsmi Ankaranın bölgədə siyasətinin fəallaşması, daha təsirli söz sahibi ola bilməsi üçün Türkiyə ilə Ermənistan arasında da müəyyən münasibətlərin olması təbiidir. Bu baxımdan biz Türkiyə və Ermənistan arasında gedən danışıq prosesinə bir qədər təmkinli yanaşmağın tərəfdarıyıq. Mən bu prosesin qiymətləndirilməsi zamanı yersiz, sərt ifadələrin işlədilməsinin tərəfdarı deyiləm". İsa Qəmbərin fikrincə, sadəcə olaraq, başa düşməliyik ki, danışıqlar gedərkən tərəflərin hər biri öz maraqlarından çıxış edir: “Türkiyənin maraqlarında sözdə genosid mövzusunun siyasi təzyiq elementi olaraq gündəmdən çıxarılması məsələsi var. Türkiyə bununçün tarixçilərdən və mütəxəssislərdən ibarət beynəlxalq birgə komissiya yaradılmasını təklif edib. Ki, mütəxəssislər istər Türkiyədə, istər başqa ölkələrdəki arxiv sənədlərini diqqətlə araşdırdıqdan sonra məsələyə elmi cəhətdən əsaslandırılmış bir mövqe qoysunlar. Türkiyənin marağı var ki, Ermənistan Türkiyə ərazilərinə iddia ilə bağlı müddəaları öz konstitusiya səviyyəsində sənədlərindən çıxartsın, bu iddialardan imtina etsin. Türkiyənin marağı var ki, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoysun, əsgərlərini Azərbaycan ərazilərindən çıxartsın və Qarabağ məsələsinin beynəlxalq hüquq normalarına uyğun şəkildə həllinə razılaşsın". Müsavat başqanı danışıqlar prosesində bir sıra digər maraqların varlığını da qeyd etdi: “Ermənistanın bilavasitə marağı Türkiyə ilə sərhədlərin açılması və Türkiyənin Qarabağ məsələsini prioritet kimi görməməsidir. Aydın məsələdir ki, Ermənistan danışıqlar prosesində buna çalışır. Danışıqların gedişi haqqında kifayət qədər detallı informasiya verilmədiyinə münasibət bildirmək üçün tələsməyə də ehtiyac yoxdur. Sadəcə olaraq, biz aydın bir şəkildə fikrimizi bildirməliyik ki, Azərbaycan, Qarabağ mövzusunun Türkiyə üçün prioritet məsələ olmaqdan çıxarılıb arxa plana keçirilməsi təkcə Azərbaycanın yox, Türkiyənin də mənafeyinə uyğun deyil və bu, düzgün olmazdı. Bu mövqe bizim tərəfimizdən dəfələrlə bildirilib. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti də bu mövqeni aydın bir şəkildə ən azı qapalı diplomatik danışıq və görüşlərdə Türkiyə yetkililərinə çatdırmalıdır. Təbii ki, Azərbaycan tərəfinin bu narahatlığı Türkiyə ictimaiyyətinə də hansısa formada çatdırılmalıdır. Bu, ilk növbədə Azərbaycan hakimiyyətinin üzərinə düşən bir işdir. Biz Müsavat Partiyası olaraq öz tərəfimizdən bu mövqemizi həm Azərbaycan, həm də Türkiyə ictimaiyyətinə təqdim etmişik". Vəfa Quluzadə: “Türkiyə bizim üçün nə mümkünsə edib və edir” Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə isə hesab edir ki, Qarabağ münaqişəsi başlayandan bəri Türkiyə heç bir iş görmək imkanında olmayıb: “Səbəbsə budur ki, Türkiyənin Rusiyaya təzyiq göstərmək imkanı yoxdur. Əksinə, Türkiyə qaz məsələsində Rusiyadan asılı vəziyyətə düşüb. Üstəlik, Tükiyə olduqca maraqlıdır ki, onun Rusiya ilə əlaqələri yüksək səviyyədə olsun. Çünki Türkiyə ilə Rusiya arasında geniş və çoxşaxəli biznes əlaqələri var və Türkiyə güclü şəkildə bu əlaqələrdən faydalanır. Ona görə də Ankara indiki şəraitdə öz milli maraqlarından çıxış edib Ermənistanla əlaqələr qurmağa meyl göstərir". Bu səbəbdən V.Quluzadə Azərbaycandakı narahatçılıqları əsaslı saydı: “Həqiqətən də gedən danışıqlarda Qarabağ məsələsi şərt ola bilməz. Məsələ burasındadır ki, Qarabağ məsələsi şərt olan vaxtda da Ankara-İrəvan arasında əlaqələr inkişaf edib. Məsələn, Azərbaycan əraziləri təzəcə işğal olunandan sonra Türkiyə nümayəndəsi Bakıya səfər etmişdi. Səfər zamanı Heydər Əliyevə təklif edildi ki, etiraz etmirsinizsə, Türkiyə Ermənistanla əlaqələri bərpa etsin. Lakin o zaman Heydər Əliyev buna qəti etirazını bildirdi. Buna baxmayaraq, Türkiyə Ermənistana “E-50" İrəvan-İstanbul koridorunu açdı. Yəni Ermənistan-Türkiyə əlaqələri qeyri-rəsmi şəkildə o vaxtdan inkişaf edirdi. Diplomatik əlaqələrin olmamasına baxmayaraq, Ermənistandan Türkiyəyə kim istəyirdisə, gəlib- gedir, işləyirdi". Politoloq əlavə etdi ki, hazırda Türkiyə Avropa İttifaqına daxil olmaq siyasəti yürütdüyü üçün Ermənistanla əlaqələrin qurulmasına cəhd göstərilir: “Avropa İttifaqının da etirazlarından biri Türkiyə-Ermənistan münasibətlərinin son illərdəki vəziyyəti ilə bağlıdır. Ona görə də Türkiyə milli maraqlarından çıxış edərək Ermənistanla sərhədləri açmaq, əlaqələri bərpa etmək istəyir". V.Quluzadə bildirdi ki, narahatçılıq doğuran məlumatlar reallığı tamamilə əks etdirir: “Bu danışıqlarda Azərbaycanın maraqları nəzərə alınmır və alına da bilməz. Ona görə də biz nahaqdan Türkiyəni qınamayaq. Türkiyə bizimçün nə mümkünsə edib və edir. Azərbaycan ordusunu qurmaq işində, Azərbaycan - Tükiyə əsgəri əməkdaşlığında bizə xeyli kömək edib. Amma fakt budur ki, Ermənistanın Azərbaycana təcavüzü məsələsi böyük geosiyasi məsələdir. Geosiyasi vəziyyət dəyişəndən sonra problem də həllini tapacaq. Bu isə vaxt tələb edir. Ona görə də Azərbaycan bu mənada Türkiyədən inciməməlidir". Xəzər İbrahim: “İki ölkə arasında münasibətlər “Bir millət - iki dövlət” prinsipi əsasında davam edir” Bütün bunlara, o cümlədən Qarsda ermənilərlə dostluq abidəsinin qoyulması barədə yazılara münasibətini soruşduğumuz XİN-in mətbuat katibi Xəzər İbrahim bildirdi ki, ermənilərin nə yazması əhəmiyyət kəsb eləmir: “Mənə bir ciddi mənbə verin ki, ona uyğun münasibət bildirim. Ermənilərin nəsə yazmağı o demək deyil ki, yazılanlar doğrudur". X.İbrahim Türkiyənin Azərbaycanın mövqeyini sata biləcəyi ilə bağlı narahatçılıqları da bölüşmədi: “Onu kim deyir? Bu gün (dünən-red.) Türkiyənin xarici işlər naziri Bakıdaydı və Xarici İşlər Nazirliyində görüş keçirdi. Görüşdən sonra tərəflər bildirdilər ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər ən yüksək səviyyədədir. Bu münasibətlər “Bir millət - iki dövlət” prinsipi əsasında davam edir". XİN rəsmisi Türkiyənin Qarabağ siyasətində dəyişiklik olmadığını vurğuladı: “Siyasətdə və münasibətlərdə heç bir dəyişiklik yoxdur". Elşad PAŞASOY musavat
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi