"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Cənubi Qafqazda, Qara dənizdə vəziyyəti pisləşən Rusiya Türkiyəni sərhədləri açmağa razı salmaqla işğalçı Ermənistanı aclıqdan qurtarmağa çalışır Son illərdə Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ortaya çıxan kimi düşünürük ki, məhz Avropa Birliyinin və Birləşmiş Ştatların təzyiqilə AKP hökuməti işğalçı ölkəylə sərhədlərin açılmasını müzakirəyə çıxarır. Çünki, Türkiyə 1993-cü ilin aprelində, Kəlbəcər işğal olunandan dərhal sonra işğalçı ölkə ilə sərhədləri bağlayandan bəri dəfələrlə həm Avropa Birliyi, həm də Birləşmiş Ştatların Ermənistanla sərhədləri açmaq üçün Ankaraya təzyiqlər göstərdiyinin, müxtəlif bəyanatlarının şahidi olmuşuq. Hətta iş o yerə gəlib çıxıb ki, Avropa Birliyi Bakı-Tiflis-Qars dəmiryolunun tikintisinin maliyyələşdirməyəcəyi haqqında qərar verib, ABŞ məhz Ermənistan kənarda qaldığına görə bu nəhəng dəmiryolu layihəsinə soyuq münasibət bəslədiyini ortaya qoyub. Elman Belə misalların sayını artırmaq mümkündür. Amma indi, türk-erməni münasibətlərindəki aktivləşmə diqqəti başqa istiqamətlərə də yönəldir. Müxtəlif faktlara əsaslanan mülahizələri bir cümlədə belə ifadə etmək mümkündür: Gürcüstana təcavüzündən sonra Cənubi Qafqazda kifayət qədər çətin vəziyyətə düşən Rusiya "forpostunu" xilas etmək üçün Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına çalışır. Yoxsa, Xocalı faciəsini törətmiş, işğalçı, terrorçu Serj Sərkisyanın ağzı nə idi ki, Türkiyə prezidenti Abdulla Gülün milli komandanın oyununa baxmaq üçün İrəvana səfərə dəvət etsin. Yaxud, İvanın icazəsi olmadan Andranik Mehmetə salam versin? Burada nəhəng iqtisadi maraqların mühüm rol oynaması faktdır. Hazırda Rusiya ilə ticarət dövriyyəsi 40 milyard dollara çatan Türkiyə rəhbərliyi praqmatik siyasət yeritməyə çalışır. Rəsmi Ankara fikirləşir ki, milyardlarla dollar iqtisadi maraqlara görə, Rusiya "Ermənistan siyasətini" dəyişə bilər. Məsələn, Rusiyanın təzyiqiylə Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxa bilər və ya Dağlıq Qarabağ danışıqlarında konstruktiv rol oynaya bilər. Təəssüf ki, belə deyil. Unutmaq olmaz ki, ilk dəfə "erməni məsələsi" yaradan məhz Rusiya idi. Məhz Rusiya Türkiyə torpaqlarında "erməni dövləti" yaratmağa çalışırdı. Ruslar ümumiyyətlə Cənubi Qafqazdan türkün izini silməyə, ermənini yerləşdirməyə çalışıb. Qafqaz İslam Ordusu 1918-ci ildə Azərbaycanı rus-erməni birliyinin qaniçənliyindən, işğalından xilas edə bildi. Stalin azərbaycanlıları çeçenlərlə, Mesxeti türkləriilə birlikdə Orta Asiyaya sürgün etməyə çalışanda bu prosesin qarşısını alan uzağı görməyən, qaniçən Mircəfər Bağırov deyildi. Məhz Türkiyənin fəaliyyəti ilə azərbaycanlıların kütləvi şəkildə Orta Asiyaya sürgününün qarşısı alındı. Tarix dönə-dönə təsdiqləyib ki, daim imperiya qurmaq istəyilə alışıb-yanan Rusiya rəhbərliyinin addımlarında praqmatiklikdən çox, zorakılıq, qabalıq, qaiçənlik özünü göstərir. Əgər Rusiya praqmatik olsaydı, heç nəyi olmayan Ermənistanla, işləməyən, onun-bunun hesabına yaşayan ermənilərlə deyil, iqtisadi zənginliklərə malik Azərbaycanla dost olmağa çalışardı, bizə qarşı ədalətli olardı. Axı Azərbaycanın kifayət qədər enerji ehtiyatları, mühüm geosiyasi mövqedə yerləşir var, axı azərbaycanlıların işlək olduğunu, qul kimi işlədiklərini bütün Rusiya bilir. Türkiyə hökuməti, AKP rəhbərliyi bu reallıqları bilsə, dərk etsə, çox yaxşı olar. Digər bir tərəfdən, dönüb ötən əsrə diqqətlə nəzər saldıqda aydın görünür ki, Türkiyənin Qurtuluş Savaşı illərində Rusiya ilə münasibətlər müəyyən qədər normal olsa da, sonrakı dövrlərdə dəfələrlə Ankara Moskvanın təzyiqlərinə məruz qalıb. Hətta Stalin Çanaqqala Savaşları dövründə olduğu kimi İstanbulu tutmaq haqqında plan həyata keçirməyə çalışıb. Qurtuluş Savaşı illərində münasibətlərin bir qədər normal olması isə heç də Türkiyədən yox, məhz Rusiyanın, hakimiyyətə gələn bolşeviklərin maraqlarından irəli gəlirdi. Ümumiyyətlə, AKP rəhbərliyinin Birinci Pyotrun "Vəsiyyətnamə"sini öyrənməsi yaxşı olardı. Daim İstanbulu tutmaq, Türkiyəni parçalamaq və s. barədə planlar cızan Moskvanın maraq dairəsində olan bir ölkəylə-işğalçı Ermənistanla "münasibətləri normallaşdırmaq" cəhdinin fiaskoya uğraması perspektivi çoxdur. Gərək onda Ermənistanda Rusiyanın bir hərbi bazası qalmaya ki, Ankara və İrəvan arasında konstruktiv dialoq qurulsun. Mən hələ Dağlıq Qarabağ münaqişəsini, Azərbaycan torpaqlarının işğalı faktını xatırlatmıram. AKP hökumətinin bəzi nümayəndələri düşünürlər ki, bəlkə ermənilərlə dil tapıb Azərbaycan torpaqlarının işğalından, qondarma soyqırım, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkdirə bildilər. Məsələ ondadır ki, işğal, "soyqırım" iddiaları erməni milli kimliyinin, milli dövlətçiliyinin özüdür. AKP hökumətinin cəhdlərinə baxmayaraq ermənilər indiyədək heç nə qoparma bilmədikləri Türkiyəyə güzəştə getməyəcəklər. Əksinə öz iqtisadi vəziyyətlərini düzəldəcəklər. Onu da deyək ki, Türkiyənin dövlət maraqlarının üstündən xətt çəkib İstambuldan İrəvana təyyarə uçuşlarına icazə verən, ermənilərə güzəştlər tətbiq edən dini istismarçı Ərdoğan hökuməti tarix və Türk milləti qarşısında cavab verməli olacaq. Yeri gəlmişkən, oliqarx, avtoritar baş nazir Vladimir Putinlə dostluq çox siyasətçilərin başını yeyəcək. Son dövrlər rus mətbuatında Türkiyə münasibətlər haqqında maraqlı məqalələr dərc olunur. Bu yazılar rus siyasətçilərinin, jurnalistlərinin Türkiyə, dolayısı ilə Moskvanın Cənubi Qafqaz siyasəti haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Məşhur aylıq iqtisadi jurnallardan olan "RBC" Türkiyə ilə Rusiya arasında hərbi işbirliyinin önəminə diqqət çəkərək Moskvanın Ankara kimi müttəfiqə ehtiyacı olduğunu bildirib. Jurnalın noyabr sayında rus hərbi gəmilərinin Türkiyənin Aksaz-Karaağac limanına səfərinə hərbi sahədə iki ölkə arasında ortaqlığın başlanğıcı kimi baxılıb. "RBC" separatçı Cənubi Osetiyanın Gürcüstandan ayrılaraq təktərəfli qaydada öz müstəqilliyini elan etməsi, Cənubi Osetiyada meydana gələn 5 günlük savaş və NATO-nun buna qarşı verdiyi təpkiyə toxunub. Yazıda keçmiş Yuqoslaviyadan sonra "isti nöqtənin" Qara dəniz olacağı vurğulanıb (Yəqin ki, təkcə Cənubi Qafqazdakı vəziyyət deyil, həm də Qaradənizdəki durum Rusiyanın Türkiyə ilə normal münasibətlər qurmağa sövq edir-E.). Məqalədə 200 ildən bəri qara dənizdə əsas söz sahibi olan Rusiyanın hazırda çox tərəddüdlü bir vəziyyətdə olduğu bildirilib: "Rusiyanın bu bölgədəki geosiyasi proseslərdən kənarlaşdırılmaması başqa Qara dəniz sahili ölkəsinin verəcəyi siyasi qərarlardan asılıdır. Tarix gözlənilməz bir dönüş edib. Əsrlər boyu Rusiyanın rəqibi olan Türkiyə bizim yeni strateji müttəfiqimiz ola bilər. Cənubi Osetiyadakı avqust böhranı zamanı NATO gəmilərinin Qara dəniz sahillərinə gəlməsinə cavab veriləcəyini açıqlayan Rusiya prezidenti Dmitri Medvedyev şimal donanmasının bir neçə gəmisini Venesuela sahillərinə göndərib. ABŞ Xarici İşlər Nazirliyinin nümayəndəsi isə cavab olaraq "Rusların bu qədər uzağa gedə biləcək yalnız bir neçə gəmisi olduğunu söylədi və haqlıydı". Məqalədə rus hərbi gəmilərinin ABŞ sahillərinə cavab səfərinin Rusiya hakimiyyətinin bir blefi olduğu göstərilir: "Çünki Rusiya təkbaşına və yalnız bir neçə gəmiylə NATO gəmilərinin nəinki Atlantik okeanına, Qara dənizə gəlməsini belə əngəlləyə bilməz. Bunun üçün Rusiyanın önəmli bir ortağa ehtiyacı var. NATO-nun üzvü olmasına baxmayaraq Türkiyənin ABŞ-ın prinsiplərinə qarşı çıxa biləcəyini artıq sübuta yetirdiyini əksini tapan yazıda bildirilir: "İraq müharibəsi zamanı ABŞ təyyarələrinə torpaqlarından qalxmasına icazə verməyən Türkiyə Cənubi Osetiya döyüşlərindən sonra NATO gəmilərinin boğazlardan keçişini bir neçə gün gecikdirərək Rusiyanın Ptği və Batumi limanlarında mühüm mövqelər tutmasına yardımçı oldu. Türkiyənin NATO-nun əmrlərini yerinə yetirməməsi bizim üçün çox ciddi bir yardımdır". Adı Türkiyədəki "Ergenekon" istintaqı ilə birgə hallanan Avrasiya Hərəkatı başqanı Aleksandr Dugin də jurnala açıqlamasında Türkiyə və Rusiyanın hazırda çətin bir dönəm yaşadığını vurğulayıb: "Son illərdə Türkiyə Rusiya və İranın timsalında yeni bir ortaq arayır. Çünki ABŞ-ın İraqa girməsi və kürd probleminin yenidən gündəmə gətirilməsi Türkiyəni çox üzdü və ərazi bütövlüyünü təhdid edən bir hala gəldi". Dugin Kıbrıs probleminin həllində də Qərbin mövqeyindən Trkiyədə "heç kimin məmnun olmadığını" vurğulayıb: "Türkiyə Qərb və ABŞ-la ortaqlığının özünə xeyirdən çox zərər verdiyi qənaətinə gəlməkdədir. Rusiyadan isə heç bir təhlükə gəlmədiyi, ikili işbirliyinin yaradacağı mənfəətlərin çox böyük olacağı haqqında mövqelər var". Yazıda Güney Osetiyadakı müharibənin ardından Türkiyənin başda Bakı-Tiflis-Ceyhan boru xətti olmaqla milyardlarla dollarlıq iqtisadi proqramların Rusiyanın iştirakı olmadan gerçəkləşdirməsinin mümkün olmadığını anladığı irəli sürülüb: "Ankara ötən illər ərzində Mosvanın və onun müttəfiqləri olmadan boru xətlərinin təhlükəsizliyini təmin edə bilməyəcəyi qənaətinə vardı. Türkiyə prezidenti Abdulla Gülün Ermənistana ziyarəti, Qafqazda Təhlükəsizlik və İşbirliyi Platforması qurulması təşəbbüsü, Güney Osetiya ssenarisinin Dağlıq Qarabağda da gerçəkləşdirilməsinin önlənməsi istiqamətində addımlar Ankaranın Moskva ilə yaxınlaşmasının bir sübutudur". Rusiya Elmlər Akademiyası Şərq Elmləri İnstitutunun mütəxəssisi Aleksandr Vasilyev də jurnala açıqlamasında Qərbin Türkiyəni Orta Asiya və Xəzər enerji qaynaqlarını Avropaya çatdıracaq tranzit ölkəyə çevirmək istədiyini vurğulayıb: "Ancaq bu gün Türkiyə də Şanxay İqtisadi İşbirliyi Təşkilatına girmək istəyən güclər var". Jurnal məqaləsində Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin güvənli şəkildə fəaliyyət göstərməsi, Türkiyənin ərazi bütövlüyünün qorunması, Kıbrıs probleminin çözümündə, hətta Türkiyənin Avropa Birliyinə üzvlüyü yolundakı problemlərin çözümündə Moskvanın Ankaraya dəstək ola biləcəyi vurğulanıb: "Bəs Rusiya bunun qarşılığında nə istəyir? Moskva üçün ən önəmli olan Krım yarımadasındakı Sevestopol limanındakı Rusiya Qara dəniz hərbi donanmasının mövcud vəziyyətinin qorunmasıdır. Donanmanın Sevastopoldan başqa bir yerdə yerləşdirilməsinin alternativi yoxdur. NATO-nun Şərqə doğru irəlilədiyi bir mərhələdə, Ukraynanın NATO-ya yönəldiyi bir dönəmdə NATO üzvü olan Türkiyənin Rusiyaya Sevastopol məsələsində dəstək verməsi çox önəmlidir. Ancaq yenə də Türkiyə ilə münasibətlərdə Rusiyanın çox diqqətli olması gərəkdir. Türklərin çox praqmatik xalq olduğu unudulmamalıdır. Yaxın keçmişdə, yəni ötən əsrin 90-cı illərində Türkiyənin Rusiyanı Qara dəniz bölgəsindən tamamən çıxarılmasına tərəfdar olduğu yaddan çıxmamalıdır. Moskva ilə Ankara arasında hərəkətliliklə yanaşı, Türkiyənin ABŞ-a çox bağlı olduğu nəzərdən qaçırılmamalıdır. ABŞ-ın əlində Ankaraya təzyiq göstərmək üçün bir çox vasitələr var. Türkiyənin hərbi kreditləri batmış vəziyyətdədir. Ankara NATO ilə əlaqələrin tamamən kəsilməsinə razı olmayacaq. Bunu unutmamaq lazımdır. Bu yanaşmadan yola çıxaraq əlaqələr qurulmalıdır".
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi