"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Türkiyədə məhkəməsi davam etməkdə olan “Ergenekon” işi ilə bağlı ortaya çıxan yeni-yeni məlumatlar ölkənin ədliyyə və polis sisteminə etibarı ciddi şəkildə zədələyir. Çünki bu işin qurama olduğuna dəlalət edən faktlar getdikcə çoxalır və bir çox müstəqil hüquqşünaslara görə, işin məhkəmə perspektivi yoxdur. Ölkə mətbuatı isə silahlı terror təşkilatı olaraq təqdim edilən “Ergenekon”la bağlı iki düşərgəyə bölünüb. Hökumətə bağlı media “Ergenekon”u az qala Türkiyənin son 50 illik tarixində baş verən bütün qaranlıq cinayətlərin baiskarı kimi təqdim edir. Dünyəvilik tərəfdarı və milliyyətçi çevrələrə bağlı media isə əksinə, bu ilin qurama olduğunu, AKP iqtidarının ona qarşı çıxan Atatürkçü qüvvələri sıradan çıxarıb silahlı qüvvələri gözdən salmağa xidmət etdiyi haqda yazır. “Radikal” qəzeti isə “Ergenekon” işinin necə quraşdırıldığı, işi aparan prokuror Zəkəriyyə Özün necə seçildiyi haqda ilginc detallar əldə edib. Qəzetin yazdığına görə, “Ergenekon” işi ilə bağlı həbslər üçün ilk təlimatı polisə və MİT-ə o vaxtkı xarici işlər naziri, baş nazirin müavini Abdullah Gül verib. 2006-cı ildə Ankarada yüksək məhkəmə qurumu olan Danıştay üzvlərinə silahlı hücumdan sonra terrorla mübarizə üzrə hökumət yanında qurulan komissiyanın sədri kimi Gül təhlükəsizlik xidmətlərinin başçılarını yanında toplayıb. Bu zaman Gülə xüsusi hazırlanmış dosye çatdırılıb. Həmin dosyedə sonradan “Ergenekon” işi ilə bağlı həbs ediləcək tanınmış şəxslərin adları yer alırdı. Gül dosye ilə tanışlıqdan sonra polisə və MİT-ə belə təlimat verib: “Mənə danışdıqlarınızı prokurora da danışın, dəlillər əldə edin, hamısı yaxalansın, mühakimə olunsun”. Lakin polis və xüsusi xidmət orqanları Danıştaya edilən hücumla “Ergenekon” arasında heç cür əlaqə tapa bilməyib. Bu vəziyyətdə İstanbulda o vaxt çoxlarının tanımadığı Zəkəriyyə Öz adlı prokuror tapılıb. Məlum olub ki, o, bu cür işlərdə dəlillər uydurmaqda ustadır. 2007-ci ildə “Ergenekon” istintaqına başlamazdan əvvəl Zəkəriyyə Öz İstanbulda “əl-Qaidə” tərəfindən törədilən terror hücumları ilə bağlı istintaq çərçivəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri ilə dəfələrlə görüşüb. Bu görüşlərdən sonra o, “Ergenekon” işinə təyin edilib və İstanbulun gecəqondularından birində şübhəli şəkildə sonradan partladılıb məhv edilən, lakin iş üzrə əsas maddi sübut kimi yer alan əl qumbaraları tapılıb. Qeyd edək ki, Zəkəriyyə Özün fətullahçı olması da onun xalası oğlu tərəfindən mətbuata bildirilib. Həmin iddia ilə bağlı Öz xalası oğlunu həbs etdirib. Müstəqil hüquqşünaslar onun hazırladığı ittiham aktının dəlillərlə kifayət qədər əsaslandırılmadığını qeyd edirlər. Təkcə onu demək kifayətdir ki, iş əsasən şübhəli imicə malik, MİT agenti olduğu üzə çıxan, keçmişdə fırıldaqçılıqda günahlandırılıb həbs edilən Tuncay Güney adlı şəxsin ifadələri üzərində qurulub. Keçmiş baş prokuror, islamçı “Rifah” partiyasının bağlanması haqda Konstitusiya Məhkəməsində iddia qaldırıb udan Vural Savaş da hesab edir ki, bu işin məhkəmə perspektivi yoxdur. Ankarada Atatürkçü Düşüncə Dərnəyi tərəfindən təşkil olunan “Ergenekon, hüquq və demokratiya” mövzusunda toplantıda çıxışı zamanı Savaş deyib ki, “Ergenekon” istintaqı Mərkəzi Kəşfiyyat İdarəsi və “Mossad”ın Türkiyə polisində, prokurorluq sistemində fətullahçı qruplaşmaları istifadə edərək həyata keçirdiyi bir əməliyyatdır. Keçmiş baş prokurora görə, bu işi aparanlar gələcəkdə özləri ədalət mühakiməsi qarşısında dayana bilər. Çünki həbs edilənlərin prosessual hüquqları açıq şəkildə pozulur. Savaşa görə, təkcə ittiham edilənlərin özlərini müdafiə edə bilmək üçün ancaq 3 vəkil tuta biləcəyi haqda məhdudiyyət əsas verir ki, onlara çıxarılacaq hökm yüksək məhkəmə kollegiyası tərəfindən ləğv edilsin. O deyib ki, ittihamların hamısı insanlar arasındakı telefon danışıqlarının qanunsuz şəkildə dinlənilməsi əsasında irəli sürülüb. Həmin telefon danışıqları isə cinayət ünsürü hesab edilə bilməz. “Digər tərəfdən, həbslər Tuncay Güney kimi olduqca şübhəli birinin ifadələri əsasında aparılıb. Bu cür adamın ifadələri əsasında bu qədər şərəfli adamın həbs edilməsi hüquq sistemi üçün üz qarasıdır. Mən bu biabırçılıqlardan sonra özümü prokuror adlandırmaqdan da utanıram. Türkiyədə bu günə qədər heç bir işdə hüquq bu dərəcədə pozulmayıb”- deyə Savaş bildirib. Qeyd edək ki, keçmiş jurnalist, hazırda Kanadada yaşayan və bugünlərdə MİT agenti olduğu üzə çıxan Tuncay Güneyin “Mossad”la əməkdaşlığı haqda da şübhələr çoxdan var. Bu şübhələri gücləndirən yeni məlumatlar da üzə çıxıb. “Vatan” qəzetinin xəbərinə görə, Misirdə ötən il “Mossad” agenti olmaqda şübhəli bilinərək həbs edilən Məhəmməd əl-Atar adlı şəxs onu Türkiyədən Tuncay Babayın təlimatlandırdığını deyib. Kanada vətəndaşı olan əl-Attar əldə etdiyi məxfi məlumatları bu ölkədə 2005-ci ildə “Mossad” agenti olan Tuncay Babaya ötürdüyünü təsdiqləyib. Tuncay Babayın ona verdiyi tapşırıqlardan biri də Misirdə “mavi” ərəblərlə bağlı araşdırma aparmaq olub. Güman edilir ki, Tuncay Babay Tuncay Güneyin istifadə etdiyi adlardan biridir. Onun özü “mavi” olduğunu gizlətmir. Güneyin fətullahçı olduğu haqda da məlumatlar var. “Ergenekon” məhkəməsi zamanı həbs edilənlərin vəkilləri bu şəxsin prosesə gətirilməsi haqda vəsatətlər qaldırsalar da təmin edilmir. Xəbər xidməti musavat
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi