SON XƏBƏRLƏR

Qarabağ məsələsini tarix həll edəcək

2021.10.20, 07:36
Qarabağ məsələsini tarix həll edəcək

Gunaz.tv
Qarabağ məsələsini tarix həll edəcək vefa_quluzade.gif Vəfa Quluzadə: «Tarixin gedişinə heç kəs təsir edə bilməz» Rusiyanın “Russkiy Mir” Fondunun icraçı direktoru, tanınmış politoloq, tarix elmlər doktoru Vyaçeslav Nikonov Dağlıq Qarabağ probleminin həlli ilə bağlı pessimist fikirlərlə çıxış edib. Dağlıq Qarabağ münaqişəsinin çox ağır problem olduğunu deyən V.Nikonov onun həllinin də çətin olacağını bildirib. Rusiyalı politoloqun fikrincə, münaqişənin həllini hətta nəzəri cəhətdən təsəvvür etmək çətindir. Nikonov eyni zamanda hər şeyin ATƏT-in Minsk qrupundan, münaqişə edən tərəflərdən və xüsusilə də Rusiyadan asılı olduğunu deyib. V.Nikonovun fikirlərinə münasibət bildirən politoloq Vəfa Quluzadə də deyilənlərin həqiqət olduğunu qeyd etsə də, problemin nə vaxtsa ədalətli yolla həll ediləcəyinə ümid etdiyini də vurğuladı: “Rusiyalı politoloq tamamilə haqlıdır. Qarabağ məsələsini doğrudan da hətta nəzəri cəhətdən həll etmək mümkün deyil. Çünki Ermənistanla Rusiyanın birgə işğal etdiyi Azərbaycan torpaqlarını Rusiya artıq anneksiya edib. Ona görə də rus dövlətinin mövcudluğu zamanı Qarabağ məsələsini həll etmək həqiqətən də mümkün deyil. Yəni, Nikonov ağlına da gətirə bilmir ki, Rusiya imperiyası nə vaxtsa çökə bilər. Ona görə də o bu cür fikirləri söyləyir. Hesab edirəm ki, haqlı söyləyir. Amma tarixin gedişinə heç kəs təsir edə bilməz. Qarabağ məsələsini tarix həll edəcək. Özü də ədalətli şəkildə”. Fizzə azadliq

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar