SON XƏBƏRLƏR

Rusiya Strateji Təyinatlı Raket Qüvvələrinin komandanı: “ABŞ-ın Rusiya ərazisinə kütləvi raket zərbəsi endirmək istəyi xam xəyaldır”

2021.10.20, 07:36
Rusiya Strateji Təyinatlı Raket Qüvvələrinin komandanı: “ABŞ-ın Rusiya ərazisinə kütləvi raket zərbəsi endirmək istəyi xam xəyaldır”

Gunaz.tv
Rusiya Strateji Təyinatlı Raket Qüvvələrinin komandanı: “ABŞ-ın Rusiya ərazisinə kütləvi raket zərbəsi endirmək istəyi xam xəyaldır” Moskva-APA. “Birləşmiş Ştatların müzakirəyə çıxardığı cavabsız nüvə zərbəsi konsepsiyası Rusiya strateji nüvə qüvvələrinin cavab hərəkətlərini tam neytrallaşdırmağı və bütün hücum raketlərinin bir anda məhv edilməsini nəzərdə tutur”. APA-nın məlumatına görə, bu fikirləri Rusiya Strateji Təyinatlı Raket Qüvvələrinin komandanı, general-polkovnik Nikolay Solovçov söyləyib. Onun sözlərinə görə, konsepsiyaya Rusiya strateji raket bazalarının eyni anda məhv edilməsi, cavab atəşi açan raketlərin isə havada vurulması daxildir: “Bu konsepsiyanı reallaşdırmaq qeyri-mümkündür. Bizim mövcud raket hücumundan müdafiə sistemimiz ölkə ərazisinin kütləvi raket zərbələrinə məruz qalmasını dərhal müəyyənləşdirmək və cavab tədbirləri görmək imkanına malikdir. Ali baş komandanın göstərişindən sonra, maksimum 2-3 dəqiqə ərzində biz düşmən obyektlərinə layiqli cavab zərbələri endirməyə hazırıq”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar