"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Dünən Rusiya prezidenti Dmitri Medvedyev parlamentin hər iki palatası qarşısında özünün ilk illik müraciəti ilə çıxış edib. Vaxtilə Vladimir Putin tərəfindən əsası qoyulan bu ənənə üzrə ilk çıxışını edən Medvedyev heç kimin gözləmədəyi inqilabi dəyişikliklər təklif edib və ABŞ-a ünvanlanmış sərt mesajlar verib. Kreml rəhbəri Qafqazdan və Dağlıq Qarabağ münaqişəsindən də danışıb. “Biz Qafqazı güzəştə getməyəcəyik”- deyə o vurğulayıb. Medvedyevin 85 dəqiqə davam edən çıxışında ən gözlənilməz məqam onun prezidentin səlahiyyət müddətinin 4 ildən 6 ilə, parlamentin səlahiyyət müddətinin isə 5 ilədək artırılması haqda çağırışı olub. O bildirib ki, ölkədə ümumi demokratik islahatların həyata keçirilməsi zəruridir və parlamentin səlahiyyətləri də artırılmalıdır. Medvedyevin bu təklifi zalda alqışlarla qarşılanıb. O əlavə edib ki, söhbət Konstitusiya islahatlarından yox, sadəcə, əsas qanuna korrektələr edilməsindən gedir. Medvedyev daha sonra Dövlət Dumasına seçkilərdə baryeri 7 faizdən 5 faizə endirməyə, bununla da kiçik partiyaların parlamentdə təmsil olunmasına imkan yaratmağa çağırıb. Həmçinin o bildirib ki, parlament seçkilərində iştirak etmək üçün partiyalara pul girovu qoymaq tələbi ləğv edilməlidir. Onun sözlərinə görə, parlament seçkilərində kimin iştirak edəcəyini pul yox, insanların mövqeyi müəyyən etməlidir. Rusiya prezidenti ötən seçkilərdə 5 faizdən çox səs yığan partiyalar üçün seçkilərdə imza toplamadan iştirak hüququ verilməsini də təklif edib. Medvedyev deyib ki, hökumət parlament qarşısında hesabat verməli, qubernator postuna namizədləri isə prezident yox, partiya irəli sürməlidir. Qeyd edək ki, qubernator postuna namizədin prezident tərəfindən irəli sürülməsi qaydasını Putin tətbiq etmişdi. Daha sonra Medvedyev deyib ki, regionlarla mərkəz arasında münasibətlər balanslaşdırılmalıdır. Onun fikrincə, bu günə qədər ölkədə federal idarəetmənin optimal variantı tapılmayıb. Medvedyev deyib ki, mərkəzi hakimiyyət orqanlarının səlahiyyətləri çox genişdir və onları ixtisar etmək lazımdır. Rusiyada mərkəzləşdirilmiş hakimiyyət sistemini məhz Putin qurmuşdu və buna görə Qərb Rusiyanı demokratiyanı məhv etdiyini bəyan edirdi. Rusiya prezidenti çıxışında regional və beynəlxalq məsələlər haqda da geniş danışıb. Bu zaman Gürcüstan ətrafında baş verən hadisələrə toxunan Medvedyev bildirib ki, Cənubi Osetiya ətrafında münaqişəni ABŞ təşkil etmişdi. Onun sözlərinə görə, ABŞ-ın niyyəti bu münaqişədən istifadə edərək öz donanmasını Qara dənizdə yerləşdirmək, Gürcüstanı NATO-ya üzv etmək idi. Medvedyevin fikrincə, Gürcüstan hadisələrinin ardınca dünyada maliyyə böhranının yaradılması da ABŞ-ın işidir. Onun bildirdiyinə görə, maliyyə böhranının məhz Cənubi Osetiya hadisələrindən sonra başlaması təsadüfi deyil: “Bu iki hadisə arasında ümumi cəhətlər var. Təsadüfi deyil ki, böhran ABŞ-dan başladı və dünyaya yayıldı. Lakin Rusiyanı maliyyə böhranı ilə sarsıtmaq mümkün olmayacaq, biz bu böhrandan daha güclü çıxacağıq və rubl dünyada ən güclü valyutalardan birinə çevriləcək”. Medvedyev onu da deyib ki, Rusiya Qafqazı da güzəştə getməyəcək. O, Rusiya cəmiyyətinin avqust ayında dövlətin Gürcüstanı sülhə məcbur etməklə bağlı fəaliyyətini dəstəklədiyini məmnuniyyətlə vurğulayıb: “Avqust ayındakı hərbi əməliyyatlar və dünya maliyyə bazarlarından gələn həyəcanlı xəbərlər vətəndaş cəmiyyətinin yetkinliyini və dövlətin siyasi birliyini aydın şəkildə ortaya çıxardı. Səmimi minnətdarlıq hissi ilə deyirəm ki, ölkənin iri siyasi qüvvələri Cənubi Qafqazdakı hadisələrlə bağlı həmrəylik göstərdilər. Bu, sevindiricidir”. Rusiya prezidenti ABŞ-ın raketdən müdafiə sistemlərini Avropada yerləşdirmək planlarının cavabsız qalmayacağını da vurğulayıb. Medvedyevin bildirdiyinə görə, Rusiya ümumi formata hörmət edərək Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin həlli üçün səyləri davam etdirəcək. O, Rusiyanın Qarabağ məsələsində hər iki tərəfi qane edən sülh variantının tapılmasında maraqlı olduğunu da deyib. Medvedyevin gözlənilməz dəyişikliklər haqda təklifinə Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov münasibət bildirib. O deyib ki, prezidentin və parlamentin səlahiyyət müddətinin artırılması mümkündür və MSK bunun üçün referendum təşkil etməyə hazırdır. Qeyd edək ki, Medvedyev Putin tərəfindən hakimiyyət başına gətiriləndə əksəriyyət onu formal fiqur hesab edirdi. Bir çoxları hesab edirdi ki, o, hətta səlahiyyət müddəti başa çatmadan hansısa bəhanə ilə istefaya gedə və Putinin Konstitusiyanı pozmadan yenidən hakimiyyət başına qayıtmasının yolunu aça bilər. Bəs nə baş verir? Medvedyev onu hakimiyyətə gətirən şəxsin qurduğu hakimiyyət sistemini dəyişdirmək, prezident postunda 6 il qalmaq və liberal müxalifət qüvvələrini parlamentə buraxmaq istəyir. Ancaq bu inqilabi dəyişikliklərin Medvedyevin çıxışını zaldan izləyən Putinlə razılaşdırılb-razılaşdırılmadığı qaranlıq qalır. Belə görünür ki, Medvedyev Rusiyanı dəyişdirmək qərarı verib və onun çıxışı hələ çox müzakirə olunacaq. Siyasət şöbəsi MUSAVAT
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi