"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Haçansa belə bir məmləkət vardı - Sovet İttifaqı. Bu məmləkətdə ən müxtəlif xalqlar yaşayırdı - tarixləri, taleləri, dilləri, mədəniyyətləri, inancları fərqli millətlər. Sonra bu ölkə dağıldı və məlum oldu ki, bütün bu müxtəlif xalqları, millətləri birləşdirən nə ideologiya, nə siyasət, hətta nə də iqtisadiyyat imiş. Onları birləşdirən bir şey vardısa bu da ilk öncə Sənət idi və Müslüm Maqomayev bir birləşdirmənin ən parlaq rəmzlərindəndi. Ölümüylə də o, keçmiş sovet vətəndaşlarını, yeni müstəqil dövlətlərin vətəndaşlarını birləşdirdi - matəmiylə birləşdirdi. Minlərlə insan böyük müğənniylə vidalaşmaq üçün əllərində gül-çiçək Moskva küçələrinə tökülüşdülər, axın-axın Çaykovski salonuna yönəldilər. Qəribəsi o idi ki, bu vidalaşmaya göz yaşlarıyla gələnlər yalnız Müslümün keçmiş fanatları - haçansa onun avtomobilini öpüşlərə qərq eləyən, günlərlə mənzilinin qabağında daldalanan, saatlarla onun konsertdən çıxmasını gözləyən - indi nənə olmuş pərəstişkarları deyildi, həm də onların nəvələri idi. Heç vaxt canlı Müslümü səhnədə görməyən nəvələri. Moskvadaydı bu, amma sabiq İttifaqın hər hansı bir şəhərində Müslümlə vidalaşma mərasimi keçirilsəydi, beləcə olacaqdı. Bakıda da belə oldu. Ölkəmizin rəhbərliyi onun Bakıda dəfn olunmasında israr edərkən tamamilə haqlıydı. Onun dul xanımı da bu çətin qərarını verəndə müdriklik göstərdi. Haçansa böyük bəstəkar Qara Qarayevin ölümünə ağı yazmışdım: "O, müvəqqəti gedib, həmişəlik qayıtdı". Eyni sözləri Müslüm Maqomayev haqqında da demək olar. Yola Bakıdan çıxıb, dünyanın yarısını fəth edən, Moskvada ən yüksək şöhrətə ucalan, uzun illər yaşayan, xoşbəxt ailə quran Müslüm axırda doğma torpağına döndü. Həmişəlik döndü... Çox yaxın ortaq dostlarımız olsa da, mən əfsus ki, Müslümlə dost olduğumu iddia edə bilmərəm. Doğrudur, Bakıda da, Moskvada da onunla dəfələrlə ünsiyyətdə olmuşam, İtaliyaya birgə səfərdə iştirak etmişik. Rəsul Rzanın sözlərinə yazılmış iki mahnının - Tofiq Quliyevin "Sənə də qalmaz", Polad Bülbüloğlunun "Gözlərinə de ki" mahnılarının təkrarsız ifasına görə ona minnətdarlığımı bildirmişəm. O da "Üzeyir ömrü" filmində babası Müslüm Maqomayevin layiqincə təqdim olunduğuna görə mənə təşəkkür edib. Amma təkrar edirəm, biz yaxın olmamışıq. Buna baxmayaraq, onun ölümü mənə yalnız unikal sənətkarın deyil, həm də yaxın, əziz adamın itkisi qədər təsir etdi. Axı onunla bütöv bir dövr gedirdi. Ümidlərlə dolu gəncliyimizin bütöv bir dövrü. İtkinin ağır cəhəti onda idi ki, həyatdan getməmişdən qabaq Müslüm sənətdən getmişdi. Bu gediş bəlkə də faciəvi deyildi, amma hər halda çox dramatik idi. Müslüm çox məğrur insan idi və səhnədən də məhz bu qüruruna görə getdi. Kiminsə: "Necə, o hələ də oxuyur?" deməsi onunçün dözülməz olardı. O, şöhrətinin, demək olar ki, uca zirvəsində, güclü səsinin gənclik təravətini qoruyub saxladığı bir məqamda səhnəni tərk etdi. Son illər onunla heç bir təmasım olmasa da, intuisiyayla güman edirdim ki, onun səhnəylə vidalaşmasında yalnız qürurluluq yox, həm də bir ağrı-acı var. O, büsbütün dəyişən, özgələşən, yadlaşan və yabançılaşan dünyanı dərk edərək sənətdən uzaqlaşdı. O, həyatını heykəl yapmaqla, şəkil çəkməklə, kompyuter oyunlarıyla, İnternet ünsiyyətiylə məşğul etsə də, özünü, zənnimcə, zaman qürbətində hiss edirdi. Bu zənnimdə yanılmadığımı onun "Komsomolskaya pravda" qəzetində dərc olunan son müsahibələrindən birini oxuyarkən başa düşdüm. "Siz səhnədə oxumamağa qəti qərar vermisiniz. Bu qərar nəylə bağlıdır?" sualına Müslüm belə cavab verir: "Səsimi, gücümü itirdiyimi görməmək istəyiylə. İndi mən çox da sağlam deyiləm. Bunun səbəbi də odur ki, səhnədən aralanandan sonra, çox şey dəyişdi. Belə təəssüratım var ki, dünya da dəyişib. Bəlkə də bu bir az kədərli səslənir. Amma mənə elə gəlir ki, bu dünyada bir az yubanıb qalmışam". Bu sözləri oxuyanda əziz dostum, gözəl kinorejissorumuz Rasim Ocaqovu xatırladım. Son ildə, daha dəqiq desək, son aylarda o da, sanki ölümünün yaxınlaşdığını duyurdu və elə bil bununla barışmışdı. L.Tolstoy demişkən, həyatın dadını, ləzzətini qeyb etmişdi. Həmin müsahibədə Müslüm davam edir: "Yəqin ki, Allah deyir: indi döz. Gəzib dolandın, sevindin, qadınlarla oldun, şöhrət qazandın, bəsdir. Yəqin belə də olmalıdı. Hər hansı insan hər şeyə cavabdeh olmalıdır". Nəyə cavabdeh olmalıydı Müslüm? Ancaq özünün görünməmiş, sonsuz şöhrətinə. O, sanki şöhrətdən doymuşdu, usanmışdı. Yorulmuşdu bu şöhrətdən. Çoxları məşhur olmağa can atır. Məşhurlar isə bəzən unudulmağı arzulayırlar, istəyirlər ki, hamı onları yaddan çıxarsın. Heç bir müğənni Sovet İttifaqında da, onun sərhədlərindən uzaqlarda da Müslüm Maqomayev şöhrətinə sahib olmayıb. Milyonların kumiri olan Vladimir Vısotski belə. Vısotskinin adını çəkdim və istər-istəməz onların arasındakı analogiya haqqında düşünməli oldum. Yeri gəlmişkən, Vısotski mahnılarından birində dövrün rəmzi kimi Müslümün adını çəkir. Əlbəttə, vokal imkanları baxımından onları müqayisə etmək olmaz. Müslüm Maqomayev peşəkar müğənni, ən yüksək professionaldı, onun "La Skala" məktəbində cilalanan məxməri baritonu eyni uğurla həm opera, həm estrada repertuarında kamilliyə çatıb. Vısotskinin xırıltılı səsi, tək bir gitaranın müşayiətiylə danışıq tərzində ifası Müslüm sənətiylə müqayisə edilə bilməz. Necə ki, Rafael sənətiylə Pirosmaninin çəkdiyi şəkilləri müqayisə etmək olmaz. Bəs Maqomayev və Vısotski sənətinin ümumi cəhəti nədəydi? Məncə ondaydı ki, hər ikisi müxtəlif şəkildə, müxtəlif səviyyədə öz dövrlərini ifadə edə bilmişdilər. Vısotski sovet gerçəkliyinin ağrı-acılarını, eybəcərliklərini ifadə edirdi. O, bəzən xoş bir təbəssümlə, bəzən sərt istehzayla insanlara onların özləri haqqında, min problemli ömürləri haqqında danışırdı. Vısotski bitib-tükənməyən sovet növbələrinin, kommunal mənzillərin, ayıltma məntəqələrinin, istədiyin yerə uça bilməməyin, hər növ qadağaların ifadəçisi idi. Sovet həyat tərzindən, məişətindən oxuyaraq insanların qayğılarına şərik çıxırdı və bununla da onlara təsəlli, təskinlik verirdi. Müslüm də insanlara təsəlli, təskinlik verirdi, - onların qəlblərində ən işıqlı, ən munis duyğuları oyadaraq pərəstişkarlarının çoxunun heç bir vaxt çata bilməyəcəkləri ülvi bir aləmdən - məhəbbət, gözəllik, ecazkar melodiyalar aləmindən oxuyurdu. Müslümün ən yaxşı mahnılarından biri - bəlkə də bəstəkar kimi yaratdığı ən gözəl mahnısı - doğma vətəninə - Azərbaycana həsr olunub. Çox sonralar aşkar oldu ki, bu mahnı həm də vətənimizin böyük oğlu Heydər Əliyevə ithaf edilib. Heydər Əliyev yaradıcı ziyalıların parlaq, istedadlı nümayəndələrinə xüsusi rəğbət və diqqətlə yanaşırdı. Müslümə isə özəl, atalıq münasibəti vardı. Onu həm sevirdi, həm onunla qürur duyurdu, həm də onu himayə edirdi. Bilmirdim ki, son mahnısını Müslüm Sergey Yeseninin sözlərinə bəstələyib. Nəyə görə zəngin Yesenin irsindən məhz bu sözləri seçib? Bu seçimdə, məncə, bir öncəduyum var. O, sanki doğma şəhəriylə əbədi vidalaşdığını, onu əfsus ki, bir daha görməyəcəyini əvvəlcədən duymuşdu. Filarmoniyada, dəfn mərasimində Müslümün mahnıları səslənirdi və bizi ötən illərimizə aparırdı. Bunlar bizim gəncliyimizin nəğmələri idi. Onlar nəsildaşlarımızın hamısında keçib gedən ömrümüz üçün nostalji, qəribsəmə duyğuları oyadırdı. Son səslənən mahnılardan biri Yeseninin sözlərinə yazdığı bəstə idi. Bu uyğunluğa mat qalmışdım. Elə bil mahnı məhz bu matəm mərasimi üçün yazılmışdı. Müslüm oxuyurdu: "Əlvida Bakı, daha səni görməyəcəm". Müslümün dul qadını əlləriylə qulaqlarını tutdu, görünür, bu ağır anlarda onun dözüm həddiydi bu. Müslümsə acı bir etirafla oxuyurdu: "Əlvida Bakı, türk mavisi əlvida, Qanım soyuyur, gücüm zəifləyir". Müslüm doğma şəhərinə məhəbbətini izhar edərək oxuyurdu: "Xəzərin dalğalarını da, Balaxanı mayını da, Qəbr evimə qədər səadət kimi daşıyacam". Müslüm oxuyurdu: "Əlvida Bakı, daha səni görməyəcəm". Doğma şəhəriylə belə vidalaşırdı. Bizimlə belə vidalaşırdı. 2 noyabr, 2008 ANAR
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi