"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Elxan ŞAHİNOĞLU «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri [email protected]/* */ www.elxan.azeriblog.com Amerika Birləşmiş Ştatlarının ilk qaradərili prezidenti Barak Obama gələn il yanvarın 20-də and içdikdən sonra səlahiyyətlərinin icrasına başlayacaq. Seçkidə «dəyişək» şüarıyla qələbə çalan yarı müsəlman, yarı xristian prezident superdövlətin siyasətini hansı istiqamətə dəyişəcək? Dünyanı bürüyən maliyyə xaosu ABŞ-dan başladığından Obama öncə bu qlobal problemin həllinə girişəcək. Bu onun ilk sınağı olacaq. Bir var sözdə «mən orta təbəqəni müdafiə edəcəm, amerikalıların müflisləşməsinə imkan verməyəcəm» deyəsən, bir də var bunu reallığa çevirəsən. Dünya onda biləcək ki, güclü natiq Obama əməldə nəyə qadirdir. Bir sözlə, bütün demokrat prezidentlər kimi Obama öncə evin içi ilə məşğul olacaq. ABŞ-dan kənardakılar isə Obamanın necə xarici siyasət yürüdəcəyini səbirsizliklə gözləyirlər. Obama seçicilərin səsini qazanmaq məqsədilə xeyli yağlı vəd verib: - İraqdakı ABŞ qoşunlarını 16 ay içində bu ölkədən çıxaracam; - «Erməni soyqırımını» tanıyacam; - İran və Suriya ilə təmas imkanlarını götür-qoy edəcəm; - Dünyadakı problemlərin həllində müttəfiqlərlə birgə hərəkət etməyə çalışacam. Obama ABŞ ermənilərinə «soyqırımı» tanıyacağını deyib. Corc Buş da belə bir vəd vermişdi, reallaşdıra bilmədi. Ancaq Buş respublikaçı idi, bu partiyadan olan prezidentlər isə adətən ölkələrinin geopolitik təhlükəsizlik maraqlarından çıxış edirlər. Türkiyə Avrasiya bölgəsində ABŞ üçün vacib ölkə olduğundan Buş nəinki «erməni soyqrımını» tanımağa, bu ifadəni dilinə gətirməyə belə risk etmədi. Obama Demokrat Partiyasındandır. Bu partiyanın təmsilçiləri isə adətən erməni lobbisiylə sıx əlaqələrdən yanadır. ABŞ Konqresində ermənipərəst konqresmenlərin əksəri məhz demokratlardır. Bu mənada, əlbəttə, Obamanın vədini yerinə yetirməyəcəyini bəri başdan qətiyyətlə söyləmək çətindir. Sadəcə, Obamanın İraqdakı ABŞ silahlı qüvvələrinı çıxarmasıyla «soyqırımı» tanıması siyasəti ziddiyət təşkil edəcək. Obama «soyqırımı» tanıyarsa, Türkiyə ilə münasibətləri gərginləşdirəcək. Bu halda isə Obama İraq probleminin həllində tarixin sınağından çıxmış müttəfiqinin dəstəyinə bel bağlaya bilməyəcək. Obama qoşunları çıxarmasına rəğmən İraqın Əl-Qaidə terrorçularının nəzarətinə keçməməsi üçün Bağdadın hazırki rejimini gücləndirməli, bu ölkənin bölünməsinə əsla imkan verməməlidir. Sabit və terrordan uzaq İraqın var olması üçün Obama bölgə ölkələrinin dəstəyinə ehtiyac duyacaq. Bölgənin hansı ölkəsi İraqın inkişafında, bölünməsinin qarşısını alınmasında Ağ evə gərəkli dəstəyi verə bilər? Əlbəttə Türkiyə. Ona görə də prezidentliyinin elə ilk aylarındaca Obamanın Türkiyənin dəstəyinə ehtiyacı olacaq. Odur ki, erməni lobbisinə verilən vədi yerinə yetirmək ABŞ prezidentinə əvvəlkitək çətindir. Obama rəsmi Tehranla dialoqdan yanadır. Bu, Azərbaycanı da bir qədər rahatladan siyasətdir. Çünki Corc Buşun prezidentliyi dönəmində elə hey danışlırdı ki, «Azərbaycan seçim etməlidir», «ABŞ qoşunları Azərbaycan üzərindən İrana zərbə endirmək məqsədilə rəsmi Bakı ilə intensiv danışıqlar aparır»... Bütün bu dedi-qodular da rəsmi Tehranı qıcıqlandırırdı. Bu mənada Obamanın ABŞ-İran dialoquna start verməsi həm Azərbaycanı, həm də bütövlükdə Cənubi Qafqaz bölgəsini mümkün təhlükələrdən qurtarardı. Obamanın dünyadakı qlobal problemlərin həllində müttəfiqləryilə birgə çalışacağı vədinə də diqqət yetirmək lazım gəlir. Əslində bu, soyuq müharibədən sonra yalnız bir dövlətin hegemonluğunu şərtləndirən birqütblü dünyanın tədricən arxa plana keçməsi deməkdir. Son maliyyə böhranı göstərdi ki, ABŞ-ın resurslarının da bir sərhədi var, siyasi, iqtisadi və diplomatik enerjisi tükənməz deyil. Bunu Obama da aydın təsəvvür edir. Texaslı köntöy prezident Buşa elə gəlirdi ki, Səddamı yıxmaq kifayət edəcək ki, İraqda sülh əldə olunsun. Daha düşünmədi ki, bu ölkə etnik və dini qruplara bölünüb, bunların birgə yaşamı da təmin edilməlidir. Digər tərəfdən, Rusiya var, Çin var, təmərküzləşən Avropa Birliyi var. Hər biri də söz sahibi olmaq istəyir. Obama ABŞ qoşunlarını İraqdan çıxardıqdan sonra diqqəti Əfqanıstanda cəmləşdirməyi lazım bilir. Obama bu siyasətində də yenilik vəd edir. O, gələcəkdə Taliban rəhbərləriylə təmasları mümkün sayır. Bunu son anda Vaşinqtonun indiki rəhbərliyi də anlamış və bu haqda söz açmışdı, ancaq artıq geç idi. Bu ağır iş də Obamaya qaldı. Obamanın prezidentliyi dövründə ABŞ-Rusiya münasibətləri də gündəmdə ağırlığını qoruyacaq. Bizim üçün önəmli olan Obamanın Cənubi Qafqazı Rusiya ilə paylaşıb-paylaşmayacağı sualına cavab tapmaqdır. Fikrimcə, Cənubi Qafqaz məhz o bölgələrdəndir ki, burada Obama Moskva ilə əməkdaşlığa üstünlük verəcək. Elə günü bu gün Gürcüstandakı olaylara görə Kremllə münasibətlərinin soyuqlaşmasına rəğmən Ağ ev Rusiya prezidenti Dmitri Medvedyevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada imzaladıqları birgə bəyannaməni alqışlayıb. Bu o deməkdir ki, gələcəkdə Obamanın təlimatıyla hərəkət edən amerikalı diplomatlar da Dağlıq Qarabağ münaqişəsinin həllində Moskva ilə yaxın təmas saxlayacaqlar. Bu yaxınlığın Azərbaycana nə qədər xeyri olacağını isə zaman göstərəcək. Hələ ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Vaşinqtonun nə təkbaşına, nə də tərəfdaşlarıyla birgə vasitəçiliyi Azərbaycana xeyir gətirib.
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi