Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Urmiya imam-cüməsi: Hökumət qadınların hicabına müdaxiləni davam etdirməlidir
Livan: İranın müdaxiləsi suverenliyimizə təcavüzdür
İsrail və Türkiyə arasında gərginlik artıb
Ankara Netanyahu barədə həbs qərarı çıxardı
6 dəniz qulduru İranin neft tankerini ələ keçirdi
Pezeşkian: Ucuz benzin hökuməti maliyyə məhdudiyyətləri ilə üz-üzə qoyub
Reuters: İranın Çinə neft satışı azalıb
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
İranlı deputat sülh çağırışlarının “təslim olmaq” anlamına gəldiyini bildirib
CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib
Marağada 14 iaşə obyekti bağlandı
Qərbi Azərbaycan əyalətinə kürd polis rəisi təyin olundu
ABŞ-ın blokadası davam etdikcə Çində İran neftinə tələb azalır — Reuters
İranda beş məhbus edam edilib
İranın neft hasilatı hazırda daxili tələbatı cüzi üstələyir — TankerTrackers
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Millət vəkillləri hicaba görə Pezeşkiana xəbərdarlıq etdilər
BƏƏ-nin ticarəti dayandırması İranın qalan iqtisadi dayaq nöqtələrindən birini təhdid edir
Tramp: İranın raket və dron istehsal etmək imkanları “çox aşağıdır”
ABŞ konqresmeni SEPAH-a zərbə endirməyə və İrana qarşı iqtisadi təzyiqi artırmağa çağırıb
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İraq Ceyhan istiqamətində neft ixracının həcmini artırmağı planlaşdırır
Vens: İranın ABŞ-ın iqtisadi təzyiqinə nə qədər tab gətirəcəyini proqnozlaşdırmaq çətindir
Danimarka iranlı mollanın ölkəyə girişinə qadağa qoydu
ABŞ maliyyə naziri: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması ehtimalı azdır
Təbrizdə nəqliyyat problemi - Köhnə taksilərin sayı açıqlandı
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
Türkiyədə SEPAH və Hizbullah izi | ABŞ-dan yeni sanksiyalar 9 Türkiyə vətəndaşına
ABŞ İranla əlaqələrinə görə Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edəcək — Reuters
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Dünən Amerikada bütün dünyanın maraqla gözlədiyi prezident seçkiləri keçirilib. Bəzi ştatlarda səsvermə Bakı vaxtı ilə gündüz saatlarında başlayıb, lakin əksər ştatlarda vaxt fərqinə görə səsvermə dünən axşam başlamışdı. İlk seçki məntəqələri Nyu-Hempşir ştatının iki ucqar qəsəbəsində açılıb və elə dünən bu məntəqələrdə nəticələr bəlli olub. Məlum olub ki, prezidentliyə demokrat namizəd Barak Obama rəqibi Con Makkeyni qabaqlayır. Ştatın Diksvill-Notç qəsəbəsində Obama 15, Makkeyn isə cəmi 6 səs yığıb. Lakin bu nəticə daha çox simvolik məna kəsb edirdi və seçkilərin nəticələrinin necə olacağı Bakı vaxtı ilə bu gün səhərə yaxın məlum olacağı gözlənilirdi. ABŞ-ın Bakıdakı səfirliyi seçkilərlə bağlı “Hyatt Regency” otelində xüsusi tədbir təşkil edib və bu gün səhər saat 6-dan etibarən jurnalistlər zalda quraşdırılmış iri ekranlarda seçkilərin ilkin nəticələrini və şərhləri canlı izləyə biləcəklər. Amerika qanunlarına görə, hər ştatda səsvermənin vaxtı yerli hakimiyyət tərəfindən müəyyən edilir. Səsvermənin ilk olaraq Kentukki və İndiana ştatında başa çatacağı gözlənilir. Bu, Bakı vaxtı ilə noyabrın 5-i gecə saat 4-də təsadüf edir. Ən gec isə vitse-prezidentliyə respublikaçı namizəd Sara Pelinin qubernator olduğu Alyaska ştatında səsvermə yekunlaşacaq - Bakı vaxtı ilə bu gün saat 10-da. ABŞ-da 180 milyona yaxın seçici var və politoloqlar bu seçkilərdə son 40 ildə görünməmiş fəallıq proqnozlaşdırırdı. Gözlənilirdi ki, səsvermədə 140 milyona yaxın adam iştirak edəcək. 29 milyon adam artıq erkən səsvermə hüququndan istifadə edərək səs verib, onların çoxu Obamaya rəğbət bəsləyən qaradərililərdir. Amerika qanunlarına görə, istənilən şəxs səsvermə günü vacib işinin olduğunu əsaslandıraraq seçkilərə iki həftə qalmış səs verə bilər. Lakin erkən səsvermənin nəticələri ancaq seçki günü açıqlanır. Amerika ərazisinin əsas hissəsində səsvermə Bakı vaxtı ilə 15:00-da başlamışdı. Ölkənin əksər ştatlarında seçki məntəqələri yerli vaxtla səhər saatlarında açılıb. Obama Bakı vaxtı ilə saat 15 radələrində artıq səs vermişdi. O, yaşadığı Çikaqo şəhərində seçki məntəqəsinə xanımı və iki azyaşlı qızı ilə gəlib. Amerika telekanalları onun bülletenləri doldurmasını canlı yayımla nümayiş etdiriblər. Obama səs verdikdən sonra heç bir açıqlama verməyib. Vitse-prezidentliyə demokrat namizəd Cozef Bayden isə təmsil etdiyi Delaver ştatında səs verib. Onu seçki məntəqəsinin qarşısında gözləyən seçicilər alqışlarla qarşılayıblar. Con Makkeyn isə Bakı vaxtı ilə axşam saatlarında səs verib. Rəqiblər mübarizəni son anadək davam etdiriblər Prezidentliyə namizədlər mübarizəni son anadək, hətta səsvermə müddətində də davam etdiriblər. Seçkilərə bir gün qalmış Barak Obama və Con Makkeyn tərəddüd edən seçiciləri bir daha öz tərəfinə çəkməyə çalışıblar. Rəy sorğularının nəticələrinə görə, bu kateqoriyaya daxil olan seçicilər 15 faizə yaxındır. Son rəy sorğuları Obamanın əvvəlki kimi Makkeyndən inamlı şəkildə öndə olduğunu göstərirdi. Belə ki, namizədlər arasında fərq Obamanın xeyrinə 7 faiz təşkil edir. Kampaniyanı başa vuran Obama seçkilərin nəticələrini gözləmək üçün İllinoys ştatına qayıdıb. Makkeyn isə səsvermə gününü vətəni Arizonada qarşılayıb. Lakin Makkeyn burada da kampaniyanı dayandırmayaraq səsverməyə az qalmış tərəfdarlarının yürüşünü təşkil edib. Son bir neçə gündə rəqibinə qarşı həmləyə keçən Makkeyn artıq bəzi önəmli ştatlarda, o cümlədən Pensilvaniyada reytinqini önəmli ölçülərdə artırmağa nail olmuşdu. Onun seçki qərargahı Obamanın vergi siyasətinin təhlükəli olduğunu əks etdirən reklam kampaniyası aparıb, Makkeyn rəqibindən geridə qaldığını qəbul etsə də inanırdı ki, son anda qələbə onunla olacaq. Bəzi tanınmış ekspertlərə görə, hələ də tərəddüd edən seçicilərin 70 faizi Makkeynə səs verə bilər. Çünki seçki kampaniyasının son günlərində onlarda Makkeynin dövləti idarə etmək üçün daha təcrübəli olduğu haqda qənaət formalaşıb. Digər tərəfdən irq amili də səsvermənin nəticəsinə təsir edə bilər. Belə ki, bir çox ağdərili seçici rasist olmadığını göstərmək üçün üzdə Obamaya səs verəcəyini bildirir, ancaq səsvermə zamanı onlar bunun əksini edə bilərlər. Makkeyn CBS kanalına qısa müsahibəsində deyib ki, o mübarizəsini seçki məntəqələri bağlanana qədər davam etdirəcək: “Bəli, mən başa düşürəm ki, geridəyəm, ancaq bizim qalib gəlmək üçün ciddi şansımız var”. Obamanın nənəsinə seçkinin nəticələrini görmək qismət olmadı Bu arada seçkilərə cəmi bir gün qalmış Barak Obamanın nənəsi yaşadığı Havay adalarının Honolulu şəhərində vəfat edib. 86 yaşında olan ağdərili qadın Medlin Dunham neçə vaxtdır xərçəngdən əziyyət çəkirdi və Obama onun ölüm ayağında olduğunu görərək bir neçə gün əvvəl nənəsinə baş çəkmişdi. Qeyd edək ki, Obama nənəsinin himayəsində böyüyüb. Atası onun 2 yaşı olanda anasından ayrılaraq vətəni Keniyaya gedib. Anası isə indoneziyalı ilə ikinci dəfə ailə qurub. 10 yaşınadək bu ölkədə yaşayan Obama sonradan Havay adalarına dönərək nənəsinin himayəsində yaşayıb. Nənəsinin ölüm xəbərini ona Ceksonvill ştatında seçicilər qarşısında çıxış edərkən veriblər. Göz yaşlarını silən Obama deyib ki, nənəsi onun şəxsiyyət kimi formalaşmasında fundamental rol oynayıb və bu itki onun üçün əvəzsizdir. Bəzi müşahidəçilərə görə, səsverməyə cəmi bir gün qalmış nənəsinin vəfatı Obamanın şansını daha da artıracaq. Çünki bu hadisə amerikalılara onun anasının ağdərili olduğunu xatırladıb, digər tərəfdən bəzi insanların hər iki valideynini itirən Obamanın bu itkisindən sonra ona ürəkləri yana bilərdi. Builki Amerika seçkilərini böyük diqqətlə bütün dünya izləyir. Təkcə ona görə yox ki, prezidentliyə əsas namizədlərdən biri qaradərilidir. Bu seçkilər dünyada böyük gərginliyin - qlobal maliyyə böhranının baş verdiyi, Birləşmiş Ştatların iki ölkədə - İraq və Əfqanıstanda müharibə apardığı və ölkənin heç olmadığı dərədəcə dünyada öz dominant imicini itirməkdə olduğu bir vaxta təsadüf edir. Bununla belə, bir çox təhlilçinin dediyinə görə, bu seçkilərdə kimin qalib gələcəyindən asılı olmayaraq, Amerikanın çəkisini azaltmaq hələ tezdir. Ekspertlər deyirlər ki, bu, gözlənilməz hallarla dolu bir kampaniya idi. Əvvəlcə, Barak Obama Hillari Klintonu qabaqlayaraq Demokrat Partiyasından prezidentliyə namizəd irəli sürüldü. Sonra isə senator Con Makkeynin seçki kampaniyasında bir qədər canlanma baş verdi və bu, Ağ Ev uğrunda mübarizəni daha da şiddətləndirdi. Lakin məsələ burasındadır ki, Amerika tənəzzülə doğru getsə də, Çinlə Hindistan kimi yeni fövqəldövlətlərin yüksəlişi davam etsə də, köhnə dünya qaydası bir qədər sarsılmış olsa da, bir şey tam aydındır ki, bu seçkilərdə kim qalib gəlirsə-gəlsin, Vaşinqton hələ də öz qüdrətini saxlamış olacaq. Builki namizədlərin siyasi baxışları bir birindən xeyli fərqlənir. Əgər Makkeyn daha çox ölkələr arasında güc siyasətinin tərəfdarıdırsa, tam yeni nəsli təmsil edən Obama iqlim dəyişməsi, qlobal epidemiyalar və digər ümumbəşəri problemlərin birgə beynəlxalq səylərlə həll olunması fəlsəfəsini təbliğ edir. Gerçəklik belədir ki, kimin qalib çıxacağından asılı olmayaraq, nə maliyyə böhranı, nə Quantanamo məsələsi, nə İraq müharibəsi Amerikanın dünyadakı mövqeyini və rolunu sarsıda bilməz. Obama udsa, onun ögey qardaşı Keniyada qurban kəsəcək Amerika seçkilərinin bütün dünyada maraqla izləndiyi şübhə doğurmurdu. Ancaq Keniyada bu seçkilərə daha böyük maraq var. Çünki keniyalılar Barak Obamanı öz həmvətənləri hesab edirlər. Qaradərili namizədin atası Keniyadandır. O hazırda sağ olmasa da, Obamanın bu ölkədə bir neçə ögey qardaş və bacıları var. Obamanın atası əslən Keniyanın ucqar Koqela kəndində anadan olub. BBC radiostansiyasının xəbərinə görə, hazırda həmin kənddə Obamanın qohumları, o cümlədən ögey qardaşı Malik yaşayır. Onlar müsəlmandır. Kənddə Obamanın adını məktəbə və yerli pivəyə də veriblər. Bildirilir ki, Obamanın qardaşı Malik onun qələbəsi halında müsəlman adətlərinə görə qurban kəsəcək. Xəbərlərə görə, kənddə elektrik yoxdur, ancaq kəndlilər öz aralarında pul toplayaraq bir ədəd elektrik generatoru və televizor alıblar. Səsvermə günü bütün kənd həmin televizorun qarşısına toplaşıb seçkinin gedişini izləməyə hazırlaşırdı. Seçkilərin gedişini canlı yayımda bütün dünyaya çatdıran CNN telekanlı səsvermənin gedişini şərh edərək amerikalıların “tarix yazdığını” qeyd edib. Belə ki, seçki məntəqələri qarşısında görünməmiş fəallıq müşahidə olunub, seçicilər səs verə bilmək üçün saatlarla və səbrlə uzun növbələrdə gözləyiblər. Seçkilər Azərbaycanda da yaxından izlənilir. Qeyd edək ki, prezidentliyə namizədlərin hər ikisi Bakıda səfərdə olub. Con Makkeyn 2003-cü il prezident seçkiləri ərəfəsində, Barak Obama isə 2005-ci il parlament seçkilərinə az qalmış senator Riçard Luqarla Azərbaycana gəliblər. O zaman çox az adamın tanıdığı Obama jurnalistlərlə görüşdə Amerika-Azərbaycan münasibətlərinin indiki və gələcəyi barədə fikirlərini də bölüşüb. Senator Bakıda keçirdiyi mətbuat konfransında erməni “soyqırımı” iddialarını dəstəkləyən fikirlər də işlətmişdi. F.MƏMMƏDOV musavat
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Ərdəbildə üç məhbus edam edildi
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir
Təbrizli rejissor Babək Xurrəmdinə görə qınanıldı
ABŞ Dövlət Departamenti Konqresə Azərbaycana dair 907-ci düzəlişlə bağlı bildiriş göndərib
Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu
Qətər üç iranlı pilotun əsir götürülməsi iddiasını rədd etdi
İranşəhrilərdən “Xəzər dənizi”nin adının dəyişdirilməsi üçün yeni kampaniya
ADNOC tankerinə hücum | BƏƏ: İran məsuldur
İlon Mask siyasətə 100 milyon dollarlıq çeklə qayıdır
Bir həftədən az müddətdə Hörmüz boğazında üçüncü BƏƏ gəmisinə hücum edilib
İranda etirazçı Şəhərəm Sadıqi edam edildi
İran Kəşfiyyat Nazirliyi “Termit” adlı layihə barədə məlumat verdi