"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Noyabr Dağlıq Qarabağla başladı... 20 il öncə olduğu kimi... Elə o zaman Dağlıq Qarabağın taleyi Moskvada, imperiyanın yüksək kürsülərində müzakirəyə çıxarılmışdı... Bakıda isə yüz minlərlə insan "Azadlıq" meydanına toplaşaraq ermənilərin Topxana meşəsində ağaclara qarşı törətdiyi "soyqırım"a etiraz edirdilər. Yumruqlar buludlarla örtülmüş səmanı titrədirdi... Müstəqil dövləti, ordusu olmayan, uzun illərin amansız repressiyaları nəticəsində düşünən başları, vuran əlləri kəsilmiş bir Millət özündə nəhəng qorxu imperiyasının siyasətinə etiraz etməyə, müqavimət göstərməyə güc tapmışdı... Elçin Mirzəbəyli İndi Dağlıq Qarabağla yanaşı daha 7 rayonumuz işğal altındadır, ermənilər tarixi və əzəli torpaqlarımızı soysuz dədələrinin malı kimi mənimsəyiblər, 14 ildir qudurmaqda olan imperiya və onun sadiq köpəyi tərəfindən "atəşkəs" sözü altında Azərbaycan xalqına qarşı məxməri soyqırım siyasəti davam etdirilir, ancaq müqavimət hissi tükənməkdə, bezməkdə, yorulmaqda olan, bəzən də mənəviyyatı aşınanların gülüş hədəfinə çevrilən bir neçə nəfərdən özgə baş verənlərə etiraz edən tapılmır. Hamı praqmatik siyasətçi olub, yerindən duran beynəlxalq arenada baş verənlərdən, böyük güclərin qarşıdurmasından və bu proseslərin regiona təsirindən danışır. Okeanın o tayı indi Azərbaycan siyasətçiləri üçün Dağlıq Qarabağdan daha yaxındır. Beynəlxalq siyasət..., siyasi terminlər taftalogiyası... İndisə yeni bir ümid kələfi tapıblar... Beynəlxalq maliyyə böhranı Rusiyanı çökdürəcək, Ermənistan tamamilə siyasi-iqtisadi iflasa uğrayacaq, dünyada və regionda baş verən proseslərdə qlobal dəyişikliklər olacaq və... Qarabağı qırmızı məcməyinin içərisinə qoyaraq, böyük bir üzrxahlıqla, xahişlə, minnətlə bizə təqdim edəcəklər... Laylay bala, laylay, Yat, qal dala laylay... Allah sənə rəhmət eləsin, Sabir. ...20 il öncə Topxana meşəsində ağacların "soyqırım"ına tab gətirə bilməyən, yalın əllə Xankəndinə yürüyən bir Millət, Xocalı soyqırımı ilə, namusuna edilən təcavüzlə barışıb. Rüstəm İbrahimbəyov isə Moskvada oturub Bakıdan köçən ermənilərin xiffətini çəkir, hansısa kosmopolit, soy-kökündən xəbərsiz, "həftəbecər" elitadan danışır. Əslində Azərbaycan xalqının bu günki durumunun, müqavimət hissinin, mənəvi dəyərlərinin deqrodasiyaya uğramasının, klassik ailə modelinin darmadağın edilməsinin səbəbkarları da məhz zahirən kosmopolit, mahiyyətcə isə rusofil ideologiyanın daşıyıcıları, imperiyanın formalaşdırdığı qondarma elitanın sabiq və sadiq mənsublarıdır. Bu gün ictimai rəyə Azərbaycan ziyalısı kimi təqdim edilənlərin bir qismi çırtıq çalır, digər qismi özünü ən yaxşı halda kommunist partiyasının sovxoz və kolxozlara ezam etdiyi lektorlar kimi aparır, başqa bir qismi isə öz içini, ruhunu gəmirməklə bu qondarma dəyərlər məmləkətindən Tanrının dərgahına daha tez getməyə çalışır. Acı da olsa gerçəklikdir və hələki mövcud reallıqları dəyişmək üçün özümüzdə güc tapmamışıq. Doğrusu Rüstəm İbrahimbəyovun personasına xüsusi diqqət yetirməkdən çox uzağam. Onun kimi düşünənlərin sayı Azərbaycanda yetərincədir və bu şəxslər mənsub olduqları mədəniyyətin sıradan çıxmasından narahatdırlar. Bu narahatçılığın və etirazın qarşılığında əsassız mülahizələr, ritorik fikirlər səsləndirilməsinin, daha dəqiq desək psevdopatriatizmin tamamilə əleyhinəyəm. Azərbaycan rus dili və mədəniyyətinin, eləcə də bu amillərin formalaşdırdığı mutant dəyərlərin əhatə dairəsindən çıxmaqdadır. Bu təbii prosesdir və bütün imperiyaların, həmçinin müstəqillik qazanan xalqların tarixində özünü büruzə verib. Ancaq məni və Azərbaycan türklərinin taleyi ilə bağlı bir addım irəli düşünməyi bacaran həmfikirlərimi əndişələndirən, bütövlükdə isə ölkədə bir çoxlarının səbəbini dərk etmədiyi psixoloji diskamfort yaradan, olduqca önəmli bir məqam var: İmperiya və onun hüquqi-mənəvi varisinin miras qoyduğu, uzun illər boyu çeşidli institutlar tərəfindən hazırlanmış, nəhəng bir təbliğat maşınının şüurlara yeritdiyi, konkret geosiyasi-ideoloji məqsədə xidmət edən kosmo(ruso)polit mədəniyyətin sıradan çıxması nəticəsində yaranmış boşluğun yerini dünyagörüşümüzə uyğun, milli strateji hədəfləri nişan verən prinsiplərlə əvəzləyə bilməmişik. Bu hədəflərin sayı isə yetərincədir: - Qarabağın azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması; - Azad və ədalətli vətəndaş cəmiyyəti quruculuğu; - Bütöv Azərbaycan; - Türk dövlət və toplumalarının inteqrasiyası; - Avratlantik məkana inteqrasiya və s. ...Bu siyahını sonsuza qədər uzatmaq olar. Bütün hallarda sadalanan istiqamətlər tezis xarakteri daşıyacaq. Ölkəyə isə hər addımbaşı sadalanan tezislərdən daha çox bütün sahələri əhatə edən, yaxın və uzaq hədəfləri, onlara doğru aparan yolları nişan verən milli inkişaf konsepsiyası lazımdır. "İdeologiya" sözünü bilərəkdən işlətmədim. Çünki bu söz konkret siyasi dünyagörüşünü ifadə edir. Normal cəmiyyətlərdə müxtəlif ideologiyalar yanaşı yaşamağı bacarırlar. Rəqabət aparır, cilalanır və milli inkişaf konsepsiyasının elementlərindən birinə çevrilirlər. Hədəfdə... Millətin hədəfləri onu hər addımda müşaiyət etməlidir - beşikdən məzara kimi... Bu sahədə yarana biləcək azacıq boşluq belə zəncirvari reaksiya verə və təbii inkişaf prosesini poza bilər. Bu baxımdan milli inkişaf konsepsiyası bütün sahələri əhatə etməli, təkcə toplumun deyil, fərqli baxışlara malik ayrı-ayrı fərdlərin də mütləq çoxluqla bərabər səviyyədə özünütəsdiq imkanlarını əks etdirməlidir. İnsan faktoru bütün istiqamətlərdə əsas götürülməli, insana dəyər verilməlidir. İnsana dəyər verilməyən cəmiyyətdə isə uzaq hədəflər barədə düşünməyi bacaran vətəndaş yetişə bilməz. Son söz əvəzi ...Biz hara gedirik? Hər addımda bu sualla qarşılaşmalı oluram. Hər gün rastlaşdıqları problemlər barədə pıçıltıyla dedi-qodu edən, yaşlarına və vücudlarına sığışmayan bir tərzdə həyatlarından gileylənən insanları görəndə yaşadığım məmləkətin də, gələcək barədə ümidlərini itirməyən həmfikirlərimin də halına acıyıram. Hamı şikayətlənir və bir kimsə bu reallıqları dəyişmək üçün bircə addım belə atmır. Beləcə kiçik şikayətçilər bir az böyüklərdən, bir az böyüklər onlardan daha yüksək pillədə dayananlardan... gileylənirlər. Vəssalam! Hər kəs başqa birisinin onun həyatını dəyişəcəyini, hər gün qarşılaşdığı problemləri həll edəcəyini düşünür. Qarşılaşdığı haqsızlıqdan gileylənir və dərhal eyni haqsızlığı özündən bir pillə aşağıda dayanan, yaxud konkret vəziyyətdə onun qərarından asılı olan şəxsə münasibətdə nümayiş etdirir. Belə həyat və düşüncə tərzi isə təəssüf ki, gündən-günə kütləviləşir və az qala milli natamamlıq kompleksinə çevrilməkdədir. Biz hara gedirik? Zənnimcə, bu sual hər bir Azərbaycan vətəndaşı üçün "Mən nə istəyirəm?" ifadəsilə əvəz olunmalıdır. Doğrudanmı biz Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını, məğlubiyyət rüsvayçılığından qurtulmağımızı, sivil dünyanın bir hissəsinə çevrilməyimizi, normal psixoloji abu-havanın hökm sürdüyü ailədə və cəmiyyətdə yaşamağımızı istəyirik? Biz ümumiyyətlə bir-birimizi aldatmaqdan, məkrli vasitələrlə irəli atılmaqdan, daha rahat soyğunçuluq etmək üçün əlverişli şərait uğrunda mübarizə aparmaqdan... özgə bir nəsnə istəyirikmi? Biz, ümumiyyətlə nə isə istəyirik? xalqcebhesi
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi