"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
NOVRUZ MƏMMƏDOV: "SƏNƏDİN İMZALANMASI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏNİN HƏLLİNİ BUNDAN SONRA BAŞQA MÜSTƏVİYƏ KEÇİRİR" "Moskva bəyannaməsi" nə vəd edir? "İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarkisyasının imzaladığı bəyannamə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı keçirilən 14 illik uzun və mürəkkəb yolda atılan ilk müsbət addımdır". Bu fikirləri Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS-ə müsahibəsində deyib. O əlavə edib ki, bu sənədin imzalanması münaqişənin həllini bundan sonra başqa müstəviyə keçirir. ZƏRDÜŞT ƏLİZADƏ: "MƏSƏLƏ UZANDIQCA RUSİYANIN MÖVQEYİ ZƏİFLƏYİR" ZAHİD ORUC: "RUSİYA BAŞA DÜŞÜR Kİ, MÜNAQİŞƏLƏR UZANDIQCA, QƏRBİN REGİONA GƏLİŞİ SÜRƏTLƏNƏCƏK" XƏZƏR İBRAHİM: "RƏSMİ BAKI DANIŞIQLAR PROSESİNİ DAVAM ETDİRMƏK NİYYƏTİNDƏ QƏTİDİR" Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşündə imzalanan bəyannamənin Dağlıq Qarabağ münaqişəsinin həllində göstərəcəyi təsir imkanları müxtəlif aspektlərdə müzakirə edilir. Münaqişənin həlli prosesində Rusiyanın vasitəçilik missiyasının Qərb və Amerikanın maraqları ilə nə dərəcədə uzlaşacağı birmənalı qarşılanmır. Məsələn, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza öz narazılığını açıq şəkildə bəyan edir: "ATƏT-in Minsk qrupunun həmsədrləri prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar üzrə görüşünə dəvət olunsa da, onlar görüşə buraxılmayıblar". Bunu "Trend"-ə Metyu Brayza özü bildirib. Onun sözlərinə görə, bu, Minsk qrupunun iş üsullarına müvafiq deyil. Rəsmi Bakı isə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə birgə bəyanatını danışıqların bütün məqamlarını əks etdirən sənəd hesab edir. Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim jurnalistlərə bildirib ki, sənədin imzalanmasında yeni nəsə axtarmaq lazım deyil. İndiyədək danışıqlar aparılır və onların əhəmiyyəti bəyannamədə öz əksini tapıb. Danışıqların növbəti mərhələsinə keçid üçün bünövrə qoyulmalıdır: "Yüksək səviyyədə bəyannamənin imzalanması zərurətdən irəli gəlir. Azərbaycan danışıqlar prosesini davam etdirmək niyyətində qətidir. Danışıqların növbəti mərhələsinin necə olacağı hələ məlum deyil". Məsələyə politoloq Zərduşt Əlizadə və millət vəkil Zahid Orucun münasibətlərini öyrəndik. Zərdüşt Əlizadənin fikrincə, bəyannamənin heç bir əhəmiyyəti yoxdur: "Sənəddə əsas iki məsələ vurğulanır. Birincisi ondan ibarətdir ki, münaqişə siyasi yolla həll ounmalıdır. Artıq bu, bir aksiomadır ki, siyasi üsul müharibə siyasətinin başqa üsulla davamıdır. İkincisi, məsələnin beynəlxalq hüquq çərçivəsində həlli önə çəkilir və beynəlxalq hüququn bir müddəası da millətlərin öz müqəddəratını həlletmə hüququnu önə çəkir. Ermənistan məhz buna istinad edərək, Qarabağı almaq istəyir. Digər müddəada dövlətlərin ərazi bütövlüyü önə çəkilir. Azərbaycan məhz ona istinadən Qarabağın qaytarılmasını tələb edir. Amma yəqin ki, ən mühümü hələ elan edilməyib. Bu, ondan ibarətdir ki, Rusiya hansısa mütləq imic qazanıb, böyük iqtisadi gəlir götürməyə, bölgəni nəzarətdə saxlamağa çalışır. Artıq bunun üçün imkanlar var. Bu da ondan ibarətdir ki, ruslar indiki vəziyyətdə münaqişəni davam edərsə, Azərbaycan və Ermənistanın da Gürcüstan kimi üzünü Qərbə çevirməsindən qorxurlar. Çünki bu formatda münaqişənin həlli ilə bağlı bütün potensialı tükəndirib". Belə olan halda nə baş verə bilər? Bu suala cavabında Z.Əlizadə bildirdi ki, Minsk qrupunun indiyəcən hazırladığı sənədin əsasında müvəqqəti razılaşma əldə olunar, yəni məzmun saxlanmaqla, münaqişənin şəkli dəyişə bilər. Rusiya bunu özünün diplomatik qələbəsi kimi təqdim edə bilər. Məsələn, Dağlıq Qarabağdan əlavə işğal olunmuş torpaqlar azad olunar, sonra Dağlıq Qarabağda beynəlxalq sülhməramlılar yerləşə bilər və onların əsasını da rus qoşunları təşkil edər. O zaman da Azərbaycanın hüquqi baxımdan Dağlıq Qarabağa qayıtmaq hüququ olacaq. Üçüncü variantda isə məsələ bütövlükdə həll oluna bilər. Yəni, Dağlıq Qarabağa dövlət içində dövlət statusu verilə bilər və yenə də həmin sülhməramlılar qalmaqla münaqişə birdəfəlik həll oluna bilər. Bunun üçün zəka cəsarəti lazımdır. Hələlik danışıqların gedişindən görünür ki, Rusiya rəhbərliyi zəka cəsarəti nümayiş etdirmir, məsələ uzanır, uzandıqca da Rusiyanın mövqeyi zəifləyir". Politoloq əminliklə bildirir ki, bu razılaşmada İrandan başqa, Türkiyə, Fransa, Amerika və Avropa Birliyi də iştirak edirlər. Amma bu barədə məlumat verilmir. Zərdüşt Əlizadənin fikrincə, hələlik etiraf etmək lazımdır ki, Cənubi Qafqazda Rusiyanın təsir imkanları Qərbinkindən xeyli üstündür: "Bu da təsadüfi deyil, çünki onun dərin kökləri var. Üstəlik, Rusiyanın özünün yaratdığı və tənzimlədiyi münaqişələr də var. Rusiya Abxaziya və Cənubi Osetiyada göstərdi ki, münaqişə onun əlində bir alətdir". Politoloqun qənaətinə görə, Rusiya hansısa bir addım atmaq istəsə, nə Ermənistanın, nə Azərbaycanın Qərbə ümid bəsləməsi əbəsdir: "Digər tərəfdən qeyd etməliyəm ki, Minsk qrupunun hər üç həmsədri orada idi. Amma görüşü Medvedyev aparırdı. Əgər onlar da iştirak etmək istəyirdilərsə, zəhmət çəkib Buşla Sarkozi də gəlməliydi. Axı görüş Moskvada keçirilirdi və görüşdə prezidentlər işitirak edirdi. Təbii ki, həmin görüşə yalnız prezidentlər qatıla bilərdi. Rusiya Amerikaya, Fransaya nümayiş etdirdi ki, Cənubi Qafqazda münaqişələrin sükanı onların əlindədir. Hesab edirəm ki, bu görüşlə bağlı Qərbin, Amerikanın narahatlığına əsas var. Çünki onlar istəyirlər ki, münaqişə həll edilməsin, özləri bulanıq suda balıq tutsunlar, necə ki, Yaxın Şərqdə tuturlar". Millət vəkili Zahid Oruc düşünür ki, Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən danışıqlar heç bir halda ərazi bütövlüyü üçün təhlükəli ssenarilər ortaya qoymadı: "Bəlli oldu ki, danışıqar bütövlükdə Azərbaycanın milli maraqlarını zərbə altında qoymur və bəzi hallarda onun maraqlarına cavab verir. Bəyannamə öhdəlik yaradan və sülhə məcburetmə sənədi sayılmasa da, burada qarşıdakı dövr üçün ümumi baza prinsipləri ifadə olunur. Problemin çözümündə beynəlxalq hüquq prinsiplərinə və normalarına istnad olunması belə düşüncələr yarada bilərdi ki, ermənilər öz müqəddəratını təyinetimə hüququndan yararlanacaq. Amma ifadələrdə vurğulandığı kimi, bu dövrə qədər qəbul olunmuş sənədlər əsas götürülür". Deputat hesab edir ki, "Danışıqların Madrid prinsipləri əsasında aparılmasının ifadə olunması, həmçinin qarşıdakı dövrdə benəlxalq zəmanətlərin vacibliyindən danışılması, eyni zamanda, "razılaşmanın bütün spektlərini qarşıdakı dövrdə beynəlxalq zəmanətlə müdafiə etməkdir" fikri yenə də mərhələlərdən söhbət açlıdığını göstərir. Bu müddəadan çıxan nəticə odur ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə predmeti deyil. Bütövlükdə mən bu danışıqları mühüm addım hesab edirəm. Yaxın bir ay ərzində Qarabağ danışıqlarında çox ciddi dəyişikliklər gözlənilir". Zahid Oruc bildirir ki, Amerikanın və Qərbin ayrı-ayrı təmsilçiləri indiyə qədərki dönəmdə Rusiyanın təşəbbüsü ələ almasına qarışı çıxmayıb: "Ümumiyyətlə, Rusiyanın 8 avqustdan sonra fəallaşması sual yaradır. Önəmlisi odur ki, Rusiya siyasi elitası başa düşməyə başlayıb ki, nə qədər münaqişələr olacaq, Qərbin regiona gəlişi sürətlənəcək. Rusiyanın bir yolu qalır, o da özünün maraqlarını qorumaq üçün bölgədə münbit şərait hazırlamaq. Rusiya nəyin müqabilində həll modelini seçə bilər? Baxın, bu gün erməni dairələri 58-ci ordunun Qarabağda yerləşməsinin təhlükəli olmasından, Ermənisanın satılmağından danışırlar. Ortada olan sənədlərdə Ermənistanın layiq olduğu yeri göstərən və Rusiyanın mövqeyini, maraqlarını təmin edən model var. Ola bilsin ki, burada Qərbin maraqlarının əleyhinə də müddəalar əksini tapsın". Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın bəyanatına da münasibət bildirən Zahid Oruc dedi ki, bu istiqamətdə müəyyən bəyanatların verilməsi başadüşüləndir. Kimin nə deməsindən asılı olmayaraq, Rusiya mövcud olan reallıqları dəyişməyə çalışır. Qərb dairələri isə münaqişəni başqa formada həll edəndən sonra Qafqazda Avropanın strateji maraqlarına zərbə dəyəcəyini nəzərə alaraq ,artıq öz mövqelərini qorumaq uğrunda mübarzəyə girişiblər və buna yönəlik diplomatik savaşdadırlar". Tahirə QAFARLI ucnoqta
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi