"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Ötən bazar günü Azərbaycan, Ermənistan və Rusiya prezidentləri tərəfindən imzalanan birgə bəyannamə hər iki ölkə rəsmiləri tərəfindən ümidlə qarşılanıb. Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması ilə bağlı Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentləri tərəfindən imzalanan birgə bəyannamə istər Bakıda, istərsə də Yerevanda münaqişənin həlli istiqamətində irəliyə doğru atılan addım kimi dəyərləndirilir. Ötən bazar günü Azərbaycan, Ermənistan və Rusiya prezidentləri tərəfindən imzalanan birgə bəyannamə hər iki ölkə rəsmiləri tərəfindən ümidlə qarşılanıb. Birgə bəyannaməyə münasibət bildirən Prezident Aparatı Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov bu sənədin münaqişənin həlli üçün xüsusi siyasi əhəmiyyət daşıdığını bildirdi. O, eyni zamanda, bəyannamənin Türkiyə tərəfindən irəli sürülən Qaqazda Sabitlik və Tərəfdaşlıq Platformasını tamamladığını bildirdi. Politoloq Aydın Mirzəzadə isə bəyannaməni problemin aradan qaldırılması yönündə irəliyə doğru atılan addım kimi dəyərləndirdi. Aydın Mirzəzadə:” Bu sənəddə əksini tapanları həm də Türkiyə tərəfindən irəli sürülən “Qafqazda Sabitlik və Tərəfdaşlıq Platformasında nəzərdə tutulanların davamı hesab etmək olar”, - dedi. Ermənistan xarici işlər naziri Eduard Nalbandyan isə deyib ki, danışıqlarda Dağlıq Qarabağın statusu məsələsində tərəflərin mövqeləri kifayət qədər yaxınlaşıb. Onun sözlərinə görə, bəyannamə münaqişənin tezliklə həll ediləcəyinə ümid yaradıb. Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilən növbəti görüş başa çatıb. Azərbaycan və Ermənistan prezidentləri əvvəlcə təkbətək görüşərək münaqişənin həlli yollarını müzakirə ediblər. Sonra bu müzakirələr prezident Dmitri Medvedevin iştirakı ilə davam etdirilib. Müzakirələrdə Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri, həmçinin münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT Minsk Qrupu həmsədrləri də iştirak ediblər. Görüşün nəticəsi olaraq münaqişə edən tərəflər arasında Rusiya Prezidentinin də iştirakı ilə birgə bəyannamə imzalanıb. Görüşdən sonra prezidentlər KİV nümayəndələri ilə görüşüblər. Dmitri Medvedev üç ölkə prezidenti tərəfindən imzalanan birgə bəyannamənin mətni ilə KİV nümayəndələrini tanış edib. 5 bənddən ibarət bəyannamədə münaqişədə olan tərəflərin problemin beynəlxalq hüquq normaları əsasında siyasi yolla həlli, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi məsələsi əksini tapıb. Bundan əlavə, sənəddə qeyd edilib ki, prezidentlər münaqişənin ATƏT Minsk Qrupu həmsədrləri tərəfindən 2007-ci ilin noyabr ayında Madriddə qəbul edilmiş prinsiplərə uyğun aradan qaldırılması üçün səylərini davam etdirəcəklər. Sənəddə həmçinin vurğulanıb ki, münaqişənin sülh yolu ilə həllinə nail olunması beynəlxalq təminatlar ilə müşayiət edilməlidir. Bəyannamədə daha sonra bildirilir ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişənin siyasi yollarla həllinin razılaşdırılması üzərindəki işin davam etdirilməsi barədə razılığa gəliblər. Bu prosesin daha da sürətləndirilməsi məqsədi ilə prezidentlər xarici işlər nazirlərinə və ATƏT MQ həmsədrlərinə daha fəal addımlar atmağı tapşırıblar. Bəs bu bəyannamə münaqişənin aradan qaldırılmasında Azərbaycanın maraqlarına cavab verirmi? Prezident Aparatı Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov bəyannamənin münaqişənin həlli üçün xüsusi siyasi əhəmiyyət daşıdığını bildirdi. Onun sözlərinə görə, sənəddə münaqişənin mərhələli yolla həlli və hər həll mərhələsindən sonra ona beynəlxalq təminat verilməsi nəzərdə tutulub ki, bu da çox önəmlidir. PA rəsmisi sənədin münaqişənin həllində bir kompas ola biləcəyini də xüsusi vurğuladı. O, eyni zamanda, prezidentlərin Moskva görüşündə qəbul edilən sənədin Türkiyə tərəfindən irəli sürülən Qafqazda Sabitlik və Tərəfdaşlıq Platformasını tamamladığını bildirdi. Politoloq Rasim Musabəyov isə üç ölkə prezidenti tərəfindən imzalanan sənədin hər hansı bir hüquqi qüvvə daşımadığını söylədi. Onun sözlərinə görə, bəyannamədə tərəflər arasında münaqişənin həllinə mane olan problemlər barədə hər hansı bir irəliləyişin əldə ediləcəyi barədə fikir vurğulanmayıb. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili politoloq Aydın Mirzəzadə isə bəyannaməni irəliyə doğru atılan addım kimi dəyərləndirdi. O dedi ki, Ermənistan ilk dəfə bu sənədə imza atmaqla münaqişənin həlli ilə bağlı beynəlxalq səviyyədə qəbul edilən qərarlara əməl edəcəyini öhdəsinə götürüb. Aydın Mirzəzaqə: “Bu sənəddə əksini tapanlar həm də Türkiyə tərəfindən irəli sürülən Qafqazda sabitlik və Tərəfdaşlıq Platformasını tamamlayır. Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı da müzakirə ediləcək əsas məsələlərdən biri də məhz Dağlıq Qarabağ münaqişəsinin həlli yolları olacaq”, - dedi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim isə: “Ermənistan və Azərbaycan prezidentlərinin Moskvada imzaladıqları bəyannamə tutarlı sənəddir və bu günə qədər aparılan danışıqların mahiyyətini və məqamlarını özündə əks etdirir. İndiyə qədər verilən şifahi bəyanatlardan sonra imzalarla təsdiqlənən bir sənəd olmalı idi. Bəyannamənin ən yüksək səviyyədə imzalanması məhz bu zərurətdən irəli gəlir”,-deyib. Sənəddə “beynəlxalq hüququn norma və prinsipləri” adı altında hansı prinsipin əsas götürüldüyü barədə sualı cavablandıran XİN sözçüsü ərazi bütövlüyünün nizamlamanın əsas prinsipi olduğunu vurğulayıb: “Helsinki Yekun Aktında millətlərin öz müqəddəratını təyinetmə hüququ da əksini tapıb, lakin həmin hüquq ərazi bütövlüyü çərçivəsində də reallaşdırıla bilər. Biz beynəlxalq hüququn heç bir prinsipini inkar etmirik və edə bilmərik. Ancaq beynəlxalq sənədlərdə və beynəlxalq hüquqda ərazi bütövlüyü prinsipi öz müqəddəratını təyinetmə hüququndan daha üstün tutulur”. Danışıqlarda Dağlıq Qarabağın ətrafındakı 5 rayonun azad edilməsi və həmin zonaya Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi məsələsinin müzakirə olunduğu barədə məlumatlara münasibət bildirən X. İbrahim deyib ki, bu mövzular danışıqların əsasını təşkil etmir: “Beynəlxalq qarantiyalar mərhələlərlə verilməlidir. Bu mərhələlər qoşunların çıxarılması və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasından ibarət olmalıdır”. Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üçün gələcəkdə referendum keçiriləcəyi barədə xəbərlərə toxunan diplomatın sözlərinə görə, əvvəlcə Azərbaycan icması Dağlıq Qarabağa qayıtmalıdır, status məsələsi isə daha sonra Azərbaycan sərhədləri çərçivəsində həll oluna bilər. Əziz Mustafa
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi