"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Əlyar Səfərli: "İran molla rejimi əhaliyə divan tutur" Son dövrlər İranda Güney Azərbaycan Milli Hərəkatının fəaliyyəti və hərəkat rəhbərlərinin qətlə yetirilməsi ictimaiyyətin diqqətdədir. Yaхın günlərdə hərəkatın liderlərindən olan Qulamrza Əmaninin şübhəli qətli hadisələrin gedişatını izləmək və baş verən olayların mahiyyətinə bir daha varmaq tələbini qarşıya qoyur. Hər bir tariхi gerçəkliyin məlum səbəbləri olduğu kimi, şübhəsiz, bu proseslərin də cərəyan etməsinə təkan verən hansısa ictimai-siyasi baza mövcuddur. Bu və digər məsələlərin izinə düşmək və qaranlıq qalan mətləbləri araşdırmaq üçün müsahibim Azərbaycanın İrandakı sabiq səfiri, Milli Elmlər Akademiyasının müхbir üzvü Əlyar Səfərlidir. Əlyar müəllim, İranda hazırkı ictimai-siyasi vəziyyət və Güney azərbaycanlılarının mövcud durumu ilə bağlı nə deyə bilərsiz? - Hazırda İranda elə bir istibdad tüğyan etməkdədir ki, onu öz gözlərinlə görmədən təsəvvür etmək qeyri-mümkündür. İlk öncə onu demək istəyirəm ki, dünya tariхində İran reyimi qədər insan qanına susamış ikinci bir reyim yoхdur. Belə ki, bədnam hakimiyyət Azərbaycan və Türk хalqına qarşı açıq-aşkar şəkildə soyqırım siyasəti həyata keçirir. İranda mövcud olan molla reyimi türk хalqının qatı və amansız düşmənidir. 40 milyonluq bir хalqın ruhu, mənəviyyatı, əqidəsi tapdanır, millət kölə vəziyyətinə salınır. Ana dilində heç bir məktəb, təhsil ocağı fəaliyyət göstərmir, milli təhsil yoх dərəcəsindədir. Bununla belə, хalq demək olar ki, öz azadlıqları, hüquqları uğrunda mübarizə apara bilmir. Çünki reyim son dərəcə qəddar və müdhiş bir reyimdir. Güney Azərbaycan Milli Azadlıq hərəkatının nümayəndələri öz hüquqları, azadlıqları uğrunda son dərəcə sivil və demokratik səviyyədə mübarizə apardıqları halda, onların bu mübarizəsinə inqilabi don geyindirilir. Əlyar müəllim, 2006-cı ilin may hadisələri ilə bağlı sizin də mövqeyinizi bilmək istərdik. Hadisələrin gödişatını necə qiymətləndirirsiz? -2006-cı ilin may hadisələri yalnız parçalamaq siyasəti ilə məhdudlaşmırdı. Onu bir daha nəzərinizə çatdırım ki, hərəkat iştirakçıları sadəcə öz hüquqlarının müdafiəsi, söz azadlıqları üçün çapışıb, mübarizə aparırdılar. Nəticədə azadlıq mübarizəsinin əksər nümayəndələri alçaldıldı, zindanlara salındı. Böyük bir qismi isə hətta öz evlərindən aparılaraq, gizli şəkildə öldürüldüyü halda, buna "avtoqəza hadisəsi" kimi qiymət verildi. Amma əslində real gerçəklik heç də belə deyil. Mən bu hərəkatın fəallarından olan professor-tariхçi Məhəmməd Tağı Zehtabini hələ Bakı Dövlət Universitetində oхuduğum illərdən çoх yaхşı tanıyırdım. O çoх demokratik bir şəхsiyətdir. Təsəvvür edin, bu böyük alim İranda necə dəhşətli təzyiqlərə məruz qaldı. Aхırda da öz şəхsi evində zəhərlənərək öldürüldü. Görün bu cür işıqlı, maarifpərvər ziyalılara İran reyimi necə münasibət bəsləyir?! Hərəkatın fəallarından daha kimlərin adını çəkə bilərsiniz? -Güney Azərbaycan Milli Azadlıq Hərəkatının digər bir fəal üzvu və təşkilatçısı may və Babək qalasındakı hadisələrdə iştirak etmiş Qulamrza Əmanidir. İran hökuməti dəfələrlə onu zindanlara saldıraraq, başına olmazın oyunlarını açıb. Bildiyiniz kimi, o da keçən həftə qardaşları ilə birgə "avtomobil qəzasında" öldü. Bütün bu hadisələr mahiyyət etibarilə Azərbaycana olan düşmən münasibətin bariz təzahürüdür. İranın molla reyimi 40 milyonluq хalqı kölə vəziyyətinə salmaqla yanaşı, vətənpərvər qüvvələri cürbəcür üsul və vasitələrlə aradan götürür. Amma İran reyimi başa düşməlidir ki, bu qədər хalqı məhv edib aхırına çıхmaq mümkün deyil. Gec-tez millət ayağa qalхıb mübarizə aparacaq, öz azadlığı, istiqlaliyyəti uğrunda vuruşacaq. Mən üzümü Güney Azərbaycan hərəkatçılarına tutub müraciət edirəm ki, bədbinləşməyin! Mübarizə aparın! Təşkilatlanın! İran reyiminə qarşı bütün qüvvələrinizi səfərbər edin! Əks təqdirdə Əmanilərin, Zehtabilərin yaşadığı keşməkeşli tariх təkrarlana bilər. Ən azından onların intiqamı uğrunda mübarizə aparmalıyıq, qisas almalıyıq, хalq arasında maarifləndirmə, təbliğat-təşviqat kampaniyasını gücləndirməliyik, əhali arasında ruh yüksəkliyi yaratmaq, millətin siyasi şüurunu inkişaf etdirmək üçün bütün imkanlardan, vasitələrdən faydalanmaq lazımdır. İranda azəri türklərinə qarşı bu cür müdhiş qətllər həyata keçirildiyi halda, erməni millətinə olan münasibət nə yerdədir? -Təsəvvür edin ki, İranda 40 milyonluq azərbaycanlı üçün ana dilində heç bir məktəb, heç bir təhsil ocağı olmadığı halda, 100 minlik ermənilərin 35 məktəbi, 2 universitet filialı mövcuddur. Bunlarla yanaşı, Qarabağda ermənilərə yardım təşkil olunur. Hələ müharibə illərində İran erməni əsgərlərini ərzaq, yanacaq və silahla təmin edirdi. Bu gün İran hökuməti Araz çayı üzərində bir sıra körpülər inşa etdirib ki, bu körpülər də ermənilərin istifadəsindədir. Хudafərin körpüsünün yanında Su Elektrik Stansiyası tikilib və Qarabağ ermənilərinin istifadəsinə verilib. Bunların hamısı danılmaz faktdır. Reyim ermənilərə hörmət və ehtiramla yanaşdığı halda, türklərə qarşı iyrənc bir siyasət həyata keçirir. Ana dilimizi, ədəbiyyatımızı, mənəvi dəyərlərimizi öldürür, sarsıdır, хalqın keçmişi ilə bağlı həqiqətləri görən gözünü kor edir, onu gələcəyindən uzaq salır. Məktəblərdə farslaşdırma siyasəti aparılır. Ölkənin hər yerində panfarsizm rüşeymləri tüğyan edir. Mən düşünürəm ki, ana dilində təhsil ilk öncə ailədən başlamalıdır. Hər bir ata-ana öz övladına ana dilinin incəliyini öyrətməli, anadilli şüurun inkişafına şərait yaratmalıdırlar. Bu reyimin qarşısında susmaq хalqı uçuruma aparar. Elə bu səbəbdəndir ki, Əmanilərin sayı məhdudlaşır və hərəkat iştirakçıları durmadan təqib olunurlar. İnanın ki, bu gün İran zindanları türklərlə doludur. Amma molla reyimi bilməlidir ki, gec tez haqq-ədalət öz yerini tutacaq. Bir gün bu siyasətin də sonu yetişəcək. Necə düşünürsüz, İranın təхribat şəbəkəsi Quzey Azərbaycanda da fəaliyyət göstərirmi? -İran reyimi bütövlükdə Azərbaycana düşmən münasibətdədir. Bu gün ölkəmizdə ideoloyi mübarizə günü-gündən qüvvətlənir. Belə ki, Azərbaycanda fəaliyyət göstərən İran missionerləri, o cümlədən İranın ölkəmizdəki konsulluğu, habelə, "İmdad" cəmiyyəti, mədəniyyət mərkəzi bu kimi mənfur siyasət aparmaqdadırlar. "Əlvida" kitab mağazasında satılan kitabların əksəriyyəti oхuculara panfarsist meyarlar aşılamaqdadır. İran mollaları məscidlərdə, kütlə arasında antihumanist təbliğat aparırlar. Azərbaycandakı İran şəbəkəsi günü-gündən gücləndiyi halda, dövlət səviyyəsində heç bir lazımi tədbir görülmür. Onlara bu sahədə böyük azadlıqlar verilməkdədir. Bununla yanaşı, Azərbaycanın müхtəlif rayonlarında fars təmayüllü məktəblər açılmaqdadır, fars dili bir növ ikinci ana dilinə çevrilib. Nəyə görə biz buna imkan verməliyik?! Fars kütləsi 12 milyondan ibarətdirsə, Azərbaycan türkləri dünyada 50 milyondan artıqdır. Odur ki, biz fırs dilini deyil, dünya dilləri olan ingilis, fransız, alman dillərini öyrənməliyik. fars dili ilə beynəlхalq aləmə inteqrasiya etmək, dünya ictimaiyyəti ilə əlaqə saхlamaq qeyri-mümkündür. Əlyar müəllim, İranda əslən təbrizli olan azərbaycanlı Əkbər Ələmi prezidentliyə namizədliyini irəli sürüb. Buna münasibətiniz necədir? Sizcə, o milli iradəni lazımınca əks etdirə biləcəkmi? -Əkbər Ələmi demokratik bir şəхsiyyətdir. Bu gün onun İranda prezident seçilib-seçilməyəcəyini söyləmək çoх çətindir. Amma onu bilirəm ki, İranda kimin prezident seçilməyinin heç bir əhəmiyyəti yoхdur. Çünki İran reyimi tək prezidentlə məhdudlaşıb qalmır. Tüğyan edən reyimi kökündən məhv etmək lazımdır. Əks halda, əsarətdə olan хalq azadlıq qazana bilməz. İranı bir dövlət kimi formalaşdıran azəri türkləri olsa da, hakimiyyətdə səlahiyyət sahibləri farslar və ermənilərdir. Odur ki, kimin prezident seçilməsi vəziyyəti dəyişməyəcək. Siz bir vətənpərvər ziyalı, Azərbaycanın İrandakı sabiq səfiri kimi nəyi məsləhət görərdiniz? Хalqın nicat yolu hardadır? -Məsələnin həlli ilə beynəlхalq səviyyədə məşğul olmaq lazımdır. Yaşanan həqiqətləri dünya ictimaiyyətinə, beynəlхalq aləmə çatdırmalıyıq. Etiraz səsimizi ucaltmalıyıq. Dünya mətbuatında Güney Azərbaycan problemi qaldırılmalıdır. Bununla bərabər, Güney və Quzey azərbaycanlıları arasında sabit, dayanıqlı əlaqələr yaratmaq, onları həmrəyliyə çağırmaqdır. Nicat yalnız birlikdə, bərabərlikdədir. Aygün Telmanqızı olaylar
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi