SON XƏBƏRLƏR

Dünya bazarında neft 7,6% bahalaşıb

2021.10.20, 07:36
Dünya bazarında neft 7,6% bahalaşıb

Gunaz.tv
Dünya bazarında neft 7,6% bahalaşıb Oktyabrın 29-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərracın gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 4,77 dollar və ya 7,6% yüksələrək 1 barrelə görə 67,50 dollar təşkil edib. ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barrelinin dəyəri 5,18 dollar - 65,47 dollaradək yüksəlib. Neftin bahalaşması Federal Ehtiyat Sistemi tərəfindən oktyabrın 29-da faiz dərəcəsinin yenidən azaldılması (illik 1,5%-dən 1%-dək) səbəbindən fond bazarlarında canlanma və ABŞ-da neft və neft məhsullarının ehtiyatları barədə hesabatın açıqlanması ilə bağlıdır. Qeyd edək ki, ötən həftə ərzində ABŞ-da neft ehtiyatları 0,5 mln. barrel artaraq 311,9 mln. barelə çatıb. Eyni zamanda, benzin ehtiyatı 1,5 mln. barrel azalaraq 195 mln. barrelə düşüb. Bu da analitiklərin gözlədiyi göstəricilərdən tam fərqlidir. Ekspertlər neft ehtiyatlarının orta hesabla 1,3 mln. barrel, benzinin isə 1,2 mln. barrel artacağını gözləyirdilər.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar