Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
"ABŞ və Avropa Birliyi regionda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsində təkid göstərəcək" Ermənilərin işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirdikləri və bunun hücum xarakterli olduğunu bəyanladıqları bir zamanda Kremlə yaxınlığı ilə seçilən "Reqnum" agentliyi diqqət çəkən məlumat yayıb. Agentlik xəbər verir ki, erməni etnoqraf alim Qranuş Haratyan oktyabrın 25-də İrəvanda keçirdiyi mətbuat konfransında Rusiyanın Qarabağda "süni müharibəyə" başlaya biləcəyini deyib. Onun iddiasına görə, bu müharibə nəticəsində Qarabağ Azərbaycana veriləcək: "Mən istisna etmirəm ki, Rusiya yaxın vaxtlarda Dağlıq Qarabağda və ya onun ətrafında, məsələn, 10 günlük müharibə təşkil edəcək, bu müharibənin nəticəsində Qarabağ tam və ya qismən Azərbaycanın nəzarətinə keçəcək. Yəni Rusiya açıq və ya gizli şəkildə Azərbaycanın tərəfində yer alaraq bu ssenarinin reallaşmasına yardım edəcək". Ramiz Mikayıloğlu O hesab edir ki, Rusiya kasıb Ermənistanı enerji ehtiyatları ilə zəngin Azərbaycanla əvəz edə bilər. Rusiya Qarabağın Azərbaycana qaytarılmasına kömək etməklə Türkiyə ilə regional ittifaqa girəcək və geosiyasi məqsədlərini reallaşdıracaq. "Reqnum" agentliyinin yaydığı məlumat barədə bir qədər sonra. Öncə işğal olunmuş ərazilərdə keçirilən və Ermənistan prezidenti Serj Sərkisyanın da müşahidə etdiyi hərbi təlimə toxunaq. Bu hərbi təlimlərin "hücuma hazırlıq, lazım gələrsə, Azərbaycanın içərilərinə doğru irəliləyərək yeni mövqelər tutmaq" məqsədiylə keçirildiyi barədə səslənən bəyanatlar yəqin ki, Bakıya boş "hədə-qorxu"dan başqa bir şey deyil. Çünki hər kəsə bəllidir ki, istəsələr belə, Qarabağda nə separatçılar, nə Ermənistan, nə də Rusiya Gürcüstan hadisələrini təkrarlaya bilməz. Bunun bir neçə səbəbi var. Ən əsası odur ki, Rusiyanın Ermənistanla birbaşa əlaqəsi yoxdur və aviasiyayla nələrsə daşımaqla davamlı Ermənistana hərbi yardım göstərə bilməz. İşğalçı ölkədəki rus hərbi bazasının silah, texnika və sursatı bu işə cəlb olunarsa, Azərbaycan Gürcüstan üzərindən Türkiyə, Ukrayna və İsraildən hərbi-texniki yardım almaq, silah-sursat almaq variantına üstünlük verəcəyi şəksizdir. ABŞ başda olmaqla Qərb də regionda Rusiyanın həlledici söz sahibinə çevrilməməsi üçün qapalı və açıq şəkildə müəyyən yardımları zəruri sayacaq. Yəni Azərbaycana qarşı Gürcüstandakı kimi qısa müddətli, beş günlük hərbi əməliyyatla qalib gəlmək absurddur. Hərbiyə ayrılan xərclər, Azərbaycan ordusunun say tərkibi, silah və texniki imkanlar bunu mümkünsüz edir. Zaman keçdikcəsə Azərbaycanın üstünlüyü ona kənar dəstəklər nəticəsində daha da artacaq. Belə durumda Rusiyanın özünün şimaldan birbaşa müharibəyə qatılması isə çox risklidir və dünya müharibəsinə belə yol açar. Çünki Azərbaycan Qərb üçün ölüm-qalım məsələsinə çevriləcək. Gürcüstandan sonra bizim ölkədə də Moskvanın özbaşnalığı qarşısında susmağın nə demək olduğunu ABŞ və Avropa ölkələri yaxşı anlayır. Böyük ehtimalla, ermənilərin "hay-küy"ünün, psixoloji təzyiq niyyətlərinin arxasında rəsmi Bakının torpaqlarını hansı yolla olursa- olsun, azad edəcəyi yönündə bəyanatlarıdır və prezident İlham Əliyev də bunu andiçmə mərasimində xüsusi vurğulayıb. Prezident deyib ki, rəsmi Bakı Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına heç vaxt razılıq verməyəcək, dövlət müstəqilliyimizi möhkəmləndirərək, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Beynəlxalq hüquq normaları və iqtisadi potensial bizim tərəfimizdədir. Bölgədə gedən siyasi proseslər Azərbaycanın mövqeyini gücləndirir. Azərbaycanın iştirakı olmadan bölgədə iqtisadi və regional əməkdaşlıq mümkün deyil. Torpaqlarımızın işğal altında olduğu müddətdə isə Ermənistanla heç bir əməkdaşlıqdan söhbət gedə bilməz: "Hesab edirəm ki, qarşı tərəf bütün bu amilləri təhlil edərək reallıqla barışmalıdır. Reallıq da ondan ibarətdir ki, bu gün Azərbaycanla rəqabət aparmaq çox çətindir, qeyri-mümkündür. Siyasi potensialımız, iqtisadi gücümüz, ordu potensialımız və beynəlxalq haqq-ədalət prinsipləri bizim mövqelərimizi gücləndirir və mən əminəm ki, bütün bu amillər, bizim fəal və hücum siyasətimiz nəticədə torpaqlarımızın işğalçılardan azad olunmasına gətirib çıxaracaqdır. Çox böyük qürur hissi ilə deyə bilərəm ki, son beş il ərzində Azərbaycanın ordu potensialı çox böyük dərəcədə gücləndirilib. Ordumuzun hazırlıq, peşəkarlıq səviyyəsi böyük dərəcədə artıb. Eyni zamanda, ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox böyük işlər görülüb. 2003-cü ildə Azərbaycanın hərbi xərcləri 163 milyon dollar idisə, 2008-ci ildə bu rəqəm 1 milyard 850 milyon dollara çatıb. Növbəti illərdə bu məbləğ daha da artırılacaq. 2009-cu il dövlət büdcəsinin layihəsində orduya ayrılan vəsait daha da böyük olacaq. Beləliklə, biz çox güclü ordu potensialı yaratmaqla Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırırıq". Belə görünür ki, hərbi təlimlər keçirməklə erməni şovinistləri mövcud reallıqla hələ barışmadıqlarını sərgilməyə çalışırlar. "Reqnum" agentliyinin yaydlığı son məlumata gəlincə, yəqin ki, bununla Moskva Azərbaycana mesaj verməyə çalışır. Xatırladaq ki, az əvvəl ölkə mətbuatında Rusiyanın Laçın, Kəlbəcər və Şuşa istisnayla, digər rayonların qaytarılması müqabilində 58-ci ordusunu "sülhməramlı" qismində təmas xəttində yerləşdirmək, növbəti mərhələdə bu üç rayonu da azad etmək, status məsələsinisə sonraya saxlamaq planının olduğu barədə yazılmışdı. Məqsəd həm də Azərbaycanın ABŞ, Qərbə münasibətlərini arxa plana atmasına, tədricən Bakı-Tiflis-Ceyhan neft kəmərindən imtinasına nail olmaqdır. Məsələylə bağlı fikirlərini öyrəniyimiz politoloq Zərdüşt Əlizadə fərqli fikirdədir. Onun qənaətincə, bölgədəki mövcud status-kvo Rusiyanı qane edir və yeni müharibə ona lazım deyil. Zərdüşt Əlizadəyə görə, "Reqnum" agentliyi vasitəsiylə bu cür məlumatları yaymaqla şimal qonşumuz tərəflərin psixoloji durumunu öyrənməyə çalışır. Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadənin də yanaşması maraqlıdır. Onun sözlərinə görə, Rusiyayla Gürcüstan arasındakı hərbi konflikt regionda situasiyanın dəyişməsinə gətirib çıxarıb. Moskvanın ən yaxın müttəfiqi olan Ermənistanın xarici aləmlə əlaqəsi faktiki kəsilib. Digər tərəfdən, ABŞ başda olmaqla Qərbin Şərqdəki həmlələri və bu mərkəzin Gürcüstandakı iştirakı Rusiyanı regionda öz təsirini saxlamaq üçün aktiv səylər göstərmək məcburiyyətində qoyur. Hikmət Hacızadə bildirdi ki, Moskva indiki situasiyada Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasını və orada rus sulhməramlılarının yerləşdirilməsini, Dağlıq Qarabağın statusunun isə saxlanılmasını təklif edə bilər. Bu halda Qarabağ konflikti Kipr modelində dondurulacaq: "Ancaq Qərb də öz növbəsində Rusiyanın Qarabağ münaqişəsinin həllində üstünlük qazanmasına yol vermək istəmir və ABŞ və Avropa Birliyi regionda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsində təkid göstərəcək". xalqcebhesi
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi