Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Dağlıq Qarabağdakı separatçı rejim işğal olunmuş Azərbaycan ərazilərində "Sipər-2008" adlı komanda-qərargah və çöl təlimləri keçirib. Təlimlərdə Ağdərə, Hadrut, Ağdam, Fizuli, Şuşa, Kəlbəcər, Zəngilan və Laçın rayonlarındakı hərbi birləşmələr, habelə 89 tank, 74 zirehloi texnika, 120 reaktiv və adi artilleriya qurğuları, vertolyotlar, hava hücumundan müdafiə sistemləri, mühəndis-istehkam birləşmələri və radiolokasiya divizionları iştirak ediblər. Təlimlərin əsas hissəsi Ağdam və Ağdərə istiqamətlərində keçirilib. Maraqlıdır ki, qarabağlı separatçıların indiyədək keçirdikləri təlimlərdən fərqli olaraq, bu dəfə əsas qüvvələr mobil və manevr dəstələrdən ibarət olub. Səngərlərdə "müdafiə olunan potensial düşmən"ə aviasiya və artilleriya zərbələri vurulandan sonra zirehli-tank birləşmələri əvvəlcə bir neçə istiqamətdən lokal, sonra isə genişmiqyaslı hücuma keçiblər. Manevrlər başa çatandan sonra Dağlıq Qarabağın "müdafiə naziri, general-leytenant" Movses Hakopyan bildirib ki, bu təlimlər xüsusi önəm və səciyyə daşıyıb. "İlk dəfədir ki, sırf hücum xarakterli təlimlər keçirdik. Hərçbilərimiz Azərbaycan Silahlı Qüvvələrinin hücumunu gözləməyə hazırlamırıq. Müharibə başlanarsa, yaranmış vəziyyətdən asılı olaraq təhlükəsizliyimizə qarşı yönəlmiş təhdidlərin qarşısını almaq üçün hücum əməliyyatlarına başlayacağıq", - M.Hakopyan deyib. Xankəndidə çıxan "Azatamartik" qəzeti isə bildirir ki, Bakının Dağlıq Qarabağdakı rejimə qarşı hərbi əməliyyatlara başlayayacağı təqdirdə, qarabağlı ermənilərin silahlı birləşmələri müdafiədə qalmayacaq, kəskin əks-hücuma keçəcəklər. "Azərbaycanlılar bilməlidir ki, Dağlıq Qarabağa qarşı müharibənin yenidən başlanması Bakıya yaxşı heç nə vəd etmir. Potensial düşməni əmin edirik ki, bu dəfə qoşunlarımız Kürə qədər irəliləyəcək", - Dağlıq Qarabağdakı Müharibə Veteranları Birliyinin sədr müavini Yegişe Manuçaryan bildirib. Ermənistan prezidenti Serj Sərkisyan da Xankəndinə ikigünlük səfəri əsasında təlimləri müşahidə ejdib. Onun dediyinə görə, bütün növ silahlardan atəşlə müşayiət olunan taktiki təlimlərdən razı qalıb. Ermənistanın müdafiə naziri Seyran Ohanyanın sözlərinə görə, şənbə günü keçirilmiş təlimlər "Dağlıq Qarabağın müdafiə poetnsialı ilə yanaşı, hücum imkanlarını da ortaya qoyub". S.Sərkisyan Xankəndidə olarkən 11 qarabağlı hərbçinin ailəsinə yeni tikilmiş evlərdə mənzillərin açarlarını verib. Təlimlər başa çatandan sonra Xankəndidə separatçı rejimin lideri Bako Saakyanla S.Sərkisyan arasında danışıqlar olub. "Karabax" telekanalının verdiyi məlumata görə, danışıqlarda Rusiya prezidenti Dmitri Medvedyevin İrəvana səfəri, habelə Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə həlli prosesi ilə bağlı Türkiyənin son təşəbbüsləri müzakirə olunub. Müşahidəçilər isə Sərkisyanın Qarabağa səfəri və orada onun "hucuma yönəlmiş" təlimlərlə qarşılanmasının əslində Bakı, Moskva və Ankaraya, habelə ATƏT-in Minsk Qrupuna aşkar mesajdır. Qafqaz Sülh Təşəbbüsləri İnstitutunun direktor müavini Giya Lomayanın dediyinə görə, "hücuma meylli" təlimlər əslində qarabağlı ermənilərin blefidir. "Azərbaycan rəhbərliyi hərbi və müdafiə xərclərini bundan sonra da artıracağını gizlətmir. Eyni zamanda rəsmi Bakı dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi danışıqlar vasitəsilə həll edilməzsə, Azərbaycan münaqişəni hərbi yolla çözməyə çalışaraq işğal edilmiş torpaqlarını azad etməyə çalışacaq. Erməniləri də narahat edən budur, çünki Azərbaycan indi regionda yaranmış unikal geosiyasi konyukturdan faydalanır. Cənubi Osetiya və Abxaziyadakı hadisələrdən sonra Azərbaycanın Qarabağda bağlı ritorikasını bir qədər səngidəcəyi gözlənilirdi. Lakin hər şey tərsinə oldu. Gürcüstandakı situasiya ilə bağlı balanslandırılmış mövqe tutan Bakı qəzəblənmiş Rusiya ilə münasibətlərini korlamaq əvəzinə, daha da inkişaf etdirdi. Türkiyənin də son təşəbbüslərinin kökündə məhz Azərbaycanın maraq və mənafelərinin təminatı dayanır. Və ən nəhayət, qarabağlı ermənilərin ümid yerlərindən olan ABŞ da diplomatlarının dili ilə son həftədə iki dəfə "Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir" tipli bəyanatlar verib. Belə şəraitdə Xankəndinin "hücuma meyl"ini nümayiş etdirmək və hadisələrin inkişaf məcrasına az da olsa, təsir etməyə çalışmaqdan savayı yolu yoxdur", - G.Lomaya bildirdi. Ermənistan müdafiə nazirinin müavini Vahan Şirxanyan isə hesab edir ki, Dağlıq Qarabağ məsələsində İrəvan artıq uduzub. "İndi hamı bizi "işğalçı" adlandırır və ölkəmizin belə arzuolunmaz vəziyyətə düşməsinin başlıca baiskarı Robert Köçəryan-Serj Sərkisyan duetidir. BMT qətnaməsində də açıq şəkildə bildirilir ki, dünyanın heç bir ölkəsi Azərbaycan ərazilərinin işğal olunması nəticəsində yaranmış situasiyanı qanuni sayıb tanıya bilməz. Belə vəziyyətdə Qarabağda təlimlərin keçirilməsi və orada da Bako Saakyanla Serj Sərkisyanın Azərbaycana barmaq silkələmələri gülünc təsir bağışlayır", - V.Şirxanyan söyləyib. Erməni politoloq Qranuş Xaratyan isə hesab edir ki, Rusiya Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlanmasına rəvac vermək niyyətindədir: "Rusiyanın Gürcüstana qarşı apardığı, daha doğrusu Gürcüstanı süni şəkildə sövq etdiyi müharibə göstərdi ki, Moskva Cənubi Qafqazda güc hesabına möhkəmlənmək niyyətindədir. Analoji ssenarinin Dağlıq Qarabağa qarşı tətbiq olunacağını da istsina etmirəm. Rusiya Dağlıq Qarabağa qarşı qısamüddətli müharibənin başlanmasına çalışacaq, sonra isə Qarabağ bütünlüklə və ya qismən Azərbaycanın tam nəzarətinə keçəcək. Avqustda Gürcüstandakı hadisələrin təcrübəsinə malik olan Rusiyanın Dağlıq Qarabağda 10 günlük hərbi əməliyyatlara start verməsi yetərincə real məsələdir. Özünü ermənilərin stratejdi müttəfiqi elan edən, Ermənistan ərazisində bir hərbi bazası olan və birini də yaratmağa hazırlaşan Rusiya bu müharibədə Azərbaycanın tərəfində olaraq öz planının həyata keçirilməsinə can atacaq", - Q.Xaratyan söyləyib. Onun dediyinə görə, Rusiyanın belə davranmasının əsas səbəbi Azərbaycanın neft və qaz baxımından Moskva üçün çox sərfəli tərəf-müqabil olmasıdır. "Azərbaycan Ermənistanla müqayisədə dəfələrlə böyük və varlıdır. Məgər yalnz ümumi xristian dini Rusiyanın əbədi olaraq Ermənistana dəstək verməsini şərtləndirə bilərmi? Əsla! Rusiya üçün regionda siyasi təsir imkanlarını artırmaq, iqtisadi maraqlarını təmin etmək daha vacibdir. Bundan başqa, bölgənin Türkiyə kimi güclü dövlətinin də tərəf-müqabil olması Rusiya üçün olduqca mühüm məsələdir. Qarabağı Azərbaycana verməklə Rusiya geosiyasi maraqlarını təmin edəcək, bölgədə mövqelərini möhkəmləndirəcək", - erməni politoloq bildirib. Həsən AĞACAN express
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi