Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Konstantin Zatulin: "Dağlıq Qarabağın müstəqilliyinin tanınması və ona bitişik yeddi rayonun azad edilməsini nəzərdə tutan nizamlama paketi çoxdan mövcuddur" Rusiya Dövlət Dumasının MDB məsələləri və soydaşlarla əlaqə komitəsinin rəhbəri, MDB İnstitutunun direktoru Konstantin Zatulin İrəvan-Moskva telekörpüsündə danışıb. O deyib ki, Ermənistan və Rusiya prezidentləri Serj Sərkisyan və Dmitri Medvedyev arasında sonuncudan əvvəlki görüşdən sonra Qafqazda vəziyyətdə keyfiyyətli dəyişiklik olub və indi yeni bölgə ilə üz-üzəyik. Rusiya hesab edir ki, bölgədə beş ölkə mövcuddur. Onlardan biri-Gürcüstanla Rusiyanın münasibətləri dayanıb. O vurğulayıb ki, rəsmi Moskvaya Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi və ya yumşalmaması, eləcə də tərəflərdən hər hansı birinin Gürcüstandakı hadisələrə uyğun anoloji addım atması sərf etmir: "Dağlıq Qarabağın müstəqilliyinin tanınması və ona bitişik yeddi rayonun azad edilməsini nəzərdə tutan nizamlama paketi çoxdan mövcuddur. Ramiz Mikayıloğlu Bölgədə istənilən zorakılıq, o qədər də köhnə olmayan yaraları təzələmək istəyən üçüncü ölkələrin müdaxiləsinə yol verilməməlidir". Medvedyevin "Qarabağ planı" Bu sözlər əslində Rusiyanın xarici siyasət kursunun və son davranışlarının mahiyyətini ortaya qoyur. Yəni Moskva Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmasından əl çəkməyib, Cənubi Qafqazda ABŞ başda olmaqla, Qərbin proseslərdə iştirakını arzulamır, bütün səyləri də bunun qarşısını almağa yönəlib. Rus ekspert Vladimir Zaxarov bildirib ki, Dmitri Medvedyevin səfəri az əvvəl Vaşinqtonun Qarabağ münaqişəsinin tənzimlənməsi təşəbbüsü ələ keçirməsi döründə gerçəkləşib: "Rusiya zamanında bu təşəbbüsü ələ aldı". Ancaq Türkiyə prezidenti Abdulla Gülün son açıqlaması da göstərir ki, Rusiyanın forpostuna çevrilməkdən, bütün müəssisələrini ruslara verməkdən xeyir götürməyən, hətta Moskvanın davranışları nəticəsində Gürcüstan yolunu belə itirmək təhlükəsiylə üzləşən Ermənistan Qərblə əlaqələri gücləndirməyə can atır. Bunun üçün Qərbə çıxış qapısı olan, Avropaya gedən əsas kommunikasiya xətlərini onun üzünə aça biləcək Türkiyəylə münasibətlərin yoluna qoyulmasına cəhd göstərir. Abdulla Gülün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Türkiyənin vasitəçiliyini o yox, Serj Sərkisyanın istədiyini söyləməsi başqa qənaətə gəlməyə əsas vermir. Bəllidir ki, burada söhbət heç də hazırda İrəvanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Dağlıq Qarabağ münaqişəsinin bu çərçivədə həllini zəruri sayan Ankarayla razılaşmasından getmir. Sadəcə, yuxarıda da qeyd etdiyimiz kimi Serj Sərkisyan və onun komandası Qərblə iqtisadi əlaqələr qurmaq, siyasi münasibətləri yaxşılaşdırmaq üçün çabalayır və Qarabağ münaqişəsini bir kənara qoymaqla, Türkiyəylə də münasibətləri bu kontekstdə yoluna qoymağı düşünür. Yoxsa Ermənistanda və Rusiyada Türkiyənin Qarabağ münaqişəsində vasitəçiliyinə hansı reaksiya veriləcəyini Serj Sərkisyan da bilməmiş deyildi. Ermənistan iqtisadiyyatının nə durumda olduğunu, Rusiyanın bu məsələdə heç nə edə bilmədiyini baş nazir Tiqran Sərkisyanın Gürcüstan hadisələrini əsas gətirərək ABŞ-dan yardım diləməsi də göstərir. Tiqran Sərkisyan bildirib ki, dövlət katibi Kondaliza Rays Gürcüstanda baş vermiş münaqişənin Ermənistana vurduğu iqtisadi ziyanın aradan qaldırılmasında maliyyə və texniki dəstək veriləcəyi barədə ona söz verib. Baş nazir bu məsələni ABŞ-ın vitse-prezidenti Dik Çeyni, həmçinin Qərbin nəzarətindəki Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəhbərliklərilə də müzakirə edib. İstənilən yardım məbləğinin həcmisə 670 milyon dollardır. Rusiyanın başabəla "sülh məramı" Bütün bunlar Qafqazda Qərbi görmək istəməyən Rusiyaya xoş gələ bilməzdi. Bu da Dmitri Medvedyevin bir il ərzində beşinci dəfə Ermənistan prezidenti Serj Sərkisyanla nədən bir araya gəldiyini üzə çıxarır. Erməni politoloqlarına görə də, Rusiya bölgədə xüsusən ABŞ-la kəskin rəqabət aparır və hətta Qarabağ münaqişəsində vasitəçi qismində iştirak edən ATƏT-in Minsk qrupundan belə Vaşinqtonun uzaqlaşdırılmasını, yaxud bu qrupun ümumiyyətlə, fəaliyyətini dayandırmasını məqbul sayır. Çünki bu mexanizmin özü də Qərbin regiondakı proseslərdə iştirakına imkan verir. Məsələn, politoloq Sergey Minasyan deyib ki, Rusiya prezidentinin özünün iştirakıyla Azərbaycan və Ermənistan dövlət başçılarının Moskvada görüşünü təşkil etmək planı Vaşinqton və Parisdə narazılıq yaradır. Rusiya da bunun belə qarşılanacağını sözsüz ki, bilirdi. Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin rəhbəri Stepan Qriqoryana görə də, Moskva görüşü barədə təşəbbüs Rusiya və ABŞ-ın regionu təsir dairəsinə keçirmək uğrunda mübarizəsinin bir göstəricisidir: "Minsk qrupu Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində böyük iş görüb. Ancaq indi həmin format təhlükə altındadır. Ancaq bu nə Azərbaycan, nə də Ermənistanın mövqeyindən qaynaqlanır. Minsk qrupundan kənarda Moskvanın prezidentlərin üçlü formatda görüşünü təşkil etmək təşəbbüsü narahatlıq doğurmaya bilməz. Rusiya Minsk qrupu çərçivəsində fəaliyyətini, təşəbbüslərini məhdudlaşdırar. Moskva neft və qazın ərazisiylə nəqli əvəzində Azərbaycana Dağlıq Qarağağ məsələsində hədiyyələr edə bilər. Ancaq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini süni sürətləndirmək çox təhlükəlidir". O məsələhət görüb ki, Moskva Azərbaycan qazının və neftinin öz ərazisiylə nəqlini istəyirsə, buna öz ərazisinin 5 min kv km-ni verməklə nail olsun, Qarabağ məsələsində alver etməsin: "Aydındır ki, Rusiya ABŞ-dakı prezident seçkiləri fonunda öz problemlərini həll etməyə tələsir, çünki seçkilərdən sonra Vaşinqton regionda aktiv işləməyə başlayacaq". "Moskva 1999-cu ildəki razılaşmaya Ermənistan parlamentini güllələməklə cavab verdi" Azərbaycanda isə Rusiyaya inam ümumiyyətlə, yoxdur və Moskva görüşünün hər hansı nəticə verəcəyinə ümid bəslənmir. Məsələn, politolq Vəfa Quluzadəyə görə, sadəcə, Moskva Minsk qrupunun digər həmsədrləri üzərində üstünlüyünü nümayiş etdirir. Onun sözlərinə görə, Rusiyanın təklifləri münaqişənin ədalətli və normal tənzimlənməsinə yönələ bilməz. Moskva yalnız bölgədə rus sülhməramlılarının yerləşdirilməsinə razılıq verilməsinin qarşılığında Qarabağ ətrafındakı bir neçə, yaxud 7 rayonun hamısının boşaldılmasını təklif edə bilər. Bu da erməni işğalının rus işğalıyla əvəzlənməsidir. Rusiyaya Qarabağda 58-ci ordunu yerləşdirmək lazımdır. Hələ ATƏT-in Budapeşt sammitində ruslar birtərəfli Qarabağda qoşunlarını yerləşdirmək üçün mandat almağa çalışıblar. Ancaq sammitdə buna icazə verilməyib. Politoloq hesab edir ki, Rusiya indi Azərbaycanı ələ almağa səy göstərir. Ancaq Azərbaycan üçün müstəqilliyini qorumaq və beynəlxalq prinsiplər əsasında öz ərazi bütövlüyünün təmininə nail olmaq məqsədəuyğundur: "Hazırda Rusiya o qədər zəifdir ki, Ermənistan sakitcə onun bütün təkliflərini rədd edə, rusların nəzarətindən çıxa və Qərbə yaxınlaşa, rus bazalarını ərazisindən qova bilər. Çünki İrəvan yaxşı anlayır ki, Bakı ona hücum etməyə hazırlaşmır". Vəfa Quluzadə Moskvanın münaqişənin həllini Azərbaycan və Ermənistanın öhdəsinə buraxacağına isə, ümumiyyətlə, inanmır: "Heydər Əliyev və Robert Köçəryan İsveçrədə aparılan danışıqlarda razılığa gəlməyə cəhd göstərmişdilər. Rusiyanın cavabı Ermənistan parlamentini güllələmək oldu. Heydər Əliyevlə Robert Köçəryan həqiqətən razılaşmışdılar. Əgər razılaşmanı Rusiya pozmasaydı, hələ 1999-cu ildə Dağlıq Qarabağ ətrafındakı 7 rayonumuz azad olunmuş, orada qoşunlarımız yerləşdirilmişdi". Politoloq deyib ki, Rusiya Qarabağ münaqişəsində dominant güc statusunu qorumağa çalışır: "Əgər ermənilər bir neçə Azərbaycan rayonunu boşaltmağa məcbur ediləcəksə, bu, ancaq münaqişə zonasında rus sülhməramlılarının yerləşdirilməsinin əvəzində ola bilər. Bu sülhməramlılar Rusiyaya Ermənistan kimi Azərbaycana da nəzarət etməyə imkan verər". O, ABŞ-da ömrü başa çatmaqda olan Corc Buş adminstrasiyasının da münaqişənin ədalətli həllinə çalışmadığı qənaətindədir: "Dövlət katibinin müavini tərəfləri münaqişənin həlliylə bağlı çətin qərarların qəbuluna hazır olmağa çağırır. Torpaqları işğal altında olan Azərbaycan hansı çətin qərarlar verməlidir? Başa düşmək çətin deyil ki, söhbət 7 rayonun azad edilməsindən və Qarabağda referendum keçirilməsinə razılıq verilməsindən gedir". "Ermənistan özünü rus quberniyası kimi aparmaq məcburiyyətindədir" Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadənin də şərhi maraqlıdır. O düşünür ki, bü gün supergüclər konflikt tərəflərinə Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunmasını, təmas xəttinə sülhməramlıların yerləşdirilməsini, bunun əvəzində Azərbaycan və Türkiyənin Ermənistana qarşı blokadasının aradan qaldırılmasını təklif edə bilərlər: "Əlbəttə, ABŞ çalışır ki, bu sülhməramlı qüvvələr beynəlmiləl olsun. Əgər Rusiyaya bölgədə artıq sülh lazımdırsa, sülhməramlıların rus olmasını istəyər. Bu iki plandan birinə rzılaşsaq, qaçqınlar ətraf rayonlara qayıdacaq, ancaq hətta həmişəlik olmasa da, uzun müddət üçün Şuşa və Xankəndini itirəcəyik. Konfliktsə 10 illərlə dondurulacaq. Dağlıq Qarabağ ermənilərinin müstəqilliyinə nail olmadan Azərbaycan torpaqlarının azad edilməsi isə Ermənistanda istənilən hakimiyyətin istefaya getməsiylə nəticələnə bilər. Ancaq süpergüclərin heç biri bu planlarda Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarətinin bərpasını nəzərdə tutmur". Onun fikrincə, Ermənistan hakimiyyətinin Qərbə yönəlik manevrləri də sözdən o yana keçə bilməz: "Ermənistan Rusiyadan o dərəcədə asılıdır ki, artıq müstəqil xarici siyasətə malik deyil. Ermənistan özünü rus quberniyası kimi aparmaq məcburiyyətindədir. Yeri gəlmişkən, Gürcüstana hərbi müdaxilə dövründə Ermənistan hakimiyyəti və müxalifəti bütövlükdə Rusiyanı dəstəklədilər. Bir sözlə, bu ölkə forpostdur". Bu arada rəsmən təsdiqlənib ki, Rusiyanın cənubunda yaşayan ermənilər Ermənistan vətəndaşlığı almağa başlayıblar. Artıq onlarla erməni belə pasport alıb. Başqa sözlə, Rusiya Ermənistanda gələcəkdə də proseslərə müdaxilə etmək üçün əlavə bir rıçağa yiyələnməyi məqsədəuyğun sayıb. Digər tərəfdən, Ermənistandakı ermənilərin də Rusiya vətəndaşlığı alaması prosesini yəqin ki, çox gözləmək lazım gəlməyəcək. Bu halda da Ermənistanın mahiyyətcə Rusiyanın quberniyasına çevrilməsi prosesi daha da güclənəcək. Bir müddət sonra Qarabağdakı ermənilərə də elə şərait yaradılıb-yaradılmayacağını isə zaman göstərəcək...
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi