Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
"Əgər Rusiya prezidenti erməni həmkarıyla "razılaşdırılmış hərəkətlərin" zəruriliyindən danışırsa, bu o deməkdir ki, İrəvan xarici siyasətdə Moskvanı fakt qarşısında qoyub" Nə vaxt baş tutacağı ilə bağlı hələ rəsmi açıqlanma verilməsə də, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşünün keçiriləcəyi dəqiqləşib. Rusiya prezidenti Dmitri Medvedyev İrəvandan geri döndükdən sonra azərbaycanlı həmkarıyla da bu barədə söhbətləşib. Prezidentin İcra Aparatının beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədov bildirib ki, üçtərəfli görüşlər əvvəllər də keçirilib və yeni görüşün keçirilməsi mümkündür. "Vremya novostey" qəzeti yazıb ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşü noyabrın əvvəllərində keçirilə bilər. Ramiz Mikayıloğlu Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan jurnalistlərin sualına cavabında Madrid prinsipləri əsasında danışıqları davam etdirməyə hazır olduqlarını və bunun nəticəsində "Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu reallaşdıra biləcəyini" vurğulayıb. Serj Sərkisyanın fikrincə, buna birbaşa danışıqlar və kompramis əsasında nail olmaq mümkündür. Dmitri Medvedyev isə həmin mətbuat konfransında mövzunu şərh etməyərək Ermənistan və Azərbaycanın razılaşacağı sülh variantını dəstəkləyəcəklərini söyləməklə kifayətlənmişdi. Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov isə deyib ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım göstərə bilər. Bu arada Ermənistan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun fransalı həmsədrinin söylədiklərini təkzib edib. Halbuki Bernar Fasye demişdi ki, növbəti həftə həmsədrlərin regiona səfəri gözlənilir. Bəs nə baş verir? Həqiqətənmi Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə addımlar atmaqda qərarlıdır? Azərbaycanda buna inanmırlar. Məsələn, politoloq Vəfa Quluzadəyə görə, yalnız Rusiya dağıldıqlan sonra Qarabağ probleminin həlli mümkündür. İndiki halda münaqişənin həll edilməməmiş vəziyyətdə qalması regiondakı dövlətləri öz təsir dairəsində saxlamağa çalışan şimal qonşumuza sərfəlidir. Ermənistanda bu yöndə səslənən fikirlər də diqqət çəkir. Vətəndaş Cəmiyyəti və Regional İnkişaf İnstitutunun rəhbəri Aqavni Karaxanyana görə, Dmitri Medvedyevin İrəvana səfəri sadəcə, regionun yenidən formatlanmasına yönəlik siyasi prosesin başlanğıcıdır. Onun sözlərinə görə, əgər əvvəllər Moskva və İrəvan arasında strateji tərəfdaşlıqla bağlı bəyanatlar deklorativ xarakter daşıyırdısa, indi bu format real xarakter və konkret siyasi məzmun alıb. Ermənistan Rusiyanın Cənubi Qafqazdakı geopolitik maraqlarının qorunması baxımından açar ölkədir. Erməni ekspertinin iddiasına görə, Gürcüstan hadisələrindən sonra Bakının da xarici siyasət kursunda rusiyayönümlülük aydın müşahidə olunmaqdadır. O, fikrini əsaslandırmaq üçün xarici işlər nazirinin müavini Araz Əzimovun az əvvəl səsləndirdiyi bəyanatı xatırladıb. Araz Əzimov demişdi ki, Ukrayna və Gürcüstandan fərqli olaraq Azərbaycan Avropa Birliyinə üzvlüyə can atmır. Ekspert düşünür ki, bütün bunlar Qarabağ münaqişəsinin həlli üçün də müəyyən zəmin yaradır. "Noravank" Fondunun direktoru Qaqik Arutyunyanın qənaətinə görə, Dmitri Medvedyevin Ermənistana səfəri Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində yeni mərhələnin başlandığını təsdiqləyir. Belə təəssürat yaranır ki, Rusiya prezidenti İrəvana münaqişənin həllinə dair paketlə gəlibmiş və ola bilər ki, bu paketin bəzi maddələri qəbul olunmayıb: "Bununla belə, həm Serj Sərkisyan, həm də Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün prezidentlərin görüşünün keçirilməsinin zəruriliyini vurğuladılar. Belə görünür ki, danışıqlar prosesinin yeni mərhələsi faktiki başlayıb. İki-üç ay içərisində prinsipial məsələlərdə razılığa gəlinməsə, danışıqlarda yenidən durğunluq yaranacaq". Ancaq məsələyə ən doğru yanaşmanı yəqin ki, "Reqnum"a açıqlamasında adının çəkilməsini istəməyən rus ekspert sərgiləyib. O, öncə Dmitri Medvedyevin İrəvanda səsləndirdiyi bir bəyanatı xatırladıb. Həmin bəyanatında Rusiya prezidenti vurğulayıb ki, beynəlxalq arenada razılaşdırılmış hərəkət təhlükəsizliklə bağlı ciddi amildir, bu, ölkələrin həm regionda, həm də dünyada mövqelərini möhkəmləndirir. Ekspert vurğulayıb ki, bu, diplomatik dildə fərqli məna verir. Məsələn, əgər hər hansı dövlətin rəsmisi rəsmi səfərdə xarici həmkarına deyirsə ki, ikitərəfli əlaqələrin inkişafıyla bağlı "böyük potensial" mövcuddur, deməli, bu əlaqələr sıfır səviyyəsindədir. Əgər birgə bəyannamədə iki ölkə diplomatları arasında məsləhətləşmələr barədə plandan söz açılırsa, bu o deməkdir ki, həmin ölkələrin diplomatiyası fərqli mövqedədir və məsləhətləşməyiblər. Onun sözlərinə görə, İrəvana səfər də məhz belə gerçəklikləri ortaya qoyub: "Əgər Rusiya prezidenti birdən ermənistanlı həmkarıyla "razılaşdırılmış hərəkətlərin" zəruriliyi barədə danışırsa, bu o məna verir ki, İrəvan xəbərdarlıq etmədən xarici siyasətdə Moskvanı fakt qarşısında qoyub. Rusiya da diplomatik dildə deməyə çalışır ki, Ermənistanın belə hərəkəti kollektiv təhlükəsizliyə kömək etmir və onun regiondakı rolunu zəiflədir. Deməli, Dmitri Medvedyev işarə edib ki, "razılaşdırılmamış çoxcəhətli" erməni siyasəti Rusiyanı qane etmir və Moskvanın Ermənistanın təhlükəsizliyinin qarantı kimi rolunu zəiflədir. Bu mənada Qarabağ problemiylə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin Moskvaya dəvət edilmələri də anlaşılandır". İrəvanın xarici siyasətdə məhz Qərbə, ABŞ-ya yönəlik jestlərinin Rusiyanı hövsələdən çıxardığını anlamaq da çətin deyil. Serj Sərkisyan bir müddət əvvəl Tiflisə səfər edərək Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyanlayıb. Dmitri Medvedyevin İrəvanda olduğu günlərdə Ermənistanda NATO ilə birgə təlimlər keçirilirdi. Baş nazir Tiqran Sərkisyansa Vaşinqtonda səfərdə idi. Bu günlərdə isə Ermənistanın müdafiə naziri Seyran Ohanyan ABŞ admnistrasiyasının milli təhlükəsizlik qurumunun-BENS-in nümayəndə heyətini qəbul edib. Bütün bunlar göstərir ki, əslində Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmır. Sadəcə, Rusiyanın forpost gözüylə baxdığı Ermənistan quyruğunu qapı arasından çıxarmağa çalışır və Moskva da bundan şübhələnməyə başlayıb. Ermənistanın ABŞ və Avropaya yönəlik jestlərinin səbəbini də anlamaq çətin deyil. Rusiya bu ölkədəki bütün iri müəssisələri alıb, dəmiryolunu və digər kommunikasiya xətlərinə nəzarəti əlində cəmləşdirib. Amma buna baxmayaraq, həmin müəssisələrin mütləq əksəriyyəti işləmir, Ermənistan iqtisadiyyatı, əhalinin sosial-iqtisadi durumunda ümidli heç nə yoxdur. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Moskvanın İrəvanı şirnikləndirmək üçün də daha əlində heç nə qalmayıb. Digər tərəfdən, bu gün regionda Azərbaycanın önəmi artır. Hətta ermənipərəstliyi ilə seçilən politoloq Arif Yunus da deyir ki, Ermənistanla və ermənilərlə müqayisədə bir çox parametrlərinə görə Azərbaycan ABŞ, Avropa ölkələri, o cümlədən Rusiya üçün daha vacibdir...
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi