Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı Azərbaycanın son beş il ərzində əldə etdiyi uğurlardan danışıb və qarşıya qoyulmuş məqsədləri açıqlayıb İlham Əliyev öz çıxışının əvvəlində ona etimad göstərib səs verdiyi üçün Azərbaycan xalqına minnədarlığını bildirib və Azərbaycan xalqını əmin edib ki, bundan sonra da ölkənin inkişafı üçün səyləri əsirgəməyəcək. Dövlət başçısı eyni zamanda namizədliyini irəli sürmüş Yeni Azərbaycan Partiyasına təşəkkürünü bildirərək, partiya fəallarına seçki kampaniyasında fəal iştiraka görə minnətdarlıq edib. «Bu seçkidə məni dəstəkləmiş bütün siyasi qüvvələrə, o cümlədən müxalifət nümayəndələrinə öz təşəkkürümü bildirərəm. Ümid edirəm ki, bu seçkilər və seçki kampaniyası ölkədə yeni siyasi mədəniyyətin möhkəmlənməsində öz rolunu oynayacaq, Azərbaycana yeni ənənələr gətirəcək və bundan sonra siyasi mübarizə sivil yolla aparılacaq. Məni qələbə ilə təbrik etmiş prezidentliyə digər namizədlərə, onlardan göndərilmiş təbrik teleqramlarına görə təşəkkür edirəm». Daha sonra İlham Əliyev 2003-cü ildə keçirilmiş inauqurasiya mərasimi zamanı verdiyi vədlərə əməl etdiyini bildirib. «Mən söz vermişdim ki, Azərbaycanın hərtərəfli inkişafı üçün çalışacam, H.Əliyev siyasətini davam etdirəcəm, çünki bu, Azərbaycanın bugünü, sabahı və gələcəyi üçün yeganə siyasətdir ki, ölkəni böyük bəlalardan qurtardı. H.Əliyevin rəzhbərliyilə ölkə inkişaf edib, böhran, anarxiyadan inkişafa, sabitliyə doğru böyük addımlar atıb. Məhz onun rəhbərliyi altında Azərbaycan müstəqilliyini mökhəmləndirib, sabitlik yaranıb və inkişaf başlanıb. Növbəti 5 il ərzində mən bu siyasətə sadiq qalacağam və bu yoldan döməyəcəm». İlham Əliyev son beş il ərzində ölkənin inkişafı istiqamətində atılan addımlar və hyata keçirilən layihələr barədə məlumat verib. Onun sözlərinə görə, son 5 ildə Azərbaycanın mövqeləri daha da möhkəmləniğ, dövləti quruculuğu prosesi möhkəm gedib, müstəqillik möhkəmləndirilib, siyasi-itqtisadi, demokratikləşmə siyasəti uğurla aparılıb. Prezident bəyan edib ki, Azərbaycan güclənib və cgələcəyə nikbinliklə baxan ölkəyə çevrilib. İlham Əliyevin sözlərinə, Azərbaycanın təşəbbüsləri böyük uğur gətirib, bölgədə aparılan işlər həm ölkənin mövqeyinin möhkəmlənməsinə, həm də regional inkişafa böyük təkan verib: «Azərbaycançılıq fəlsəfəsi - əsas dəyərimizdir. Milli layəqət, qürur, milli-dini tolerantlıq, Ar-də xalqların mehribanlıq şəraitində yaşaması - budur uğurların əsas şərtləri. Şadam ki, son 5 il ərzində bizim əsas ideoloji dayaqlarımız daha da gücləndirilib, ölkədə sabitlik, vətəndaş həmrəyliyi bərqərar olub və cəmiyyət açıq-aydın bunları görür və bilir Azərbaycan hansı istiqamətdə irəliləyir». İlham Əliyev bəyan edib ki, siyasəti açıq həyata keçirilir və bu siyasətin əsas məqsədi - milli maraqların qorunması, möhkəmlənməsi, güclü siyasi potensialın yaradılması, xalqın təhlükəsizlik və rifah çiində yaşamasıdır. Beynəlxaq məsələlərin həlli istiqamətində böyük işlər görüldüyünü qeyd edən Prezident deyib ki, rəsmi Bakı bütün ölkələrlə ikitərəfli əməkdaşlığın dərinləşməsində maraqlıdır. İlham Əliyevin sözlərinə görə, Azərbaycanın regional müstəvidə təşəbbüsəri həm regional müstəvidə özünü göstərir, həm ölkə maraqlarına uyğundur və bölgədəki ölkələr, çox cuman ki, bundan razıdır. İ.Əliyev bildirib ki, əsas istək - bölgədə sülh və sabitlik, iqtisadi əməkdaşlığın möhkəmlənməsidir. «Son 5 il ərzində biz daha çox müttəfiq ölkələrlə danışmışıq. Bir çolxları ilə bizim münasibətlər strateji partnyorluq pilləsinə qalxıb, bütün ölkələrlə dostuq və münasibətlərin davamında maraqlıyıq, bu münasibətlər bərabər hüquqludur. Beynəlxalq Təşkilatlarla əməkdaşlığımız daha da dərinləşib, üzv odlduğumuz təşkilatlarda Azərbaycan çox fəal olub və mövqelərimiz güclənib ki, bütün beynəlxalq təşkilatlarda maraqlarımıza cavab verən qərarlar qəbul edilib və şübhə etmirəm ki, növbəti illərdə də xarici siyasətimiz çox çevik olacaq, bununla da ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənəcək». Azərbaycanın qarşısında dayanan prioritet məsələnin - Dağlıq Qarabağ probleminin olduğunu qeyd edən Prezident bildirib ki, bu istiqamətdə, əfsuslar olsun ki, hələlik irəliləyiş yoxdur. Danışıqlarda Azərbaycanın mövqeyinin, baxışlarının və irəli sürdüyü əsas prinsiplərin çox böyük dəyər qazandığını qeyd edən İlham Əliyev deyib ki, bu gün danışıqların mahiyyəti Azərbaycanın ərazi bütövlüyü əsasında aparılır, bu, heç kimdə şübhə yaratmır, yarada da bilməz. «Bizim addımlar mövqelərimizin güclənməsinə, bu məsələ ilə məşğul olan tərəflərin fəallaşmasına gətirib çıxarıb və bu gün dünyada açıq-aşkar dərk edilir ki, dondurulmuş münaqişələr həllini tapmalıdır. Bu, ancaq beynəlxalq norma və hüquq çərçivəsində ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, bu, danışıqlar mövzusu deyil, olmayıb və olmayacaq! Heç vaxt - nə bu gün, nə sabah, nə də 50 il sonra Dağlıq Qarabağa müstəqillik verilməyəcək və Azərbaycan onu heç vaxt tanımayacaq». İlham Əliyevin sözlərinə görə, Ermənistanın işğalçı siyasəti davam edir və bunun nətcəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır və bu etnik təmizləmə siyaətindən əziyyət çəkən 1 mln Azərbaycan vətəndaşı doğma torpaqlarına qayıda bilmir: «Bu, böyük cinayətdir. Biz danışıqların davamında hələ ki, maraqlıyıq, ümidlər tükənməyib. Hələ hesab edir ki, danışıqlar məsələnin müsbət həllinə gətirib çıxara bilər. Azərbaycan heç vaxt əzəli torpağı olan Dağlıq Qarabağın ayrılmasına razılıq verməyəcək. Biz dövət müstəqilliyini möhkəmləndirərək ərazi bütövlüyümüzü bərpa edəcəyik»! İlham Əliyev BMT və digər beynəlxalq təşkilatlarda bu münaqişəyə dair qəbul edilmiş bütün qərarların Azərbaycanın mövqeyindən irəli gəldiyini, ölkənin ərazi bütövlüyü çərçivəsində qəbul olunduğunu bir daha xatırladıb və qeyd edib ki, ədalət Azərbaycanın tərəfindədir. Ölkədə aparılan iqtisadi layihələrdən söz açan Dövlət başçısı bildirib ki, bölgədəki siyasi proseslər Azərbaycanın mövqeyini möhkəmləndirir. Çünki Azərbaycan burada fəal iştirak edir və hətta bəzi təşəğbbüslərin müəllifidir. Onun sözlərinə görə, bölgədəki heç bir iqtisadi layihə Azərbaycanın xəbəri olmadan həyata keçirilmir və Dağlıq Qarabağ məsələsi həll edilməyincə Azərbaycan Ermənistanla heç bir münasitbət qurmayacaq. İlham Əliyev qeyd edib ki, Azərbaycanla rəqabət aparmaq çətindir, ölkənin iqtisadi gücü, Ordu potensialı və beynəlxalq haqq-ədalət prinsipləri mövqelərimizi möhkəmləndirir. İ.Əliyev ümidvar olduğunu bildirib ki, bütün bu nailiyyətlər nəticədə torpaqların işğaldan azad olunmasına gətirib çıxaracaq. Dövlət başçısı daha sonra deyib: «5 il əvvəl mən xalqa söz vermişdim ki, 5 il ərzində ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Buna biz 4 il ərzində nail olmuşuq. 2004-cü ildə qəbul edilmiş məcburi köçkünlərə dair dövlət proqramının icrası uğurla aparılıb və bu müddət ərzində 12 çadır şəhərciyi ləğv edilib, onların əvəzinə müasir evlər, binalar, məktəblər, tibb məntəqələri tikilib, 36 yeni qəsəbə salınıb və minlərlə soydaşımız yeni evlərə köçüb. 2007-ci ildə bu proqrama əlavələr edib və əminəm ki,bunun nəticəsində biz soydaşlarımızın yaşayışının yaxşılaşmasına nail olacağıq». Ordu quruculuğundan danqışan Prezident bildirib ki, bu istiqamətdə son 5 il ərzində böyük uğurlar əldə edilib. 2003-cü ildə seçkiqabağı kampaniyası zamanı Ordunun gücləndirilməsi məsələsinin prioritetlərdən biri olduğunu xatırladan İlham Əliyev bildirib ki, son 5 ildə orduda hazırlıq və peşəkarlıq səviyyəsi artıb. Dəfələrlə hərbi hissələrdə, səngərlərdə əskər-zabitlərlə görüşdüyünü qeyd edən Ali Baş komandan döyüş qabiliyyətinin, döyüş ruhunun yüksəklikliyinin şahidi olduğunu vurğulayıb. Onun sözlərinə görə, bundan sonra da Azərbaycanda Ordu quruculuğu prosesi sürətlə gedəcək. Maddi-texniki bazanın möhkəmlənməsində böyük işlər görüldüyünü xatırladan İ.Əliyev 2003-cü ildə Azərbaycanın hərbi xərclərinin 163 mln dollar, 2008-ci ildə isə 1 mlrd 850 mln dollar olduğunu açıqlayıb. Dövlət başçısı vəd edib ki, gələcəkdə bu məbləğ daha da artırılacaq. İ.Əliyev bəyan edib ki, bununla da böyük Ordu potensialı yaratmaqla Azərbaycan Dağlıq Qarabağ probleminin həllini yaxınlaşdırır. Onun sözlərinə görə, qarşı tərəf bilməlidir və bilir ki, Azərbaycanın hərbi, siyasi çəkisi artıb, bölgədə Azərbaycanın iştirakı və xəbəri olmadan heç bir siyasi, iqtisadi məsələ həllini tapa bilməz. Azərbaycanın müasir mütəşəəkil ordusunun mövcud olduğunu vurğulayan Prezident qeyd edib ki, bunu xalqın dəstəyilə etmək mümkün olub. Bölgələrə səfərlərini, sadə camaatla ünsiyyəti qurduğunu xatırladan İlham Əliyev onların əhval-ruhiyyəsini görmək imkanı olduğunu və vəziyyətlə yaxından tanış olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, bütün səylər və təşəbbüslər xalq tərəfdən dəstəklənib. Siyasi islahatlardan söhbət açan Prezident İlham Əliyev söyləyib ki, son 5 ildə siyasi islahatlar güclü yol keçib. Siyasi sistemin təkmillləşməsinin vacibliyini vurğulayan İ.Əliyev bütün inkişaf etmiş demokratik ölkələrdə mövcud olan müsbət təcrübənin Azərbaycanda tətbiq olunmasının vacibliyini vurğulayaraq qeyd edib ki, Azərbaycana səfr edən, məqbul olan, xalqa yad olmayan müsbət təcrübə ölkədə tətbiq olunmalıdır, çünki bununla ölkə müasirləşir. Müasirləşmənin sadəcə infrastruktur layihələr və iqtisadi artımla ölçülməməsini bildirən dövlət başçısı deyib ki, siyasi sistem möhkəmlənməli, müasirləşib təkmilləşməlidir. Bu yaxınlarda keçirrilmiş seçkilərin bunun əyani sübutu olduğunu bildirən İlham Əliyev ümidvar olduğunu bildirib ki, bundan sonra da bu istiqamətdə siyasət uğurla davam edəcək və ölkənin hərtərəfli iqtisadi inkişafı təminq olunacaq. İqtisadi, siyasi islahatların paralell aparılmasının vacibliyini qeyd edən Prezident bildirib ki, uğurun əsas səbəbi bundan ibarətdir ki, siyasi islahatlar yaranmış güclü iqtisadi təməl üzərində qurulur. İ.Əliyevin sözlərinə görə, bu təməl olmasa, siyasi islatahar asan olmayacaq: «Demokratik inkişaf baxışından demokratik ölkələrlə müqayisədə görə bilərik ki, onlarda iqtisadi inkişaf yüksək səvyyədədir. Onlar dünyada inkişaf etmiş dövlətlər kimi tanınır. Bizim məqsəd də ondan ibarətdir. Təəccüblü ola bilər, amma inanıram ki, Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələr sırasına daxil olmalıdır. Olacaq da! Bunun üçün potensialımız var! Aydın, şəffaf siyasət, siyasi islahatlar, iqtisadi güc, təbii ehtiyatlar, coğarafi vəziyyətimiz və bu vaxtadaək aparılan siyasət buna imkan yaradacaq. Çalışmalışyıq, əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Azərbaycanın uğurlu inkişafını təmin etmək üçün irliəyə baxmalıyıq, xalqımızın bundan sonra da təhlükəsizlik şəraitdə yaşamsı üçün çalışmalıyıq. Uğurlarımız Azərbaycan xalqının dəstəyilə həyata keçirilib. Uğurlarımızın əsas mənbəyi - xalqdır, onun fəaliyyəti və iradəsidir. Biz bundan sonra da siyasi sahədə islahatları davam etdirəcəyik və artıq son 5 ildə görülən işlər belə deməyə əsas verir ki, bu yoldan kənara çıxmayacağıq»! İqtisadi islahatların və siyasətin parallel aparılmasının uğurlara səbəb olduğunu qeyd edən Prezident xatırladıb ki, 2003-dən etibarən Azərbaycanda böyük iqtisadi proqramlar icra olunmağa başlayıb və bu gün ölkədə elə sahə yoxdur ki, onun üçün konkret proqram olmasın. İlham Əliyevin sözlərinə görə, konkret iş cədvəli üzrə iş görülür, bu proqramların maddi-texniki təminatı var, işlək icra mexanizmləri mövcuddur, bir sözlə, hərtərəfli inkişaf üçün bütün şərait var. Dövlət başçısı bilirib ki, son 4 il ərzində Azərbaycan iqtisadi artım tepmpinə görə, birinci ölkədir - Ümümi Daxili Məhsulun artımı baxımından Azərbaycandan qabaqda ölkə olmayıb, bu, böyük nailiyyətdir. İ.Əliyev xatırladıb ki, ölkədə ÜMD həcmi 2, 7 dəfə artıb və bu, dünya miqyasında görünməmiş nəticədir. Belə ki, adambaşına 2008-ci ilin sonunadək ümumdaxili məhsul təxminən 6 min dollar təşkil edəcək. ÜMD artması ilə bərabər sənaye istehsalının son 5 ildə 2, 7 dəfə artdığını qeyd edən Prezident bildirib ki, dövlət büdcəsi də son 5 ildə 10 dəfədən çox artıb: əgər 2003-cü də dövlət büdcəsi 1, 2 mlrd dollar idisə, 2008-ci ilin icmal büdcəsi 15 mlrd dollara bərabərdir. 2009-cü ildə isə bu məbləğin daha da artırılması nəzərdə tutulur. Həmçinin valyuta ehtiyatlarının artdığını vurğulayan İ.Əliyev bildirib ki, əgər 2003-cü ildə bu məbləğ 1, 6 mlrd dollar idisə, bu ilin oktyabr ayına olan məlumata görə, Azərbaycanın valyuta ehtiyatları 17 mlrd dollar təşkil edir və bu məbləğ gələn illərdə artacaq. Dövlət başçısı son 5 il ərzində Azərbaycan iqtisadiyyatına 44 mlrd dollar sərmayə qoyulduğunu da qeyd edib. Onun sözlərinə görə, bu, bütün müstəqillik dövründə qoyulan sərmayələrin 77% təşkil edir: «Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi maraq doğurur, sərmayələr böyük məbləğdə qoyulur. Təbii ki, dövlət investisiyalarının sayı çoxdur, amma özəl sərmayələr də vacib rol oynayır ki, Azərbaycanda güclü sahibkarlıq sinfinin yaranmasına imkan yaradaq, orta sinfin yaranması artıq realdır». Aytən Səfərova /ANS PRESS/
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi