SON XƏBƏRLƏR

Gürcüstan prezidenti Mixail Saakaşvili sabah(24 oktyabr) Azərbaycana gəlir

2021.10.20, 07:36
Gürcüstan prezidenti Mixail Saakaşvili sabah(24 oktyabr) Azərbaycana gəlir

Gunaz.tv
Gürcüstan prezidenti Mixail Saakaşvili sabah Azərbaycana gəlir saakashvili080808.jpg Bakı. Laçın Sultanova - APA. Gürcüstan prezidenti Mixail Saakaşvili sabah Bakıya gəlir. Bu barədə APA-ya Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfərin məqsədi yenidən prezident seçilmiş İlham Əliyevin sabah keçiriləcək inauqurasiya mərasimində iştirak etməkdir. Qeyd edək ki, andiçmə mərasimi yenidən qurulmuş Heydər Əliyev Sarayında keçiriləcək. apa ------------------------------------------------------------------ “Əl-Qaida” terror təşkilatının rəhbərlərindən biri Pakistanda öldürülüb İslamabad-APA. “Əl-Qaida” terror təşkilatının rəhbərlərindən Xalid Həbib Pakistanın Cənubi Vəziristan vilayətində öldürülüb. APA-nın məlumatına görə, adının açıqlanmasını istəməyən Pentaqon rəsmisi SNN telekanalına bildirib ki, öldürülən şəxs “Əl-Qaida”nın Əfqanıstan və Pakistandakı əməliyyatlarına rəhbərlik edən Mustafa Əbu əl-Yezidin müavini olub və terror aktlarını şəxsən planlaşdırıb. Bəzi məlumatlara görə, Xalid Həbib ABŞ pilotsuz təyyarələrinin oktyabrın 16-da Cənubi Vəziristandakı evlərdən birinə endirdiyi raket zərbəsi nəticəsində öldürülüb. Xatırladaq ki, Pakistan hakimiyyət orqanları bu raket zərbəsi nəticəsində 4 mülki şəxsin öldüyü və 7 nəfərin yaralandığı barədə məlumat yayıblar.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar