SON XƏBƏRLƏR

Ermənistan Qarabağ münaqişəsinin “Madrid prinsipləri”...

2021.10.20, 07:36
Ermənistan Qarabağ münaqişəsinin “Madrid prinsipləri”...

Gunaz.tv
Ermənistan Qarabağ münaqişəsinin “Madrid prinsipləri”... ermeni-rus.jpg Ermənistan Qarabağ münaqişəsinin “Madrid prinsipləri” əsasında həll edilməsinə hazırdır. Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan Rusiyalı həmkarı Dmitri Medvedev ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Ermənistan prezidenti bildirib ki, münaqişənin həlli problemi onun Rusiya prezidenti ilə bugünki danışıqları zamanı müzakirə edilib. Sarkisyan həmçinin deyib ki, Qarabağ problemi güzəştlər əsasında və danışıqlar yolu ilə həll edilə bilər. “Ermənistan danışıqları Madrid prinsipləri əsasında davam etdirməyə hazırdır. Bu prinsiplərlə İnternetdə tanış olmaq olar. Bu sənəd ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən qeydiyyata alınıb”, deyə Sarkisyan qeyd edib. Onun sözlərinə görə, Madrid prinsipləri “Qarabağ xalqının öz müqəddəratını həll etmək hüququnu” və bir neçə digər prinsipial məqamları qəbul etməyə imkan verən əsasdır. Öz növbəsində, Rusiya prezidenti Dmitri Medvedev qeyd edib ki, Cənubi Qafqaz regionunda avqustda baş verən hadisələr göstərib ki, istənilən çətin məsələ beynəlxalq prinsiplərə əsasən və danışıqlar əsasında həll edilməlidir. “Ümid edirəm ki, nailiyyətlər əldə etmişik, hər halda, hər iki tərəf həll axtarmağa hazırdır”, deyə Rusiya prezidenti qeyd edib. “İncəlikləri şərh etməyəcəyəm, məhz ona görə ki, bu danışıqlar prosesidir və onun dəyəri elə incəliklərdədir”, deyə Medvedev bildirib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar