Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Son zamanlar Qarabağ məsələsi regiondakı rəsmi görüşlərdə əsas müzakirə mövzuları sırasına daxil edilib. Rusiya prezidenti Dmitri Medvedyevin İrəvana səfəri də Cənubi Qafqazın bu dondurulmuş münaqişəsinin Kremlin diqqətində olduğunu göstərdi. Xüsusilə də ABŞ-ın münaqişənin istənilən yolla həlli istiqamətində göstərdiyi fəaliyyət şimal qonşumuzu açıq şəkildə hərəkətə gətirib. Son zamanlar Rusiyanın Ermənistanda neft emalı zavodu tikməklə bağlı layihənin reallaşdırılmasını təxirə salması, bugünlərdə ermənilərə verilən qazın kəsilməsi düşmən ölkəyə təzyiq kimi dəyərləndirilir. Hesab olunur ki, Rusiya Qərbə meyllənməyə maraq göstərən ermənilərə öz yerini göstərməkdən ötrü Qarabağ məsələsi ətrafında yeni plan hazırlayır. D.Medvedyevin İrəvandakı görüşlərin yekununda Moskvada İlham Əliyevlə Serj Sərkisyanı bir araya gətirməklə bağlı niyyətini açıqlaması da hansısa planlardan xəbər verir. Xüsusilə də ABŞ dövlət katibinin müavini Daniel Fridin Azərbaycan və Ermənistana səfərindən, onun problemin həlli ilə bağlı ümid aşılayan açıqlamalarından sonra Rusiyanın hərəkətə keçməsi və nəticədə dövlət başçılarını Moskvaya dəvət etməsi onun revanşı kimi dəyərləndirilir. Yeri gəlmişkən, Azərbaycan rəsmiləri Rusiyanın dəvətini prinsipcə razılıqla qarşılayıblar. Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə isə hesab edir ki, Moskvanın fəaliyyəti heç də onun revanşı kimi yozulmamalıdır: “Rusiya özünü Minsk Qrupunun fəal üzvü kimi göstərmək istəyir. Çünki ruslar Gürcüstanda bütün şərtlərə əməl etmədiyi üçün nə Amerika, nə də Fransa Rusiya ilə görüşmür. Rusiya isə göstərmək istəyir ki, Minsk Qrupunun ən qüdrətli ölkəsidir. Yəni barmağının bir işarəsi ilə Azərbaycan və Ermənistan rəhbərliyini Moskvaya dəvət edir”. Politoloq Azərbaycan rəsmilərinin bu dəvəti qəbul etməsini və ona təqdirlə yanaşmasını normal saymadı: “Məncə, çox nahaq yerə belə mövqe sərgilənib. Azərbaycan rəhbərliyi bu görüş dəvətini qəbul etməməlidir. Əgər rəhbərlik hesab edirsə ki, indiki şəraitdə Medvedyevə hörmət etmək, onun hüzurunda oturmaq lazımdır, bu, başqa məsələ. Sadəcə, bu görüşdən bir şey çıxmayacaq. Birincisi, Rusiya dəhşətli böhran içindədir və bu vəziyyət davam etməkdədir. Ona görə də şimal qonşumuz indi öz hayındadır. İkincisi, Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi dərhal bəyan etdi ki, danışıqlarda yalnız Madrid prinsiplərindən söhbət gedə bilər. Bu isə o deməkdir ki, Azərbaycan gərək Dağlıq Qarabağa referendum keçirmək haqqı versin. Ancaq inanmıram ki, belə boş ideya həyata keçə bilər”. V.Quluzadəyə görə, ruslar çox arzu edərdi ki, amerikalılarla öz səylərini birləşdirib nəyəsə nail olsunlar: “Məsələ burasındadır ki, Gürcüstan hadisələrindən sonra imici ciddi şəkildə zədələnən Rusiya təcavüzkar imperiya kimi tanınır. Rusiya Amerika ilə birgə Azərbaycana təzyiq etmək istəyir ki, Azərbaycan Dağlıq Qarabağı ermənilərə versin və məsələ bitsin. Elə Daniel Fridin açıqlaması da bundan xəbər verir. Əks halda, ”hər iki dövlət çətin qərarlara hazır olmalıdır" fikri nə demək idi? Belə çıxır ki, Azərbaycan Dağlıq Qarabağla Laçını, bəlkə də Kəlbəcəri ermənilərə verməlidir. Ermənistanın “güzəşti” isə bunun qarşılığında sülhə imza atması ola bilər". Politoloq hesab edir ki, Qərbə qovuşmaq istədiyi üçün Ermənistanın bu cür şərtlə razılaşması mümkündür. Ancaq ekspert Rusiyanın işğaldan azad olunması gözlənilən 7 rayonu Azərbaycanın ixtiyarına vermək niyyətində olmadığını bildirdi: “Rusiya ”sülhməramlı" adı altında 58-ci ordusunu həmin əraziyə yeritmək istəyir. Moskva istəmir ki, azad olunan rayonlar Azərbaycanın suverenliyinə qayıtsın". Sabiq dövlət müşaviri Dağlıq Qarabağla bağlı sülh sazişinin əvəzində ermənilərə Bakı-Ceyhan neft kəmərindən pay verilməsini isə Azərbaycan üçün alçaldıcı şərt sayır: “Görün bizi necə alçaldırlar ki, Dağlıq Qarabağı Laçınla birlikdə ermənilərə verməyimizi, rus qoşunlarının ərazimizdə yerləşdirilməsinə razılaşmağımızı, üstəlik də neftimizdən ermənilərə pay verilməsini istəyirlər. Əgər bunun qarşılığında Rusiya bizə sülh gətirəcəksə, bu sülh onun başına dəysin”. Politoloq ilin sonunadək Qarabağ probleminin həlli ilə bağlı ciddi addımların atılacağı barədə erməni müxalifətinin iddialarını da mənasız saydı: “Erməni müxalifəti, sadəcə, onlara əmr edənlərin tapşırığını yerinə yetirir. Onlara deyiblər ki, bu addımı atın, aksiyaları təxirə salın, ermənilər də bunu icra edib. Hazırkı şəraitdə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün zəmin yoxdur. Ona görə də hansısa sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz”. V.Quluzadə ilin sonunadək problemin həllini mümkün sayan D.Fridin analoji bəyanatını da ciddiyə almadığını bildirdi: “Buş administrasiyası artıq beş-altı günə hakimiyyətdən gedir. Ona görə də yaxşı olardı ki, Frid boş-boş bəyanatlar vermək əvəzinə çamadanlarını yığışdırsın”. Cavid TURAN musavat
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi