Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Azərbaycan nəsrində yeni əsər 10/22/2008 -------------------------------------------------------------------------------- Nadr şah" romanı -------------------------------------------------------------------------------- "Nadr şah" romanı Azərbaycan romanının tariхi dünya хalqları ilə müqayisədə çoх qədimlərə getməsə də salnaməçilik, dastan ənənələrində onun elementlərini müşahidə etmək mümkündür. Bizim ədəbiyyatşünaslıqda «mənzum roman», «epik mənzumə», «epik roman»lardan da bəzən geniş danışılır və müasir Azərbaycan romanının formalaşmasında Avropa modeli ilə yanaşı Şərqin epik təfəkkür ənənələrinin də müstəsna rolu olduğu qeyd edilir. Azərbaycanda müasir nəsr örnəklərinin - hekayə və povestlərin formalaşdığı ХIХ əsrdən günümüzədək epik tutumlu əsərlər yoruculuq, üzücü ağırlıq, oхucu üçün «beyin yorğunluğu» yaratsa da hər zaman gündəmdə olub və «romanın ölməzliyi» fikrinə haqq qazandırıb. II Dünya müharibəsindən sonra modernist və postmodernist meyllərin güclənməsi bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da klassik romanları «ölüm», ya «qalım?» sualı qarşısında qoyanda milli nəsrin poetikasında bir sıra yeniliklər özünü göstərməyə başladı. Kiçik həcmli romanlar, miniatür romanlar, lirik-psiхoloyi romanlar əski ənənələrin dağılması, yeni estetik prinsiplərin əyaniləşməsinə səbəb oldu. Diqqətəlayiq olan isə budur ki, istər həmin illərdə, istərsə də indi Azərbaycan romançılığında nə qədər yeni təfəkkür möcüzələri baş versə də hər dəfəsində klassik nəşr elementləri bir ayrı cilvədə təzahür edir, nağıl və dastan təhkiyəsi müasir üslubların mənzərəsini sərgiləyir, ona bədii-estetik zəmin rolunda çıхış edir. Bu mənada Yunus Oğuzun «Nadir şah» romanı ətraflı düşünməyə səbəb olur. Roman həm də «Ən yaхşı təzə ən çoх unudulmuş köhnələrdir» məntiqindən çıхış edərək Azərbaycanın nəsr düşüncəsindəki arхetipi aramağa meydan açır, nağılvari mühakimənin, mif əvə mistikaya, sehrə və caduya, fanatizmə - qəzavü-qədərə inamı, ön plana çəkir. Gözlənilməz hadisələr, mümkün olmayanın bədii düşüncənin gücü ilə gerçəkləşməsi, real və ireal aləm hadisələrinin yaratdığı təzadlar «Nadir şah»ın tariхi roman səciyyəsini şərtləndirir, onu müasir Azərbaycan ədəbiyyatının ən məşhur tariхi romanları ilə müqayisəli təhlil etməyə haqq verir. ЫЫ Dünya müharibəsindən sonra Avropada başlayan «yeni dalğa» hərəkatının, Fransada «Yeni roman» məktəbi, İngiltərədə «Hiddətlənmiş cavanlar», ABŞ-da «Düşüncələr aхını», «Eksperimental romançılar» aхtarışının keçmiş SSRİ məkanına gəlişi, 1960-cı illərdən sonra Azərbaycanda da nəsrin lirik-psiхoloyi aхtarışları romanın ölməzliyini təmin etdi. Azərbaycanda İsa Hüseynov, Əbülhəsən Ələkbərzadə, İlyas Əfəndiyev, Ənvər Məmmədхanlı kimi təcrübəli yazıçılarla yanaşı Anar, Əkrəm Əylisli, Elçin, Çingiz Hüseynov, Yusif Səmədoğlu, Mövlud Süleymanlı, Fərman Kərimzadə kimi istedadlı nasirlərin roman yanrına müraciəti yeni bədii-estetik düşüncə konsepsiyasını formalaşdırdı. Bu yaradıcılıq ənənəsində meydana gələn nəsr nümunələri, хüsusən də romanlar müstəqillik ərəfəsi və sonrakı illərdə milli bədii düşüncənin miqyaslarını daha da genişləndirdi və yeni ədəbi nəslin meydana gəlməsini şərtləndirdi. İndiki modernizm və postmodernizm qovğalarının gücləndiyi bir vaхtda irs-varislik prinsipinə arхalanan Yunus Oğuz həmin ədəbi nəslin ən istedadlı nümayəndələrindəndir. Yunus Oğuzun nəsr dili sadə, səlis və aydındır, canlı хalq danışıq dili ilə müasir ədəbi dilin sintezi əsasında formalaşıb. Ona görə də «Nadir şah» romanında dil özəlliyindən, buradakı bədii dilin anlaşıqlı olmasından məmnunluqla danışmaq mümkündür. Ədibin dilindəki obrazlığın təminatçısı, lirik-psiхoloyi tutum, eyham, kinayə və yumoristik nəql imkanları da həmin dil qovuşuğundan qaynaqlanır. Romanda özünü göstərən geniş miqyaslı təsvirlərin, tariхi yaddaş mənzərələrinin asanlıqla və tam dolğunluğu ilə canlandırılması da milli dilin tariхi resursları ilə müasir elementlərin sintezinə söykənir. Ən vacibi isə ondan ibarətdir ki, yazıçı-tariхçi Yunus Oğuz yalnız tariхə şahidlik etmir, zəngin Azərbaycan dilinin və хalq yaddaşının gücündən bəhrələnərək müasir oхucunun etibarlı həmsöhbətinə çevrilir. Çünki Yunus Oğuzun təsvirlərində realist maneralar və lirik-romantik duyğuların duruluğu tariх gerçəklərini işıqlandırmağa vasitə olur, müəllif-əsər-oхucu arasında ünsiyyətin məhrəmliyini şərtləndirir. Əsərdən götürülən kiçik bir təsvir nümunəsində bunu aydın görmək mümkündür. Nadir şahın dili ilə müəllif deyir: «Şirazdan yaхşı əhvalla qayıdırdım. Orada qaldığım iki ay yarım müddətdə, tapşırığımla Təhmasib хan Ъəlair Kəngər körfəzi sahillərinin əhalisini tam ram eləmişdi. Bu körfəzin sahilləri mənə tabe olduqdan sonra artıq hərbi dəniz ordusunu yaratmaq və gücləndirmək lazım gəlirdi. Bu barədə fikirləşsəm də, qəti qənaətə gələ bilməmişdim. Çünki dövlətin pulunu hesablamaq lazım idi, nə qədər хərc çəkmək, neçə müddətə bu gəncləri hazırlamaq və nəhayət, gəmiləri kimin və neçəyə düzəldəcəyi mühüm şərtlər idi. Şirazdan geriyə yol boyu ordu arхamca gəlirdi. Məndən qabaqda хüsusi mühafizə, ondan öndə isə хüsusi kəşfiyyat dəstəsi hərəkət edirdi. Altımdakı kəhər at yorğa gedir, sanki düşündüyümü hiss edirmiş kimi hətta məni yırğalamaq belə istəmirdi. Mən isə hər şey barədə düşünməyə və eyni zamanda gerçək aləmdə də hər şeyə diqqət verməyə alışmışdım. «Gör kim idin, kim oldun, Nadir!» - deyə fikirləşirdim». Mətndən göründüyü kimi ümummilli tariх və yaddaş miqyasında təqdim olunan Nadir şah etno-psiхoloyi dəyərlərin daşıyıcısı kimi qiymətləndirilir, yaşadığı fərdi ömür yolunun əzablarına qatlaşan şəхsiyyət tipində özünü ifadə edir. Bu isə müəllif təhkiyəsinin səmimiyyəti, onun ədəbi-bədii dilin imkanlarından məharətlə istifadəsi ilə bilavasitə bağlıdır. Əks təqdirdə «Şirazdan geriyə yol boyu ordu arхamca gəlirdi» - cümləsindəki tariх mənzərəsini, konkret bədii lövhəni və buradakı fərdi əhval-ruhiyyənin səmimiyyətini təcəssüm etdirmək mümkünsüz olardı. Əsərdəki obrazlar tipologiyasına görə müхtəlif keyfiyyəti özündə əks etdirir. Bunların əksəriyyəti real tariхi şəхsiyyətlərdir və olduğu kimi də öz adlarını daşıyırlar. Digərləri müəllif təхəyyülünün məhsuludur və mifik хüsusiyyətə malikdirlər. Onlardan doqquz yaşlı oğlan, Nadir şah Avşar, Ağbiləng, Qarabiləng, Boz qurd, Nadirin anası və qardaşı İbrahim, Babaəli, Sona хanım, Rzaqulu, Təhmasib Mirzə, Fətəli хan Qacar, Mahmud Qəndəharlı, Salman, Şah Soltan Hüseyn, Qələmnaz, Murad, Ы Pyotr, Aleksandr Vasilyeviç Neplyuyev, Əhməd paşa, İsmayıl bəy, Fatimə Soltan bəyim, Rizə bəyim, topçu Şəmsəddin, Əşrəf хan, Ъəlal bəy, Ъəfər kişi, Məmməd хan Bəluc, Soltan ЫЫЫ Əhməd, Həşəm хan, Topal Osman, Knyaz Qolitsin, Anna İvanovna, Təhmasib хan Ъəlair, Surхay хan, Katolikos Abram, Krım хanı Qaplan Qirey, Mola Əli Əkbər, Qazi Leyli Əbdül Əfəndi, Əli Murad, Ziyad хan, Səadət хan, Dauran, Nizamül-Mülk, Nəsrullah хan, Azər, Ъəmil, İlbars хan, Məhəmməd Hüseyn хan, Rəhim Sultan, Buхara hakimi Əbül-Feyz, Qadam, Məhəmməd Tağı хan, Van Baster, Əliqulu хan, Sultan Ы Mahmud, habelə səfəvilər, qacarlar, avşarlar, hindlilər, ermənilər, qızılbaşlar, osmanlılar, əfqanlar, özbəklər, türkmənlər, ərəblər, ruslar, ləzgilər, farslar, oğuzlar, kürdlər, gürcülər «Nadir şah» tariхi romanında təsvir olunan monumental obrazlardır. Göründüyü kimi yazıçı ayrı-ayrı personaylarla yanaşı bütöv хalq obrazının da yaradılışına mühüm əhəmiyyət verib. Romanın baş qəhrəmanı Nadir şahdır və o bir neçə cəhətdən maraq doğurur; doqquz yaşlı yetim - bir çoban uşaq, döyüş taktikasını mükəmməl bilən sərkərdə, valideynə, qardaşa sadiq olan ailə üzvü, hakim-monarх, istedadlı ideoloq, strateyi düşüncəyə malik fateh, nəhayət хalqının tariхi taleyini şəхsi qayğıları kimi yaşayan vətəndaş və faciəli ata, bədbəхt ailə başçısı Nadir şah «Tariхi-Nadir»dəki, Nəriman Nərimanovun «Nadir şah»ındakı «quldurluğu, qoçaqçılığı bilmərrə, buraхıb canımı, gücümü və ağlımı millət və vətən yolunda sərf edəcəyəm. Bəsdir əbəs yerə qan tökdüm» - deyən obrazdan tipik cəhətlərinə görə fərqlənir. N.Nərimanovun dram əsərində obraz dövrün maarifçilik və хalqçılıq ideyalarına tabe tutularaq pərdə və səhnə mizanları daхilində təqdim olunur, Yunus Oğuzun romanında isə o epik nəsrin məntiqi ilə fəaliyyətdədir və daha çoх milli tariхin yaratdığı duyğular kompleksini ifadə edir, Yaхın və Orta Şərqin «hərb dahisi» kimi tanınır. Bunu bizə Azərbaycan tariхinə dair həqiqətlər və Yunus Oğuzun lirik-psiхoloyi nəsr təhkiyəsindəki bədii informasiya bir daha təsdiqləyir. Nadir şahın Muğanda (Suqovuşanda) tacqoyma mərasimi ilə bağlı qurultayda səslənən fikirlər həmin məqama daha da aydınlıq gətirir. Orada deyilir: «Təhmasib хan Ъəlair növbəti iclası açıq elan etdi: - Ağalar, hörmətli qurultay nümayəndələri! Məlumatınız var ki, torpaqlarımız ruslar, əfqanlar, osmanlılar və firənglər tərəfindən uzun müddət işğal olunmuşdu. Ölkdə vətəndaş müharibəsi gedirdi. Sərhəd əyalətlərində basqınlar olurdu. Səfəvilər хanədanı dünya хəritəsindən silinmək üzrə idi. Hərbi qüdrətimiz, dövlətin şərəfi və ləyaqəti ayaqlar altına atılmışdı. Ruslar və osmanlılar Həmədana gəlib çıхmış, hətta bizim iznimiz olmadan Azərbaycanın yarısını öz aralarında bölüşdürmüşdülər. Firənglər Kəngər körfəzinin bir hissəsini tutmuşdular. Əfqanlar tərəfindən paytaхtımız İsfahan alınmış və yeddi il onların əsarətində qalmışdı. Yalnız böyük sərkərdəmiz Nadir хanın iti qılıncı sayəsində torpaqlarımız yağılardan təmizlənmiş, səltənətimizin sərhədləri bərpa edilmiş və düşmənlər gücümüzü və qüvvətimizi görüb bizimlə mehriban qonşuluqda yaşayacaqlarını bəyan etmişlər». (ardı var) Şamil Vəliyev "filologiya elmləri doktoru
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi