Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Rəsmi Ankaranın beynəlxalq siyasət səhnəsindəki nüfuzu və rolu artmağa başlayıb Türkiyə beynəlxalq siyasət səhnəsində mövqelərini möhkəmləndirməyə başlayıb. Belə ki, rəsmi Ankaranın son vaxtlar ciddi şəkildə fəallaşdığı açıq-aşkar nəzərə çarpmaqdadır. Hər halda, Türkiyənin dünyada cərəyan edən siyasi proseslərə daha çox təsir göstərməyə başlaması qətiyyən diqqətdən yayınmır. Ona görə də, son vaxtlar Türkiyənin dünyanı idarə edən dövlətlərin sırasına daxil olmaq şansı qazanmaq istiqamətində məqsədyönlü addımlar atdığını düşünmək olar. Bu baxımdan, Türkiyənin yaxın gələcəkdə beynəlxalq siyasət səhnəsində cərəyan edən proseslərin yönləndirilməsində əsas söz sahiblərindən birinə çevrilə biləcəyi qətiyyən istisna edilmir. Onu da qeyd edək ki, Türkiyə Cənubi Qafqaz böhranının nizamlanması prosesində xüsusi fəallığı ilə seçildi. Belə ki, rəsmi Ankara bu regional böhranın ortaya çıxdığı ilk anlardan başlayaraq, Cənubi Qafqazda cərəyan edən hərbi-siyasi proseslərə birbaşa müdaxilə etməsiylə diqqəti çəkdi. Həm də, rəsmi Ankara o qədər çevik addımlar atdı ki, dərhal Cənubi Qafqaz böhranının nizamlanması prosesinin əsas söz sahibinə çevrildi. Hər halda, bu hərbi-siyasi böhranın yarandığı ilk günlərdə qarşıduran tərəflərlə birbaşa təmaslar qurmaq imkanlarına sahib yeganə dövlət statusunda məhz Türkiyə çıxış edirdi. Məsələ ondadır ki, Cənubi Qafqaz böhranının əsas yaranma səbəblərindən sayılan Rusiya-Gürcüstan qarşıdurmasının nisbətən zərərsizləşdirilməsində rəsmi Ankaranın xidmətləri inkarolunmaz xarakter daşıyır. Ən azından ona görə ki, həmin böhranlı günlərdə rəsmi Ankara bütün qarşıduran tərəflərlə anlaşmanın əldə edilməsinə cəhd göstərdi. Belə ki, Rusiyanın Gürcüstana qarşı hərbi müdaxiləyə başladığı ilk günlərdə Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan vaxt itirmədən paytaxt Moskvaya səfər etdi. Kreml sahibləriylə reallaşdırdığı yüksəksəviyyəli təmaslar zamanı "Qafqaz Evi" ideyasını gündəmə gətirdi. Düzdür, bu ideyanın reallığa çevrilməsinin mümkünlüyü elə əvvəlcədən də ciddi şübhələr doğururdu. Çünki "Qafqaz Evi" ideyasının baş tutmasında iştirak etməli olan dövlətlər arasındakı qarşılıqlı ziddiyyətlər buna ciddi əngəllər törədirdi. Və yəqin ki, Türkiyənin baş naziri də bu reallığı əvvəlcədən bilməmiş deyildi. Ancaq bununla belə, həm baş nazir R.T.Ərdoğanın Rusiya paytaxtı Moskvaya səfəri, həm də onun heç kimin gözləmədiyi halda və vaxtda gündəmə gətirdiyi "Qafqaz Evi" ideyası Cənubi Qafqaz regionunda geopolitik proseslərin nəzarətdən çıxmaq təhlükəsindən yayındırılmasında xüsusi rol oynadı. Hər halda, hər kəsin savaşmağa hazırlaşdığı bir məqamda gündəmə dialoq mövzusunun gətirilməsi ümumi regional situasiyanın gərginləşmək əvəzinə yumşalmasına müəyyən qədər münbit şərait yaratdı. Yəni, qarşıduran bütün tərəflər yaranmış gərgin situasiyadan ən optimal çıxış yolunu - dialoq variantını tapmış oldular. Bununla da, rəsmi Ankara çox qısa zaman içərisində Cənubi Qafqaz regionunu daha amansız və kataklizmli situasiyanın yaranma təhlükəsindən yayındıra bildi. Əslində, həmin gərgin günlərdə həm Rusiyanın, həm də Cənubi Qafqaz regionunda ciddi maraqları olan ABŞ və Qərbin "Qafqaz Evi" ideyasını dəstəkləyən bəyanatlar verməsinin əsas səbəblərini də məhz bu məqamlarda axtarmaq lazımdır. Belə ki, savaşın heç kəsə fayda verməyəcəyini anlayan qarşıduran tərəflər gözləmədikləri halda, situasiyanın hərbi-siyasi böhran vəziyyətindən çıxartmaq imkanları qazanmışdılar. Və bu "göydəndüşmə imkanlar"ı da lazımınca dəyərləndirə bildilər. Təbii ki, rəsmi Ankara bu önəmli diplomatik uğuruyla kifayətlənmədi. Belə ki, Türkiyənin baş naziri R.T.Ərdoğan "Qafqaz Evi" ideyasının reallaşdırılmasında iştirak etməli olan digər region dövlətlərinə - Azərbaycan və Gürcüstana da səfərlər etdi. Ardıncasa, növbə Ermənistanla təmasların yaradılmasına çatdı. Ancaq bu dəfə Türkiyə prezidenti Abdullah Gül dövrəyə girdi. Hər halda, bəzi Qərb ekspertləri prezident A.Gülün Türkiyə-Ermənistan futbol matçına tamaşa etmək üçün İrəvana səfər etməsini rəsmi Ankaranın gələcək Cənubi Qafqaz manevrləri üçün əvvəlcədən hesablanaraq yaradılmış siyasi-diplomatik baza kimi dəyərləndirirlər. Bu baxımdan, Türkiyənin Cənubi Qafqaz regionunda önəmli oyunçulardan birinə çevrilmək üzrə olduğu qətiyyən şübhə doğurmamalıdır. Şübhəsiz ki, rəsmi Ankaranın son vaxtlar atdığı bu əhəmiyyətli addımlar sonrakı mərhələdə müəyyən müsbət nəticələr verməliydi. Türkiyənin nüfuzunun güclənməsi və fəallığının artması istənilən halda, rəsmi Ankaranın beynəlxalq mövqelərinin möhkəmlənməsinə münbit şərait yaratmalıydı. Və bu reallıq artıq özünü açıq-aşkar göstərməliydi. Məsələ ondadır ki, ötən həftənin sonlarında Türkiyə BMT-nin Təhlükəsizlik Şurasına üzv qəbul olunub. Və bu, Türkiyə tarixində ilk dəfə baş vermiş olaydır. Belə bir önəmli uğurun qazanılmasında rəsmi Ankaranın son vaxtlar beynəlxalq siyasət səhnəsində ciddi şəkildə fəallaşmasının birbaşa rolu olmamış deyil. Hər halda, BMT-də keçirilmiş səsvermə zamanı Təhlükəsizlik Şurasındakı cəmisi bir boş yer uğrunda mübarizədə Türkiyənin öz digər rəqiblərinə mütləq səsçoxluğu ilə qalib gəlməsi belə düşünməyə tamamilə əsas verir. Təbii ki, bütün bunlar ən yaxın gələcəkdə Türkiyənin beynəlxalq siyasət səhnəsində daha önəmli uğurlar qazanmasına münbit şərait yarada bilər. Bəzi Qərb ekspertləri Türkiyənin BMT-nin Təhlükəsizlik Şurasında yer almasından sonra rəsmi Ankaranın Avropa Birliyi ilə apardığı üzvlük müzakirələrinin daha da intensivləşə biləcəyini vurğulayırlar. Onların fikrincə, Avropa Birliyi Türkiyə kimi yüksəlişdə olan nüfuzlu bir dövlətin bu quruma üzvlüyündə özü maraqlı olmalıdır. Xüsusilə də, son dövrlərdə dünyada cərəyan edən siyasi proseslərin keyfiyyəti Türkiyənin əhəmiyyətini daha da artırmış kimi görünür. Və Avropa Birliyinin bu önəmli məqamı mütləq nəzərə almaq məcburiyyətində qala biləcəyi qətiyyən istisna deyil. Bu baxımdan, ən yaxın gələcəkdə beynəlxalq siyasət səhnəsində Türkiyə "rüzgar"ının əsəcəyini elə indidən proqnozlaşdırmaq mümkündür. Elçin XALİDBƏYLİ sherg
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi