SON XƏBƏRLƏR

Qarsda Qafqaz xalqlarının tarixi ilə bağlı elmi simpozium keçirilib

2021.10.20, 07:36
Qarsda Qafqaz xalqlarının tarixi ilə bağlı elmi simpozium keçirilib

Gunaz.tv
Qarsda Qafqaz xalqlarının tarixi ilə bağlı elmi simpozium keçirilib kars.jpg Qarsda Qafqaz xalqlarının tarixi ilə bağlı elmi simpozium keçirilib. Konfransla bağlı APA-nın Türkiyə bürosuna müsahibə verən Ərzurumdakı Atatürk Universitetinin professoru Yavuz Aslan deyib ki, konfransda Qafqaz xalqlarının keçmişi və bu gününün tədqiqinə dəstək verilməsinin lazımlılığı vurğulanıb. Tədbirdə Qafqaz xalqlarının tarixi ilə bağlı 50 alimin məruzəsi dinlənilib. Elə bu əsnada da məlum olub ki, Türkiyədə Qafqaz xalqlarının tarixi ilə bağlı az məlumat var. Y.Aslan deyib ki, bundan sonra universitetlərdə Qafqaz xalqları ilə bağlı elmi-araşdırma institutlarının yaradılmasına diqqət yetiriləcək. Hətta Qarsdakı Qafqaz Universitetinin elmi şurası bununla bağlı qərar da qəbul edib: “Türkiyədə demək olar ki, bütün Qafqaz xalqlarının nümayəndələri yaşadığına görə, tədqiqatların bütün universitetlərimizdə aparılması vacibdir”. Professor bildirib ki, ermənilər simpoziumda iştirak etməyiblər, bunun səbəbi isə ona bəlli deyil. Lakin Azərbaycan tədbirdə nümayəndə heyəti ilə təmsil olunub: “Müzakirələr zamanı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə də söhbət aparıldı. Mən Türkiyənin bu münaqişədə qeyd-şərtsiz Azərbaycanın yanında olduğunu vurğuladım. Orda bildirdim ki, Türkiyə Qafqazdakı proseslərdə Rusiyanı və ya ABŞ-ı dəstəkləməsə də, torpaqlarını işğaldan xilas etməsi üçün Azərbaycanı həmişə dəstəkləməlidir. Türkiyə Qafqazda Azərbaycanın tərəfdaşı olmalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar