Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Azərbaycan Qadın Jurnalistləri Birliyində olub və xanım jurnalistlərin suallarına cavab verib - Cənab səfir, seçki günü haralarda oldunuz, nələr müşahidə etdiniz? - Seçki günü seçki məntəqələrinə gedə bilmədim, çünki türk jurnalisti İrfan bəy burada vəfat etmişdi. Mən onun cənazəsinin vətənə göndərilməsi ilə məşğul idim. Buna görə də seçki mərkəzlərinə gedə bilmədim. Axşam seçkilərin nəticələrini dinlədim. Gəldiyim qənaət bu oldu ki, seçkilər çox sakit, demokratik şəraitdə keçmişdir. Seçkidə iştirak etmə faizi də yüksəkdir. Rusiyada 69%, Ermənistanda və Gürcüstanda bundan da az olmuşdu. Avropa ölkələrində 50-60% olur. Biz dövlət başçısının seçilməsindən razıyıq, çünki sabitlik tərəfdarıyıq. Sabitlik olarsa, inkişaf olar, barış olar. Dövlət başçısına yeni prezidentlik dövründə müvəffəqiyyətlər arzulayıram. Türkiyə Azərbaycanda sabitliyin olmasına önəm verir. Dövlətlərimiz və dövlət başçılarımız arasında çox gözəl əməkdaşlıq var. Bu əməkdaşlığın daha da möhkəmlənməsini arzu edirəm. Azərbaycan regionda yüksək sürətlə inkişaf edir, ulduz kimi parlayır. Inşallah Azərbaycan Qafqazın İsveçrəsi olacaq. - Son vaxtlar Azərbaycan Türkiyədən qarışıq mesajlar almaqdadır. Türkiyənin son diplomatik təşəbbüsü Azərbaycana nə vəd edir? Qəti deyə bilərsinizmi ki, sərhədlər açılcaq, yoxsa yox? - Mən hörmətli prezidentimiz Abdulla Gülün Ermənistana səfərindən əvvəl də bildirmişdim ki, bu səfərin Azərbaycana yalnız xeyri ola bilər. Və dediyim də oldu. Dövlət başçımız Ermənistanda işğal olunmuş torpaqlar və Dağlıq Qarabağ məsələsi barədə danışdı, qayıtdıqdan sonra İlham bəylə görüşüb, öz fikirlərini paylaşdı. Bu məsələdə iki dövlət arasında çox gözəl bir dialoq var. Biz hər zaman Azərbaycanın yanındayıq. Fikrimiz odur ki, Azərbaycanın işğal olunmuş torpaqları qayitmayınca, Ermənistanla sərhədlər açılmayacaq. Bu sərhədlər 1993-cü ildə bağlanmışdır. Türkiyə bu sərhədləri niyə bağladı? Çünki Azərbaycanın torpaqları işğal olunmuşdur. Bu anda da işğal davam edir. Ermənistan işğal olunmuş torpaqlardan geri çəkilərsə, biz də sərhədləri açmaq barədə fikirləşərik. - Yəni sərhədlərin açılması danışıq mövzusu deyil? - Dediyim kimi, Ermənistan işğal olunmuş torpaqlardan çəkilərsə, sərhədlər açıla bilər. - Elə isə niyə sərhədlər açılmamış, danışıqlara başlanılıb? - Danışıqlar aparacağıq, sonra sərhədlər açılacaq. Danışmadan heç bir şey etməyəcəyik. 16 ildir gözləyirik. Daha nəyi gözləməliyik? Qaçqınların öz yerlərinə dönməsi lazımdır. Uşaqlar öz yurd-yuvalarından didərgin düşüb. Küsmək olmaz, zaman ötür, danışmaq lazımdır. Gördüyünüz kimi, bu gün hər bir kəs problemi həll etməyə çalışır. Rusiya, Amerika, ATƏT... Artıq hər kəs bu məsələ ilə daha ciddi məşğul olur. Deməli, möhtərəm dövlət başçımız Abdulla Gülün İrəvana səfəri Azərbaycanın xeyrinə olmuşdur. Hər kəs məsələni həll etməyə can atır. - Bütün bu illər ərzində Türkiyə ATƏT-də həmsədr olmağa cəhd göstəribmi? - Çox istərdik. Türkiyə Minsk qrupunun tərkibində vardır. Türkiyə ATƏT-in üç həmsədrindən biri olarsa, həm Azərbaycan, həm də Ermənistana dəstək verməlidir. Ermənistan bunu qəbul edərmi? Ermənistan Türkiyənin həmsədrliyini qəbul etməz. Minsk qrupunun tərkibində əlimizdən gələni edirik. Buna görə də Minsk qrupu daha çox işləməlidir. Yalnız görüşüb, danışmaqla deyil, bir az daha aktiv olmalıdır. - Azərbaycan hökumətinin Türkiyə ilə Ermənistan arasındakı danışıqlara münasibəti necə olub? Avqustun 30-da Abdulla Gülün səfəri ərəfəsində Gülüstan sarayında Zəfər bayramı münasibətilə düzənlənən ziyafətdə ilk dəfə idi ki, Azərbaycanın güc nazirləri iştirak etmədi. Bu, demarş idi? - Anlamadan, düşünülmədən danışılan hər şey yanlışdır. Yəqin bu, seçkiqabağı işlərlə bağlı olub. Mən düşünmürəm ki, qəsdən olub. Türkiyə ilə Azərbaycan qardaşdırlar. - Bu, avqust ayında, seçkidən xeyli əvvəl olub. Bu, sizə bir mesaj idimi? - Mesajdırsa, mən belə düşünürəm ki, yanlış mesajdır. Biz əvvəldən deyirik ki, Azərbaycanın maraqları Türkiyənin marağıdır. Bunu hələ də başa düşməyənlər varsa, qoy başa düşsünlər. Irəvana səfərdən sonra nələr oldu? Səfərdən 4 gün sonra dövlət başçımız buraya gəlib, İlham Əliyevlə görüşdü. Türkiyəyə Avropadan, Amerikadan sərhədlərin açılmasına görə təzyiqlər edilir, amma biz Azərbaycanın maraqlarını nəzərə alıb, sərhədləri açmırıq. - Azərbaycan Türkiyəyə görə necə illərdir ki, Yunanıstanla münasibətlərinə ehtiyatla yanaşır. - Təbii ki, belə olmalıdır. Biz bir millət, iki dövlətik. Türkiyə hər zaman Azərbaycanın yanında olacaqdır. Azərbaycanın maraqları Türkiyənin maraqlarıdır. - Bu səfər Türkiyənin özündə də birmənalı qarşılanmadı. - Orada da müxalifət var. Bu, olmamalı idi. Bundan prezidentiniz İlham Əliyev də məmnundur. Nə olunmalı idisə, o da olundu. - Rusiya indi Qərb tərəfindən təklənib, ona yeni müttəfiq lazımdır. Siz Rusiyanın səmimiliyinə, işbirliyi potensialına inanırsınızmı? - Rusiya Azərbaycan və Türkiyə ilə mehriban əməkdaşlıq əlaqələrinə malikdir. Iki ölkə arasında yaxşı əməkdaşlıq var. Bu, bir siyasətdir. Türkiyə ilə Rusiya arasında da əlaqələr çox yaxşıdır. Azərbaycanla da Rusiya arasında əlaqələr çox yaxşıdır. Türkiyə Qafqaz regionunda sabitliyin, sülhün olmasını istəyir. Bu məsələ ilə bağlı işbirliyi qurulacaq. - Abdulla Gülün Ermənistana səfəri ilə Türkiyənin Azərbaycandakı keçmiş səfiri məşğul olub. Onların biri indi Xarici İşlər Nazirliyində, digəri də Prezidentin yanında çalışır. Bu, təsadüfdürmü? - Bu, bir təsadüfdür. Keçmiş səfir Karslıoğlu Prezidentin yanında çalışır. Bütün Rusiya, Orta Asiya, digər ölkələrlə məşğul olur. Onlar da Azərbaycanı çox sevirlər. Bu, Azərbaycanın xeyrinədir. Azərbaycanın çox mükəmməl əlaqələri var. Azərbaycanın dar günündə Türkiyə onunla bərabər olmuşdur. Düşmənlərimizə fürsət verməməliyik. 1918-ci ildə türk qoşunları Azərbaycana gəlmiş, 1991-ci ildə də gəlmişdi. Çanakqala savaşında Azərbaycan əsgərləri şəhid olmüşlar. Azəri qadınları qollarındakı bilərzikləri çıxarıb, Atatürkə yardım məqsədi ilə göndərmişlər. Biz belə millətik. Başqa hansı millət bunu edər? Mən bir millətin, iki dövlətin səfirindən biriyəm. Burada səfir olmağı özüm istədim. - Söz düşmüşkən, Türkiyə diplomatı üçün Azərbaycanda çalışmaq nə deməkdir? - Türk diplomatı üçün Azərbaycanda işləmək çox önəmlidir. Məndən əvvəl burada səfir olmuş insanlar xarici işlər sahəsində çox gözəl işlər görmüşlər. Əvvəllər burada səfir olmuş Hüseyn Avni Karslıoğlu bəy indi prezidentin köməkçisidir. Burada işləmək çox xoşdur. Mənə qardaş ölkədə işləmək bir röya kimi gəlirdi. - Sizcə, Azərbaycan hansı sahələrdə Türkiyə təcrübəsindən faydalana bilər? - Türkiyənin gözəl bazar iqtisadiyatı vardır. Mərkəzi bankın təcrübəsindən də istifadə etmək olar. Mərkəzi bankımız çoxdan yaranıb. Iş adamlarının qurumları var. Iqtisadi qurumlardan da istifadə etmək olar. Türkiyə hər məsələdə təcrübəsini paylaşır. Avropa Birliyi ilə gömrük əlaqaləri yaratmışıq. Heç bir ölkə Avropa Birliyinə girmədən, gömrük əlaqələri qurmamışdır. Bu, 1995-ci ildə gerçəkləşib. Bu təcrübələrdən Azərbaycan yararlana bilər. - Türkiyəli iş adamları Azərbaycanda ən çox hansı çətinliklərlə üzləşirlər? - Ən çox vergilər sahəsində. Daha şəffaf olmasını istəyirlər. Bu da düzələr. Onları aradan qaldırmağa çalışırıq. - 7 aydır Azərbaycandasınız. Türkiyə-Azərbaycan əlaqələrində nə ilə yadda qalmaq istərdiniz? - Təhsil və elm sahəsində əlaqələrimiz çox önəmlidir. Iş adamlarımızın çətinliklərinin aradan qaldırılması. Onların iş yerlərini ziyarət edirəm. Burda hər sahədə sərgilərin açılmasını təşkil edirəm. Zərgərlik , ayaqqabı və s. sərgiləri təşkil edirik. Sonra Türkiyə-Azərbaycan qardaşlıq meşələri yaradacağıq. Dostluğumuzu dünyaya nümayiş etdirəcəyik. Meşələr artdıqca, bizim qardaşlığımız daha da möhkəmlənəcək. - Bəs media üçün nə edəcəksiniz? - Mən buraya gəldiyim ilk həftə mətbuat konfransı keçirdim. Mətbuat mənim üçün çox önəmlidir. Hər bir müxbirlə müsahibə veririk, televiziyaya çıxırıq. - Oxuduğunuz qəzet, baxdığınız telekanal varmı? Onlar Türkiyə mətbuatından nə ilə fərqlənir? - Mən Azərbaycanda bütün qəzetləri oxuyuram. ANS, “İctimai”, “Xəzər” və digər televiziya kanallarını izləyirəm. Təbii ki, Azərbaycanda mətbuat inkişaf edir, Türkiyə ilə müqayisə edilməz, çünki bu məsələ maddi imkanlara bağlıdır. Azərbaycanda 70 il hökm sürmüş bir sistemin təsiri var. Mətbuat dünyanın hər yerində önəmlidir, xalqla dövlət arasında bir körpüdür. Mətbuatsız həyat qaranlıqda yaşamaq kimidir. Mətbuat işıq, aydınlıqdır.
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!