Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Əkbər Azad Irandakı Azərbaycan türklərinin tanınmış fəallarından biri Əkbər Azad ötən ay ölkənin paytaxtında bir iftar mərasimində hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Ə.Azad vaxtı ilə Tehranda Azərbaycan türkcəsində çıxan «Varlıq» jurnalının redaksiya heyətinin üzü olub. 2004-cü ildə Babək qalasına yürüşdən sonra 67 gün Təbriz zindanında və Tehranın məşhur Evin həbsxanasında təkadamlıq kamerada saxlanmışdı. Ötən ay isə Ə.Azadla birlikdə daha 10-12 azərbaycanlı həbs olunub. Bu günlərdə məhkəmə tərəfindən zaminə buraxılmış Ə.Azad başına gələnləri "Amerikanın səsi"nın əməkdaşı Ələkbər Raufoğluna nəql edib. Müsahibəni təqdim edirik: Sual: Sizi nə üçün həbs etmişdilər? Cavab: Bizi Ramazan ayında həbs etdilər. Dostlar ailələri ilə birlikdə bizi öz evlərində iftar qonaqlığına dəvət etmişdilər. Amma mərasim başlamamışdan əvvəl mühafizə qüvvələri evə soxularaq, heç yemək yeməyimizə də imkan vermədən bizi yaxaladılar. Ac halda getdik həbsə. İndi hadisənin üzərindən 34 gün keçir. Mən özüm 23-24 gün dustaqda qaldım. Bir nəfərlik kamerada saxlanılırdım. Bizə qarşı müxtəlif ittihamlar irəli sürürdülər ki, guya Azərbaycanı İrandan ayırmaq istəyirik. Amma qətiyyəylə deyirəm ki, dostlarımızın heç birində nəinki belə bir plan, heç belə təfəkkür də yoxdur. Ola bilər, onların hamısı sadəcə Azərbaycan fəallarıdırlar. Və bir sıra bəşəri insani haqlar var ki, hamı kimi biz də onları mütaliə edirik. Amma burada bir qəbahət yoxdur axi. Biz də hamı kimi bütün dünyəvi haqlara hörmət bəsləyirik. İstəyirik ki, uşaqlarımız öz ana dillərində təhsil alsınlar, öz ərazimizdə iş olsun. İndi İranın harasına əlini uzatsan, orada azərbaycanlılar işləyirlər. Öz evlərinin yanında, öz rayonlarında iş olmadığına görə, vətənlərində didərgin yaşayırlar. Əsas məsələ budur. Amma bu düçüncə tərzi bizim həbsimiz üçün səbəb olmamalı idi. Axı biz orada heç nə etmirdik, iftara toplaşmışdıq. Orada da heç nədən danışılmırdı. Lap tutaq ki, bir söz danışılsa belə, axı bu adi söz idi. Axı ortada heç bir plan da yox idi. Ancaq nədənsə bizi bu vəziyyətdə yaxaladılar və dostların hamısı da həbs müddətində müxtəlif xəstəliklərə düçar qaldılar. Mədə, ürək xəstəlikləri və sair… Sual: Sizi həbs edənlər kimlər idi: polis, yoxsa kəşfiyyat işçiləri? Nəyə görə məhz sizin toplaşdığınız mənzilə gəlmişdilər? Cavab: Onlar Təhlükəsizlik Nazirliyinin işçiləri idi - ETTELAAT-dan gəlmişdilər. Sual: Bəs necə oldu ki sizi azad etdilər? Sizə qarşı irəli sürülən ittihamlar təsdiqlənmədi, yoxsa istintaq hələ də davam edir? Cavab: Hələ istintaq davam edir. Bizi ittiham edirdilər ki, guya təhlükəsizliyi pozmuşuq. İndi də bizi zaminə buraxıblar. Birinci növbədə konkret adamlar bizə zamin durdu. Amma sona dedilər ki, vəsiqə gətirin. "Vəsiqə" deyəndə burada ya adambaşına müəyyən məbləğdə pul, ya da dəyəri İran pulu ilə 50 milyon olan mənzil sənədi nəzərdə tutulur. Bu isə bizdə yoxdur. Ona görə də təxminən sabah - birisi gün hər şey məlim olacaq. Bəlkə yenidən həbsə saldılar bizi. Sual: Hazırda neçə nəfər yoldaşınız həbsdədir? Cavab: Bu günə qədər həbsdəki yoldaşlarımızı üç mərhələdə azadlığa buraxıblar. Əvvəlcə qadınlarla uşaqları azad etdilər. Sonra daha üç dostumuzu buraxdılar. Üçüncü mərhələdə məni və digər 3 nəfəri buraxdılar. Hazırda isə daha 5 nəfər həbsdə qalır. Onların arasında mühəndis Həsən Raşidi olduqca ağır vəziyyətdədir. Onun həm ürək xəstəliyi var, həm də astmaya tutulub. Bu yaxınlarda bağlanmış "Dilmanc" jurnalının Əlirza Sərrafi də hələ həbsdədir. Ondan əlavə Səid Muğanlı, Həsən Rəhimli Bayat və Mehdi Nəimi da həbsdədirlər. Mehdi tələbədir və Azərbaycan mədəni mərasimlərində gözəl aparıcılıq edir. Mən bir məsələni vurğulamaq istəyirəm ki, bizim bütün dostlarımız hamısı sülhsevən dinc insanlardırlar. Onlar sadəcə hamı kimi, öz haqlarının qayğısını çəkirlər. İranda 30 milyon Azərbaycan türkü yaşayır. Öz ana dilimizdə danışmaq və öz mədəniyyətimiz altında yaşamaq bizim əsas haqqımıqdır. Amma bu məsələ bu günün məsələsi deyil. Ona görə də bizi əsassız yerə həbs etdilər. İran azərbaycasnlılarının haqları 100 ildir ki tapdanır, özləri isə döyülürlər. Hələ də bu davam edir… Sual: Həbsxanada sizinlə necə davranılırdı? Cavab: Bizim hamımızı tək-tək 6-7 metrlik kameralarda saxlayırdılar. Demək olar ki, hamımızı 10-12 dəfə istintaqa çağırıblar. Mənim özümü 11 dəfə istintaq etdilər. Və bir sıra ittihamlar irəli sürdülər. Deyirdilər ki guya təhlükəsizliyi pozmuşuq. Daha sonra 10-15 il bundan qabaqkı hansısa hadisədən bəhs etdilər ki, belə bir şey də bizim yadımıza düşmürdü. Bizə daha çox psixoloji təzyiq edirdilər. Arada dostların ikisini sıxma-boğmaya salırdılar. Amma döymə yox idi. Sual: Daha əvvəl İranda belə bir hal olubmu ki, iftar mərasimində, yaxud da adi bir qonaqlıqda toplaşanlar həbs edilsin? Yəni bu ölkədə yığıncaqlarla bağlı hansısa qadağa varmı? Cavab: Bu gün İran Azərbaycanında vəziyyət belədir ki, ictimai təşkilatların hamısı bağlanıb. Biz isə çoxdan idi ki, qeyri-siyasi bir təşkilat yaratmağı arzu edirdik. 9-10 ay öncə bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik. Açmaq istədiyimiz qeyri-hökümət təşkilatının adını da artıq müəyyənləşdirmişdik. Dil və mədəniyyət ocağı – yəni qısaca olaraq DEMO. Bu, 9 ayda ərzində bizə heç bir cavab verilmədi. Amma görünür, günahlarımızın biri budur ki, biz belə bir təşkilat yaratmaq istəmişik. Mən onun təsisçilərindən biri olmalı idim. Digər həmtəsisçi isə Həsən Raşidi olmalı idi ki, o da indi həbsdədir. Dünən ailəsi ona həbsxanada baş çəkib. Deyilənə görə, vəziyyəti ağırdır, danışa bilmir. Amma yenə də deyirəm ki, bu məsələnin Tehrandakı iftar qonaqlığı ilə heç bir əlaqəsi yox idi. Əgər bizim bir yerə toplaşmağımızı istəmirdilərsə, gəlib qapının ağzında deyərdilər ki, bura yığışmayın, qonaqlıq olmasın. Daha belə bir hadisəni gərək yaratmayaydılar... voa
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!