Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
-Mən dəyişikliyi dünyadakı maliyyə böhranından sonra gözləyirəm. Baxaq görək Rusiya bu böhranı necə keçirəcək? Vəfa Quluzadə: "ABŞ Rusiyanın Gürcüstana hücum etməsindən sonra bu cür danışmağa başlayıb" ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi barədə bəyanat səsləndirməsi və buna Ermənistan tərəfinin sərt təpki ilə yanaşması, Azərbaycandakı seçkilərdən sonra Birləşmiş Ştatların münaqişənin nizamlanması istiqamətində ciddi addımlar atmasının mümkünlüyü barədə versiyaların irəli sürülməsinə səbəb olub. Bəzi ekspertlər Birləşmiş Ştatların məsələ ilə bağlı mövqeyini qətiləşdirməsini Cənubi Qafqazda baş verən son dəyişikliklərlə izah edirlər. Bunu, həmçinin regionda ABŞ-ın maraqları ilə bağlı yaranmış təhlükə ilə bağlayanlar da var. Xəzər Araşdırmalar Fondunun prezidenti, politoloq Vəfa Quluzadə isə DQ münaqişəsinin yaxın perspektivdə həllini tapması istiqamətində ciddi addımların atılacağını gözləmir. Politoloq münaqişənin həlli ilə bağlı nikbin proqnozlar vermək üçün də əsasların olmadığı qənaətindədir. - Birincisi, seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında heç bir şey dəyişməyəcək. Brayzanın son bəyanatlarının səbəbinə gəlincə isə amerikalı həmsədr Rusiyanın Gürcüstana hücum etməsindən sonra bu cür danışmağa başlayıb. ABŞ və Avropa ölkələri başa düşüblər ki, həqiqətən də Azərbaycan təhlükə altındadır. Ona görə onlar ruslara heç bir bəhanə vermək istəmirlər ki, onlar Azərbaycana da hücum etsinlər. Yaxud da Dağlıq Qarabağı müstəqil qurum kimi tanısınlar. Ona görə Amerika indidən öz mövqeyini bildirir ki, Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır. Bundan artıq bu bəyanatda heç nə yoxdur. Hələlik ki danışıqlarda da heç bir irəliləyiş yoxdur. Mən prezidentin çıxışını da dinlədim. Məsələlər müzakirə səviyyəsindədir. Müzakirə səviyyəsindən o yana hələlik ki bir şey yoxdur. Ona görə mən bilmirəm Brayzanın bəyanatından sonra optimizm üçün yer qalırmı? Məncə, qalmır. - Niyə qalmır? - Ona görə ki, bu məsələnin həllini tapmasına vaxt var. Vaxt da regionda Rusiyanın siyasətinin dəyişməsindən asılıdır. Çünki bu münaqişənin həllinə əsas maneçilik törədən işğalçının özüdür. Yəni Rusiyadır. Ermənistanın burada heç bir imkanı yoxdur. Düzdür, Rusiya Ermənistanı əmin edib ki, Dağlıq Qarabağ, Kəlbəcər və Laçın hamısı sizin olacaq. Bəlkə başqa rayonlar da vəd edilib. Bu məlum deyil. Rusiya ermənilərə belə bir göstəriş verib ki, heç bir məsələdə heç bir güzəşt edin. Ermənilərə verilən vəd də aşağıdakından ibarətdir. Dağlıq Qarabağın Azərbaycan tərəfindən müstəqilliyinin tanınması və DQ-yə referendum yolu ilə müstəqillik verilməsi, Laçın rayonu gərək koridor kimi qalsın. Kəlbəcər rayonu ilə bağlı da onlar güzəştə getmək istəmirlər. Çünki Kəlbəcər olduqca strateji yüksəklikdədir və onu strateji əhəmiyyətinə görə Azərbaycana vermək istəmirlər. İşğalçılar danışıqlarda belə bir axmaq proqramla çıxış edirlər. Ona görə də danışıqlarda irəliləyiş olmur. Bu o vaxt dəyişiləcək ki, Rusiyanın Dağlıq Qarabağa marağı itsin. Bu isə o vaxt baş verəcək ki, Rusiya dünya böhranından sonra gərək çöksün. Federasiya gərək konfederasiyaya düşsün. NATO genişlənərək Qafqaza, Gürcüstana və Ukraynaya gəlsin. Bəlkə ondan sonra Azərbaycan da bundan cəsarətləndi. Bütün bunlar baş verdikdən sonra biz məsələnin həllinə yaxın olacağıq. Ondan əvvəl isə "yox". - Deyirsiniz ki, Amerika Azərbaycanın təhlükə altında olduğunu başa düşür. Amma belə çıxır ki, onlar hələlik bəyanatla kifayətlənirlər. Bəyanatdan işə keçmək istəmirlər? - Bəyanatdan işə keçmək təkcə Amerikadan asılı deyil. Bu həm də bizdən asılı olan məsələdir. Biz işə keçmək istəmirik, ona görə ki, Rusiyadan qorxuruq. Biz qorxuruq ki, Amerika və NATO ilə hərbi əməkdaşlığı yeni yüksək pilləyə qaldırsaq, Ermənistan bizə hücum edəcək. Dünən Rusiyanın RBK kanalında belə bir məlumat getdi ki, artıq Azərbaycan öz ordusunun büdcəsini 2,5 milyard dollara qaldırıb. Bu, nəyə lazım idi? Rusiya guya, Azərbaycan Ordusunun vəziyyətini bilmir? Çox gözəl bilir. Azərbaycan Ordusunda NATO silahları deyil ki, Rusiya silahlarıdır. Rusiya da bu silahlardan Ermənistana qat-qat çox, özü də daha müasir silahlar verib. Özü də pulsuz. Bu o deməkdir ki, Azərbaycan öz ordusunu nə qədər gücləndirsə, bu, Ermənistanın ordusundan güclü ola bilməz. Çünki Ermənistan ordusunun silah-sursatı Rusiyadan gəlir. Amma görürsünüz ki, ruslar məqsədli olaraq bu məlumatları yayırlar və dünyaya çatdırırlar ki, Azərbaycan Ordusunun xərcləri artıq 2,5 milyard dollara çatıb. Yəni hər ehtimala qarşı özlərinə platforma hazırlayırlar ki, lazım olsa, hücum edib Azərbaycanı təqsirləndirə bilsinlər ki, görürsünüzmü, günah Azərbaycandadır. - Gürcüstanda baş verən hadisələr zamanı elə sizin də belə bir proqnozunuz olmuşdu ki, Rusiya Azərbaycanı da təxribata çəkmək istəyir. Belə çıxır ki, bu məsələ gündəmdə qalır? - İndi görünür ki, onlar bu məsələlərə Gürcüstandan başlamaqlarına peşman olublar. Hesab edirlər ki, Azərbaycandan başlamalı idilər. Çünki Gürcüstana birbaşa rus ordusu girmişdi və buna görə bütün dünya Rusiyaya qarşı çıxdı. Amma Azərbaycana erməni paltarı geyinmiş rus ordusu girə bilərdi. Rusiya da deyəcəkdi ki, burada mənim təqsirim yoxdu. Bu, Azərbaycanla Ermənistanın savaşıdır. Ona görə görə Rusiya üçün Azərbaycana qarşı təcavüzü davam etdirmək və onu maskalamaq daha asandır. Bu baxımdan da biz həqiqətən çox təhlükəli vəziyyətdəyik. Bunu unutmaq lazım deyil. - Danışıqlar prosesində son zamanlar Rusiyanın təşəbbüsü ələ almaq istəyi nədən irəli gəlir? - Birincisi, Rusiyanın heç vaxt problemi həll etmək təşəbbüsü olmayıb. İkincisi isə bu təşəbbüslər ondan ibarətdir ki, Azərbaycan öz müstəqilliyini qurban versin. Rusiya nə deyirsə, elə etsin. Ondan sonra Rusiya bəlkə bir-iki rayonu boşaltdırıb Azərbaycana ümid verər ki, bu addımların arxası da gələcək. Rusiyanın əsas məqsədi öz hərbi bazalarını Azərbaycanda yerləşdirmək və ölkəni Kollektiv Təhlükəsizlik Şurasına cəlb etmək, Qərblə münasibətlərini pozmaqdır. Ona görə də Rusiya hərdən öz siyasətini sığortalamaq üçün yalançı bəyanatlar verir. - Əgər yaxın perspektivdə danışıqlar sahəsində hər hansı dəyişikliklər olmayacaqsa, münaqişənin həllində taktika dəyişə bilərmi? - Hələlik heç bir dəyişiklik gözləmir. Mən dəyişikliyi dünyadakı maliyyə böhranından sonra gözləyirəm. Baxaq görək Rusiya bu böhranı necə keçirəcək? Çünki Rusiya dövlət kimi çox zəifdir. Böhrandan sonra bu haqda danışmaq daha asan olar. Qarabağ problemini yaradan da, Azərbaycan ərazilərini işğal edən də Rusiyadır. Ermənilər burda oyuncaq kimi istifadə edilir. Ona görə də dəyişikliyin baş verməsi Ermənistandan yox, Rusiyanın vəziyyətinin pisləşməsindən asılıdır. Vüsalə Rafiqqızı sherg
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!