Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Dövlət Baxçalı: "Terrorun beyni Bərzani, yönətimi Qəndil, dəstəkçisi separatçılar, mehmandarı AKP-dir" Oktyabrın 14-də partiyasının qrup toplantısında çıxış edən MHP sədri Dövlət Baxçalı hökumətin ünvanına ağır ittihamlar səsləndirib. PKK ilə mübarizədə AKP hökumətinin məsuliyyət daşıdığını deyən MHP sədri AKP içində PKK ilə eyni dildə danışan millət vəkillərinin olduğunu söyləyib. Dövlət Baxçalı kürsüdə çıxış zamanı əlindəki xəritəni göstərərək hövsələdən çıxıb: "Dilədiyimiz terrorun sona çatması, Türkiyə Böyük Millət Məclisinin verdiyi əməliyyat keçirmə səlahiyyətinin səmərəli şəkildə istifadə olunmasıdır. İndi artan terror aksiyalarının istiqaməti və hökumətin bu məsələlərə yanaşması nəticəsində yeni dönəm başlayıb. Artıq qanlı aksiyalar fonunda AKP-nin klassik fəaliyyətinin- sonu gəlməyən tədbir arayışlarının, sözdə atəşkəs çağırışlarının baş aldadıcı olduğu görünür. Hökumət üzvlərinin terrorla mücadilə bəyanatları cəmiyyətə ümid verməkdən belə uzaqdır. Terrorla mücadilə toplumun bütün təbəqələrinin ortaq dəstəyilə çözüləcək milli bir problemdir. Biz hökumətə təkliflərimizi çatdırmışıq, çıxışlarımızda ortaya qoymuşuq. Proseslər hökumətin terrorla mübarizə probleminə bizimlə eyni pəncərədən baxmadığını üzə çıxarır. AKP hökumətinin PKK ilə mübarizə bəyanatlarının təsiri bələdiyyələrə seçki günü unudulacaq. Hökumətin terrorla mücadilə məsuliyyətini öz çiynindən atıb Türkiyə Silahlı Qüvvələrinə yükləmək cəhdləri üzə çıxıb. Parlamentdə müzakirələr zamanı Türkiyə Silahlı Qüvvələrinə sərhəddən o yanda PKK terrorçularına qarşı əməliyyat keçirmək səlahiyyəti verən TBMM qərarnaməsi haqqında söz alan hökumət təmsilçisinin terrorla mücadiləni TSQ-nın öhdəsinə qoyması və "nə istədilərsə, verdik" sözləri tam bir məsuliyyətsizlikdir. Bu sözlər "Nə edək, biz TSQ-ya hər cür dəstəyi veririk, amma ordu terrorun qarşısını ala bilmir" anlamı daşıyır. TBMM qərarnaməsi hökumətə verilib, Türkiyə Silahlı Qüvvələrinə deyil. Qərarnamədəki imza baş nazirə aiddir, həmin imza ilə məsuliyyət hökumətə aiddir". TBMM-də tezkərə (qərarnamə) müzakirələri zamanı AKP-nin adından çıxış edən bir millət vəkilinin separatçı terror təşkilatının fikirlərindən istifadə etdiyini, təbliğat apardığını deyən Dövlət Baxçalı söyləyib: "AKP bir daha PKK və Bərzani ilə eyni mövqedə dayanıb. Təəssüf ki, bunun üçün uca Məclis kürsüsü alət edilib. Bu kirli bir zehniyyətdir, ən azı PKK qədər separatçı, alçaq və əxlaqsızdır. "Sayın millət vəkili" deyilən həmin zat bu xəritəyə işarə vurur. Bunu qəbul etmək mümkün deyil. Aydın görünür ki, hökumətin terrorla mübarizə ilə bağlı strategiyası yoxdur. Hökumət əli silahlı terrorçu ilə diplomatik bazarlığa hazırlaşır. ABŞ-ın və AKP-nin PKK-nı bu bölgədən uzaqlaşdırmaq niyyəti yoxdur. Hökumət qlobal oyunun içinə itələnib, amma oyun bəlli olub. Terrorun beyni Bərzani, yönətimi Qəndil, dəstəkçisi separatçılar, mehmandarı AKP-dir. Hökumətin PKK terroru ilə mücadilədə tam bir başı pozuqluq nümunəsi göstərərkən bir hökumət sözçüsünün "BBG evi"ndən danışması diqqət çəkici olub. Bu məsələni gündəmə gətirən hökumət üzvünə və istənməyən vəziyyəti qaşıyaraq ictimai rəyi Türkiyə Silahlı Qüvvələrinə qarşı təhrik edən mediaya bir məsələni xatırlatmaq istəyirəm. İraqda əsgərlərimizin başına çuval keçiriləndə baş nazir Ərdoğanın Kayseridə səfərini dayandırmayıb, əksinə, avtoparkın açılış mərasiminə qatılması unudulmayıb. AKP mediası iynəni öncə özünə batırmalıdır. MHP olaraq Türkiyənin bir və bütün olaraq görən bir siyasi anlayışın təmsilçiləriyik. Bunu bir milli varlıq səbəbi, müqəddəs bir vətən vəzifəsi sayırıq. Veriləcək torpaqlarımız, vaz keçilməz insanımızın olmadığını daim ifadə etmişik. Bu məsələdə ən kiçik güzəşt belə vətənə xəyanətdir. Nə yazıq ki, bu vəziyyətimizdən nəsibini almayanların TBMM-də yer alması çox böyük uğursuzluqdur. Daha öncə də bölücülüyün sözlü aksiyalarına şahid olduq. Türkiyə Böyük Millət Məclisindəki müzakirələr zamanı AKP adından danışan millət vəkilinin "Gavir dağından o tərəfə keçilməməlidir" sözləri Bərzaninin, PKK-nın cızdığı xətdir. Haqqında sözü gedən millət vəkilinin sözləri separatçı təşkilatın haraya çatdığını aydın şəkildə göstərir. Bu zirvələrin sahibi olan şəxs nə məqsədlə xatırlatma cürəti göstərir? Bəhs etdiyi xətti açıqlamaqla nə məqsədi güdür? Bu suala verilən cavab hər şeyi ortaya çıxaracaq. Bizim sorğuladığımız məsələ aydındır. AKP-çi millət vəkilinin Gavir dağı ilə Sivas arasında göstərdiyi o xətt Bərzaninin, PKK-nın cızdığı xətdir. Bu zehniyət ən azı PKK qədər separatçı və xəyanətkardır. Millət vəkili dediyimiz bu şəxs separatizmi dəstəkləyir. Üstəlik bəziləri bizi ittiham etməyə çalışır. İndi 40 illik bir partiyayaya, bizə yolu sizmi göstərəcəksiniz? Biz qlobal oyunun fərqindəyik. Bu bizə və vətən övladlarına ən böyük xəyanətdir. İndi deyil, amma sabah bunun cavabını verəcəyik". Dövlət Baxçalı Ərdoğanın "ağzı olan danışır" sözlərinə isə belə cavab verib: "Bu baş nazir Ərdoğana yaraşan belə üslub, danışıq tərzi onun nə qədər böyük çarəsizlik içərisində olduğunu göstərir. Rəcəb Tayyib Ərdoğanın Şimali İraqda bufer bölgə qurulması təklifinə verdiyi təpki kürd lideri Bərzanidən belə sərt olub". xalqcebhesi
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!