İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Xəbər verildiyi kimi, oktyabrın 10-da Bişkekdə Rusiyanın təşəbbüsü ilə Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin görüşü olub. Nazirlər Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. MDB sammiti çərçivəsində keçirilən bu görüşün təfərrüatları barədə heç bir məlumat verilməyib. Bundan iki həftə əvvəl Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Nyu-Yorkda BMT sammiti çərçivəsində Türkiyənin vasitəçiliyi ilə görüşmüşdülər. Hazırkı Bişkek sammiti isə Qafqazdakı müharibədən sonra ilk MDB toplantısı idi və bir çox görüşqabağı şərhlərə görə, bu mövzu sammitin əsas müzakirə obyektlərindən olmalı idi. Ancaq nə sammitin rəsmi nəticələrində, nə də Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinın birgə görüşü ilə bağlı məlumatlarda bu məsələdən bəhs edilmir. Ehtimallara görə, bu, MDB ölkələri arasında fikir birliyinin olmaması ilə əlaqədardır. Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan isə nazirlərin görüşündən sonra öz ölkəsindən olan jurnalistlərə açıqlamasında deyib ki, danışıqlar prosesində əsas məsələlərin razılaşdırıldığı haqda deyilənlər düzgün deyil. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bişkek görüşü ərəfəsində mətbuata müsahibəsində Qarabağ danışıqlarında həll edilməmiş 2-3 məsələnin qaldığını, onların da Azərbaycandakı seçkilərdən sonra həll edilə biləcəyini demişdi. E.Nalbəndyan isə bildirib ki, danışıqlarda əsas məsələ - Dağlıq Qarabağın statusu barədə heç bir razılaşma yoxdur: “Bu məsələ açıq qalır. Ermənistan hesab edir ki, Dağlıq Qarabağın statusu orada yaşayan əhalinin öz müqəddəratını təyin etməsi yolu ilə həll edilməlidir”. E.Nalbəndyan onu da deyib ki, Bişkek görüşü zamanı Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində və “Madrid təklifləri” əsasında nizamlanması müzakirə olunub. Qeyd edək ki, Bişkek görüşü Rusiya xarici işlər nazirinin təşəbbüsü ilə baş tutub, bu isə Kremlin Qarabağ münaqişəsinin nizamlanması yönündəki səylərini artırmaq niyyətindən xəbər verir. Kremlin bu məsələdəki siyasətini şərh edən moskvalı ekspert, professor Aleksandr Karavayevə görə, Rusiya Qafqazda separatçı bölgələrin tanınmasına nail olmasa da burada yeni status-kvonun müəyyən mənada qəbuluna nail olub. İndi isə Moskva yeni status-kvo ilə MDB ölkələrini də barışdırmaq istəyir. Bu ölkələrin əksəriyyəti isə, məsələn, Azərbaycan, Moldova və digərləri Rusiyanın Qafqazda yeni qaydalarını məhz ərazilərindəki münaqişələrə görə qəbul etmir. Beləliklə də Bişkekdə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü, ekspertə görə, daha çox Moskvaya lazım idi: “Son hadisələrə nəzər salanda Qarabağ nizamlaması ilə bağlı keçirilən ikitərəfli və üçtərəfli görüşlər daha çox nüfuz yarışına bənzəyir. Əlbəttə, hər hansı yeni format özlüyündə yeni konyukturalar gətirir. Amma ümumilikdə nizamlama prosesində elə bir dəyişiklik baş verməyib. Konkret olaraq Rusiya nə dərəcədə problemin həllinə kömək edə bilib - bu məsələ mübahisəli və qeyri-müəyyəndir”. Rusiyalı politoloq “Amerikanın səsi” radiosuna açıqlamasında deyib ki, nazirlərin görüşləri bütün hallarda müəyyən nikbinlik gətirir. Çünki hər halda onlar bir-birinin mövqeyini prezidentlərə məruzə edirlər. Amma danışıqların əvvəllər olduğu kimi bir formatda deyil, müxtəlif formatlarda aparılması nizamlama prosesindəki bir nizamsızlıqdan xəbər verir. Bu isə son illərdə tərəflər arasında əldə edilmiş nəticələri təhlükə altına salır. Bütün hallarda ekspertə görə, danışıqlar prosesini təhlil etmək üçün Azərbaycandakı prezident seçkilərini gözləmək lazımdır:ÿ"Əgər prezident seçkisindən sonra Əliyev-Sərkisyan görüşlərini davam etdirmək mümkün olsa, o zaman müəyyən perspektivdən danışmaq olar. Yalnız ondan sonra deyə bilərik ki, hansısa yenilik var, ya yox". Bununla yanaşı, rusiyalı ekspert deyir ki, əgər Rusiya ilə Türkiyənin Qarabağ nizamlamasındakı vasitəçiliyini “Qafqaz evi”ndə birləşdirmək mümkün olsa, o zaman danışıqlara yeni nəfəs gələ bilər. ATƏT-in Minsk Qrupuna gəldikdə isə A.Karavayev deyir ki, bu qrup artıq dağılıb: “Biz əvvəllər də Minsk Qrupundan prosesin həlli istiqamətində real iş görmədik. Prezidentlər görüşürdülər, amma nəticə olmurdu. Son illər bu qrup faktiki olaraq heç nə etmirdi. Nəticə yox idi”. A.Karavayev deyir ki, indi Minsk Qrupu faktiki olaraq Rusiya ilə Amerika arasındakı gərginliyin güdazına gedib Maraqlıdır ki, Rusiyanın Gürcüstana müdaxiləsindən və onun iki separatçı bölgəsini tanımasından sonra ABŞ-ın Qarabağ məsələsindəki mövqeyində çox mühüm dəyişiklik müşahidə olunur. Xəbər verildiyi kimi, rəsmi Vaşinqton ən yüksək səviyyədə münaqişənin Azərbaycanın ərazi bütövlüyü daxilində həllinin vacib olduğunu son günlər bir neçə dəfə bəyan edib. Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza isə BBC-yə müsahibəsində bu mövqedə daha da irəli gedərək bəyan edib ki, münaqişənin həllinə nail olmaq üçü Ermənistan əvvəlcə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, yalnız bundan sonra digər prinsiplər haqda danışmaq və kompromislər əldə etmək olar. Rəsmi Vaşinqtonun bu mövqeyi gözlənildiyi kimi İrəvanda narahatlıq doğurub. ABŞ-da səfərdə olan Ermənistanın baş naziri Tiqran Sərkisyan vitse-prezident Dik Çeyni ilə görüşü ərəfəsində bildirib ki, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli haqda bəyanatlar narahatlıq doğurur və təhlükəlidir. T.Sərkisyan danışıqlar prosesini Minsk Qrupu çərçivəsindən çıxarmağı da yolverilməz adlandırıb. Erməni mənbələrinin məlumatlarına görə, T.Sərkisyan və D.Çeyni Qarabağ münaqişəsini, o cümlədən Türkiyə prezidentinin İrəvana səfərini və regiondakı proseslərlə bağlı digər məsələləri müzakirə ediblər. F.Məmmədov musavat
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!