İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Oktyabrın 11-də Gürcüstan Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə xarici ölkə jurnalistləri Gürcüstanın rus qoşunlarının tərk etdikləri ərazilərdə olublar. Buraya əsasən Qori rayonu və onun kəndləri daxil idi. İlk səfər Karaleti kəndinə oldu. Rusiya silahlı birləşmələri ərazini oktyabrın 8-də tərk etsələr də, dinc əhali kəndlərinə oktyabrın 10-dan etibarən qayıtmağa başlayıb. Bu kənddə müharibə zamanı 32 evin zərər çəkdiyi bildirilir. Ərazidə rəsmi şəxslərdən kimsə olmadığından məlumatları əsasən müharibə və ondan sonrakı dövrdə kəndi tərk etməyən yerli əhalidən və hərbi qulluqçulardan alırdıq. Ərazini tərk edən əhali isə Tbilisi şəhərindəki uşaq bağçalarında və məktəblərdə, bir qismi isə Qori rayonunun mərkəzində salınmış çadır düşərgəsində məskunlaşmışdı. Elə sakinlər var ki, onların evləri tamamilə yararsız vəziyyətdədir. Kənd sakini Oleqşin Tamazaşvili avqustun 12-də yaşadığı evi tərk edib. İki oğlu müharibədə iştirak etdiyinə görə onun evi əşyaları ilə birlikdə tamamilə yandırılıb. Onun sözlərinə görə, rus və osetin silahlı birləşmələri kənddə qalan yaşlıları hədələyərək onlardan müharibədə iştirak edən sakinlərin ünvanlarını göstərməyi tələb ediblər. Hərbçi Ramin Qoqiaşvilinin də evi tamamilə yandırılıb. Hər iki zərərçəkmişin sözlərinə görə, hökumət rəsmiləri onlara baş çəkərək, evlərinin tez bir zamanda təmir olunacağına söz veriblər. Bunlardan əlavə, kənddə uç ay əvvəl inşa olunan ambulatoriya da partladılıb. Tkviavi kəndini isə müharibə zamanı əhalinin 70 faizi tərk edib. Əhali oktyabrın 9-dan kəndə qayıtmağa başlayıb. Müharibə dövründə kəndi tərk etməyənlər yalnız yaşlılar olub. Kənddə bütün kommunikasiya xətləri dağıdılıb. Yaşlıların sözlərinə görə, kənddə iki həftə içməli su və çörək böhranıdır. Tkviavidə ümumilikdə 76 ev tam yararsız vəziyyətdədir. Kənd sakini Zaza Okruaşvilinin evi bomba düşdüyünə görə tamamilə dağılıb. Hazırda Zaza Tbilisidəki uşaq bağçalarından birində məskunlaşıb. Evi tamamilə dağıdılan digər sakinlərin sözlərinə Qori rayonunun qubernatoru onlara baş çəkib və bildirib ki, Gürcüstan hökuməti onlara yeni evlərin tikilməsində yardım edəcək. Ergneti kəndinin Tsxinvali ilə həmsərhəd olan əraziləri hələ də rus və osetin silahlı birləşmələrinin nəzarətindədir. Ərazidə olduğumuz müddətdə dəfələrlə partlayış səsləri eşidilirdi. Ərazidə xidmət çəkən gürcü polislərinin sözlərinə görə, bu, istehkamçılar tərəfindən partladılan bombaların səsləridir. Daha sonra Pkvenisi kəndində olduq. Burada kəndin girəcəyində gürcü postu qurulmuşdu. Hərbçilərin sözlərinə görə bu kənddə xeyli zərərsizləşdirilməmiş mina və bomba var. Kəndin girəcəyində Böyük Britaniyanın «The Haul Trust» təşkilatının 100-dən çox istehkamçısı təmizləmə işləri aparırdı. İstehkamçıların sözlərinə görə, iki gün ərzində 60-a yaxın mina və bomba tapılıb, hazırda onların zərərsizləşdirilməsi üzərində iş gedir. Gürcüstanın Elm və Təhsil naziri Giya Nodiya rus qoşunlarının azad olunduğu kəndlərdəki əhalinin durumu və məktəblərin vəziyyəti ilə tanış olmaq üçün bufer zonaya səfər etmişdi. Qeyd edək ki, bu ərazilərdə elə məktəblər var ki, onlar tamamilə yerlə-yeksan edilib. Nazirin sözlərinə görə, bunlar əsasən ibtidai məktəblərdir. Nodiya dedi ki, dağıdılmış məktəblərin şagirdləri qonşu kənd məktəblərində təhsillərini davam etdirə biləcəklər. Bu il həm də məcburi köçkün şagirdlər 100 lari dəyərində kompensasiya alacaqlar. Onlar dövlət tərəfindən məktəbli çantası və bütün dərsliklərlə təmin olunacaqlar. Məcburi köçkün tələbələr də bir il müddətinə təhsil haqqından azad olunacaqlar. Nazir onu da vurğuladı ki, məcburi köçkünlər məskunlaşdığından bir il müddətinə Gürcüstanda 160-dan artıq uşaq bağçası fəaliyyət göstərməyəcək. O cümlədən Tbilisidəki 16 məktəbin də şagirdləri təhsillərini başqa məktəblərdə davam etdirirlər. Sonuncu səfəri isə Tsxinvali ilə sərhəd olan Axalqori rayonuna nəzərdə tutulurdu. Axalqoriyə 6-7 kilometr qalmış qurulmuş gürcü postu jurnalistləri əraziyə buraxsa da, lakin onların təhlükəsizliyinə təminat vermədiklərini bildirdilər. Çünki gürcü postundan 200-300 metr ərazidə rus qoşunları cəmləşmişdi. Ona görə də rayon barədə məlumatı gürcü polislərdən aldıq. Onların sözlərinə görə, Axalqori 56 kənddən ibarətdir. Əhalisi 7000 nəfərdir. Onların 90 faizindən çoxunu gürcülər təşkil edir. Qalanları isə osetinlərdir. Rus qoşunları bu rayona müharibədən sonra daxil olublar. Rayonda bütün yaşayış binaları və inzibati binalar yaxşı vəziyyətdədir. Lakin əhali hələ də evlərinə qayıda bilmir. Çünki rayondakı rus qoşunları yerli əhalini incidir. Rayonda yalnız yaşlılar qalır. Axsam saatlarında isə komendant saatı təyin olunub. Gürcü polislərinin sözlərinə görə, əsasən sakinlər yaşlı valideynləri baş çəkmək üçün rayona gəlirlər. Ərazidə olduğumuz müddətdə dəfələrlə rayona daxil olan və çıxan maşınların sürücüləri ilə söhbətimiz də bunu təsdiqlədi. Rus qoşunlarını Axalqori tərk etməməsinin iki səbəbini göstərdilər. Birincisi, Sovet İttifaqı dövründə Axalqori Cənubi Osetiyanın inzibati ərazi vahidi hesab olunurdu. Ona görə də osetinlər yenidən bu rayonu özlərinə birləşdirmək istəyirlər. Digər səbəb isə onun paytaxt Tbilisinin yaxınlığında yerləşməsidir ki, bu da strateji əhəmiyyət kəsb edir. azadliqradiosu
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!