Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Dünən İctimai Televiziyada Ümid Partiyasından prezidentliyə namizəd İqbal Ağazadənin növbəti təbliğat çıxışı oldu. Çıxış uyğun olmayan vaxtda, yəni seçicilərin əksərinin tamaşa edə bilməyəcəyi saatda efirə verildiyindən onun mətnini olduğu kimi təqdim edirik. - Möhtərəm seçicilər, hörmətli televiziya tamaşaçıları, əziz bacı və qardaşlar! Bir daha sizi xoş gördük. Biz artıq seçki marafonunun sonuna yaxınlaşırıq. Bu gün də bölgələrdəki seçicilərimiz bizə çoxsaylı problemlərlə bağlı müraciətlər edirlər. Hamı istəyir ki, mən buradan onun problemini səsləndirim və onlar bununla təskinlik tapsınlar. Məsələn, Cəlilabad sakinləri çox istəyir ki, rayon təhsil şöbəsinin müdirinin onlardan pul yığmasını səsləndirim. İmişli müəllimləri də analoji qaydada şikayət ediblər. Neftçala, Yevlax sakinləri bu bölgələrdə olan problemləri adbaad sadalamağımı xahiş edirlər. Əziz müəllimlər, həkimlər, təqaüdçülər! Burada hər birinizin problemini sadalaya bilərəm. Amma mahiyyət etibari ilə bu heç nəyi dəyişməyəcək. Hadisələri, prosesləri dəyişə biləcək, bütövlükdə problemləri həll edə biləcək tək yol var: 15 oktyabrda seçki məntəqələrinə gedib bu iqtidara yox demək, bu hakimiyyətə səlahiyyət verməmək və nəticə etibarı ilə Azərbaycanda yeni dövrün əsasını qoymaq. Əgər Azərbaycan seçicisi seçkiyə gedəcəksə, məntəqəyə üz tutacaqsa, ölkədə inqilab baş verəcək, Azərbaycanda əsl seçki inqilabı yaradılacaq. Mən hamınızı bu seçki inqilabında iştirak etməyə dəvət edirəm. Əziz soydaşlarım! Azərbaycanın ən ağrılı problemi Qarabağ problemidir, Azərbaycan-Ermənistan münaqişəsidir. Çox təəssüflər olsun ki, keçən 15 il ərzində Azərbaycan iqtidarı çeşidli vədlər versə də, bu problemi həll edə bilməyib. Mahiyyət etibarı ilə bu problem hər gün növbəti günə, hər il növbəti ilə, hər prezident seçkilərindən digər prezident seçkilərinə ötürülüb. Mahiyyət isə dəyişməyib, Azərbaycan seçicisi, Azərbaycan qaçqını, Azərbaycan köçkünü yerinə-yurduna qayıda bilməyib. Olsa-olsa, onların məskunlaşdıqları yeri dəyişiblər. Bəli, bu gün Azərbaycada çadır şəhərcikləri ləğv olunub. Amma heç kəs unutmasın ki, İqbal Ağazadə 2002-ci ildə parlamentdə “heç kimin Azərbaycan köçkününü çadırda məhv eləməyə ixtiyarı yoxdur” deyə bir fəryad qoparmışdı. Bu çıxışım seçicilərə paylanan disklərdə də öz əksini tapıb. Mən orada da bildirmişəm ki, bu insanlara ikinci ömür verilməyəcək. Bəli, bu gün siz çadırlardan çıxmısınız. Bu gün çadırlara nisbətən daha yaxşı şəraitdəsiniz. Bu gün Qayıdış qəsəbəsi də var, Biləsuvar qaçqın şəhərciyi də var, Dördyol 1, Dördyol 2, Zobucuq, Bənövşə düşərgələri də var. Amma bunlar nə Laçındır, nə Kəlbəcərdir, nə Zəngilandır, nə Qubadlıdır, nə Cəbrayıldır, nə Füzulidir, nə Ağdamdır, nə Xocalıdır. Əziz qaçqınlar, əziz məcburi köçkünlər! Hesab edirəm ki, doğma torpaqlarımıza qayıtmağın vaxtıdır. Azərbaycanın ərazi bütövlüyünü təmin etməyin, hər birinizin doğmalarınızın qəbirlərini ziyarət etməyinizin, vətən həsrəti, nisgili ilə dünyadan köçməyinizin qarşısını almağın zamanıdır. Mən Azərbaycan iqtidarından fərqli olaraq, növbəti 5 il, 10 il, növbəti gün üçün - qeyri müəyyən bir vaxt demirəm. Mən israrla, iddia ilə, hökmlə bildirirəm ki, sizdən səs alacağım və hakimiyyətə gələcəyim təqdirdə Azərbaycanın Qarabağ kimi ağrılı problemini cəmi üç il müddətində həll edəcəm. Mən problemin həlli yollarını da, bunun perspektivlərini də, dünyada baş verən hadisələri də çox gözəl anlayıram. Bu məsuliyyəti üzərimə götürməyin nə demək olduğunu da başa düşürəm. Heç kim düşünməsin ki, bu qanlı-qadalı müharibə, şəhidlik, övladların itirilməsi və sair yollarla həll deməkdir. Bu fərqli üsullarla, fərqli dəyərlərlə həll olunmalı bir məsələdir. Çox təəssüflər olsun ki, Azərbaycan iqtidarının bu dəyərlərdən keçmək üçün sadəcə, mövqeyi yetərli olmayıb. Seçim qarşısında qalanda Azərbaycan iqtidarı Qarabağı yox, torpaqları yox, qaçqın və köçkünlərin taleyini yox, var-dövləti, hakimiyyəti üstün tutub. Bundan imtina edən bir hakimiyyət Qarabağ problemini çox qısa bir zamanda həll edə bilər. Əziz qaçqınlar, məcburi köçkünlər! Mən də sizin kimi bu taleyi yaşayan insanlardanam. Mən də ailəsi, yaxınları, doğmaları ilə bu torpaqlardan köçkün düşən, vətən həsrətini yaşayanlardan biriyəm. Daha çox dəstək gözlədiyim insanlar da sizlərsiniz. Çünki bu problemi bizdən yaxşı heç kim bilmir. Bu dərdi heç kim bizim kimi duya, hiss edə bilməz. Hesab edirəm ki, bu problemi duyan insanların hamısı 15 oktyabrda bu problemi həll edə biləcək namizəd kimi mənə səs verəcək. Əziz qərbi azərbaycanlılar! Göyçə, Zəngəzur, Zəngibasar, İrəvan həsrətinin bitməsi, doğmalarınızın qəbrinin ziyarət edilməsi Qarabağın azad olunmasından keçir. Əgər Qarabağ işğal altındadırsa, bu gün Göyçəyə, Zəngəzura da gedişimiz çətinləşir. Əgər Kəlbəcər bizdə olacaqsa, biz Göyçə gölünün həsrətini də çəkməyəcəyik, onun ətirini duyacağıq, doğmalarımızın qəbrinin bir addımlığında olacağıq. Bu gün qərbi azərbaycanlılardan dəstək istəyirəm. Onların səsinə böyük ehtiyacımız var. Bu gün Borçalı əsilli Azərbaycan vətəndaşlarından səs istəyirəm. Borçalı əsilli Azərbaycan vətəndaşlarının problemlərinə sahib çıxa bilən, onların sabah Gürcüstan ərazisində əmin-amanlıq içərisində yaşaması, haqlarının tanınması istiqamətində bütün vəzifələri yerinə yetirə bilən səlahiyyət sahibi olmaq istəyirəm. Ona görə də mən borçalılara üzümü tutub, onlardan səs istəyirəm. Hesab edirəm ki, onlar da qaraçöplülər də bizə dəstək verəcəklər. Mən Dərbənd əsilli Azərbaycan vətəndaşlarına üzümü tuturam. Hesab edirəm ki, oradakı torpaqlarımızda bu və ya digər şəkildə Azərbaycanın mentalitetini, irsini, ruhunu yaşatmaq üçün yeni bir yanaşmaya, yeni bir hakimiyyətə ehtiyac var. Hesab edirəm ki, bu yeni hakimiyyət bizim hakimiyyətimiz olacaq. Bu gün cənubi Azərbaycandan köçüb uzun illər şimali Azərbaycanda yaşayan vətəndaşlarımıza üz tuturam. Dünyada demokratiyanın gəlişdiyi bir vaxtda, demokratiya uğrunda mücadilə aparıldığı bir vaxtda güney azərbaycanlıların da hüquqlarına sahib çıxa biləcək bir Azərbaycan iqtidarına ehtiyac var. Hesab edirəm bu Azərbaycan iqtidarının formalaşmasında sizin böyük əməyiniz, səsiniz lazımdır. Bu səslərin hesabına formalaşmış yeni Azərbaycan hakimiyyəti güney əsilli vətəndaşlarımızın da vətən həsrətinə bu və ya digər formada son qoyacaq. Bu, heç bir dövlətin ərazi bütövlüyünə qəsd deyil, heç bir dövlətin ərazi bütövlüyünün parçalanması, orada hər hansı bir dövlətin yaradılması planı deyil. Bu sadəcə, demokratiyanın hər bir vətəndaşın özəl haqqı olduğunu sübuta yetirmək üçün bir dövlətin başqa dövlətdə yaşayan soydaşına sahib çıxmasıdır. Bu sahibliyi mənim rəhbərliyim altında qurula biləcək bir iqtidar formalaşdıra bilər. Əziz həmvətənlərim! Bütün bu regionları saymaqla əslində, Azərbaycanın itirilmiş torpaqlarına münasibətdə bir dövlət siyasətinin ortaya qoyulmasını istəyirəm. Təəssüflər olsun ki, mövcud iqtidarın dönəmində itirilmiş və ya tarixin müxtəlif dönəmlərində bu və ya digər şəkildə bizdən alınmış torpaqlarımızla bağlı dövlət siyasəti ortaya qoyulmayıb. İtirilmiş Azərbaycan torpaqlarına münasibətdə sadəcə, dünyada baş verən hadisələr yaxud da bu və ya digər şəkildə aparılan danışıqların fonunda xalqa yalançı vədlər verilib, yalançı mövqe təqdim olunub. Amma bu istiqamətdə gərəkilən heç bir addım atılmayıb. Heç bir vaxt nə Borçalı ilə bağlı ciddi addımlar atılıb, nə Qərbi Azərbaycanla bağlı hər hansı bir mühacir hökumətinin yaradılmasına çalışılıb, nə də orada yaşayan soydaşlarımızın deportasiya olunması və onların hüquqlarının beynəlxalq aləmdə müdafiəsi ilə bağlı bir iş görülüb. Qarabağ torpaqlarının işğaldan azad olunması istiqamətində də heç bir real addım atılmayıb. Bütün bunlar göz önündədir. Bundan sonra 5 il də keçsə, 10 il də keçsə, mövcud iqtidar bu problemləri həll etməyəcək. Heç kim vəd verməsin ki, biz hər gün bu problemə bir addım yaxınlaşırıq. 15 ildir yol gəlirik. 15 il ərzində vətən həsrəti ilə dünyadan köçənlərimizin, atalarının, analarının, babalarının qəbirlərini ziyarət edə bilməyənlərin sayına baxın. Onların sayı az qala doğma torpaqlarından didərgin düşənlərin sayına bərabərdir. Azərbaycanın bu problemlərdən qurtarmasını, itirilmiş torpaqlarımıza dövlət münasibətinin formalaşmasını istəyən bir iqtidara ehtiyac var. Bu iqtidarı biz formalaşdıra bilərik. Buna görə sizdən səs istəyirəm. Çox sağ olun. Qeyd: Nəzərə çatdıraq ki, İqbal Ağazadənin İctimai Televiziya ilə növbəti çıxışı 11 oktyabr, saat 18:50-də olacaq. Çıxışı qələmə aldı; Elşad MƏMMƏDLİ musavat
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi