ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
A. ƏHMƏD Son iki-üç ildə ABŞ-ın yüksək vəzifəli şəxslərinin Azərbaycana, o cümlədən Azərbaycan dövlət başçısının Rusiya, ABŞ və İrana rəsmi səfərləri hər şeydən öncə ölkənin etməli olduğu strateji seçim kontekstində təhlil edilir: Rəsmi Bakı hansı seçim etməlidir: Öz təhlükəsizlik siyasətinin və enerji resurslarının ixracatında Qərbin yoxsa Rusiyanın maraqlarına uyğun hərəkət etməlidir? Bu yaxınlarda ABŞ-ın vitse-prezidenti R.Çeyninin Bakıya səfəri politoloqlar tərəfindən sanki Azərbaycan hökumətinə seçim məsələsində verilən son şans kimi dəyərləndirildi. ABŞ administrasiyasında "şahinlər" qanadının başçısı sayılan Çeyninin prezident İ.Əliyevlə görüşdən sonra D.Medvedevin İ.Əliyevə dərhal zəng etməsi və I.Əliyevin Rusiya prezidentinin dəvəti ilə 16 sentyabrda Moskvaya 1 günlük işgüzar səfəri Azərbaycan hökumətinin ciddi təzyiqlər altında olduğunu göstərir. Doğrudanmı rəsmi Bakı ənənəvi balanslaşdırma xarici siyasət kursundan əl çəkməlidir? Böyük dövlətlərin geosiyasi ziddiyyətləri arasında manevr etmək üçün vaxt məhduddur yoxsa tükənib? Fikrimizcə, Azərbaycan aşağıda iki təklif etdiyimiz seçimdən birini etməlidir. Azərbaycanın strateji seçim etməsi üçün ehtiyatında manevr etmək üçün 3-4 il var. Ölkəmizin son strateji seçimi üçün bu vaxt kəsiminin müəyyən edilməsi bir neçə faktorla bağlıdır. Biz 3-4 il ərzində Gürcüstan, Ukrayna və Moldovanın həyata keçirəcəkləri xarici siyasət kursunun nə qədər effektiv olub-olmayacağının şahidinə çevriləcəyik. Biz imkanlarımız daxilində Gürcüstan və Ukraynanın NATO-ya daxil olduqdan sonra nəyi qazanıb, nəyi itirəcəyini müəyyən etməliyik. Moldovanın daima dəyişən xarici siyasət kursunun sonu nə ilə nəticələnəcək? Əgər o son olaraq Moskvaya "stavka" edərsə, qazanacağı və itirəcəyi nə olacaq? Hal-hazırda hər hansı bir dövlətin Şimali Atlantika Alyansına qəbul olması iki dəyər aspektində təhlil edilir: təhlükəsizlik (+geosiyasi üstünlük) və demokratik institutların möhkəmləndirilməsi. Üzv-ölkə mümkün təcavüzə qarşı təhlükəsizlik qarantiyası alır və son olaraq inkişaf yolu kimi demokratiya və vətəndaş cəmiyyətinə üstünlük verir. Demokratik yoldan ciddi sapınmalar isə üzv-ölkə və təşkilat arasında münasibətlərin gərginləşməsi və blokun ölkəyə qarşı müxtəlif növlü təzyiq mexanizmlərinin həyata keçirməsinə aparıb çıxarır. Gürcüstanın itirəcəyi bir şey yoxdur, o kifayət qədər Rusiyanın təcavüzündən və separatçı regionların qanunsuz olaraq tanınmasından əziyyət çəkib. Bununla belə rəsmi Tiflis hələ də NATO-ya üzv olandan sonra itirilmiş torpaqları geri qaytaracağına ümid edir. Bizim üçün önəmli olan məsələ NATO-nun bu məsələ ilə bağlı hansı siyasət yeridəcəyidir. Faktiki olaraq Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdıqdan sonra Gürcüstan və Rusiya arasında separatçı regionların statusu ilə bağlı hər hansı bir danışıq prosesinin bərpası üçün platforma yox olub. (Qərbin təkidlərinə baxmayaraq Rusiya təbii ki, öz qərarından geri çəkilməyəcək). Biz eyni zamanda Rusiyanın Gürcüstan (həm də Ukrayna) bloka üzv olduqdan sonra bu ölkəyə qarşı hansı siyasət yürüdəcəyini də izləməliyik. Çünki hər iki ölkənin alyansa üzvlüyü rəsmi Bakı üçün son siqnal olacaq. Ukraynaya gəldikdə isə bu ölkə separatizm problemi ilə üzləşməyib, maksimal şəkildə Rusiyadan enerji asılılığına son qoyulmasına və Qara Dənizdə Rusiya hərbi bazalarının mümkün qədər tez bir zamanda tərk olunmasına nail olmaq istəyir. Unutmaq olmaz ki, Ukrayna geniş əraziyə malik olduğundan NATO-ya üzv olarsa Gürcüstanla müqayisədə Rusiya tərəfindən daha böyük təhlükə kimi qəbul ediləcək. Bu baxımdan yaxın zamanlarda Kiyevdə siyasi böhranın daha da dərinləşəcəyi və Rusiyanın Ukraynaya ixrac etdiyi qazın qiymətini artıracağını istisna etmək olmaz. Artıq mətbuatda Krımda rusdilli əhaliyə Rusiya pasportlarının verilməsi haqqında xəbərlər özünə yer almaqdadır. Ukrayna NATO-ya üzv olduqdan sonra bu problemlərin öhdəsindən gələ biləcəkmi? Məhz 3-4 il ərzində Yuşenko hakimiyyətinin Rusiyanın müqavimətinə tab gətirmək bacarığı və hazırlığının şahidi olacağıq. Son zamanlar Rusiyaya tez-tez reverans edən Moldovanın xarici siyasət davranışı bu ölkələr arasında yaxınlaşmanın hansı nəticələrlə bitəcəyini bizə göstərəcək. Məlum olduğu kimi Rusiyanın Gürcüstana təcavüzündən sonra prezident D.Medvedev Moldovanın dövlət başçısı V.Voroninə dərhal zəng edərək ölkəsinin separatçı Dnestryanı bölgənin statusu ilə bağlı danışıq prosesini sürətləndirməyə hazır olduğunu bildirmişdi. Moskva hətta 2005-ci ildə Qərbin təzyiqi altında Voronin tərəfindən rədd edilən Kişinyovla Tiraspol arasında konfederativ münasibətləri tənzimləyən "Kozak planı"na dəyişikliklər etməyə də hazır olduğunu bildirmişdi. (Həmin sənəd Rusiyanın o zamankı prezidenti V.Putinin iştirakı ilə münaqişə tərəfdaşları arasında imzalanmalı idi). Bu ölkədə gedən prosesləri də izləmək lazımdır. Dnestryanı münaqişənin həlli üzrə yeni təklif olunacaq plan Moldovanın milli maraqlarına cavab verəcəkmi? Rəsmi Kişinyovun bu plana münasibəti necə olacaq? Yeni danışıqlar prosesi nə qədər çəkəcək və Moskva bu məsələdə nə dərəcədə konstruktivlik nümayiş etdirəcək? Moldova GUAM tərkibindən çıxacaqmı? Yaxın 3-4 il ərzində Azərbaycan xarici siyasətini aşağıdakı istiqamətdə apara bilər: Öz enerji resurslarını mövcud borular vasitəsilə ixrac edən ölkəmiz "Nabukko" layihəsinin həyata keçirilməsində iştirak edə, eyni zamanda NATO ilə münasibətlərini (hələlik üzvlük üçün bloka müraciət etməyərək) inkişaf etdirə bilər. Yeri gəlmişkən Rusiyanın ən azı formal olaraq təqdir etdiyi Türkiyənin "Qafqazda Təhlükəsizlik və Sabitlik Platforması" üzrə təşəbbüsü müəyyən zaman kəsiyində Azərbaycan rəhbərliyinə sərf edir. Rəsmi Bakı bu platformadan istifadə edərək Qərbə öz seçimi ilə bağlı cavabını uzada bilər. Sözsüz ki, bu, çox dəqiq diplomatik gedişlər tələb edir, ən əsası, Qərbdə onun maraqlarının Azərbaycan hökuməti tərəfindən nəzərə alınmaması təəssüratı yaranmamalıdır. (Bizə elə gəlir ki, Rusiyanın adı çəkilən təşəbbüsə marağı məhz onun Azərbaycanın NATO-ya üzvlüyü ideyasını özündə əks etdirməməsidir). Azərbaycan "Nabukko" planından imtina etməyə və Rusiyanın Azərbaycan qazının (1000 kubmetri 300 dollara) almağa bir şərtlə razı ola bilər: Rusiya həyata keçirilməsi mümkün olan Dağlıq Qarabağın statusu ilə bağlı müəyyən səviyyədə Azərbaycanın milli maraqlarına cavab verən plan irəli sürərsə. Əks halda ölkəmiz münaqişənin həlli ilə bağlı passiv mövqe tutmalı və əsas qüvvəsini enerji ehtiyatlarından gələn gəlirin səmərəli xərclənməsinə yönəltməli və geosiyasi durumun xeyrimizə dəyişəcəyi halda əldə edilən gəlirlər hesabına torpaqlarımızın geri qaytarıla biləcəyinə ümid etməlidir. Məsələ burasındadır ki, hazırda rəsmi Bakı NATO-ya üzvlüyün Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsində həlledici rol oynayacağına əmin deyil. Alyansa üzvlük Rusiya və İran tərəfindən ölkəmizə ediləcək hücumun qarşısının alınmasına təminat verir. Yeri gəlmişkən, Azərbaycanın "Nabukko" layihəsinə verəcəyi təqdirdə adı çəkilən ölkələrin Azərbaycana hər hansı bir provokasiya nəticəsində müdaxilə etməsini istisna etmək olmaz. Faktiki olaraq, indiki şərtlər daxilində ölkəmizin bu təşkilata daxil olması ən münasib pis olan variant sayıla bilər. Bir sözlə təklif etdiyimiz zaman kəsimində biz Rusiya ilə intensiv dialoq (yəni sövdələşmə) aparmalı və milli maraqlardan çıxış edərək öz mövqeyimizi Kremlin nəzərinə çatdırmalıyıq. Rəsmi Moskva anlamalıdır ki, o, Azərbaycanı çox uzun bir müddətə itirə bilər (yəni Azərbaycan sonunda Qərbin xeyrinə ənənəvi xarici siyasət kursundan imtina edə bilər). Rusiya dövlət başçısının Azərbaycan prezidentini Moskvaya dəvət etməsi məhz bu faktorlara bağlıdır, bununla belə işğal olunmuş torpaqların azad edilməsi ilə bağlı aktivləşən Rusiya diplomatiyasına tam etibar etmək olmaz: vədlərdən sonra real addımlar atılmalıdır. Sözsüz ki, paralel olaraq eyni dialoq Qərblə də aparılmalı və NATO-ya üzvlüyün şərtləri dəqiqləşdirilməlidir. İkinci təklif isə birbaşa alyansa üzvlüklə bağlıdır. Əgər Azərbaycan NATO-ya üzv olmağa qərar versə, o hər hansı bir təcavüzə qarşı müvəqqəti təhlükəsizlik qarantiyası almalıdır. Belə bir qarantiyanı regionda enerji maraqları olan ABŞ, Böyük Britaniya və Türkiyə (Əgər rəsmi Ankaranın məlum təşəbbüsü öz aktuallığını itirərsə) verə bilərdi. Belə bir qarantiya tərəflərin imzaladığı konkret sənəddə öz əksini tapmalıdır. Ehtimal etmək olar ki, R.Çeyninin ölkəmizə səfəri zamanı bu problem müzakirə olunub. Əlbəttə ki, burada İran faktorunu unutmaq olmaz. Əgər ABŞ-da prezident seçkilərinə qədər Buş administrasiyası bu ölkəyə hücum etməyə qərar verərsə, rəsmi Bakı tələsik halda seçim etməyə məcbur olacaq. Alpay ƏHMƏD tarix elmləri namizədi 525
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi