İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Rusiyanın xarici işlər naziri Sergey Lavrov «Rossiyskaya qazeta»ya müsahibəsində əmin edib ki, Qafqaz regionundakı problemlər, çətinliklə də olsa, tezliklə həll ediləcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov «Rossiyskaya qazeta»ya müsahibə verib və Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münasibətləri, ABŞ-ın vitse-prezidenti R.Çeyninin Bakı və Tiflisə səfərləri, Türkiyə prezidentinin İrəvana getməsi və ABŞ-da baş verən hadisələrə dair sualları cavablandırıb. Müxbirin son vaxtlar Qafqazda mühüm hadisələrin baş verməsi, Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində ilk görüşməsi və Riçard Çeyninin Bakı və Tiflisə, Serj Sarkisyanın isə Gürcüstana səfərlərinə Moskvanın münasibətinə dair sualını Rusiyanın xarici işlər naziri belə cavablandırıb: «Mən deməzdim ki, bütün bunlar oradan-buradan baş verir. Əslində, əlbəttə, bütün bü proseslərin hər bir iştirakçısının öz maraqları var. Ermənistanın mövqeyi bəllidir. Bu ölkə Dağlıq Qarabağ probleminə görə blokadadır və bu səbəbdən də xarici əlaqələr baxımından çox əziyyət çəkir. Erməni xalqının məqsədi - bu vəziyyətdən tezliklə yaxa qurtarmaqdır. Coğrafi və siyasi çıxış yolları isə çox deyil. Dağlıq Qarabağ problemi həll edilsə, Türkiyə İrəvana xarici əlaqələri qurmaqda yardım göstərəcək. Əlbəttə ki, İrəvan və Ankara arasında rəsmi, diplomatik münasibətlər bərpa olunduqdan sonra. Hələ Qafqaz böhranından əvvəl Qarabağ probleminin həlli istiqamətində Ermənistan və Azərbaycan prezidentlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyilə keçirilən görüşləri çərçivəsində irəliləyişlər üçün yaxşı şans yaranıb. Münaqişənin nizamlanması mexanizmlərini və prinsiplərini əhatə edən sənəd üzərində iş aparılıb. Bu istiqamətdə həll olunmamış iki-üç məsələ qalır və onları Serj Sarkisyan və İlham Əliyevin növbəti görüşündə müzakirə edib, razılaşdırmaq lazımdır. Belə görüşlər də, başa düşürük ki, Azərbaycanda prezident seçkiləri başa çatdıqdan sonra mümkün olacaq. Söhbət əsasən Laçın dəhlizindən gedir. Və biz, ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri kimi, hesab edirik ki, problemin bu yöndə həlli daha realdır. Son qərar, sözsüz ki, Ermənistan və Azərbaycandan asılıdır, amma bu prosesin bütün xırdalıqları və incəliklərini yaxşı başa düşən vasitəçilər - Rusiya, Amerika və Fransa, həll yollarını artıq görür. Bu məsələdə Türkiyə faktoruna gəlincə isə, bu prosesin fəallaşması, ola bilsin ki, Qafqaz böhranının nəticəsi olaraq geosiyasi vəziyyətin qəfil gərginləşməsilə əlaqədardır. Rusiyanın hər hansı geosiyasi addım atıb hansısa dəyişiklik etmək fikri yox idi, bütün bunlar artıq baş verirdi. Bizim əsas məqsədimiz - dinc əhalini və orada olan sülhməramlıları müdafiə etmək idi. Bu məqsədə də nail olduq. Lazım olan addımlar çərçivəsində, eyni cavab verməklə. Bütün bunlar da ki, artıq bəllidir. Amma Ermənistanın bu böhran zamanı yaşadığı problemlər, əsasən də erməni xalqı üçün həyati əhəmiyyət kəsb edən malların Gürcüstan ərazisilə daşınmasında yaranmış çətinliklər bu məsələnin tez və təcili həllinin vacibliyindən xəbər verir. Cənubi Osetiya və Abxaziyanın hər an hərbi müdaxilə təhlükəsi altında qalması və bunun da nəticəsində Ermənistan üçün həyati əhəmiyyət kəsb edən tranzit daşımalarındakı çətinliklər heç kimin marağında deyil. İrəvan üçün bu vəziyyətdən yaxa qurtarmaq əsasdır. Elə buradan da rəsmi İrəvanın Dağlıq Qarabağ problemini tezliklə həll etməkdə maraqları doğur ki, bunun da nəticəsində Türkiyə ilə diplomatik əlaqələr qurmaqla Ermənistanın bu ölkənin ərazisilə ətraf mühitə çıxmaq və xarici əlaqələri qurmaq imkanı yaranacaq. Türkiyəyə gəlincə... bu bir daha nümayiş etdirdi ki, Ankaranın siyasətinin əsas xətti - Qafqazdakı və yaxın bölgələrdəki problemlərin həllində region ölkələrinin hər birinin hüququnun saxlanılmasına xidmət etmək və yardım göstərməkdir. Fikrimcə, türklər bu fürsətin unikallığını vaxtında başa düşdülər. O fürsətin ki, onlara bölgədəki mövcudluğunu nümayiş etdirməyə bir daha imkan yaratdı. Türklər Qafqazın birbaşa qonşularıdır və eyni zamanda Qafqazın, demək olar ki, bütün ölkələrilə yaxşı əlaqədədir. «Qafqazdakı sabitlik və əməkdaşlıq platforması» isə bir daha göstərdi ki, türk diplomatiyası çox təcrübəlidir. Hesab edirəm ki, Qafqazda konfliktli vəziyyətin mövcudluğu nəticəsində bir tərəfdən Ermənistanın, öz vəziyyətinin çox zəif və həssas olduğunu yaxşı başa düşməsi, digər tərəfdən isə Türkiyənin elə bu vəziyyətin onun üçün əla fürsət olduğunu anlaması, ATƏT-in Minsk qrupunun təkliflərilə yanaşı, münaqişənin həlli üçün çox böyük zəmin yaradıb». Qafqazda sabitliyin nə vaxt əldə ediləcəyi, xüsusilə də Abxaziya və Osetiya problemlərinin həlli barədə isə Sergey Lavrov bunları deyib: «Mən əmin edirəm ki, əlbəttə, müəyyən çətinliklərlə də olsa, nəticədə bu regiondakı bütün problemlər elə Qafqaz ölkələrinin özləri, həmçinin Avropa ölkələrinin vasitəsilə həllini tapacaq. Medvedev-Sarkozi planının artıq gerçəkləşməsi bu istiqamətdə mühüm addımdır». /ANS PRESS/
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi