İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Gürcüstan ətrafında yaranmış qeyri-müəyyən situasiya aktual olaraq qalmaqdadır. Belə ki, bu Cənubi Qafqaz dövlətinin üzləşdiyi hərbi-siyasi vəziyyət öz gərginlik səviyyəsini qoruyub saxlayır. Hətta mövcud situasiyanı Gürcüstan üçün hələ də təhlükəli vəziyyət kimi xarakterizə etmək mümkündür. Ən azından ona görə ki, Gürcüstan hələ də hərbi-siyasi qarşıdurmanın əsas məkanı statusunu qoruyub saxlayır. Bu isə, o deməkdir ki, həmin qarşıdurma istənilən vaxt yenidən aktiv fazaya qayıda bilər. Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqaz böhranının yaranmasında rəsmi Tiflisin davranışlarının da müəyyən stimulaşdırıcı rolu olmamış deyil. Hər halda, regionda hərbi-siyasi situasiya məhz Saakaşvili hakimiyyətinin Gürcüstandakı milli-etnik münaqişələri güc yoluyla nizamlamağa cəhd göstərməsindən sonra ortaya çıxmağa başlamışdı. Belə ki, rəsmi Tiflis avqustun 8-də separatçı Cənubi Osetiya ərazilərinə hərbi qüvvə yeritmişdi. Və bu hərbi müdaxilənin nəticəsində hər iki münaqişə tərəfi çoxlu sayda canlı qüvvə itkisinə məruz qalmışdı. Nəticədə hərbi toqquşmalar kənar xarici dövlətlərin müdaxiləsinə münbit şərait yaratmış oldu. Maraqlıdır ki, Saakaşvili hakimiyyəti Cənubi Osetiyaya qarşı hərbi müdaxilə qərarının yanlış olduğunu hələ də etiraf etmək istəmir. Hətta bu barədə münasibət bildirmək lazım gələndə Saakaşvili hakimiyyəti mövzunu mümkün qədər yayındırmağa çalışır. Bu baxımdan, rəsmi Tiflisin buraxılan səhvlərdən lazımi nəticələr çıxartması barədə iddia irəli sürmək bir qədər tezdir. Ancaq buna baxmayaraq, Qərb ekspertləri Saakaşvili hakimiyyətinin sözügedən məsələdə kobud səhvlərə yol verdiyini xüsusi olaraq vurğulamağa üstünlük verirlər. Onların fikrincə, Saakaşvili hakimiyyətinin bu davranışları dünyada mövcud olan vəziyyətin ciddi şəkildə dəyişməsinə də münbit şərait yaradıb. Hər halda, hazırda dünyanın idarə edilməsində əvvəlki şərtlərin və normaların kəsərdən düşdüyü açıq-aşkar nəzərə çarpır. Xüsusilə də, Cənubi Qafqaz böhranının superdövlətlər arasındakı münasibətləri maksimum həddə qədər gərginləşdirdiyi qətiyyən diqqətdən yayınmır. Ən azından ona görə ki, indi ABŞ-Rusiya münasibətləri artıq keyfiyyətcə qarşıdurma görüntüləri sezdirməkdədir. Çünki hər iki superdövlət indiki xoşagəlməz situasiyanı birmənalı şəkildə öz xeyrinə dəyişdirmək məsələsində israrlı mövqe tutmağa çalışır. Bu isə, istər-istəməz beynəlxalq siyasət səhnəsində cərəyan edən proseslərin daha da gərginləşməsinə yol açır. Maraqlıdır ki, bəzi Qərb ekspertləri Saakaşvili hakimiyyətini yanlış hesablamalar aparmaqda da qınayırlar. Onların fikrincə, Saakaşvili hakimiyyətinin atdığı addımların tarixi təhlili rəsmi Tiflisin bu hərbi müdaxiləyə uzunmüddətdən bəri hazırlaşdığını sezdirir. Belə ki, rəsmi Tiflisin Cənubi Osetiyaya hərbi müdaxilə üçün seçdiyi gün - avqustun 8-də Pekində növbəti olimpiya oyunlarının açılışı keçirilirdi. Ola bilsin ki, Gürcüstan prezidenti Mixail Saakaşvili məhz həmin tarixi günün verə biləcəyi şansdan yararlanmaq niyyəti güdüb. Hər halda, həmin gün bütün dünyanın əsas diqqətinin məhz Pekin olimpiadasına yönələcəyi şübhə doğurmurdu. Üstəlik, dünyanın nüfuzlu dövlətlərinin rəhbərlərinin həmin ərəfədə Pekinə toplaşması da Saakaşvili hakimiyyəti üçün cəlbedici görünə bilərdi. Ən azından ona görə ki, Saakaşvili hakimiyyətinin Rusiyanın diqqətinin yayındığı bir vaxtda Cənubi Osetiya münaqişəsini öz xeyrinə nizamlaya biləcəyinə ümid bəslədiyini düşünmək qətiyyən yersiz görünmür. Ancaq sonrakı proseslər göstərdi ki, prezident M.Saakaşvili ciddi şəkildə yanılıb. Hər halda, Rusiyanın Cənubi Osetiyaya qarşı Gürcüstanın hərbi müdaxiləsinə çox çevik şəkildə reaksiya verməsi belə düşünməyə tamamilə əsas verir. Ən azından ona görə ki, Rusiya çox qısa zaman içərisində Gürcüstana qoşun yeritməklə Saakaşvili hakimiyyətinin hesablamalarını puça çıxartmağa nail oldu. Üstəlik, Gürcüstanın demək olar ki, bütün ərazilərini hərbi cəhətdən nəzarət altına almaqla Cənubi Qafqaz regionundakı proseslərə heç bir halda biganə qalmayacağını sübuta yetirdi. Və məlum oldu ki, rəsmi Tiflisin belə "hərbi zarafatlar"ı Gürcüstan üçün olduqca təhlükəlidir. İndi isə, rəsmi Tiflis Gürcüstanın aldığı hərbi-siyasi və maliyyə-iqtisadi "yaralar"ın sağaldılmasının mümkün yollarını axtarmaq məcburiyyətində qalıb. Düzdür, rəsmi Tiflis bu məsələdə ABŞ və Qərbin dəstəyinə bel bağlamaqdadır. Çünki ABŞ və Qərb Rusiyanın hərbi müdaxiləsinin nəticələrinin aradan qaldırılması üçün Gürcüstana milyardlarla dollar həcmində maliyyə yardımı ayırıb. Ancaq bu yardımların gözlənilən nəticələrinin nə vaxt ortaya çıxmağa başlayacağı hələlik tam məlum deyil. Hər halda, bu yardımların Gürcüstanın ixtiyarına verilməsi və onların ölkənin əvvəlki vəziyyətdə bərpasına sərf edilməsi üçün müəyyən qədər vaxta ehtiyac var. Digər tərəfdən, Gürcüstanın düşdüyü situasiyadan çıxarılması məsələsi qarşısında əlavə əngəllər də mövcuddur. Məsələn, rəsmi Tiflis Rusiyanın Avropa Şurasından xaric olunmasını tələb edir. Əsas arqument kimisə, bu qurumun üzvü olan dövlətlərin bir-birinə qarşı hərbi müdaxilə etməsinin yolverilməzliyi qabardılır. Ancaq rəsmi Tiflisin bu tələbi Avropa Şurası tərəfindən təmin edilməyib. Belə ki, bu qurumda aparılan müzakirələr nəticəsində Cənubi Qafqazda hərbi-siyasi böhranının yaranmasında Gürcüstanın ilk olaraq hərbi gücdən yararlanmasının xüsusi rol oynadığı vurğulanıb. Bu isə, o deməkdir ki, Rusiya yaranmış situsiyaya görə siyasi məsuliyyətin müəyyən hissəsindən yayınmaq şansına sahibdir. Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqaz böhranının nizamlanması prosesində Avropa Birliyi də xüsusi fəallıq göstərməyə başlayıb. Ən azından ona görə ki, MDB məkanında xüsusi enerji maraqları olan Avropa Birliyi bu regionda hərbi-siyasi gərginliyin hökm sürməsindən narahatlıq keçirməkdədir. Ona görə də, Avropa Birliyi Gürcüstandakı münaqişə zonalarına xüsusi müşahidəçi qrupları yerləşdirməyə can atır. Artıq belə qruplardan bir neçəsi Gürcüstan ərazisinə gətirilib. Ancaq buna baxmayaraq, həmin qrupların münaqişə zonalarına yerləşdirilməsi məsələsində Rusiya ilə müəyyən fikirayrılıqları da mövcuddur. Hər halda, Rusiyanın öz mövqelərini Avropa Birliyinə aid müşahidəçilərə təhvil verəcəyi o qədər də inandırıcı görünmür. Bu baxımdan, Cənubi Qafqaz böhranının hələ bir müddət öz aktuallığını qoruyub saxlayacağı qətiyyən şübhə doğurmur. Elçin XALİDBƏYLİ sherg
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Urmuya gələn xarici diplomatlar Azərbaycan milli geyimində qarşılanıb (Video)
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Güney Koreya: Trampın Hörmüz boğazı ilə bağlı müraciəti rədd edilməyib
İranda daha iki məhbus edam edildi
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq