İsrail səfiri İranın Livanı ABŞ-la danışıqlara tabe etmək cəhdini rədd edib
Məşhəddə məşhur klisə dağıdıldı
İranın ərəb qonşuları neft daşımalarını davam etdirmək üçün “qaranlıq” transferlərə üz tutur
Vens: ABŞ İranla razılaşma əldə etmək üçün güclü mövqedədir
Ceyhun Bayramov Yaponiyaya səfər edib
Tramp: ABŞ və İran arasında növbəti iki həftə ərzində razılaşma əldə oluna bilər
Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı bir hücuma cavab verəcək
Pentaqon bir sıra iri Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edib
Katz: “Hizbullah”ın hər hansı bir hücumu İsrailin Beyruta zərbələrinə səbəb olacaq
XİN rəhbərləri Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daha da inkişaf etdirilməsini müzakirə edib
Ceyhun Bayramov İran ətrafında baş verənlərin regiona təsirindən danışıb
3121 nəfər məsuliyyətə cəlb edilib- Cahangir
Türkmən fəala ağır həbs cəzası verildi
Qardian: Yoxsulluq və bahalaşma İranda dərinləşir
"Etimad" qəzetinə qarşı cinayət işi açıldı
Tramp: İsrail və İran atəşi dərhal dayandırmalıdır
Husilər İsrailə yeni raket hücumu etdiyini açıqlayıb
Təl-Əviv: Qarşılıqlı hücumlar daha bir neçə gün davam edə bilər
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin
İsrail: Zərbələr Hərbi Hava Qüvvələrinin İran üzərində fəaliyyət azadlığını genişləndirib
Tehranda uçuşlar ləğv edildi
SEPAH İraqda kürd qruplaşmalarının düşərgəsini vurdu
İran yenidən İsrailə raket atdı
AB İrana qarşı dəniz naviqasiyası azadlığı ilə bağlı sanksiyalar tətbiq edəcək
İranlı deputat: “Sakitlik və sabitliyə gedən yol müharibədən keçir”
Husilər Qırmızı dənizdə İsrail gəmilərinə qadağa qoymaq niyyətindədir
İsrail mediası: Hədəflər İran hava məkanına daxil olmadan vurulub
Paşinyan: Türkiyə ilə sərhəd açılmalı, Azərbaycanla sülh sazişi imzalanmalıdır
Fidan və Əraqçi regiondakı yeni gərginliyi müzakirə ediblər
Tramp: İrana qarşı quru əməliyyatının həyata keçirilməsi ehtimalı azdır
Ceyhun Bayramov İstanbula səfər edib
İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
Mahşəhrdə neft-kimya Zavodu vuruldu
Təbrizdə hərbi obyekt vurulub
Yehiel Leiter: "Hamı İranı idarə edən rejimin davranışından bezib"
İsrail Tehrana hava zərbələrə endirib
İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Walla: İsrail mənbəsi raket hüumundan sonra İranın “ağır zərbə alacağını” bildirib
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
İrandan İsrailə doğru raketlər atılıb
Hizbullahın əsas bazası hədəfə alındı
Fələstin İranın hücumunu kəskin şəkildə pislədi
Vahidin könül dünyası M. Əlioğlu Gələn ay Azərbaycan ədəbi fikrinin aparıcı simalarından biri, görkəmli ədəbiyyatşünas - alim Məsud Əlioğlunun 80 yaşı tamam olur. 44 il sürən qısa ömürdə o, Məhəmməd Füzuli, Əbülhaq Hamiq, Məhəmməd Hadi, Hüseyn Cavid, C.Məmmədquluzadə, Sabir, N.Vəzirov, Ə.Haqverdiyev, Şəhriyar, C.Cabbarlı, Y.V.Çəmənzəminli, eləcə də klassik və müasir ədəbiyyatımızın digər görkəmli nümayəndələrinin yaradıcılığına dair yüzlərlə elmi əsər, monoqrafiya və məqalələri ilə dolğun yaradıcılıq irsi miras qoyub. Ədəbi tariximizin az qala fikir səlnaməsini yaratmış alimin yubileyi münasibətilə nəşrə hazırlanan "Darıxan adamlar" kitabından seçmələri oxuculara təqdim edirik. "525-ci qəzet" Əliağa Vahid dünyadan getdi. Onun gözəllik və məna ilə zəngin şeir dünyası qədirbilən oxucularına və doğma xalqına qaldı. Şair ömrünü bu xalqa və xalqın təcəssümündə insanlığa xidmətdə başa vururdu. İndi Vahidsiz dünyada, lakin Vahidin dünyası ilə yaşayırıq. Obrazlı fikrin, şairanə sözün məharətli ustası Ə.Vahidin şeir xəzinəsi tükənməzdir. Zaman keçdikcə bu xəzinədə bərq vuran tövhərlərin, qiyməti solmayan fikirlər cəvahiratının məna və dəyəri artacaq, Vahid sənətinə bəslənən məhəbbətin və marağın hərarəti soyumayacaq. Ə.Vahid klassik şeirimizin məna-məzmun siqlətini, eyni halda şəkil-üslub sənətkarlığını son əsrdə yaşadan vahid bir sima idi və vahid sima olaraq da qalacaq, etiramla yad ediləcək. Şair Azərbaycan klassik şeirinin, qəzəl kimi əsrləri keçib gələn və zamanın təlatümlərinə davam gətirən janrına, bu janrın mündəricəsinə və şəkil xüsusiyyətlərinə uyğun bir sıra əhəmiyyətli yeniliklər gətirmişdir. O, qəzəl janrında ifadə olunan fikirlərin məna çəkisinə, dəqiq və sərrast deyilişinə sadiq qalmaqla kifayətlənməmiş, bu janrın kütləviləşməsi, geniş oxucu auditoriyalarının, xalqın mənəvi qida, bədii həzz mənbəyinə çevrilməsi üçün böyük islahat aparmışdır. Bu mənada Ə.Vahidin qəzəlləri təmiz və halal ana südü, bərəkətli-müqəddəs vətən torpağı kimi hər bir azərbaycanlı oxucuya doğmadır, əzizdir: Hər aşiqə öz istədiyi yarı gözəldir, Hər bülbülə öz sevdiyi gülzarı gözəldir. İlqarı gözəl olmayanı istəməz aşiq, Can ver elə cananə ki, ilqarı gözəldir. Bu qəzəl, təkcə klassik poeziyanın yayılmış növü, şeirin çox mürəkkəb və çətin janrı olduğu üçün qiymətli deyil. Bundan daha ziyadə xalqın mənəvi böyüklüyünü, ruhi sərvətini tanıtdırdığı üçün qüvvətlidir. Qəzəldə həyatın, varlığın və dövranın ecazkar sirlərinə vaqif müdrik bir təfəkkür, xalq zəkası dil açıb danışır. Qəzəl yazmaq bacarığı xalq təfəkkürünün itiliyinə, vüsətli fikirləri söz, misra və beytlə ifadəyə gətirməkqabiliyyətinə dəlalət edir. Digər tərəfdən həmin müdrik təfəkkür yanar bir qəlbin hərarəti ilə - səmimiyyət və saflıq dolu xalq mənəviyyatının sönməz odu ilə qızınır. Demək, qəzəl ağılla ürəyin vəhdətini yaşadan və bu vəhdətin gözəlliyini əsrlər axınından keçirərək, ta bu günə qədər gətirib çıxaran bədii sözün icadı, möcüzəsidir. Ə.Vahid həmin möcüzəyə vaqif sənətkardır, bu səbəbdən onun sənəti də müəyyən miqyasda möcüzədir! Vahid şeirində əbədiyyətə çağıran və "gərdişi-dövranın" hər növ sədləri, maneə və çətinlikləri önündə məğrur dayanan bədii idrakın ana xətti bu münbit bərəkətli ənənəyə axıra qədər sadiqdir: Yüz dəfə cəfa gəlsə bizə sevgilimizdən, Bir dəfə şikayət sözü çıxmaz dilimizdən. Qəsd etsə həsədlə bizi məhv etməyə zalim, Keçməz bizim ərbabi-qələm qatilimizdən. Tufani-bəla gəlsə də qorxan deyilik biz, Dağlar belə sədd olsa qaçar sahilimizdən. Baxma bizə min nazilə, səyyadlərik biz, Yüz gözləri ahu qaçabilməz əlimizdən Xaki-dəri meyxanədə dəfn et bizi, saqi, Min kuzə çıxar torpağımızdan, gilimizdən. Vahid biz o nəxlik ki, bu gülzari-cahanda, Övladi-vətən zövq alacaq hasilimizdən. Vahid şeirinin estetik meyarı gözəllikdir! Gözəllik-həqiqəti dərk etmək mənasında şairin bütün qəzəllərində tərənnüm olunan əsas motivdir. Şair, bu fikrin təsdiqinə daha artıq və ardıcıl diqqət yetirir ki, gözəl olan və gözəl ola biləcək bir şey o halətdə mümkündür ki, gözəlliyi yaşada biləcək zəmin - ictimai varlığın özü gözəl olsun. Gözəllik məhdud çərçivədə və intim miqyasda dərk ediləcək keyfiyyət deyildir. Mahiyyəti-mənası tükənməzlikdən ibarət olduğuna görə gözəllik geniş miqyaslı və vüsətlidir. Odur ki, Ə.Vahid qəzəllərindəki "aşiq-məşuq", "pərvanə-şam", "gül-bülbül" və "tuti-şəkər" kimi klassik poeziyadan gələn təbirlər ancaq məhəbbətin ifadəsi üçün deyil, sözaltı mənasında yüksək mətləbləri, ictimai fikirləri ifadə məqsədilə də işlədilir. Gözəlliyi müəyyənləşdirən amilləri araşdırarkən şair, ilk növbədə, insanın xarici mühitlə, real varlıqla əlaqəsi və ünsiyyəti fikri üzərində dayanır. İctimai varlıq insanın duyğu, fikir və intibahları baxımından nə dərəcədə, hansı mənada gözəldir anlayışını nəzərdən keçirir. Əgər insan xislətən təmiz, qəlbən pak dırsa, onun əməli-əqli incəliyi-gözəlliyin mənəvi dəyərini vəsf etdikdə qiymətlidir: Gül incədirsə, sən, gözəlim, güldən incəsən, İncə nəzakətin qədər incə düşüncəsən. Hər oynadanda xəm qaşını, qan olur könül, Sanki bu fikirlə əl atırsan qılınca sən. Zalim, həmişə könlümü incitdi firqətin, Ömrümdə qoymadın məni bir ləhzə dincə sən. Ayinələr xəcalət olur görcək əksini, Naz ilə şanə zülfünə hərdən çəkincə sən. Gözəllik məfhumunu Ə.Vahid öz qəzəllərində müxtəlif məzmunda, həm də xüsusi incəliklə mənalandırmışdır. Gözəllik - əməldir, parlaq bir əməl! Gözəllik - mərifətdir, zəkanın hünəri! Gözəllik - etibardır, amalın qüdrəti! Gözəllik - eşqdir, mənəvi kainatın məhvəri! Eşq, özünün yüksək bəşəri məzmunu, çoxcəhətli təlqin xüsusiyyəti, ağla və qəlbə tükənməz qida vermək qüdrəti etibarilə Ə.Vahid şeirində tamamilə təzə çalarlara tərənnüm olunmuşdur. Ümumən qəzəl ədəbiyyatının vüqar və şirinlik mövzusu olan məhəbbət, şairin yaradıcılığında insanı real dünyaya bağlayan və canlı həyatı insan təsəvvüründə gözəlləşdirən bitkinlik və ülviyyət rəmzi kimi vəs edilmişdir. Eşq- mövcudluğun solğun, yekrəng və cansıxıcı təzahürlərini, həyatın xırdaçılıqlarını, üzüntülü, ölgün cəhətlərini insana unutdurur. Sevməyi bacaranlar, məhəbbətə qadir olanlar mənən təkmilləşməli, əqlən yetkinləşməlidirlər. Yalnız bu tərzdə, mənəvi həyatı ali və nurlu hisslərlə zənginləşdirmək sayəsində eşqin fəzasına yüksəltmək mümkündür: Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir, Eşqdən məhrum olan insanlığa biganədir. Sevgidir, yalnız məhəbbətdir həyatın cövhəri, Bir könül ki, eşq zövqün duymaya, qəmxanədir. Ə.Vahid qəzəllərində məna dərinliyi və təsir dairəsi xüsusi sənətkarlıq hünəri ilə təhlil edilən "eşq", əslində, real bir keyfiyyətdir və insanın təbii meyl və hisslərinin tərcümanıdır. Bununla yanaşı, məhəbbət intim-subyektiv münasibətlərin çərçivəsinə sığmır, özünə geniş meydan, ənginliklər axtarır. "Aşiq-məşuq" əlaqələri səpkisində qələmə alınan məhəbbət motivi, əksərən, insanın ictimai amalı, vətəndaşlıq əqidəsi ilə birləşir. Bu əlamətdar xüsusiyyətinə görə şairin poetik dünyasında eşq ilahi həqiqətin dərki və müdafiəsi mövqeyində dayanır. Məhəbbətə könül bağlayan kəs hiylə və riya ilə barışa bilməz! Hər kəsin ki, cövhərində "sevgi" adlandırılan saf və müqəddəs bir atəş alovlanır, o, pisliyə, mənəvi eybəcərliyə qələbə çalmaq iqtidarındadır. Ə.Vahid qəzəllərində təsvir olunan müqtədir-dəyanətli aşiq surətinin yaşamaq qayəsi belədir: Ey gül, səni hər kəs ki, sevib bəxtəvər oldu, Eşqində bir ancaq mənim ömrüm hədər oldu. Kim sevdi qara zülfünü, ağ günlərə çıxdı. Tale mənə yar olmadı, bir dərd-sər oldu. Şərq poeziyasında, ümdəsi də Şərqin ictimai-fəlsəfi fikir tarixində, sənətkarın həqiqəti müdafiə naminə çətinliklər önündə məğrur dayanması əlamətdar xüsusiyyətdir. Klassik Azərbaycan şeirinin fəlsəfi-idrak xəttinə aid olan bu diqqətəlayiq cəhət Ə.Vahid qəzəlləri üçün də səciyyəvidir. Şair əksər şeirlərində, istər məhəbbətin hər növ əzablarını igidliklə dəf edən vəfalı aşiqin dilindən, istərsə də bilavasitə özünün cəmiyyət məsələlərinə münasibətini bildirərkən qürurla danışır, məğrurluğun əzəmət və gözəlliyindən bəhs açır. Ə.Vahid şairi - söz sənətkarını insan qürurunun timsalı kimi yüksək qiymətləndirir. Xalqının vicdan səsi və cəmiyyətin ədalət carçısı sənətkar heç bir tabeçiliyə, itaətə dözməməlidir. Şair, alçaldılması mümkün olmayan şəxsiyyətin dəyanətini varlığında yaşatmalı və yaradıcılığında doğrultmalıdır! Əgər söz rəssamı-sənətkar, həqiqətən də, istedadlıdırsa, o, səmimi olmaya bilməz. Səmimiyyətin başlıca əlaməti isə həqiqəti söyləməyə qadir sənətkarın yalana qarşı mübarizədə mənəvi səbatını hifz etməsidir. Ə.Vahid şeiri xalqın, cəmiyyətin və ümumin səadəti və yaradıcılığına son dərəcə tələbkar olmağı bacaran şairləri yarışa çağırırdı: Bilsən sənə, ey gül, nə qədər hörmətimiz var, Bir gün yetərik vəslə, əgər qismətimiz var. Hər kimsə bu naz ilə səni bəsləyə bilməz. Xoşdur sənə qarşı nə qədər zəhmətimiz var. Biz neyləyirik cənnəti, ya baği-behişti, Öz bağımız, öz solmayacaq cənnətimiz var Bülbül də bizim, gül də bizim, el də bizimdir, Kimdən, gözəlim, indi bizim minnətimiz var. Şairin-sənətkarın təbiətən məğrurluğunu və şeiri-sənəti qürurlandıran amilləri araşdırarkən Ə.Vahid belə nəticəyə gəlirdi ki, qürurlu olmaq kifayət deyil, bu qürurla həm də fəxr etmək lazımdır! Şair mənsub olduğu xalqın poeziyası ilə, bu poeziyaya qida və ilham verən zəngin və qədim klassik şeir ənənələri ilə, Azərbaycanın şeir dilinin gözəlliyi və bəlağəti ilə, xalq bədii təfəkkürünün çoxtərəfli, münbit qaynaqları ilə haqlı olaraq fəxr edirdi: Könlüm yenə bülbül kimi şeydayi-vətəndir, Məcnun edən aşiqləri leylayi-vətəndir, Yüzlərlə gözəl aşiqi olsam da mən amma, Qəlbim yenə də aşiqi-sevdayi-vətəndir. Dünyaya gözəllik verən, əlbəttə, günəşdir, Ondan da gözəl xəlqə təcəllayi-vətəndir! Qoymaz bu müqəddəs yerə biganə toxunsun, Hər kəs ki, sədaqətli bir əbnayi-vətəndir. Tərifi-behişt də bizə səhrayi-vətəndir. Vahid, elə zənn eylə ki, mən Yusifi-əsrəm, Məşuqə mənəm, eşqi-Züleyxayi-vətəndir. Ə.Vahid poeziyası, bütünlükdə həm düşündürücü idraki xüsusiyyəti, həm də zəngin, rəngarəng və incə sənətkarlıq əlamətləri ilə bu böyük, işıqlı amalın-Vətənin xidmətində idi. Ə.Vahid bu gün də həmin idealın xidmətindədir. Ə.Vahid şeiri poeziyamızın inkişafı tarixində xüsusi bir cığırdır, ayrıca məktəbdir. Bu məktəbin yaradıcısı da, davamçısı da şairin özüdür. Bədii sözün və obrazlı təfəkkürün əlvanlıq və dəqiqliyindən, üsul və imkanlarından məharətlə faydalanan şair bizə, təravəti solmayan qiymətli bir mirası yadigar vermişdir. Bu dəyərli xəzinəni göz bəbəyi kimi qoruyub saxlamaq, böyük qayğı və həssaslıqla mühafizə etmək azdır. Əsas vəzifə Ə.Vahid poeziyasının sirrini açmaq, onu şərh etmək və şairi, layiq olduğu dərəcədə oxuculara tanıtdırmaqdır. Ə.Vahid gələcəkli sənətkardır. Müdrik babalarımızın hikmət dolu kəlamından qida almış Ə.Vahid şeiri bu kəlamların ömrü qədər yaşayacaq! Şərq muğamları və Azərbaycan musiqisi ilə əkiz doğulmuş Ə.Vahid qəzəlləri bu musiqilərin özü qədər ölümsüz olacaq! Füzuli dühasının və Füzuli sənətinin son əsrdəki istedadlı davamçısı, klassik fəlsəfi-lirik şeirimizin sonuncu yadigarı, könlünün bütün telləri ilə eşq nəğmələri oxuyan Ə.Vahid məhəbbətin özü kimi köhnəlik, qocalıq görməyəcək. 1970 Məsud Əlioğlu
İsrail səfiri İranın Livanı ABŞ-la danışıqlara tabe etmək cəhdini rədd edib
İranın ərəb qonşuları neft daşımalarını davam etdirmək üçün “qaranlıq” transferlərə üz tutur
Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı bir hücuma cavab verəcək
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin
SEPAH İraqda kürd qruplaşmalarının düşərgəsini vurdu
İranlı deputat: “Sakitlik və sabitliyə gedən yol müharibədən keçir”
İsrail mediası: Hədəflər İran hava məkanına daxil olmadan vurulub
İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
Mahşəhrdə neft-kimya Zavodu vuruldu
Yehiel Leiter: "Hamı İranı idarə edən rejimin davranışından bezib"
İsrail Tehrana hava zərbələrə endirib
İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Təbrizdə qadın məhbus edam edilib
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
ABŞ-nin İranı blokadaya alması Çini neft ehtiyatlarını istifadə etməyə sövq edir
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
15 ildən sonra Azərbaycan Sulduz (Nəqədə) bataqlığı daşıb
94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
FT: İran müharibəsinin inflyasiya təsirinin 2022-ci il səviyyəsinə çatmayacağı gözlənilir
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
El-Ninyo geri qayıdır; bu ilki qeyri-adi yağıntılar davam edəcəkmi?
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
Livan prezidenti İranın müdaxiləsinə sərt reaksiya verdi
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
Yaşar Darüşşəfa Tehranda saxlanılıb
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır