İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana rəsmi səfər edib. Rusiya XİN-dən yayılan rəsmi məlumatda deyilirdi ki, nazirin səfərində məqsəd Ermənistan prezidenti və xarici işlər naziri ilə regiondakı vəziyyəti, iki ölkə prezidentləri arasında ötən ay Moskvada keçirilən görüşün nəticələrini, o cümlədən Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri müzakirə etməkdən ibarətdir. Lavrovun səfəri Rusiyanın Gürcüstana müdaxiləsindən sonra Cənubi Qafqaz regionu ətrafında başlayan gərgin diplomatik trafikin bir hissəsidir. Qeyd edək ki, bölgədə yaranmış yeni vəziyyətlə bağlı Ermənistan, Gürcüstan, Azərbaycan, Türkiyə və Rusiya arasında bir-birinin ardınca diplomatlar və ya dövlət başçıları səviyyəsində səfərlər, danışıqlar olub. Eləcə də ABŞ və Avropadan regiona müntəzəm olaraq yüksək rütbəli rəsmilər səfər edir. Rusiya xarici işlər nazirinin İrəvana ziyarəti isə ABŞ dövlət katibinin birinci müavini, Dövlət Departamentində təhlükəsizlik məsələlərini kurasiya edən Con Neqropontenin Bakıya səfəri ilə eyni vaxta təsadüf edir. Neqroponte də regiondakı vəziyyəti, Dağlıq Qarabağ münaqişəsini və ABŞ üçün hazırda başlıca məsələ olan enerji məsələlərini müzakirə etmək üçün Bakıdadır. Xatırladaq ki, ötən ay Azərbaycan prezidenti İlham Əliyev də Moskvada səfərdə olub. Bu səfər zamanı Rusiya prezidenti Dmitri Medvedyev bildirmişdi ki, Moskva Qarabağ münaqişəsinin nizamlanması üçün səyləri artırır və yaxın vaxtlarda bu istiqamətdə konkret addımlar atılacaq. ABŞ da öz növbəsində Rusiyanın Gürcüstana müdaxiləsindən sonra regiondakı ən təhlükəli münaqişə olan Qarabağ münaqişəsinin həlli istiqamətində səyləri artırıb. Ötən ay dövlət katibi Kondoliza Raysın tapşırığı ilə onun köməkçisi Metyu Brayza İrəvanda və Bakıda olub. Şübhə yoxdur ki, Vaşinqton və Moskvanın Qarabağ münaqişəsi ətrafında ayrı-ayrılıqda göstərdiyi bu fəallıq onların regiondakı mövqelərini gücləndirmək maraqlarından irəli gəlir. Bir sözlə, Qafqaz uğrunda böyük geosiyasi savaş gedir və bu savaşda Rusiya əvvəlcə tankları, ardınca isə diplomatları işə salıb. Qərbdən isə savaşda hələ ki, diplomatlar öndədir. Bu savaşın təsiri altında Cənubi Qafqaz artıq beynəlxalq diplomatiyanın diqqət mərkəzinə çıxıb. “Azadlıq” radiosunun Brüssel müxbiri Ahto Lobyakas hesab edir ki, eyni vaxtda fəallaşan Birləşmiş Ştatlarla Avropa Birliyi öz aralarında vəzifələri bölə bilərlər. AB-nin 340 nəfərlik missiyası Rusiya-Gürcüstan münaqişəsi ilə bağlı yaranmış vəziyyəti monitorinq etmək üçün Tiflisə gəlib. Belə görünür, Avropa Birliyinin son məqsədi Rusiya qoşunlarının Gürcüstandan tamamilə çıxmasına nail olmaqdır. Müəllif AB-nin xarici siyasət rəhbəri Xavyer Solanadan sitat gətirib: “Mən çox ümid edirəm ki, oktyabrın 10-na Rusiya qoşunları Gürcüstandan çıxacaq. Bu, bizim məqsədimizdir və bunun həyata keçirildiyini görsək çox şad olarıq”. Lobyakas qeyd edir ki, Gürcüstandan bir az kənarda duran ABŞ isə öz diplomatik fəallığını Azərbaycana yönəldib və vitse-prezident Dik Çeyninin səfərindən çox keçməmiş dövlət katibinin müavini Con Neqroponteni Azərbaycana göndərib: “Məlumatlara görə, sentybarın əvvəlində Bakıya gələn Çeynini Azərbaycanda soyuq qarşılayıblar. Bakıdakı Qərb diplomatları deyir ki, neft və qazın qiymətinin qalxmasından varlanan Azərbaycan indi özünə daha arxayındır. Digər tərəfdən, Azərbaycan hazırda Xəzər neftini və qazını Avropaya çatdıracaq yeganə ağlabatan qeyri-Rusiya yoludur. Azərbaycansız ”Nabucco" layihəsi baş tutan deyil." Rusiya-Gürcüstan münaqişəsindən sonra Azərbaycan və Ermənistan gözləmə mövqeyi tutublar. Ermənistana Rusiyadan gələn yeganə yol Gürcüstandan keçir və Yerevan Tbilisi ilə münasibətləri korlamaq istəmir. Elə buna görə İrəvan Rusiyanın qəzəbinə gələ bilər. İrəvanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istiqamətində son fəallığının bir əsas səbəbi odur ki, Gürcüstan-Rusiya münaqişəsi Ermənistanın regionda təcridini gücləndirib. İrəvan isə Ankara vasitəsilə öz təcridini yüngülləşdirmək istəyir. Ancaq bu, baş tutacaqmı? Lobyakas yazır ki, məsələn, Ermənistan Türkiyə ilə dəmiryolunu işə salmaq istəyir. Ancaq həmin dəmiryolu Rusiya şirkətinin əlindədir və Moskva bu dəmiryolu ilə bağlı bütün cəhdlərin qarşısını alır: “Gürcüstana təcavüz edən, Ermənistanı nəzarət altında saxlayan Rusiya Bakıya da təzyiq edir. Moskva Bakıya təklif edib ki, qazını Rusiyaya satsın. Azərbaycan imtina etsə, onda nə olacaq? Məlumatlar var ki, Azərbaycanın şimalında - Dağıstanla sərhəddə Rusiya pasportları alanlar var. Bu, nə qədər ciddidir, hələ demək olmaz, ancaq vaxtilə Cənubi Osetiya və Abxaziya əhalisi Rusiyadan pasport alanda da buna əhəmiyyət verən yox idi”. Siyasət şöbəsi musavat
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Urmuya gələn xarici diplomatlar Azərbaycan milli geyimində qarşılanıb (Video)
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Güney Koreya: Trampın Hörmüz boğazı ilə bağlı müraciəti rədd edilməyib
İranda daha iki məhbus edam edildi
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq