Tehran daha bir səfirlik fəaliyyətini dayandırır
Suriya rəsmiləri Mossadla Türkiyə ilə gərginliyi azaltmaq üçün görüşüb
İranda daha bir etirazçı daha edam edildi
Evin həbsxanasında Güneyli vəkilə tibbi yardım yoxdur
Təbrizdə Güneyli fəal həbsxanaya göndərildi
200 gəmi Hörmüz boğazından keçib
Dollar İranda 200 min tümən həddinə yaxınlaşdı
İranda Starlinkə görə onlarla şəxs həbs edilib
Tehranda Netaniyahu və Trampı "edam etdilər"
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
Sərt xətt tərəfdarı qəzet: Pezeşkian və Qalibaf İranın rəqiblərinə zəiflik siqnalı verir
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
İranın iqtisadiyyat naziri daha çox bankın bağlana biləcəyini bildirib
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Fransa Ukraynaya raket göndərişini sürətləndirir
Rusiya artıq Aralıq dənizində hərbi mövcudluğa malik deyil
İranda çatışmazlıq gündəlik istifadə olunan dərmanlara da çatdı
İranda dollar və sikkənin qiyməti yenidən bahalaşdı
İranın Bəsic komandanı ABŞ-la yenidən danışıqlara qarşı xəbərdarlıq edib
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat
İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
Tikantəpəli körpə “Elxan” adı ilə doğum haqqında şəhadətnaməsiz qalıb
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
Koroğlu sevgisi ilə Təbrizdən Tikantəpəyə velosiped yürüşü və Çəmli Gölün böyük festivalında iştirak
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
İran ordusunun yeni doktrinası qabaqlayıcı zərbələrə imkan verir
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
SEPAH komandanı İranın hücum və müdafiə imkanlarını sürətlə artırmalı olduğunu bildirib
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
İrana bağlı tanker Yəmən sahillərində ələ keçirildi
Tramp: Vaşinqtonun Tehrana qarşı hərbi güc tətbiq etmək imkanı məhdud deyil
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
CENTCOM: İranın dəniz blokadası bərpa olunandan bəri 20 gəmi istiqamətini dəyişib
Hörmüz boğazını Amerika ərazisi hesab edirəm - Tramp
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Urmiya imam-cüməsi: Hökumət qadınların hicabına müdaxiləni davam etdirməlidir
Livan: İranın müdaxiləsi suverenliyimizə təcavüzdür
İsrail və Türkiyə arasında gərginlik artıb
Ankara Netanyahu barədə həbs qərarı çıxardı
6 dəniz qulduru İranin neft tankerini ələ keçirdi
Pezeşkian: Ucuz benzin hökuməti maliyyə məhdudiyyətləri ilə üz-üzə qoyub
Onun haqqında çox oxumuşdum. Elmə gətirdiyi yeniliklər, dünyanın bu yeniliklərdən əldə etdiyi böyük nəticələr və qazanclar içimdə bu dahi alimlə görüşmək, onunla nəzəriyyələri ilə bağlı fikir mübadiləsi aparmaq, çoxlu suallarıma cavab almaq istəyi doğurmuşdu. Çünki bir azərbaycanlı olaraq, bu dahi azərbaycanlı ilə sözün əsil mənasında fəxr edirdim! Hər bir millət dünyaya, bəşər tarixinə bəxş etdiyi böyük insanları ilə fəxr edir. Bü cür insanlar təkcə öz milləti üçün deyil, bütün dünya və insanlıq üçün böyük işlər görür və öz adı kimi, millətinin də adını tarixə yazır. Bəzən bir insan bir millətin dünyaya tanıdılmasında çox böyük rol oynayır və ya oynaya bilər. Mehriban və sadə insan Həmyerlimiz O.Babazadənin və M.Səmədin çəkdiyi çox gözəl bir film "Uzaq və yaxın Lütfi Zadə" filmini seyr etdikdən sonra onunla təkcə dahi alim kimi elmi işlərindən deyil, bir azərbaycanlı kimi də səmimi söhbət etmək istəyirdim. Onunla uzun illərdir yaşadığı və fəaliyyət göstərdiyi ABŞ-ın Kaliforniya Ştatında tanış olduq. Qarşımda bəzilərinin düşündüyü kimi soyuq və uzaq amerikalı alim L.Zadə yox, mehriban və yaxın, sadə azərbaycanlı L.Zadə dayanmışdı. Bu insanda məni ilk heyrətləndirən həddən artıq sadəlik və mehribanlıq idi. Bir neçə dəqiqə ərzində dostlaşıb çox mehribancasına söhbətə başladığımız bu insan adı dünya elminin nəhəngləri ilə bir sırada çəkilən bir alim, qeyri-səlis məntiqin atası hesab olunan Lütfi Zadə idi. Həddən artıq səmimi və mehriban Lütfi Zadə... Dünya elmində inqilab edən dahi azərbaycanlı Maraqlıdır ki, uzaq San-Fransiskoda milli mətbəximizin ən gözəl təamlarının olduğu bir restoranda masa arxasında Azərbaycandan gəlmiş millət vəkilləri, Los-Ancelesdəki baş konsulumuz və konsulluğun əməkdaşları, bir sözlə, soydaşları arasında olmaqdan və söhbətlərdən çox razı görünürdü. Elə biz də... Bu bizim üçün Kaliforniyada keçirdiyimiz görüşlərin bəlkə də ən maraqlısı idi. Azərbaycanla bağlı çoxlu suallar verirdi. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vəziyyətin nə yerdə olması, Azərbaycanın inkişafı, iqtisadi potensialı, ölkəmizin keçdiyi yol, elm, mədəniyyət və bir çox sahələrdə müzakirələr edirdik. Görüş saatlarla davam etdi. Heç kəs ayrılıb getmək istəmirdi. Bizim üçün də onunla söhbət çox maraqlı idi. Masada yerimiz yanaşı olduğundan onunla daha çox söhbət etmək imkanım vardı və bu dahi alimi, azərbaycanlını daha yaxından tanımaq istəyirdim. Qurani-Kərim və qeyri-səlis məntiq nəzəriyyəsi Lütfi Zadənin ən böyük xidməti klassik riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verməsidir - qeyri-səlis çoxluqları təklif etməsidir. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb. Lütfi Zadə alternativ riyaziyyat (qeyri-səlis riyaziyyat) yaratdı! Elmin dili, qeyri-müəyyənlik ölçüsü dəyişdiyindən qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis riyaziyyat və başqa qeyri-səlis elmlər yarandı. Onunla bağlı oxuduğum yazılarda maraqlı bir ifadə vardı. "O, elmdə elə böyük bir inqilab etdi ki, bu nəzəriyyə yayılma surətinə və əhatə dairəsinə görə elmdən çox dini xatırladır". Razılaşmamaq mümkün deyil. Çünki bu gün dünyada belə bir elm sahəsi yoxdur ki, hər il 10-larca beynəlxalq konfranslar təşkil olunsun, 50-dən çox elmi jurnal nəşr olunsun. Bu, Lütfi Zadənin yaratdığı qeyri-səlis məntiq sahəsidir! Fəxr ətməyə dəyər! Allah kainatla zər oynamır və ya həyatla vidalaşan Eynşteynin etirafı Ailəsindən danışırıq. Həyat yoldaşı Fey xanım deyir ki, Nəriman adlı bir oğulları və Stella adında bir qızları var. Həyat yoldaşı onu bütün tədbirlərində, səfərlərində müşayiət edir. Çox mehriban bir cütlükdür, sözün həqiqi mənasında həyat dostu. Lütfi Zadə haqqında bir yazı yazmaq niyyətimi deyirəm. Fey xanım mənə istifadə edə biləcəyim mənbələrdən danışır. Mənbələr isə saysız-hesabsız... Söhbəti yenidən Lütfi Zadənin dünyaya səs salan elmi yeniliklərinin üzərinə qaytarırıq. Lutfi Zadə dünya elminə 5 fundamental nəzəriyyə bəxş edib. "Təəssüratlar nəzəriyyəsi", "Fəza vəziyyətləri nəzəriyyəsi", "Sözlə hesablama nəzəriyyəsi", "Soft Kompüting nəzəriyyəsi", "Qeyri-səlis məntiq və çoxluqlar nəzəriyyəsi" kimi elmi kəşflər dünya elminin inkişafında böyük rol oynayıb. Eyni zamanda, bu gün bu nəzəriyyələr həyatımızın bütün sahələrində çox geniş tətbiq olunur. İnsan kimi düşünmək qabiliyyətinə malik kompyuterlərin, yəni təcrübəyə və elmi biliklərə yiyələnmiş maşınların- süni intellektin yaradılmasında böyük alimin elmi nəticələri böyük rol oynayıb Yaşın fərqi yoxdur 87 yaşının olmasına baxmayaraq, yaşından çox cavan görünür. Bu barədə komplimentlərimizi məmuniyyətlə qəbul edir. Səbəbini düzgün həyat tərzi, düzgün qidalanma, idmanla bağlayır. Əlavə edirik ki, özünün nəzəriyyələrindən yəqin bir insan kimi özü də bəhrələnib. Qeyri-səlis məntiq nəzəriyyəsi onun həyata baxışı, həyat fəlsəfəsi kimi onun bu yaşlara kimi sağlam, gümrah və həyat eşqi ilə dolu yaşamasının əsas səbəblərindəndir. O, bu gün dünyada orijinal ideyalar irəli sürən və yeni elmi istiqamətləri müəyyən edən nadir alimlərdəndir. Onun hər bir əsəri elm aləmində hadisəyə çevrilir. Amma vaxt tapıb Kaliforniyadakı Azərbaycan diasporunun tədbirlərinə də qatılmağa başlayıb. Məsələn, Kaliforniyada fəaliyyət göstərən Amerikalı Azərbaycanlılar Şurasının Berkli Universitetində təşkil etdiyi gənclərin 2-ci akademik forumunda iştirak və çıxış edib. Təbii ki, Berklinin iftixarı olan L.Zadənin bir azərbaycanlı olaraq azərbaycanlıların tədbirində iştirakı çox vacib və əhəmiyyətlidir. Ona baxaraq başqa millətlərin nümayəndələrində azərbaycanlılar haqqında hansı yüksək təssüratların yaranmasını izah etməyə, məncə, ehtiyac yoxdur. Eyni zamanda, onun bu cür tədbirlərdə iştirakının Amerikada yaşayan və ya təhsil alan azərbaycanlılar, azərbaycanlı gənclər üçün böyük bir stimul olmasını da... Təvazökar Lütfi Zadə İnsan kimi çox sadə olan Lütfi Zadəyə baxanda yadıma bir atalar misalımız düşürdü: "Bar verən ağac başını aşağı dikər". Sanki yaratdığı elmi nəzəriyyələrlə dünya elmində inqilabi çevriliş edib onun ümumi mənzərəsini dəyişdirmiş insan o deyil. Sanki ABŞ-ın Berkli şəhərindəki İnformasiya Texnologiyaları üzrə Zadə institutu-ZİFT institutu onun şərəfinə yaradılmayıb, Yaponiya elm adamlarına verdiyi ən yüksək mükafat - "Honda"-nın sahibi o deyil. O, bu ada qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə layiq gorülüb. Lütfi Zadə bu gün dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. O, bir çox akademiyaların fəxri akademiki, universitetlərin fəxri professorudur. Çoxlu sayda cəmiyyət və fondların mükafatlarına layiq görülmüş, medallarla təltif edilib. Əslində onun aldığı mükafatların və layiq görüldüyü medalların tam siyahısını vermək çox çətindir. Çünki bunun üçün səhifələr lazım gələr. Bir azərbaycanlının dünyanın elm sahəsində ən yüksək səviyyədə qəbul olunması və qiymətləndirilməsindən gözəl nə ola bilər? Bu gün dünyada məişət texnikasından tutmuş-qeyri-səlis məntiqli tozsoranlar, paltaryuyanlar, domna sobaları, atom enerji blokları kimi mürəkkəb texnoloji proseslərə, metro qatarları, avtomobillər, vertolyotlar, robotlar kimi dinamik obyektlərin idarə olunmasında qeyri-səlis idarəetmə modeli tətbiq olunur. Yəni Lütfi Zadə nəzəriyyəsi məişətimizdən tutmuş həyatımızın bütün sahələrinə qədər nüfuz edir. Fəxr etməyə dəyər! O, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, Bakı Dövlət Universiteti də daxil olmaqla bir neçə universitetin fəxri doktorudur. Söhbət arası davamçılarından da danışırıq. Azərbaycanın məhşur alimlərindən biri, akademik, ziyalı Rafiq Əliyevin adını çəkib, haqqında çox yüksək fikirlər söylədi. Xanımı isə əlavə etdi ki, onlar həm də ailə dostudurlar, çox yaxşı münasibətləri var və vaxtaşırı görüşürlər. Rafiq müəllimin beynəlxalq səviyyədə qəbul edilən bir alim olduğunu bilirdik, amma dahi alim Lütfi Zadənin bu cür qiyməti bizi də sevindirdi (Yeri gəlmişkən, bu yazının hazırlanmasında Rafiq Əliyevin Lütfi Zadə ilə bağlı müəyyən fikirlərindən qaynaq kimi istifadə olunub). Unudulmaz axşam Çaylarımızı içib qurtarsaq da saatlarla davam edən və gecə yarısına qədər uzanan söhbətimizi heç kəs tərk etmək istəmirdi. Masamıza bir nəfər xarici vətəndaş yaxınlaşır. Lütfi Zadənin əlini sıxaraq, onunla görüşməkdən şərəf duyduğunu deyir. Masaya yaxınlaşan insan alimin onu tanımadığını görüb, "siz məni tanımırsınız, amma biz sizi çox yaxşı tanıyırıq və qiymətləndiririk" deyir. Bir insan üçün bundan böyük nə xoşbəxlik ola bilər! Xatirə şəkilləri çəkdirdik. Ona həddiyə edilən Azərbaycan musiqisi disklərinə çox sevindi. Musiqimizi çox sevdiyini və daim qəlbində və evində yaşatdığını dedi. Ayrılmaq vaxtıdır. Amma söhbətimizi küçədə də davam etdiririk. Gözəl bir avqust gecəsi idi. "İndi Bakıda gözəl hava var, lap buranın havası kimi, Bakı üçün yaman darıxdım" deyirəm. Baxıb gülümsəyir. Hamımız bir ağızdan "Bakıda görüşənədək" deyirik. Və son... Mən dahi azərbaycanlı alim Lütfi Zadə ilə fəxr edirdim, onunla görüşdən sonra isə həm də qürur duydum. Məncə, siz də. İnanıram ki, bu gün informasiya texnologiyaları sahəsini özünün prioritetlərindən biri hesab edən Azərbaycan, onun elm aləmi, bütün vətəndaşları üçün böyük alimin tövsiyə və məsləhətləri çox əhəmiyyətli olardı. Elə onun Azərbaycana səfərləri də... Ayrılanda "Azərbaycanda görüşənədək" demişdik. Azərbaycanda görüşənədək, dahi və sadə azərbaycanlı Lütfi Zadə! PS. Məqalə ixtirasla verilib və Lent.az saytından götürülüb. Qənirə PAŞAYEVA, Millət Vəkili
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
Marağada 14 iaşə obyekti bağlandı
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
Abbas Lisaninin həyat yoldaşı Kəşfiyyat İdarəsinə çağırıldı
İran bayrağını yandıran tələbələr universitetdən qovuldu
Vəziyyəti ağırlaşan milli fəalın müalicəsinə icazə verilmir
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İran Məsrur Bərzaninin ofisinə iki dronla hücum etdi
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
İran vitse-prezidenti: Sanksiyalar kölgə neft ticarətini, fırıldaqları və maraq qruplarını gücləndirir
47 iranlı İsrailə köçdü
Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
Azərbaycan İran müharibəsi zamanı İsrail qüvvələrinin ölkədə yerləşdirilməsi barədə xəbərə görə CNN-i məhkəməyə verib
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
İranlı qadın müğənniyə həbs cəzası verildi
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat
AlArabiya: Yəməndə PUA hücumları və toqquşmalarda 200-dən çox Husinin öldürüldüyü bildirilir
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İki şəhərdə üç məhbus edam edildi