Tehran daha bir səfirlik fəaliyyətini dayandırır
Suriya rəsmiləri Mossadla Türkiyə ilə gərginliyi azaltmaq üçün görüşüb
İranda daha bir etirazçı daha edam edildi
Evin həbsxanasında Güneyli vəkilə tibbi yardım yoxdur
Təbrizdə Güneyli fəal həbsxanaya göndərildi
200 gəmi Hörmüz boğazından keçib
Dollar İranda 200 min tümən həddinə yaxınlaşdı
İranda Starlinkə görə onlarla şəxs həbs edilib
Tehranda Netaniyahu və Trampı "edam etdilər"
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
Sərt xətt tərəfdarı qəzet: Pezeşkian və Qalibaf İranın rəqiblərinə zəiflik siqnalı verir
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
İranın iqtisadiyyat naziri daha çox bankın bağlana biləcəyini bildirib
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Fransa Ukraynaya raket göndərişini sürətləndirir
Rusiya artıq Aralıq dənizində hərbi mövcudluğa malik deyil
İranda çatışmazlıq gündəlik istifadə olunan dərmanlara da çatdı
İranda dollar və sikkənin qiyməti yenidən bahalaşdı
İranın Bəsic komandanı ABŞ-la yenidən danışıqlara qarşı xəbərdarlıq edib
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat
İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
Tikantəpəli körpə “Elxan” adı ilə doğum haqqında şəhadətnaməsiz qalıb
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
Koroğlu sevgisi ilə Təbrizdən Tikantəpəyə velosiped yürüşü və Çəmli Gölün böyük festivalında iştirak
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
İran ordusunun yeni doktrinası qabaqlayıcı zərbələrə imkan verir
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
SEPAH komandanı İranın hücum və müdafiə imkanlarını sürətlə artırmalı olduğunu bildirib
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
İrana bağlı tanker Yəmən sahillərində ələ keçirildi
Tramp: Vaşinqtonun Tehrana qarşı hərbi güc tətbiq etmək imkanı məhdud deyil
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
CENTCOM: İranın dəniz blokadası bərpa olunandan bəri 20 gəmi istiqamətini dəyişib
Hörmüz boğazını Amerika ərazisi hesab edirəm - Tramp
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Urmiya imam-cüməsi: Hökumət qadınların hicabına müdaxiləni davam etdirməlidir
Livan: İranın müdaxiləsi suverenliyimizə təcavüzdür
İsrail və Türkiyə arasında gərginlik artıb
Ankara Netanyahu barədə həbs qərarı çıxardı
6 dəniz qulduru İranin neft tankerini ələ keçirdi
Pezeşkian: Ucuz benzin hökuməti maliyyə məhdudiyyətləri ilə üz-üzə qoyub
Hörmətli həmvətənlər; Dünyada, regionda və Güney Azərbaycanımızda gedən son ayların hadisələri, bizi bir daha Güney Azərbaycanda olan fəal qüvvələri toplaşdırıb birgə siyasi birliyə və əməkdaşlığa cəlb etməyə daha da artıq sövq edir. İnanırıq ki, məsuliyyət hiss edən hər bir güney azərbaycanlı belə bir əməkdaşlığa can atır və Güney Azərbaycanımızda hökm sürən acınacaqlı vəziyyəti aradan qaldırmağa yeni cəhdlər edir. Əməkdaşlıqların dairəsi nə qədər geniş, effektiv və əsas məsələlər üzrə təşkil tapırsa, o qədər də ölkəmizin və xalqımızın milli qurtuluşu, rifahı və uzun illərdən bəri qalmış problemlərinin həlli yolunda mühüm addımlar atıla bilir. Dünyada gedən ziddiyyətli cahanşumul proseslərə nəzər saldıqda, görünür ki, tarix boyu hər zaman bəşəriyyət, inteqrasiya və vahid siyasi-iqtisadi-mədəni məkanın bir hissəsi olmağa can atmışdır. Buna baxmayaraq, münaqişələr və müharibələr böyük fəlakətlər gətirmişdir. XX əsrin özündə dünyada bölgələrarası iqtisadi-mədəni, siyasi-hərbi, geosiyasi-demoqrafik əlaqələr gücləndiyi halda, bugün həmin proseslər həm yerli hərbi toqquşmalarla və həm də siyasi böhranlı vəziyyətlərlə müşayiət olunur. Böyük dövlətlər lazımı qədər hər bir bəhanədən sui-istifadə edərək, qəddarcasına işğalçılıq və qarətlə məşquldurlar. İnsanın insan üzərində əsarəti hələ də mövcuddur. İstemar, istibdad, istismar və yeni-istemar, əsarətin müxtəlif növləri olaraq militarizm, şovinizm, rassizm, assimilasiya, diktatorluq şəkillərində büruzə verilirlər. Əziz qardaş və bacılar! Son ay yarımda məntəqəmizdə gedən həssas siyasi və hərbi əməliyyatlar dediklərimizə canlı sübutdur. Avqustun 7-dən başlayaraq Rusiyanın hərbi təyyarələri Gürcüstan ərazisini bombalamış və daha sonra Gürcüstan Respublikasının daxilində olan Cənubi Osetiya bölgəsində və oradan Gürcüstan dövlətinə qarşı silahlı əməliyyatlar aparmışdır. SSRİ dağıldıqdan sonra, Rusiya, Gürcüstan dövləti ilə razılaşmadan, Cənubi Osetiya, Acariya və Abxaziya bölgələrinə “sülhməramlı qüvvələr” bəhanəsi ilə qoşun yerləşdirərək, beynəlxalq hüquq normalarını pozmuşdur. İlk başda Rusiya, BMT və Avropa Birliyini buna razılıq verməyə məcbur etmişdi. Cari ilin avqustunun əvvəlində isə, Rusiya, Saakaşvilinin siyasi təcrübəsizliyindən lazımı bəhanə əldə etdi. Bildiyimiz kimi, Qafqaziya, yeraltı və yerüstü sərvətlər, əski mədəniyyət, işgüzar insanlar və coğrafi nöqtei-nəzərdən stratejiki məntəqədir. Elə buna görə də xüsusən son yüzillər istemarçı qüvvələrin iştirakı ilə keşməkeşli həyat sürmüşdür və bugün də bu keşməkeş davam edir. Regionda hakim olan Sovet İmperasiyası dağıldıqdan sonra, onun inhisarçılıq roluna çox ciddi xələl gətirən müstəqil Azərbaycan və Gürcüstan dövlətləri, həmin imperiya tərəfindən müharibələrə məruz qalmış, Dağlıq-Qarabağ, Abxaziya, Cənubi Osetiya kimi münaqişələrlə rastlaşmışlar. Regionun neft və qaz qaynaqları, təkcə Rusiya İmperiyasının yox, bəlkə dünyanın superdövlətlərinin bu məntəqədə marağını qazanmışdır. Bu qaynaqların böyük hissəsinin Azərbaycan Respublikasında yerləşdiyi hamıya məlumdur – ki, əgər regionda sülh şəraiti davam edərsə, şimallı qardaşlarımızın hərtərəfli inkişafında mühüm rol oynaya biləcəkdir. Bu sərvətləri başqa xalqların məsrəfinə vermək üçün, Bakı-Tiflis-Ceyhan neft borusu, Azərbaycan, Gürcüstan və Türkiyənin geo-iqtisadi nöqtei nəzərdən birləşməsinə maraq yaradıbdır. Ancaq, Rusiya özünü hələ də bu maraqda səhmdar sayır. SSRİ dağıldıqdan sonra, Rusiyanın son 20 illik daxili böhranı bu marağın üzə çıxmasına imkan vermirdi. Neftin dünyada qiymətinin bahalığı və bu yoldan Rusiyanın əldə etdiyi pul, onun millitaristi və imperialisti məqsədlərinin aşkara çıxmasına imkan verir və son bir ayda Çində Olimpia oyunları gedən bir zamanda, Rusiya, ABŞ və Qərb ölkələrinin Gürcüstanda təzahür etdiyi maraq toqquşması dünya ictimaiyyatını bir daha diskindirdi. Gürcüstan torpaqlarına Rusiyanın zorakı və qanunsuz müdaxiləsi, həm də beynəlxalq ictimaiyyətdə ciddi narazılıqla qarşılandı. Sivil toplumlar, Kremlin bu hərəkətini onun XXI əsrin dəyərlərinə feodal münasibəti və yeni qəsbkarlıq siyasətinin başlanğıcı kimi dəyərləndirdilər. Gürcüstana hücum, Rusiyanın dünyadakı imecini zərbə altında qoydu. Rəsmi Moskvanın bu zorakı müdaxiləyə bəraət qazandırmaq cəhdlərinin isə uğurlu və ya uğursuz olmasını, gələcək daha aşkarca göstərəcəkdir. Ancaq, biz, güney azərbaycanlılar olaraq, həmişə bütün problemli məsələlərin sülh yolu ilə həllinin tərəfdarı olduğumuzu bildirmişik. Danışıqlar üçün bütün imkanlar tükənmədiyi halda, Gürcüstan, Cənubi Osetiyada güc tətbiq etmək istəyinə düşdü. Rusiya da bundan istifadə edib müstəqil dövlətin ərazisini işğal etdi, bununla da bütün beynəlxalq dəyər və normalara sayğısızlıq, etinasızlıq nümunəsi göstərdi. Belə bir vəziyyətdə Azərbaycan dövləti qarşı duran tərəfləri sülh danışıqlarına dəvət etdi. Qonşuları ilə sülh şəraitində yaşamağın tərəfdarı olan Azərbaycan Respublikasının istəyi, dinc şəraitdə yaşamaqdan ibarətdir və tələbi hər hansı problemli məsələdə qonşularının dil tapmalarıdır. ABŞ və Avropa dövlətləri isə, Rusiyanın təcavüzünün qarşısında 6 maddəlik layihə hazırlayaraq möhtəvaca zəif mövqe tutdular. BMT-də bu məsələni müzakirə edən vaxt, böyük dövlətlərin siyasi mənafei üz-üzə gəlsə də, nəhayət Rusiyanın bu əməli Qərb tərəfindən mənfi qarşılansa da və onun Böyük Səkkizlikdən çıxarılması, Beynəlxalq Ticarət Dünyasına girməsinin qarşısının alınması, Rusiyada sərmayə yatırımının dayandırılması, yeni texnologiyanın Rusiyaya idxalına qadağa qoyulması, Avropa Şurasından çıxarılması, Soçidə Olimpia oyunlarının keçirilməsinin boykot edilməsi və s kimi təkliflər irəli sürülsə də, Rusiya onlara qarşı əməliyyatına lazımı qədər imkanlarından istifadə etmək fikrindədir. O cümlədən Avropaya neft və qazın buraxılmasının qarşısını alması, Əfqanistanda müharibənin dərinləşdirilməsinə yardım göstərməsi, İsrailə qarşı olan ölkələri artıq modern silahlarla silahlandırması, İranın atom dosyasında Qərbə qarşı mövqe və İranın kənarında dayanmasını rus dövlət dairələri vurğulayır. Mübariz həmvətənlər! Gürcüstanda baş verən hadisə, dövlətlər və millətlər arasında hərhansı regional və beynəlxalq dəyişikliklərin qığılcımı olursa, biz bu regionda mənafeimizi qorumağı bacarmalıyıq. Rusiyadakı İran Araşdırmalar Mərkəzinin sədri Rəcəb Səfərov bugünlər öz araşdırmalarının birində mənafeimizə zidd olan belə bir təklif edibdir ki, İran-Rusiya yeni alliansının yaranması stratejiki bölgələr olan “Şərqi Azərbaycan” əyalətində və Qişm adasında Rusiyanın iki hərbi baza yaratması ilə nəticələnə bilər. Səfərov qeyd edir ki, bununla, Azərbaycan Respublikası, Türkiyə və Gürcüstanı Rusiya öz kontroluna alaraq məlumatları rəsmi Tehranla paylaşır. Hörmətli soydaşlar! Bu kimi proyektlərin həyata keçirilməsinin qarşısını almaq üçün, biz güney azərbaycanlılardan daha da ayıqlıq tələb olunur. Çünki bu proyektlər, Rusiyanı Qafqaz regionunda 1907-ci illərdən əvvəl oynadığı rolu təkrarlamasına gətirib çıxarmağa sövq edir. Avropa və ABŞ gücünə qarşı çıxan Rusiyanı özünə dayaq görən İran İslam Republikası, onun Gürcüstandakı hərəkətlərindən sevinir. Elə məhz yuxarıdakı proyektin təkmilləşməsi, Avropa - ABŞ qüdrətinə qarşı, Rusiya – Çin – İran İslam Respublikası gücünün ortaya çıxması mətbuatda səslənir. Belə bir halda regionda yeni siyasi coğrafiyanın müəyyənləşə biləcəyini nəzərə alaraq, Güney Azərbaycanın öz müqəddəratını təyyin etməsi üçün, geniş miqyasda əməkdaşlıq və siyasi birliyi təmin etməliyik. Dəyərli soydaşlar! Qafqaziyada baş verən hadisələr, Azərbaycanın dostlarını da təsir altına salır. Türkiyə prezidenti Abdulla Gülün 6 sentyabr “Ermənistan”a səfəri, məhz Rusiyanın təklifi ilə baş tutur. Belə ki, ilk növbədə - “Ermənistan” müstəqil deyil və ona görə də öz təşəbbüsü ilə Türkiyə rəsmisini dəvət edə bilməzdi. Türkiyə ilə müəyyən razılaşmalar əldə edən Rusiya, Qafqaz İttifaqı layihəsi çərçivəsində, ona Qafqaziyada müəyyən imkanlar yaratmağa vəd edir. Azərbaycanlıların əksəriyyəti isə Gülün səfərinin, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına mənfi təsir göstərəcəyini düşünərək, Türkiyənin “Ermənistan”la qeyd-şərtsiz əməkdaşlıq qurmağa başlamasını pislədilər. Belə ki, qardaşı Azərbaycan Respublikasının 20% torpaqlarını işğal edən, oradan milyondan artıq Azərbaycan türkünü sürgün salan və etnik təmizləməyə məruz qoyan, Türkiyənin ərazi bütövlüyünü tanımayan, qondarma soyqırım iddialarından əl çəkməyən “Ermənistan”a səfər, Türkiyə tərəfindən tam təktərəfli güzəşt kimi qiymətləndirilir. Bunlara baxmayaraq, Türkiyə prezidentinin İrəvan səfəri, nəyisə dəyişmək gücündə də deyil – belə ki, Türkiyə ordusu, əhalisi və hakim elitası, Azərbaycanın maraqlarını erməni iddialarına qurban verməyə yol verməyəcəyini düşünürük. Bunlarla yanaşı, Türkiyə prezidentinin “Ermənistan” səfəri ilə bağlı Daşnaktsütyun partiyasının İrəvanda keçirdiyi etiraz aksiyaları, həmin səfərin heç də rahat keçmədiyini göstərir. Futbol oyunu zamanı Türkiyə dövlət himni ifa olunarkən və Türkiyə bayrağı stadiona gətirilərkən stadionu fit səslərinin bürüməsi, buna əlavə nümunədir. Türkiyə başnazirinin təklif etdiyi, Qafqazda ölkələrarası problemlərin diplomatik yolla həll olunmasını hədəf tutan Qafqaz İstiqrar və Əməkdaşlıq Platformu – Qafqaz İttifaqı layihəsi, Türkiyə prezidenti tərəfindən dəstəklənsə də, Türkiyə müxalifət partiyalarının “bu ittifaq Rusiyanı gücləndirəcəkdir” arqumenti ilə haqlı etiraza səbəb olmuşdur. Aydındır ki, Rusiya gücləndiyi halda ondan asılı olan İran İslam Respublikası da güclənir və Tehran rejiminin güclənməsi, onun hesabına yaşayan işğalçı “Ermənistan”ı da ayaqda tutur. Biz, məntəqədə hərhansı inteqrasiyanın əleyhinə deyilik. Lakin, bu inteqrasiyada birinci növbədə azərbaycanlıların milli mənafei nəzərdə alınmalıdır. Bundan əlavə, gündən-günə İranda hakim olan şovinist, fanatik, diktator və sülh və əmniyyət və demokratiyaya qarşı olan mövcud rejim, hərhansı daxili və xarici fürsətdən istifadə edib və xalqımızı əsarət altında saxlamağa, assimilasiya siyasətini tətbiq etməyə, milli-mədəni və insani haqlarını pozmağa və sinfi və siyasi azadlıqlara yol verməməyə cəhd göstərir. 23 sentyabr məktəblərin açılışı ərəfəsində onlarca soydaşlarımızı (o cümlədən Əlirza Sərrafi, Əkbər Azad, Həsən Raşidi, Səyid Məhəmmədi Muğanlı, Həsən Rəhimi Bayat, Hüseyn Heydəri, Abbas Nəimi, Mehdi Nəimi və Səyyad Məhəmmədianı) həbs etmək və azərbaycanlıların öz ana-dillərində ibtidai məktəbdən tutmuş universitetə qədər ana dilində dərs keçməkdən yenə də məhrum qalmaları onu göstərir ki, mövcud İran İslam Respublikasına hər hansı bir güzəşt, müsalihə, reform və qanunaehtiram hətta öz qoyduğu qanunlara da ondan hörmət gözləmək bihudə və yersizdir. 63 il bundan əvvəl Pişəvəri Höküməti tərəfindən Azərbaycan türkcəsi rəsmi dil elan olundu. Pişəvəri Höküməti də Mərkəzi Dövlət vasitəsi ilə “Müzəffər Firuz – Pişəvəri Müqaviləsi” əsasında rəsmiyyətə tanındı. Ancaq, bugünə qədər Ana Dilində təlim və tədris haqqı, həm Şah və həm Xumeyni rejimləri vasitəsilə rəayət edilməmiş və diktatorcasına birtərəfli olaraq müqavilə pozulmuşdur. Xalqımız, özünə aid olan milli, mədəni, iqtisadi, siyasi və insani haqlarını ancaq mübarizə ilə əldə etməlidir və bu mübarizə xalqımız arasında rejimə qarşı geniş əməkdaşlıq və birlik vasitəsi ilə həyata keçə bilir. Xalqımızın müxtəlif qişr, zümrələr, təbəqələr, siyasi və mədəni qüvvələr arasında əməkdaşlıq və ittihadını təmin etmədən, istənilən nəticə əldə edilməyəcəkdir. Nə zindanilər azad ola bilər, nə də ki məktəblərdə ana dili tədris olunar. Hörmətli həmvətənlər! Gəlin birlikdə bir səslə söyləyək: Azərbaycanlı məhbuslar zindandan azad olunsun! Ana dilimiz rəsmi dil elan edilib, məktəblərdə tədris olunsun! Güney Azərbaycanda siyasi qüvvələr birləşsin! Güney Azərbaycan xalqının birliyi təmin edilsin! Güney Azərbaycanlılar öz milli müqəddəratını özləri təyyin etsin! Güney Azərbaycan Siyasi Birlik və Əməkdaşlıq Komissiyası (GASBEK): Abdulla Əmir Haşimi (Cavanşir) Firidun Pərvizniya Maşalla Rəzmi Məhəmməd Müştaq Dr Nurəddin Qərəvi 19/09/2008 baybak
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
Marağada 14 iaşə obyekti bağlandı
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
Abbas Lisaninin həyat yoldaşı Kəşfiyyat İdarəsinə çağırıldı
İran bayrağını yandıran tələbələr universitetdən qovuldu
Vəziyyəti ağırlaşan milli fəalın müalicəsinə icazə verilmir
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İran Məsrur Bərzaninin ofisinə iki dronla hücum etdi
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
İran vitse-prezidenti: Sanksiyalar kölgə neft ticarətini, fırıldaqları və maraq qruplarını gücləndirir
47 iranlı İsrailə köçdü
Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
Azərbaycan İran müharibəsi zamanı İsrail qüvvələrinin ölkədə yerləşdirilməsi barədə xəbərə görə CNN-i məhkəməyə verib
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
İranlı qadın müğənniyə həbs cəzası verildi
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat
AlArabiya: Yəməndə PUA hücumları və toqquşmalarda 200-dən çox Husinin öldürüldüyü bildirilir
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İki şəhərdə üç məhbus edam edildi