Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
"Ermənilər bilirlər ki, bütün hallarda Türkiyə üçün əsas məsələ Azərbaycanın ərazi bütövlüyü məsələsidir" Prezident Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi Bakının Türkiyənin vasitəçi kimi Dağlıq Qarabağ münaqişəsinin həllində daha yaxından iştirak etməsini istədiyini bildirib. Ancaq şöbə müdiri İrəvanın bununla razılaşacağına inanmadığını söyləyib. Qeyd edək ki, Türkiyə prezidenti Abdulla Gül futbol oyununa baxmaqla bağlı ermənistanlı həmkarı Serj Sərkisyanın dəvətini qəbul etdikdən və İrəvana getdikdən sonra münasibətlərdə bir yumşalma meyli hiss olunur. Bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri-Elmar Məmmədyarov və Edvard Nalbandyan da Nyu-Yorkda məhz Ankaranın təşəbbüsüylə bir araya gəlir. Görüşdə Türkiyənin xarici işlər naziri Əli Babacan da iştirak edəcək. Ramiz Mikayıloğlu Bəs münasibətlərdə müşahidə olunan tendensiya İrəvanın Ankaranın vasitəçiliyinə etiraz etməməsiylə sonuclana bilərmi? "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Minsk qrupunda həmsədrlər institutu formalaşdırılan mərhələdə Bakı Türkiyəni də bu sırada görmək istədiyini bildirib. Ancaq Minsk qrupunda qərarlar konsensusla qəbul olunluğundan və İrəvan bu təklifin əleyhinə çıxdığından məsələ baş tutmayıb. ABŞ, Rusiya və Fransa hər iki münaqişə tərəfinin razılığıyla həmsədr postuna yiyələniblər. O hesab edir ki, hazırda Ankara-İrəvan münasibətlərində yumşalma olsa da, ermənilərin Türkiyənin Minsk qrupunda həmsədrliyinə razılaşmaları yenə də inandırıcı deyil: "Həqiqətən hazırda türklərlə ermənilər arasında təmaslar var, dialoq gedir. Ancaq mən Ermənistanın Türkiyənin həmsədrliyinə müsbət yanaşacaq mövqe sərgiləyəcəyinə inanmıram. Ermənilər bilirlər ki, bütün hallarda Türkiyə üçün əsas məsələ Azərbaycanın ərazi bütövlüyü məsələsidir". Elxan Şahinoğlunun qənaətinə görə, əslində həmsədr olmaq Türkiyənin arzusu da deyil. 10 ildən çox dövr göstərdi ki, Minsk qrupunda həmsədrlik institutu da heç bir nəticəyə gətirib çıxarmır: "Əslində "Qafqaz Əməkdaşlıq və Sabitlik Platforması"nın yaradılması ideyasının irəli sürülməsi, Bakı və İrəvanla danışıqlar aparılması Ankara üçün yetərlidir". Yeri gəlmişkən, Türkiyə prezidenti Abdulla Gül BMT Baş Assambleyasının 63-cü sessiyasında çıxışı zamanı "Qafqaz Əməkdaşlıq və Sabitlik Platforması"nın yaradılmasının Dağlıq Qarabağ problemi də daxil olmaqla, "dondurulmuş münaqişələr"in həllinə kömək edəcəyini bəyanlayıb. Türkiyə prezidenti bu təşəbbüsə BMT səviyyəsində dəstək verilməsini istəyib. Ancaq "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri BMT səviyyəsində "Qafqaz Əmkədaşlıq və Sabitlik Platforması" ideyasına dəstək verilsə belə, bunun ciddi nəticə doğuracağına inanmır. O xatırlatdı ki, bu Platformanın yaradılmasını Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rusiyanın Gürcüstana hərbi müdaxiləsi dönəmində gündəmə gətirib. Bu, Qafqazda ATƏT-ə bənzər bir qurumun yaradılmasını, həmin ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsini nəzərdə tutub. Həmin məqsədlə Rəcəb Tayyib Ərdoğan Moskva, Tiflis və Bakıya səfərlər edib. Moskva sanki bu ideyaya razı olduğunu göstərib, Rusiya xarici işlər naziri Sergey Lavrov müzakirələr üçün həmkarı Əli Babacanla görüşmək məqsədilə Türkiyəyə də gəlib. Ancaq Ərdoğanın Moskvaya səfərinin üstündən bir neçə gün keçməmiş Rusiya Gürcüstanın separatçı ərazilərinin-Cənubi Osetiya və Abxaziyanın "müstəqilliyini" tanıyıb: "Faktiki o gündən Türkiyənin "Qafqaz Əməkdaşlıq və Sabitlik Platforması" ideyasının üstündən xətt çəkmək olardı. Türkiyənin ideyasının ana xətti ölkələrin ərazi bütövlüyülə bağlıydı. Amma Rusiya Gürcüstanın ərazi bütövlüyünə hörmətsizlik göstərərək, Cənubi Osetiya və Abxaziyanı tanıyaraq Tiflislə münasibətlərini elə duruma salıb ki, bu münasibətləri yaxın illərdə belə yoluna qoymaq mümkün olmayacaq. O halda Türkiyənin ideyası necə gerçəkləşə bilər? Bölgədə 4 dövlət var ki, bir-biriylə yola getmir. Azərbaycanla Ermənistan arasında problem olduğu kimi qalır, Rusiya və Gürcüstan münasibətləri haqqında da danışdıq". Amma bir çox müşahidəçilər Türkiyənin son fəallığını faktiki Bakı və İrəvan arasında vasitəçilik kimi dəyərləndirirlər. Elxan Şihinoğlu da bu qənaəti müəyyən qədər bölüşür: "Nyu-Yorkdakı görüşə Əli Babacan da qatılacaq. Yəqin ki, bu vasitəçilik Türkiyənin özünə də lazımdır. Düzdür, türk rəsmilər deyirlər ki, onlar üçün Azərbaycan, Dağlıq Qarabağ məsələsi daha önəmlidir, amma Ankaranın özünün də siyasi maraqları var. Çünki Türkiyə beynəlxalq aləmdə "erməni soyqırımı" məsələsinin hər zaman gündəmdə saxlanmasından bezib və Ermənistanla təmas qurmaqla sanki bu mövzunu gündəmdən çıxarmağa çalışır. Ona görə də Ankaranın Bakı və İrəvan arasında vasitəçiliyinin real nəticəyə gətirib çıxaracağına inanmıram". Ekspert erməni saytlarını, türklərlə təmaslara münasibətini də izləyib: "Ermənistanda iqtidar və müxalifət Türkiyəylə münasibətlərin normallaşmasına müsbət baxsalar da, açıq şəkildə vurğulayırlar ki, Dağlıq Qarabağ məsələsində bir addım belə geri çəkilməyəcəklər. Türkiyənin "soyqırım"ın araşdırılması üçün ortaq komissiyanın yaradılması barədə təklif var. Ermənilər ona da getməyəcəklərini bəyanlayırlar. Bunu əsaslandırırlar ki, Türkiyənin təklifiylə razılaşıb ortaq komissiya yaratsalar, "soyqırımı" tanıyan dövlətləri pis vəziyyətdə qoyacaqlar. Görünür ki, İrəvan prinsipial məqamlardan geri çəkilməyəcək. Ona görə də mənə elə gəlir ki, hansısa həddə Türkiyənin bu təmasları və təklifləri dalana dirənəcək".
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı