Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
BBS-in müxbiri Eldar İsmayılzadə Ermənistan prezidenti Serj Sərkisyanın heç bir ifadəsinin təhrif olunmadığını bildirib. Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarkisyan BBS radiostansiyasının Azərbaycan xidməti tərəfindən yayılan və ölkədə geniş rezonans doğuran açıqlamalarına düzəliş edib. Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada qeyd olunub ki, o, BBS əməkdaşı ilə söhbəti zamanı investisiyalar qoyulsa, gələcəkdə Dağlıq Qarabağın bəlkə Azərbaycanın tərkibində qalmağa razılıq verə biləcəyini deməyib. Eldar İsmayılzadə isə yazdıqlarına cavabdeh olduğunu söyləyib. O, Serj Sərkisyanın erməni dilində dediklərinin, yəni səs yazısının radioda saxlandığını nəzərə çatdırıb: "O, erməni dilində deyib və ingilis dilinə tərcümə olunub. Ramiz Mikayıloğlu Ermənistan prezidentinin dedikləri hər sözünə qədər BBS-nin Azərbaycan xidmətinin saytında yerləşdirilib. Mən bu gün də tərcüməçi ilə danışmışam. O da mənə bildirdi ki, Serj Sarkisyanın heç bir ifadəsi təhrif olunmayıb". O da maraqlıdır ki, "Mediamaks" agentliyinin yaydığı məlumatda da Ermənistan prezidentinin suala cavab zamanı "investisiyalar qoyulsa, gələcəkdə Dağlıq Qarabağın bəlkə Azərbaycanın tərkibində qalmağa razılıq verə bilər" sözləri yer alıb. Bütün bunların fonunda Serj Sərkisyanın nədən dediklərini bir gün sonra təkzib etməyə çalışması suallar doğurmaya bilməz. Azərbaycanlıların yurd-yuvalarından qovulmasında, Xocalı qətliamında belə iştirak etmiş bu şəxs nəyə görə əvvəlcə Qarabağın Azərbaycanın tərkibində qalması mümkünlüyündən söz açır, sonra tez-tələsik belə ifadə işlətmədiyini bəyanlayır? Digər tərəfdən, BBS kimi nüfuzlu radiostansiyalar belə açıqlamaların səs yazısını bir müddət saxlayır və Ermənistanda prezident kürsüsündə oturan şəxsin də bunu bilməsi lazımdır. Deməli, əvvəlcə və bir gün sonra Serj Sərkisyanı danışdıran səbəblər fərqli olub. Həmin səbəblərə gəlincə, bir məqama diqqət yetirmək lazımdır. Hələ Türkiyə prezidenti Abdulla Gül Ermənistana səfərə gəlməzdən əvvəl Qərb mətbuatı yazırdı ki, "Nabucco" kəməri Ermənistandan keçə bilər. Bu, Gürcüstanda vəziyyətin o qədər də etibarlı olmamasıyla əsaslandırılırdı. Sonradan Türkiyənin xarici işlər naziri də "Nabucco" layihəsinin bu ölkədən keçməklə reallaşmasını mümkün saydıqlarını dilə gətirdi. Ötən gün Türkiyənin "Star" qəzeti ABŞ və Avropanın boru xəttinin Ermənistandan keçməsini istədiklərini yazıb. Qəzet indi Ankaranın cavabının gözləndiyini bildirir. "Nabucco" layihəsində Ermənistanın iştirakı üçün Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi irəliləyiş olmalı və bu irəliləyiş həm də Azərbaycanı razı salmalıdır. Sözsüz ki, status məsələsinin dərhal çözülməsini Qərb də mümkün saymır. Ancaq ABŞ və Avropa Birliyinin əvvəlki bəyanatlarından da bəllidir ki, bu güc mərkəzləri Qarabağ münaqişəsinin həlli üçün həm böyük həcmdə pullar xərcləməyə hazırdır, həm də qısa müddətdə iqtisadi əlaqələrin bərpasını zəruri sayırlar. İrəvanın hansısa inkişaf ssenarisi nəticəsində Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasıyla razılaşması müqabilində "Nabucco"nun bu ölkədən keçməsinə qərar verilməsi də kifayət qədər "böyük mükafatdır". Belə görünür ki, Abdulla Gülün səfərindən sonra Serj Sərkisyanın dilini də "Nabuco" təklifi açıb. Ancaq Serj Sərkisyanı prezident kürsüsündə əyləşdirən Moskvaya belə bəyanat xoş gəlməyib. Nəticədə, Rusiyanın vassalı olan Ermənistanın hakimiyyəti tez-tələsik mövqeyində korrektələr edib. Yeri gəlmişkən, Ermənistanda hakim koalisiyada təmsil olunan "Daşnaksütun"un nümayəndəsi, deputat Alvard Petrosyan mətbuat konfransı düzənləyib. O deyib ki, erməni xalqı ən ağır vaxtlarında Qarabağın Azərbaycanın tərkibində qalmasıyla razılaşmayıb və indi də razı deyil. Bu arada ABŞ-dakı Erməni Milli Komitəsi Dağlıq Qarabağ ermənilərinin "müstəqilliyini" dəstəkləyən 100-ə yaxın amerikalı konqresmenin qatıldığı tədbir keçirib. Separatçı bölogənin de-fakto müstəqilliyinin 20-ci ildönümünə həsr olunan tədbirdə Vaşinqtonun oyuncaq rejimə dəstəyini artırması tövsiyyə olunub. Separatçı rejimin ABŞ-dakı nümayəndəsi Vardan Barseqyan "The Wall Street Yournal" dərgisində məqaləylə çıxış edib. Məqalədə Qarabağdakı separatçı rejimi Azərbaycanın təzyiqlərindən və mümkün hərbi müdaxiləsindən qorumağın zəruriliyi vurğulanır. Yazıda ABŞ-ın Qarabağ ermənilərinin referendum yoluyla müqəddəratlarını təyin etmələrinə dəstək verilməsi istənilir. Bütün bunlar göstərir ki, "Nabucco" və Qərbin digər iqtisadi mükafatlarından imtinaya qərar verən Ermənistan hakimiyyəti, o cümlədən xaricdəki erməni lobbisi separatçı rejimin "müstəqilliyinin" tanınması məsələsini gündəmə gətirməyə çalışır. Ancaq Moskvanın hərbi müdaxilə qərarı verməsindən sonra Gürcüstan üzərindən Rusiya yüklərinin ötürülməsi sahəsində ciddi problemlərlə qarşı-qarşıya qalması, Cənubi Osetiya və Abxaziyadakı separatçı rejimlərin tanınması məsələsində Tiflisi razı salacaq mövqe ortaya qoymaması, əslində qoya bilməməsi, yeganə ümid bəslədiyi İran ətrafında Qərbin artan sanksiyaları Ermənistanın gələcəyini qaranlığa qərq edir. Bu arada amerikalı, ancaq erməni əsilli politoloq Riçard Kirakosyanın xəbərdarlığı da diqqət çəkməyə bilməz. Mahiyyətə varanda, əslində politoloqun ABŞ-ın İrəvana mesajını çatdırdığını da başa düşmək çətin deyil. Riçard Kirakosyan deyir ki, Azərbaycan son nəticədə regionda ən güclü ordu formalaşdırmaq istəyinə çata bilər: "Azərbaycanın mövqeyi də bəllidir. Bakı hesab edir ki, ən yaxşı variant yetərincə güc toplayana qədər gözləmək və hazır olan zaman müharibə yoluyla Qarabağı qaytarmaq lazımdır". ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik isə artıq Nyu-Yorkdadırlar. Vasitəçilər Nyu-Yorka BMT Baş Assambleyasının 63-cü sessiyasına iştirak edən Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş təşkil etmək məqsədi ilə gediblər. Vasitəçilər hazırda nazirlərin iş qrafikini öyrənirlər. Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla nizamlanması ilə bağlı aparılan danışıqların Nyu-York mərhələsində Türkiyə xarici işlər naziri Əli Babacanın da iştirak edəcəyi gözlənilir...
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı