Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Dünya bazarında qazın qiymətinin artması rəsmi Moskvanın Cənubi Qafqazdakı "forpostu" olan Ermənistana satdığı qazın qiymətini bahalaşdırması ilə müşayiət edildi. Artıq "Qazprom" şirkəti Ermənistana satılan qazın qiymətinin 40 faiz qaldırıldığını bəyan edib. Ermənistan iqtisadiyyatında son zamanlar böhran getdikcə özünü daha qabarıq şəkildə büruzə verdiyinə görə ekspertlər "Qazprom"un bu addımının rəsmi İrəvanı daha da çıxılmaz vəziyyətə salacağını bildirirlər. Bu, bir tərəfdən son vaxtlar Ermənistanın yeni prezidenti Serj Sarkisyanın Qərbə meyillənməsi və Türkiyə ilə əlaqələrin bərpa olunması istiqamətində təşəbbüslərinin artması ilə əlaqələndirilsə də, Rusiyanın bu addımının arxasında Ermənistanda olan bəzi biznes strukturlarını da öz nəzarətinə almaq maraqlarının dayandığı istisna edilmir. Bununla belə ekspertlər Rusiyanın Ermənistana satdığı qazın qiymətinin artırılmasının Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətə də müəyyən təsirləri olacağını istisna etmirlər. Qazın qiymətinin bahalaşmasının digər enerji daşıyıcılarının qiymətlərində də artıma gətirib çıxaracağını bildirən ekspertlər deyir ki, iqtisadi böhranın dərinləşməsi Ermənistanın Azərbaycan və Türkiyəyə olan ehtiyaclarını daha da artıracaq. Bu baxımdan da rəsmi Bakının münaqişənin nizamlanması ilə bağlı yaranmış şəraitdən istifadə etmək imkanları daha da artıb. Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, "Qazprom"un Ermənistana satdığı qazın qiymətini 110 dollardan 154 dollara qaldırması qiymət baxımından o qədər də baha deyil. Bununla belə politoloq Ermənistan iqtisadiyyatının çökməkdə olduğunu və qazın qiymətində cüzi artımın belə iqtisadi duruma təsir edəcəyini bildirib. "Düzdü, Rusiya qazın qiymətini öz istədiyi şəkildə yox, Ermənistanın təklif etdiyi məbləğdə artırdı. Bu, Ermənistana sərf edir. Sərf etməyən isə odur ki, qazın qiymətinin artması Ermənistana əlavə xərclər yaradacaq". Politoloq onu da əlavə edib ki, Rusiyanın Ermənistana qaz satmasında yaranan əsas problem qiymətlə bağlı olmayacaq. "Rusiya Ermənistana qazı yenə də ən ucuz qiymətə satacaq. Məsələ burasındadır ki, Azərbaycan Gürcüstana qazı 180 dollara satır. Rusiyanın Ermənistana qaz ixrac etdiyi kəmər isə Gürcüstan ərazisindən keçir. Son hadisələrdən sonra Rusiya və Gürcüstan arasında faktiki olaraq hüquqi müqavilələrin icrası dayanıb. Belə olan şəraitdə Azərbaycandan 180 dollara qaz alan Gürcüstan öz ərazisindən Ermənistana daha ucuz qiymətə - 154 dollara qazın satılmasına imkan verməyəcək. Ermənistanın indi əsas problemi də budur"- deyən politoloq rəsmi Moskvanın Ermənistandakı bəzi sənaye əhəmiyyətli yataqları ələ keçirmək istədiyini də istisna etməyib. Hazırda Rusiya Ermənistanın Azərbaycanla sərhəddə yerləşən uran yataqlarını almağa çalışır. Bu baxımdan da politoloq yaxın iki ildə də Rusiyanın Ermənistana qazı bazar qiymətlərindən ucuz satacağını istisna etmir. Bununla belə Mübariz Əhmədoğlu qazın qiymətinin qalxmasının elektrik enerjisinin qiymətinin də artmasına təsir göstərəcəyini bildirib. Politoloqa görə, elektrik enerjisinin qiymətinin artması rəsmi İrəvanın Türkiyə və İrana elektrik enerjisi satmaq planlarını təxirə sala bilər. Digər tərəfdən isə Ermənistan artıq iqtisadi problemlər içərisində boğulmağa başladığına görə DQ münaqişəsinin nizamlanmasında kompromislərə getməyə məcburdur. Ermənistan prezidenti Serj Sarkisyanın DQ-ə Azərbaycanın investisiyalar qoymaq təklifinin təsadüfən gündəmə gəlmədiyini bildirən SİTM rəhbərinə görə, bu, bir daha rəsmi Bakının DQ münaqişəsinin nizamlanması prosesində ağıllı siyasət yeritdiyini təsdiqləyir. Bununla belə politoloq investisiyalar qoyulması təklifinə ciddi yanaşmağın tərəfdarıdır. Onun sözlərinə görə, investisiyaların qoyulması o deməkdir ki, həmin əraziyə gələn investorun təhlükəsizliyi təmin olunmalı və ona işləmək üçün şərait yaradılmalıdır. "Bu isə o deməkdir ki, ilk növbədə Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və işğal olunmuş ərazilərdən erməni silahlı qüvvələri çıxarılmalıdır"- deyən SİTM rəhbərinin sözlərinə görə, indi DQ münaqişəsinin nizamlanması istiqamətində hər hansı dəyişikliyin olması daha çox Azərbaycan və Ermənistan prezidentlərinin yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulan görüşlərindən asılı olacaq. "Əgər prezidentlərin həmin görüşündə birinci prinsip Azərbaycanın ərazi bütövlüyünü qoruması olmaq şərtilə müqavilənin imzalanması razılaşdırılsa, onda Azərbaycanın Qarabağa investisiya qoymaq təklifi də reallaşa bilər" - deyən Mübariz Əhmədoğlunun sözlərinə görə, Ermənistanın Dağlıq Qarabağı satışa çıxarması gözlənilən idi və bunu təbii qarşılamaq lazımdır. "Serj Sarkisyan özü dili ilə işğal olunmuş ərazilərin boşaldılması üçün pul istədi. Bizə isə Qarabağı gedib daha baha qiymətə Rusiyadan və ABŞ-dan almaqdansa, elə Ermənistandan almaq sərf edir. Hesab edirəm ki, münaqişənin nizamlanmasında ən optimal variant da elə budur". Bununla belə Mübariz Əhmədoğlu rəsmi Bakının investisiyalar təklifi ilə bağlı hansı mövqe tutacağının hələlik bəlli olmadığını deyib. Bununla belə o, Azərbaycan rəhbərliyinin vəziyyəti olduqca düzgün təhlil edib nəticə çıxaracağına və buna uyğun siyasət aparacağına əmin olduğunu deyib. Vüsalə Rafiqqızı sherg
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı