Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ürfan Məmmədli [email protected]/* */ Qarabağ münaqişəsi həll mərhələsinə yaxınlaşırmı? Qarabağ problemi davam etdiyi müddətdə dəfələrlə onun həll mərhələsinə yaxınlaşmasının şahidi olmuşuq. Lakin hər dəfə Minsk Qrupunun üzvlərindən biri bu həlli əngəlləyib. Odur ki, ATƏT-in Minsk Qrupunu həm də çözümsüzlük qrupu adlandırmaq olar. Məsələ burasındadır ki, bu qrupda dünyaya ağalıq etmək istəyən iki nəhəng ölkə təmsil olunur: ABŞ və Rusiya. ABŞ-ın ən başlıca istəyi Rusiyanı bir supergüc olmaqdan məhrum etməkdir. Yəni dünya xəritəsində Rusiya olsun, amma digər ölkələr kimi dünya siyasətinə təsir imkanları minimuma ensin. 90-cı illərin əvvəllərində ABŞ bu məqsədinə xeyli yaxınlaşmışdı. SSRİ iflas etdi və onu təşkil edən ölkələr arasındakı iqtisadi bağların qırılması dünyanın güc qütblərinin birini aradan çıxardı. Beləliklə, SSRİ-nin əsas dayağı olan Rusiya da çökmüş vəziyyətə gəldi. Amma bu çöküş yalnız iqtisadi çöküş idi. SSRİ-nin hərbi qüdrətini Rusiya yaşatmaqda davam edirdi. Əgər Rusiyada iqtisadi tənəzzül bir qədər də, uzansaydı, bəlkə də onun hərbi qüdrəti də yavaş-yavaş öz mahiyyətini itirəcəkdi. Amma belə olmadı. Rusiyanın iqtisadi cəhətdən çökmüş olduğu dönəmdə onun hərbi qüdrətindən çəkinən ABŞ bu ölkə ilə “isti” münasibətlər qurmaqla öz demokratikliyini nümayiş etdirməyə başladı. Məhz həmin dövrdə ATƏT-in Minsk Qrupu yarandı və ona ABŞ və Fransa ilə yanaşı, Rusiyanın da həmsədr olmasına razılıq verildi. Yuxarıda qeyd etdiyim kimi, həmin dövrdə ABŞ Rusiyanı söz sahibi kimi aradan çıxarmağa çalışır, Rusiya isə hərbi qüdrətinə arxalanaraq “hələ ölməmişəm” mücadiləsi verirdi. Yəni eyni beynəlxalq təşkilatın tərkib hissələri olmasına baxmayaraq, bu ölkələr həmişə gizli rəqabətdə olublar. Elə Qarabağ probleminin indiyə qədər həll edilməməsinin də əsas səbəbi bu iki ölkə arasında gedən gizli rəqabətdir desəm, yəqin ki, Amerika kəşf etmiş olmaram. Məsələ burasındadır ki, dəfələrlə bu ölkələr Qarabağ problemini həll etmək üçün təşəbbüs göstəriblər. Amma bu təşəbbüslər elə təşəbbüs olaraq qalıb. Qeyd edim ki, bu təşəbbüslərdə ya ərazi bütövlüyü, ya da millətlərin öz müqəddəratını təyinetmə hüququ üstünlük təşkil edib ki, bu da münaqişə tərəflərinin razılığa gələ bilmədikləri nöqtələrdir. Məhz həmsədr ölkələr bir-birinin təşəbbüsünü boykot etmək üçün bu nöqtələrdən istifadə ediblər. Hadisələrin indiki gedişi göstərir ki, ABŞ-ın Rusiyanı hesabdan silmək istəməsi səhv addım olub. Rusiyanın zəngin təbii ehtiyatlara malik olması onun yenidən dirçəlməsini təmin etdi. Elə Gürcüstana müdaxilə də Rusiyanın “mənimlə hesablaşmamaq olmaz” iddiasının son akkordu oldu. Rusiya-Gürcüstan müharibəsi ilə regionda vəziyyət gərginləşdi və bu da Qarabağ probleminin həllini yenidən aktuallaşdırdı. İndi də Qarabağ məsələsinin həllinin yaxınlaşmasından danışılır. Amma bu dəfə vəziyyət bir qədər də mürəkkəbdir. Çünki bu dəfə təşəbbüs nə ABŞ-dan gəlib, nə də Rusiyadan. Türkiyə “Qafqaz İttifaqı” təklifi ilə çıxış etməklə Qarabağ probleminin həllinə olan ümidləri yenidən dirçəltdi. Gülün Yerevana səfər etməsi, Ermənistanla vasitəçilərsiz təmas qurması gələcəyə ümidlə baxmağa imkan yaradır. Amma bu təşəbbüslə bərabər, həmsədrlərin də fəallaşması narahatlıq doğurur. Dik Çeyninin tələsik Bakıya gəlməsi, Məmmədyarovun və İlham Əliyevin eyni gözlənilməzliklə Rusiyaya dəvət edilməsi ABŞ və Rusiyanın təşəbbüsə yiyələnmək cəhdləri kimi görünür. Digər tərəfdən, Rusiyanın Gürcüstana müdaxiləsi ilə ABŞ-Rusiya münasibətlərində yaranmış gərginlik onların ATƏT Minsk Qrupunda birgə fəaliyyət göstərmək imkanlarını sıfra yaxınlaşdırır. Belə çıxır ki, artıq Minsk Qrupu formal bir quruma çevriləcək. Amma Qarabağ probleminin həllində vasitəçilik missiyası hələ ki bu qurumdan alınmayıb. Yəni qarışıq bir vəziyyət yaranıb. Türkiyə Prezidenti Abdullah Gülün təşəbbüsi ilə Azərbaycanla Ermənistanın vasitəçilərsiz təmas qurmaları gözlənilir. Əslində Minsk Qrupu israrla tərəflərin özlərinin razılığa gəlmələrini “istəyir”. Budur, bu razılığa gəlmənin ilk addımları atılır. Amma nə Rusiya, nə də ABŞ sakit dayana bilirlər. Onların bu hərəkətliliyi adamda şübhə doğurur. Qarabağ münaqişəsinin həllinə yeni əngəlmi hazırlanır? zaman
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı