SON XƏBƏRLƏR

CORC BUŞ RUSİYA, İRAN, ŞİMALİ KOREYANI VURDU

2021.10.20, 07:36
CORC BUŞ RUSİYA, İRAN, ŞİMALİ KOREYANI VURDU

Gunaz.tv
CORC BUŞ RUSİYA, İRAN, ŞİMALİ KOREYANI VURDU bmt_bush11.jpg ABŞ prezidenti Corc Buş sentyabrın 23-də BMT Baş Assambleyasının sessiyasında söz alaraq Rusiyanı Gürcüstana təcavüz etməklə Birləşmiş Millətlər Təşkilatının nizamnaməsini pozduğunu bildirib və ölkəsinin Tbilisiyə bundan sonra da dəstək verəcəyini deyib. Amerika lideri NATO və Avropa Birliyindəki müttəfiqləriylə birgə Gürcüstanın ərazi bütövlüyünün bərpası üçün səyləri artıracağını vurğulayıb: «BMT nizamnaməsi həm kiçik, həm də böyük xalqlara eyni hüquqlar verir. Rusiya Gürcüstana soxulmaqla bu müddəanı pozdu». C.Buş administrasiyasının Gürcüstan və Ukrayna, Livan kimi gənc və cəsur demokratiyalara dəstək verdiyini söyləyib. Çıxışında başqa problemlərə də yer verən ABŞ prezidenti uranın zənginləşdirilməsindən əl götürməyən İran və Şimali Koreyaya beynəlxalq təzyiqləri gücləndirməyə tərəfdar çıxdığını vurğulayıb. Dünyada insan haqlarının durumundan kəskin narazılığını vurğulayan C.Buş BMT-nin bu sahədə fəaliyyətinin əsaslarını dəyişməli olduğunu vurğulayıb. «Media forum»

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar