SON XƏBƏRLƏR

İRANIN HÖKUMƏTYÖNLÜ SAYTINDA DUBAYIN RAKETLƏ VURULA BİLƏCƏYİNƏ İŞARƏ EDİLİB

2021.10.20, 07:36
İRANIN HÖKUMƏTYÖNLÜ SAYTINDA DUBAYIN RAKETLƏ VURULA BİLƏCƏYİNƏ İŞARƏ EDİLİB

Gunaz.tv
İRANIN HÖKUMƏTYÖNLÜ SAYTINDA DUBAYIN RAKETLƏ VURULA BİLƏCƏYİNƏ İŞARƏ EDİLİB «Bu ölkələr iddia edir ki, İrana qarşı xəyanətə getməyəcəklər. Ancaq təcrübə göstərir ki, həmin ölkələrin başçıları axırda öz xarici siyasətlərini ABŞ-ın təsiri altında tənzimləyirlər». «Media forum» saytı xəbər verir ki, İranın hökumətyönlü www.asriran.com saytında belə yazılıb. Ərəb ölkələrini nəzərdə tutan anonim yazıda vurğulanır ki, bu ölkələrə etibar etmək səhv olardı. Ona görə də yazıda İran körfəzindəki bütün ərəb ölkələrinə ABŞ-la əməkdaşlıq etməmək barədə xəbərdarlıq edilməsinin vacib olduğu bildirilir: «Onlara xatırlatmaq lazımdır ki, İrana hücum olsa, onlar da xarici qüvvələrə öz ərazilərində şərait yaratsalar, İranın çox kəskin hərbi reaksiyası ilə üzləşəcəklər. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinin rəhbərləri İranla bağlı səhvə yol versələr, onlarca İran raketi Dubayı hədəfə alacaq və beləliklə, bu strateji limana yatırılmış bütün kapitallar göyə sovrulacaq. Ərəb ölkələrinin rəhbərləri unutmasınlar ki, onların bölgədəki bütün şəhərləri İran raketlərinin hədəfindədir». «Media forum»

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar